Marketing Суббота, 27.04.2024, 00:50
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

HACI ZEYNALABDİN TAĞIYEV
[ ] 14.01.2009, 16:30
                                   HACI ZEYNALABDİN TAĞIYEV

        Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.     Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.    

  Hacı Zeynalabdin Tağıyev Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. O, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün xeyli kapital xərcləmişdir. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlamışdır. Həmin dövrdə Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Lakin Sovet hakimiyyəti yarandıqdan sonra hökumətin ona qarşı qeyri obyektiv mövqeyi nəticəsində Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında  vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.                                                                                   

Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 62930 | Загрузок: 0 | Комментарии: 112 | Рейтинг: 3.9/153 |
Всего комментариев: 111« 1 2 ... 9 10 11 12 »
19.06.2011
11. sebine () [Материал]
hacı zeynalabdin tağıyev haqqında cox esitmisem bele saytlar cox gozeldir ki onunla bağlı seyləri genis oyrənim mən 6 ci sinfə kecirəm amma derslerimizde ondan genislikle danismislar ve mən bu saytdan basqa melumatlar aldiğima gorə cox sevinirəm cox tesekkur edirəm ki belə saytlar var hamiya məsləhət gorərdim bu sayt
Haci Zeynalabdin Tağıyev Bakıda İçərişəhərdə anadan olub. O, 1838 - ci ildə anadan olub. Çox kasıb ailədən anadan olduğuna görə atası onu bənna yanına qoyur. Bir neçə il burada işləyir. Sonra o yığdığı pul ilə 1870 - ci ildə ağ neft istehsal edən kiçik bir zavod tikdirir.O , 1872 - ci ildə isə Bibiheybətdə quyu qazdırır. Lakin neft 6 ildən sonra yəni 1878 - ci ildə fantan vurur. Bu gündən bəri o böyük xeyriyyəçi olur. Şərqdə ilk xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olmuşdur. 1901 oktyabrın 7 sində Bakının İstiqlaliyyət kücəsində Qızlar məktəbi acdırır. Mərdəkanda İnternat məktəb acdirir. Artiq Bakida yasayan adamlarin sayi coxalir ve beləliklə su onlara yetməyəcinə inanaraq su cəkdirib. Bəziləri həmən zaman deyirdi ki, kur cayinin suyunu cəksin ama Haci Zeynalabdin Tağiyev bilidrdi ki gələcəkdə kür cayinin suyunua bir sey ola bilər bu məqsədlə o 1904 - 1917 ci illərdə sollar suyunu cəkdirir. mənim bilidyim bu qədər amma 5 -sinifdə oxumağima dəyər............................................................................ ................................................................................. ............

19.06.2011
10. sebine () [Материал]
mən hacı zeynalabdin tağıyev kimi boyuk xeyriyyeci olmaq isterdim

08.06.2011
9. Rashad () [Материал]
Həqiqətən Elin Atası Rütbəsinə Layeqli Bir Adam Olub Allah ona rəhmət eləsin

03.02.2011
8. musa () [Материал]
men Haci Zeynalabdin Tagiyevi cox sevirem.cunku o coxlu muzzeyler tikimis usaqlar ucun mekteb tikmisdir.

20.01.2011
7. aydin () [Материал]
BALEH MÜƏLLİMİN QARA QARAYEV BARƏDƏKİ ŞƏRHİ DQZ DEYİL O ERMƏNİSTANDA TƏHSİL ALMAYIB NİYAZİ DİPLOMUNU ERMENİSTANDA AİIB

