Marketing Четверг, 28.03.2024, 11:11
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

Reklam Necə Hazırlanmalı
[ ] 04.11.2008, 20:37
Reklam Necə Hazırlanmalı 
Bazarda eyni məhsulların çoxalmasıyla marka anlayışı altında istehlakçının bir məhsula sadiq qalması ümid edilməkdədir. Bu vəziyyətdə məhsulun digərlərindən ayrıla bilməsi üçün məhsul imicinin digərlərindən fərqli bir mövqeyə gətirilməsinə çalışılar.

Reklam mətnləri, burada; İmicin yaradılması baxımından lazımlı olan infrastrukturuyla birlikdə iş görər. Möhkəm bir quruluşda yaradılmış, hədəf kütləsini yaxşı mövqeləndirmiş reklam mətnləri əlbəttə ki digər məhsullara nəzərən bazardakı yerini daha da möhkəmləndirmiş olacaq.

Yaradıcı işdə sözlərin və görünüşlərin yaradılması işləri reklam mətni ilə təyin olunar. Reklam mətni mesajın həm yazılı həm də şifahi/sözlü elementlərini əhatə edər. Buna görə mətn, yalnız başlıqlar, alt başlıqlar, şəkil altları və şüarlardan ibarət olan bir bütün olmayıb eyni zamanda şəkillər, markalar, çərçivələr, simvollar, logolar və digər vizual görünüşləriylə radio və TV də olduğu kimi səs və musiqi faktorlarının hərəkətliliyini ehtiva edən bir bütün hesab edilməlidir.

Reklam mətninin məqsədləri:

Oxucunun və ya tamaşaçının marağını çəkmək,
Məlumatlandırmaq,
Lazımi bütün məlumatları aydın və inandırıcı bir şəkildə izah etmək və İstehlakçıların məhsulu almasını təmin etməkdir.

Reklam yazısını, reklam mətnini meydana gətirərkən:

Müəyyən bir plan içərisində məhsul ya da xidmətin xüsusiyyətlərini,
İstehlakçılar haqqındakı məlumatları,
Reklamın nəşr olunacağı medianı,

Reklamın ana təmasını,
İstifadə ediləcək görünüşləri və İstehlakçıların reklama qarşı göstərəcəyi reaksiyaları diqqətə almaq məcburiyyətindədir.



Yaxşı bir reklam mətni:

*İnsanların marağını çəkə bilməli,

*Anlaşılan və inandırıcı olmalı,

*Məhsulun insanlar tərəfindən arzulanmasını təmin etməli
və Onları satın alma hərəkətinə yönəltməlidir.

Reklam mətni, məhsulun mənfi yönü kimi görünən xüsusiyyətini üstünlüyə çevirə biləcəyi kimi bunun tam tərsini də edə bilər!

Nümunə: ABŞ-da edilən filtrsiz siqaret reklamı. Filtrsiz siqaretin mənfi təsiri. Hər iki ucundan da yandıra bilərsiniz şəklində yazılan bir reklam mətniylə üstünlüyə çevrilmişdir.


Reklam mətnlərinin ümumi xüsusiyyətləri:


1-Anlaşıqlıq:
Oxuyucu mətni anlamalıdır. Sadə bir izahata sahib olmalıdır. Bu səbəblə də uzun və kompleks cümlələr və cüt mənalı sözlər istifadə edilməməlidir.

2-Söz seçilməsi:
Mətndə istifadə ediləcək sözlər diqqətlə seçilməlidir. Hədəf kilitlənin istifadə etdiyi sözlərin xaricində sözlər istifadə edilməlidir.

3-Cümlə quruluşu:
Aktiv cümlələrin istifadə edilməsi. Məsələn %25 qənaət edilər yerinə %25 qənaət edərsiniz. Passiv elementlər ən az endirilməlidir ki maraqlı və təhrikedici ola bilsin...

4-Yekunlaşdırma:
Mətnin təsiri qısaldıqca artmaqdadır. Fəqət məktub yoluyla göndərilən mətnlər və çap edilmiş mediada istifadə edilən mətnlərin uzun və çox məlumatlandırıcı olması əhəmiyyətlidir.

5-Axıcılıq:
Cümlə və paraqraflar arasındakı keçişlər axıcı olmalıdır. Mətn ani dəyişmələr ehtiva etməməlidir və asan qəbul edilə bilməlidir.

6-Üslub:
Reklam yazısı canlı, qəti ifadəli və asan qəbul edilə bilən sözlər seçməli və bunları oxuyucunun xatırlaya biləcəyi bir üslubda hazırlamalıdır... Həqiqi mətnlər təxəyyülü sərhədlər və ümumiyyətlə təsirsiz donuq ifadə sərgilər.

7-Fərqlilik:
Reklam mətnlərində qəlibləşmiş cümlə strukturları şübhəsiz ki istifadə edilər lakin reklam yazıçı daha əvvəl sınanmamış ola biləcək izahat formalarını da istifadə etmək məcburiyyətindədir...



Reklam Mətnlərinin Hissələri:

Reklam mətni yuxarıda da söylədiyimiz kimi başlıq, Alt başlıq, ara mətn, Ad və ünvan, Şüar, logo və hissələrdən meydana gələr.

Başlıq:
Yaradıcı işlərdə bolca istifadə edilən və mətnin mənasını tamamlayan hissədir. ..Oxuyucunun diqqətinin də mətnə istiqamətləndirilməsində böyük bir fəaliyyətə malikdir. Bu səbəblə diqqət çəkici olmalı, mesajın özünü köçürməli və oxuyucusunu mətnin alt hissələrini də oxuya bilməyə sövq etməlidir.

Başlıq növləri:

Deklarativ başlıq: Dünyanın ən möhkəm rezini/şini

Sual başlıq: Yoxsa siz hələ ananızın marqarininimi istifadə edirsiniz?


Qaynaşdırıcı başlıq: ? Daha çox istərsinizmi??

Əmr xüsusiyyətindəki başlıq: Kitablarınızı Dostdan alın.


Şüar başlıq: Marc ən yaxşı əhəng sökücü?

Mətn başlıq: Bağçanızı saraya çevirəcək, sizi sonsuz yuxulara daşıyacaq çəmən maşını?



Reklam mətni hazırlamaq bir ekspertlik işidir. ədəbiyyat sahəsində müvəffəqiyyətli olan birinin reklam mətnləri yazma mövzusunda müvəffəqiyyətli ola biləcəyini söyləmək mümkün deyil. Məşhur yazar Adoult Huxleyə görə; reklam yazıçılığı, müasir ədəbiyyat formalarının ən maraqlı və ən çətin növlərindən təkidir.


Yale Universitetində edilən araşdırmaya görə reklamda satışa təsiri ən çox olan sözlər bunlardır:

Siz,

Yeni,

Sağlamlıq,

Sevgi,

Qoruma,

Asan,

Sübut edilmiş,

Nəticə,

Pul,

Təhlükəsizlik,

Zəmanət.




Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 2300 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
08.03.2024
1. Bcxunh () [Материал]
buy lipitor for sale <a href="https://lipiws.top/">buy lipitor generic</a> buy cheap generic lipitor

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024