Marketing Суббота, 27.04.2024, 01:56
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

HACI ZEYNALABDİN TAĞIYEV
[ ] 14.01.2009, 16:30
                                   HACI ZEYNALABDİN TAĞIYEV

        Hacı Zeynalabdin Tağıyev 1838-ci ildə Bakıda başmaqçı ailəsində doğulmuşdur. On yaşına çatanda atası onu bənna yanında palçıq daşımağa işə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu. 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Sonra isə Hacı neft işi ilə məşqul olmağa başlayır. O, işə başlarkən bunun nə dərəcədə risqli olduğunu da bilirdi. Çünki bəzən quyu neft vermir, qoyulan kapitallar batırdı. Nəhayət, Hacının neft quyusu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin milyonçu Tağıyevə çevrilir. Tağıyev həm neftxuda, dəyirman sahibi, fabrikant, böyük balıq sənayeçisi (bütün Kür ətrafı və Xəzər qırağı vətəgələr onun ixtiyarında idi), həm də ticarət və yük gəmilərinin sahibi idi.     Hacı Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir.  O, indiki Azərbaycan Tarixi Muzeyinin, Elmlər Akademiyasının Rəyasət Heyətinin, Şirniyyat Fabrikinin, Toxuculuq Fabrikinin binalarını tikdirmiş, Bakıya şollar suyunu gətirmişdir.    

  Hacı Zeynalabdin Tağıyev Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınırdı. O, azərbaycanlı gənclərin xaricdə təhsil alması üçün xeyli kapital xərcləmişdir. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlamışdır. Həmin dövrdə Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranırdı. Bu cür cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlı idi. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməkliyi ilə yaranırdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış «Müsəlman xeyriyyə cəmiyyəti» idi. Bundan başqa «Nəşr və maarif», «Nicat» cəmiyyətlərinin yaranmasında da Hacının yaxından köməyi olmuşdur. Lakin Sovet hakimiyyəti yarandıqdan sonra hökumətin ona qarşı qeyri obyektiv mövqeyi nəticəsində Hacının mülkləri əlindən alınır. Nəriman Nərimanovun təkidləri ilə ona müəyyən cüzi güzəştlər edilir. Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında Sovet hökümətinin ona ömrünün axırınadək təhkim etdiyi Mərdəkandakı bağında  vəfat etmiş və sentyabırın 4-də dəfn olunmuşdur.                                                                                   

Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 62931 | Загрузок: 0 | Комментарии: 112 | Рейтинг: 3.9/153 |
Всего комментариев: 111« 1 2 ... 7 8 9 10 11 12 »
02.12.2012
31. qasim () [Материал]
Allah sene rehimet elesin.... Haci haqqinda cox maraqli vaxtinizi hesr etmeye deyer
Bir gün Haci Almanyada cox dəbdəbəli restoanların birinə daxil olur və özünə bir masa seçib əyləşir.Xeyli vaxt keçir Hacınin restorana giməsindən amma onun masasına sifariş qəbul etmək üçün heç bir xidmətçi yainlaşmir .Hacı bu laqeyidliyi öz xəyalında geyiminin restoran əhlinin libaslarından fərqlənməsiynən əlaqələndirir.Xidmətçilərdən birini sesləyir və ona masaya 10 nəfərlik yemək gətirməsini xahiş edir.Xidmətçi Hacı oturan masanı onun sifarişinə uyğun olaraq təamlarla bəzəyir..Hacı naharını bitirir hesabı ödəmək üçün xidmətçidən restoranın məsul şəxsini masaya cağırmasını rica edir..Məsul şəxs Hacı oturan masaya yaxınlaşır. Hacı ondan hesabı soruçur o isə cavablandırır.Hacı teklif edir ki, bu hesabı 100 nəfərə müvafiq olaraq hesablasınlar ,o isə 100 nəfərlik hesabı hacının nəzərinə çatdırır..Hacı bir dəfədə ona muraciyyət edir və bu dəfə ondan 100 nəfərlik hesabı 100 ilə muvafiq hesablamasini xahiş edir.Restoranin rəhbərliyi də məsələyə qarışır və bu qəribə insanın qəribə təklifindən çox teecüblənirlənirlər.Hacı masasına 100 illik hesab restoran sahibi şəxsən gətirir ..Hacı hesaba diqqət yetirir və pulu qəpiyə-qəpik ödəyir və restoran sahibinə müraciyyət edərək deyir:
Bu gündən etibarən 100 il ərzində erzində bu restoranda Hec bir Azərbaycanlıdan hesab alinmayacaq

30.11.2012
30. gunel gunay () [Материал]
ALLAH rehmet etsin

30.11.2012
29. gunel gunay () [Материал]
cox yaxsi adam imis ALLAH rehmet etsin

22.11.2012
28. Narmin () [Материал]
Allah bize de onun kimi xeyir isler gormek nesib etsin.Allah rehmet elesin.

21.11.2012
27. Famil () [Материал]
Allah rehmet elesin . sen hamiya numunesen heyifki bezileri bunu ozlerine numune bilmek istemir.

08.11.2012
26. anar () [Материал]
xeyr emeller omru uzadir

30.10.2012
25. elsad () [Материал]
Allah sene qeni qeni rehmet elesin cox insan adam olub beleleri bizder ucun numunedi Hacinin hakqinda ancaq yaxci xatireler esidmisik

16.10.2012
24. ceyhuna () [Материал]
mən tek onu deyə bilərəm allah ona rəhmət etsin və həyatda onu kimi insanların sayı hesabı çox olsun. yaxşı əməlləri və xeyirxah işləri ilə insanlara kömək etsin

06.03.2012
23. gunay () [Материал]
eh sen ayri ne deye bilerik

04.03.2012
22. Vugar () [Материал]
Admin,
wikipediyadaki melumatnan burdaki ust uste dushmur.dogum tarixleri

1-10 11-20 ... 61-70 71-80 81-90 91-100 101-110 111-111
Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024