Marketing Пятница, 19.04.2024, 08:54
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

Auditorlar Palatası
[ ] 17.10.2008, 20:02
                                                  AZƏRBAYCAN RESPUBLİKASININ 
                                                AUDİTORLAR PALATASI HAQQINDA 

                                                                   Ə S A S N A M Ə




 I.ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Auditorlar Palatası (bundan sonra «Palata» adlandırılacaq) auditor xidmətinin dövlət tənzimlənməsini və inkişafını təşkil edən, mülkiyyətçilərin əmlak hüquqlarını, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərini müdafiə edən, öz fəaliyyətində respublikanın qanunvericilik aktlarından irəli gələn tələblərə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən riayət olunmasına nəzarət edən müstəqil maliyyə orqanıdır.

2. Palata öz fəaliyyətində «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanununu, bu Əsasnaməni, eləcə də digər normativ aktları rəhbər tutur.

3. Palata hüquqi şəxsdir, bankda hesablaşma, valyuta və xüsusi hesabları olmaqla, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan və özünün adı yazılan girdə möhürə, habelə künc və digər ştamplara malikdir.

4. Auditor xidmətinin haqqı qeydiyyatdan keçmiş sərbəst auditorlar və auditor təşkilatları ilə müəssisə və təşkilatlar arasında bağlanmış müqavilələr əsasında, hüquq-mühafizə və digər orqanlar tərəfindən müəssisə və təşkilatlarda təftiş və yoxlamalar aparmaq məqsədilə auditorlar cəlb olunduqda isə həmin orqanlar tərəfindən müvafiq qaydada ödənilir.

5. Palata Bakı şəhərində yerləşir.

II. PALATANIN VƏZİFƏ VƏ FUNKSİYALARI

6. Palatanın əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.

7. Palata aşağıdakı funksiyaları yerinə yetirir:

Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir;

Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğuna nəzarət edir;

sərbəst auditorların və auditor təşkilatlarının uçotunu aparır;Azərbaycan Respublikası ərazisində auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahanların keçirilməsi qaydalarını hazırlayır və təsdiq edir;

auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi üçün imtahan komissiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;

təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;

auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi üçün təkliflər hazırlayır və onların həyata keçirilməsinə nəzarət edir;

audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;

peşə funksiyalarını lazımi səviyyədə yerinə yetirməməsi ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına qarşı sifarişçilərin iddialarına respublikanın qanunvericilik aktlarına müvafiq surətdə baxılmasını təmin edir;

sərbəst auditorların və auditor təşkilatlarının hüquqlarının və qanuni mənafelərinin qorunması üçün müvafiq tədbirlər həyata keçirir;

sərbəst auditor, auditor təşkilatı, sərbəst xarici auditor və xarici auditor təşkilatının filialı və (və ya) nümayəndəliyinin maliyyə-təsərrüfat fəaliyyətinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa uyğunluğunu yoxlayır və işinə nəzarət edir;təkrar audit həyata keçirir;dövlət müəssisələrinin özəlləşdirilməsi və ya başqa məqsədlərlə əlaqədar olaraq təsərrüfat subyektlərinin əmlaklarının qiymətləndirilməsinin düzgünlüyünə auditor rəyləri verir.

III. PALATANIN SƏLAHİYYƏTLƏRİ

8. Palatanın aşağıdakı səlahiyyətləri vardır:

sərbəst auditorların və auditor təşkilatlarının apardıqları auditin keyfiyyətini yoxlamaq və auditin aparılmasında qanun pozuntusuna yol verildikdə auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı geri almaq;

sərbəst auditorlardan və auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq;

öz səlahiyyətləri daxilində sərbəst auditorlara və auditor təşkilatlarına icrası məcburi olan təlimatlar və metodik göstərişlər vermək;

sərbəst auditorlar və auditor təşkilatları ilə onların sifarişçiləri arasında baş verən müxtəlif xarakterli mübahisələrə baxmaq;

auditorların fəaliyyəti üzrə şikayətlərə baxıb onları həll etmək;

təcrübə mübadiləsi və mütəxəssislər hazırlanması məqsədilə auditor fəaliyyəti ilə məşğul olan beynəlxalq təşkilatlarla işgüzar əlaqələr yaratmaq və xarici ölkələrdə audit məsələləri üzrə Azərbaycan Respublikasının mənafeyini təmsil etmək;

auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək;

fiziki və hüquqi şəxslərə auditor fəaliyyəti və maliyyə-təsərrüfat münasibətləri sahəsində xidmət göstərmək;

təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında auditor xidmətləri göstərmək;

auditor təşkilatları təsis etmək;

Palatanın səlahiyyətinə aid olan auditor xidmətinə dair başqa məsələləri həll etmək.