04.01.2011
6. Valeh () [Материал]
Mənim Hacı Zeynalabdin Tağıyeva çox böyük hörmətim var. Dahi alim, gəzən ensiklopediya Akademik Azat Mirzəcanzadə 147 saylı texniki - humanitar liseydə onun haqqında öz mühazirələrində böyük iftixar və qürurla danışardı. Onun Mərdəkanda olan qəbrinin nəyə görə Axundun yanında bastırlmasını və böyük xeyriyyəçiliyindən danışardı. Amma mən bir söz demək istəyirəm. İftixarımız olan Azat Mirzəcanzadəyə erməni deyirdlilər. Halbuki, o əsl Azərbaycanlıdır. Və demişdi ki, əgər mən erməni olsaydım onlar mənə heykəl qoyub, iki dəfə nobel verdirmişdilər. Mənim bu dediyim nümunədir. Çünki mən bəzi dayaz düşüncəli insanlara demək istərdimki, Tağıyev doğrudan da millətin atasıdır. Böyük dahi xeyriyyəçidir. Onun ailə həyatındakı hadisələr normaldır. Ən azından qanuni sevib evlənib. Daha indiki məmurlar kimi yox, hərəsi bir müğənni saxlayır. Biz tariximizə belə hörmət edirik. Qara Qarayevi Azərbaycanda sovetlər dönəmində heç bir musiqi təhsil olacağı qəbul etmədi. O, getdi ermənistanda oxudu. Ona görə də dünyanın əksər insanlarının stolüstü internet ensiklopediyası Britannika da Qara Qarayevin erməni olduğu göstərilir. Çünki Qara Qarayevin ermənilərlə əlaqəsini göstərən insanlar var. İndi Zəhmət olması H.Z.Tağiyevi də eləyin erməni. Axı belə olmaz, Tarimizə hörmət edin.
Tağiyev bizim fəxrimizdir. Dahidir. Əsl xeyriyyəçidir. Qara Qarayevdə Azərbaycanlıdır Dahidir.

19.11.2010
5. Lale Reshidova () [Материал]
Men yazilanlari oxudum/ cox shad oldum/ allah heciye rehmet elesin qebri nurla dolsun. Cox isterdim onun yolunu davam etdiren azeri oqullari olsun.Axirlari ela sefalatla qutaran insanlarin qoran qynahi ne imish. bunlarin hamisini rus imperalistlaritoredib. aqar rus inqilabi olmasaydi qoryn ne qadar biz inkishaf edardik.

18.11.2010
4. AYTEN BAGIROVA () [Материал]
XALQIMIZIN BOYUK OGLU HACI ZEYNELABDIN TAGIYEV BIZIM QELBIMIZDE HER ZAMAN YASAYACAQ.O RUSIYANIN MUSTEMLEKE IQTISADIYYATINA ZERBE VURAN ILK MILYONCUMUZDUR.BOYUK NEFT MAQNATI OLAN TAGIYEV XALQININ BOYUK TEESSUBKESI OLUB.VETENIMIZIN TARIXINE ONUN ADI QIZIL HERFLERLE YAZILIB.TARIX HEC NEYI UNUTMUR.XALQ ONU SEVENLERI HER ZAMAN QELBINDE YASADIR.

29.03.2010
3. Lady.X () [Материал]
Dostlar, yagin haminiz Baki milyonchularindan biri olmush Haci Zeynalabdin Tagiyev barede eshitmisiniz. Indi oxuyacaginiz yazi XIX esrin sonu XX esrin evveli “Millet Atasi” adini almish neftxuda, xeyriyyechi, mesenat Haci Zeynalabdin Tagiyevle bagli olacaq.

