İnvestisiya nədir? - Maraqlı məlumatlar - Məlumatlar - Kitabxana - Marketing
Marketing Четверг, 08.12.2016, 12:46
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

İnvestisiya nədir?
[ ] 17.10.2008, 19:57
                                            İnvestisiya nədir?




Müəyyən bir dövrdə bir iqtisadiyyatda mövcud sərmayə malları və təchizat tədarükünə edilən xalis əlavəyə investisiya deyilir. Bir iqtisadiyyatın məlum vaxtda məlum sərmayə malları və təchizat tədarükü mövcuddur.Məsələn, bir ölkənin dəmiryolları, yolları, hava limanları, su anbarları, enerji nəql xətləri, gəmiləri, təyyarələri, zavodları, zavodların içindəki bütün maşın, alət və təchizatları, binaları və bənzərləri həmin ölkənin sərmayə mallarını və təchizat tədarükünü təşkil edir.  

Fərz edək ki, bir ölkənin mövcud sərmayə malları və təchizatı 1996-cı ilin əvvəlində 900 milyard dollardırsa və illik amortizasiya payı 10%-dirsə, 1996-cı ilin sonunda mövcud sərmayə malları və təchizatının dəyəri 810 milyard dollar olacaqdır. Əgər həmin il ərzində yalnız 90 milyard dollar investisiya qoyulubsa buna iqamə (yerləşdirmə) investisiyası deyilir. Çünki bu miqdar ancaq amortizasiyaya məruz qalan və köhnələn qismi qarşılamağa kifayət etməkdədir.

Şübhəsiz 1996-cı ildə qoyulan investisiya 90 milyarddan az, yəni köhnələn qismi qarşılamayacaq miqdarda ola bilər. Onda bu vəziyyətdə mənfi investisiya məvhumu ilə qarşılaşırıq. Misalımızda, əgər 1996-cı ildə investisiya sadəcə 80 milyard dollar təşkil edərsə, onda həmin il üçün 10 milyard dollarlıq mənfi investisiyadan bəhs ediləcəkdir.Diqqət edilərsə, başlanğıcda investisiyanı, bir iqtisadiyyatda mövcud sərmayə malları və təchizat tədarükünə edilən xalis əlavə kimi tərif etdik. Bu vəziyyətdə, yuxarıdakı misalımıza görə 1996-cı ildə investisiya qoyuluşundan danışmaq üçün investisiyanın 90 milyarddan çox olması vacibdir.İnvestisiya məvhumunu bir də bu cəhəti ilə tədqiq etmək lazımdır. Əslində investisiya, investisiyaya hazır mənbələrin ya da fondların, sərmayə və təchizata çevrilməsi prosesidir. Bildiyimiz kimi investisiyanın mənbəyi qənaətlərdir. Müəyyən dövrdə bir iqtisadiyyatda əldə olunan ümumi istehsalın ya da milli gəlirin nisbi olaraq əsas qismi istehlaka ayrılır, qalan qismi isə qənaət edilir.

 Kredit təşkilatlarına axan bu fondları təşəbbüskarlar investisiya qoymaq üçün götürür. İnvestisiya qoyanın gördüyü iş, investisiyaya hazır bu fondları xərcləyərək investisiya hadisəsini təşkil etməkdir.Məsələn, fabrik qurulacaq ərazini alması, lazımi binaları inşa etməsi, istehsalı təşkil edəcək makina, alət və təchizatı alaraq quraşdırması və istehsalı təşkil edən bütün bu nizamı qurmasıdır. Təşəbbüskarın gördüyü bu işlər investisiya fəaliyyətləri adlanır. Bu işlər üçün həyata keçirdiyi xərclər isə investisiya xərcləridir. Bu xərclərin nəticəsində iqtisadiyyat, yeni və əlavə bir istehsalat həcmi qazanır. O halda investisiyaya hazır fondlar, investisiya prosesindən keçdikdən sonra sərmayə malları və təchizat tədarükünə çevrilir.Bu izahlar da göstərir ki, investisiya məsələsinin bir neçə yönü var. Ancaq biz investisiya nəzəriyyəsi ilə əlaqəli apardığımız makro iqtisadi analizlərdə bir çox yönü olan investisiya məsələsinin xərclər yönü ilə maraqlanacaq, bir iqtisadiyyatda investisiya xərclərinin miqdarını müəyyənləşdirən faktorları izah etməyə çalışacağıq.İqtisadiyyatda gəlir və məşğuliyyəti artıran əsas ünsür olan investisiya, məvhum kimi bəzi hallarda yanlış istifadə olunur. Məsələn, mövcud olan bir fabrikin, bir ərazi və ya tarlanın alınması xalq içində investisiya kimi tərif edilir. Əslində isə bu kimi xərclərdə, iqtisadiyyatda yeni bir istehsalat həcmi təşkil olunmur, sadəcə mövcud mal və xidmətlər əl dəyişdirir.Mövzuya mikro səviyyədə baxsaq, bu hadisə fabriki alan firmaya görə bir investisiyadır. Ancaq makro səviyyədə düşündükdə, bu hadisəni yanlız fabrikin sahibinin dəyişməsi olduğunu görürük. Bunun kimi, daşınan dəyərlərin də alınması məsələsi investisiya sayılmır. Səhm, istiqraz alan adamın xərcləri də investisiya xərcləri deyil. Buna iqtisadi dildə plasman deyilir.

Plasman, məlum fondun məlum bir işə ayrılması mənasını daşıyır. Bunların alqı satqısı, iqtisadiyyatda mövcud istehsalat gücü üzərindəki mülkiyyət haqqının sahibinin dəyişməsindən başqa bir şey deyil. Məsələyə yenə mikro səviyyədə baxdıqda, hər hansı bir daşınan dəyəri alanın investisiya qoyduğunu düşünmək olar. Ancaq bu daşınan dəyərləri satan insan da eyni miqdarda mənfi investisiya qoymuş deməkdir. Belə olan halda ikisi bir-birini apardığı üçün makro baxımdan nəticə sıfıra bərabər olacaqdır.

Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 4524 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 3.4/5 |
Всего комментариев: 1
23.12.2011 Спам
1. bayramov qulam () [Материал]
marketinq

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016