IV. PALATANIN İDARƏ EDİLMƏSİ 

9. Palatanın sədrini və sədr müavinini Azərbaycan Respublikasının Milli Məclisi təyin edir. Onlar mərkəzi dövlət icra orqanları rəhbərlərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətlərinə malikdirlər.
10. Palataya onun sədri rəhbərlik edir. O, Palataya həvalə edilmiş vəzifələrin icrası və onun funksiyalarının həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır. 

11. Palatanın strukturunu, ştatını, işçilərin əmək haqqını və xərclər smetasını Palatanın öz vəsaiti daxilində onun sədri təsdiq edir. Palatanın sədri qüvvədə olan əmək qanunvericiliyinə uyğun olaraq işçiləri işə qəbul və işdən azad edir, onları mükafatlandırır və onlar barəsində intizam tənbehləri tətbiq edir.

12. Cari işlərin aparılması və əməli xidməti funksiyaların yerinə yetirilməsi üçün Palatada idarəetmə orqanı - Şura yaradılır. Şuranın tərkibinə Palatanın sədri, sədr müavini, iki aparıcı şöbənin rəhbərləri, auditor təşkilatlarının seçdiyi bir, sərbəst auditorların seçdiyi bir və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin bir nümayəndəsi daxildir.

13. Şuranın üzvlərini Palatanın sədri elan edir.

14. Şuranın iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir.

V. AUDİTOR ADI ALMAQ ÜÇÜN İMTAHANLARIN TƏŞKİLİ

15. Auditor adı almaq üçün imtahanları Palatanın təyin etdiyi imtahan komissiyası (bundan sonra «komissiya» adlandırılacaq) qəbul edir.

16. Komissiyaya Auditorlar Palatasından üç, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Baş Dövlət Vergi Müfəttişliyinin, Milli Bankın, iqtisadçı alimlərin, sərbəst auditorların və auditor təşkilatlarının hərəsindən bir nümayəndə daxil olur. Komissiyanın tərkibini hər ilin əvvəlində Palatanın sədri elan edir.

17. Komissiyanın üzvü auditor xidməti sahəsində böyük təcrübəyə və mühasibat uçotu, maliyyə, iqtisadiyyat və hüquq ixtisaslarından biri üzrə azı on il əməli iş stajına malik olmalıdır.

18. Komissiya üzvlərinə müəyyən edilmiş qaydada əmək haqqı ödənilir.

VI. PALATANIN ƏMLAKI

19. Palatanın əmlakı aşağıdakı mənbələr hesabına yaranır:

imtahanların keçirilməsindən və lisenziyaların verilməsindən daxil olan ödənişlər;

sərbəst auditorların və auditor təşkilatlarının (xarici fiziki və hüquqi şəxslər də daxil olmaqla) üzvlük haqları;

təsərrüfat subyektləri ilə bağlanmış müqavilələr əsasında göstərilən auditor xidmətinə görə ödənilmiş məbləğlər;

qanunvericiliklə qadağan olunmayan digər mənbələr;

audit sahəsi üzrə nəşr etdirdiyi təlimatların və metodik göstərişlərin, kitabların, qəzet və jurnalların satışından və qadağan olunmayan digər fəaliyyətdən daxil olan vəsait.

20. Palatanın sərəncamında olan əsas və dövriyyə vəsaitləri onun əmlakı hesab edilir.

21. Qanunvericilikdə nəzərdə tutulan vergilər ödənildikdən sonra Palatanın sərəncamında qalan xalis mənfəət müvafiq fondların yaradılmasına yönəldilir.

22. Fondların formalaşdırılması və onlardan istifadə qaydalarını Şura təsdiq edir.

VII. PALATANIN ÜZVLƏRİ

23. Sərbəst auditorlar və auditor təşkilatları Palatanın üzvləri sayılır.

24. Palatanın üzvləri müəyyən olunmuş məbləğdə üzvlük haqqı ödəyirlər.

25. Üzvlük haqqının məbləği Şura tərəfindən müəyyən edilir və ödəyicilərin xərclərinə aid olunur.

VIII. MÜHASİBAT UÇOTU VƏ HESABAT

26. Palata öz fəaliyyətinin yekunları barədə yerləşdiyi ərazi üzrə vergi və statistika orqanlarına müəyyən olunmuş qaydada mühasibat və statistika hesabatları verir.

Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 3104 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
08.03.2024
1. Ggacoc () [Материал]
buy lipitor for sale <a href="https://lipiws.top/">lipitor 80mg price</a> lipitor 20mg us

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024