Marketing Пятница, 29.03.2024, 12:15
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

HACI ZEYNALABDİN TAĞIYEV
[ ] 14.01.2009, 16:30
                                   HACI ZEYNALABDİN TAĞIYEV

        Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.     Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.    

  Hacı Zeynalabdin Tağıyev Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. O, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün xeyli kapital xərcləmişdir. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlamışdır. Həmin dövrdə Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Lakin Sovet hakimiyyəti yarandıqdan sonra hökumətin ona qarşı qeyri obyektiv mövqeyi nəticəsində Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında  vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.                                                                                   

Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 62899 | Загрузок: 0 | Комментарии: 112 | Рейтинг: 3.9/153 |
Всего комментариев: 111« 1 2 3 4 5 ... 11 12 »
10.04.2014
91. TALEYE () [Материал]
GOZEL IDI

10.04.2014
90. TALEYE () [Материал]
ailesi ve ozu haqqinda melumat olsaydi daha yaxsi olardi

02.03.2014
89. favourite () [Материал]
Haci Zeynalabdin Tagiyez cox yaxsi insan idi. O dovurde milyoncular cox idi. Amma hec biri yoxsul insanlara komek etmezdi. Haci Zeynalabdin Tagiyev yoxsullara yetim usaqlara elillere komek etdi. ALLAH ONA REHMET ELESIN!!!♥♥♥
amma onun baresinde yeterli melumat yoxdur.

24.02.2014
88. nazir () [Материал]
bunedir

19.02.2014
87. Vefa () [Материал]
yaxsidi ama bir azda uzun lazimiydi

16.02.2014
86. elnare () [Материал]
HACI ZEYNALABDIN TAGIYEVIN SAHIBKARLIGI HAQQINDA YAZIN ZEHMET OLMASA

16.02.2014
85. elnare () [Материал]
zehmet olmasa HACI ZEYNALABDIN TAGIYEVIN sahibkarligi haqqinda melumat yazin.

11.02.2014
84. SƏNUBƏR 2002 () [Материал]
ÇOX GÖZƏL MƏLUMATDIR.BU MƏLUMAT OLMASAYDI MÜƏLLİMƏ MƏNİ ÇOXDAN ÖÖÖÖÖÖÖÖÖÖLDÜRMÜŞDÜÜÜÜÜÜÜÜÜÜÜ.DÖNÖ DÖNƏ SAĞOLUNNNNNNNNNNNNNNNNNNNNNN

10.02.2014
83. fuad () [Материал]
fuad mammedceferov hacini beyenir rusyalidir

09.02.2014
82. faiq kerimov () [Материал]
guzel

1-10 11-20 21-30 31-40 41-50 ... 101-110 111-111
Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024