Qisa da olsa Haci Zeynalabdin Tagiyev haqda yazmaq isterdim. O, 1838-ci ilde Bakida Icheri Sheherde bashmaqchi Taginin kasib ailesinde anadan olub. Anasi Anaxanimi erken yashlarinda itirdikden sonra ishlemeye bashlayib. Onun 10-12 yashi olanda artiq dash yonurdu. Sonralar bashinda chanaxda palchiq dashiyib gunemuzd 6 qepik alirmish. Deyilenlere gore ishe hamidan tez gelib gec gedermish. 15 yashinda dashyonan, 18 yashinda benna, sonra da memar-podratchi olur. Bu minvalla ailesini dolandirir. Ishlemeye bashi qarishdigindan mektebe getmeye vaxti olmur. Onun primitiv savadi bele yox idi…
1872-ci ilde Bibiheybetde bir ermeni ile sherikli icareye 4 quyu goturur, amma hech biri neft vermir. Mayasi elinden chixir, amma sebr ve inam onu hech vaxt terk etmir. Ermeni oz payini Haciya satib ishden uzaqlashir. Nehayet, 5 ilden sonra quylarin biri neft vurur. O vaxtdan bashmaqchi Taginin oglu palchiqchi Zeynalabdin donur olur milyonchu Tagiyev.
H.Z. Tagiyev iki defe evlenib. Birinci hayat yoldashi, Zeyneb ozunun emisi qizi olub. Bu evlilikden onlarin 3 ushagi olur, iki oglu (Ismayil ve Sadiq) ve bir qizi (Xanim). Chox kechmir ki, Zeyneb vefat edir. Uzun muddet subay qalan Haci ikinci defe ozunden 40 yash kichik olan Sona xanim Arablinski ile aile hayati qurur. Nezerinize chatdirim ki, Sona xanim general-leytenant Balakishi Ereblinskinin qizi olub. Sona xanimin bacisi Hacinin oglu Sadigin arvadi idi. Bele ki, Haci oglugilde olarken Sona xanimi gorub beyenmishdi. Onlar evlenende Sona xanimin 18 yashi olub. Bu izdivacdan ise Hacinin 5 ushagi dunyaya gelir, iki oglu (Mehemmed ve Ilyas) ve uch qizi (Leyla, Sara ve Sureyya). Qizi Leyla Shemsi Esedullayevin ogluna ere gedir, 1920-ci ilde xarice qachir. Sureyya erken yashlarinda vefat edir. Mehemmed ozunu oldurur, oglu Ilyas ise deyilenlere gore xesteliye tutularaq olmushdur. Ovladlarindan yalniz qizi Sara uzun omur yashamish ve Bakida vefat etmishdir.
Bolsheviklerin Azerbaycana gelishinden sonra Tagiyevler ailesi de dagilir. Haci Bakidan hech yere getmir, dushunur ki, bu qeder milleti uchun ish gormush adama el vurmazlar. Duzdur, onu oldurmurler, amma diri-diri mehv edirler. Nariman Narimanov onu olumden xilas edir, chunki o, Hacinin pullari ile xaricde tehsil alib cemiyyete chixanlardan biri idi. Hacinin olumunden sonra bu ailenin yashayishi daha da chetinleshir. Onun hayat yoldashi Sona xanim Arablinski 1938-ci ilde kuchede dilenchilik etdiyi zaman olur, deyilenlere gore meyidini taparken ovucunda kiminse ona sedeqe kimi verdiyi bulka parchasi var imish. Tagiyev ise 1924-cu ilin 1 sentyabr tarixinde Merdekandaki evinde yoxsulluq ichinde vefat edir, 4 sentyabr tarixinde ise defn edilir. Bele neql edirler ki, Haciya kichik qizi Saranin xarice qachmasi xeberini verdikden sonra o, iflic olur ve chox kechmir ki, vefat edir.
Hacinin Bakida gorduyu ishleri yazsaq boyuk bir siyahi alinar. Tekce onun Muselman Qizlar mektebini Bakida achdirmaq uchun verdiyi rushvetlerin meblegine baxdiqda basha dushuruk ki, adini bele yaza bilmeyen bu insan daxilen ne qeder savadli ve uzaqgoren olub… Hacinin bez fabriki haqda ise chox yazilib. Haci bu fabriki boyuk eziyyetle tikdiribmish. Bu ishde onun qarshisini almaq isteyenler chox olub, amma Haci butun chetinliklere dozub sonda bu fabriki tikdirir. O, bilirmish ki, butun Iranda, Turkiyede ve muselman dunyasinda mehz onun fabrikinin bezini alacaqlar ve bele de olur, chunki muselmanlar muselman fehlelerin istehsal etdikleri bezi almagi ustun tuturdular. Zaqafqaziyada ilk toxuculuq fabriki olan bu muessisenin bezinin pudu camaat arasinda daha ucuz satilirmish…
158 sayli mektebden


02.03.2010
2. kaulitzka)) () [Материал]
неплохо,но можно было добавить немножко интересной информации о нём,о его жизни,отношених с друзьями!

1-10 11-20 ... 81-90 91-100 101-110 111-111
Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024