Marketing Четверг, 25.04.2024, 23:22
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

Hüquqi şəxslərin (daxili investisiyalı kommersiya) qeydiyyatı
[ ] 17.10.2008, 20:16
Hüquqi şəxslərin (daxili investisiyalı kommersiya) qeydiyyatı

Azərbaycan Respublikası Prezidentinin “sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli, 2458 saylı Sərəncamı ilə vahid dövlət qeydiyyatı orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi müəyyənləşdirilmiş və onun Azərbaycanda 2008-ci il 1 yanvar tarixindən tətbiqinə başlanılmışdır. Bu tədbirlərin həyata keçirilməsinin əsas məqsədi ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsidir. “Bir pəncərə” sisteminin tətbiqindən sonra Azərbaycanda biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt həddindən artıq azaldılaraq 3 günə endirilmişdir.Yeni qeydiyyat sistemində hüquqi şəxslərin (daxili investisiyalı kommersiya) qeydiyyatı üçün lazım olan sənədlər aşağıdakılardır:Hüquqi şəxslərin (daxili investisiyalı kommersiya) dövlət qeydiyyatına alınması üçün qeydiyyatı aparan müvafiq vergi orqanına forması və doldurulma qaydası Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilən “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”si ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

Ərizəyə aşağıdakılar əlavə edilir:

- hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;

- “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin təsisçilər barədə əlavəsi. 

Qurumun təsisçiləri həm hüquqi şəxs, həm də fiziki şəxs olduqda ayrı-ayrılıqda hər iki əlavə forması doldurulur. Təsisçi fiziki şəxsə aid əlavə formasında göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müvafiq təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər; 

- dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçilmişdirsə onun üzvləri barədə məlumatlar “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur. 

Əlavədə göstərilən pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin şəxsiyyətini təsdiq edən sənədin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;

- təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti. 

Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş pasport rekvizitləri Daxili İşlər Nazirliyinin pasport qeydiyyatı məlumatlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər;

- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;- məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair);

- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, bu barədə məlumat “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur;

- ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur. Qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edilməsinə yol verilmir.  
Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 2555 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 2
08.03.2024
2. Picafk () [Материал]
buy lipitor 10mg sale <a href="https://lipiws.top/">atorvastatin 80mg canada</a> buy atorvastatin without prescription

31.01.2022
1. Dyeda () [Материал]
Hi, this is Julia. I am sending you my intimate photos as I promised. https://tinyurl.com/y7z356he

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024