Marketing Пятница, 19.04.2024, 08:55
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Strateji planlaşdırma

Müəssisələrdə “Strateji Planlaşdırma”
[ ] 05.10.2008, 12:33

 

                   Müəssisələrdə “Strateji Planlaşdırma”

Bazar iqtisadiyyatına keçid özündə bir sıra yenilikləri əks etdirməklə yanaşı,
onların tətbiqinin də həyati məna kəsb etdiyini formalaşdırdı.
Bu yeniliklər içərisində isə, tətbiqinin daha həlledici nəticələr verə biləcəyi bir
anlayışın, “planlaşdırma” anlayışının öz cəlbedici mövqeyi qabarıq şəkilədə əks
olunmaqdadır.
İlk növbədə planlaşdırma termini ilə əlaqədər qeyd etmək olar ki, inzibati
amirlik sistemində mövcud olan planlaşdırma anlayışı yeni sistemdəki analoqundan
əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, inzibati amirlik sistemindən fərqli olaraq bazar
iqtisadiyyatında planlaşdırma – məqsədlərin formalaşdırılması, prioritetlərin, onların
əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir.
Bazar iqtisadiyyatı sistemində mövcud olan hər bir müəssisə fəaliyyət
sferasından və istehsalın həcmindən asılı olmayaraq öz fəaliyyətini planlaşdırmalıdır.
Hal-hazırda respublikamızda müəssisələrin əksəriyyəti rəsmi qəbul edilməmiş plan
olmadan fəaliyyət göstərirlər. Bəzi müəssisələr planlaşdırmanın çox vaxt aparması
səbəbi ilə onu əhəmiyyətsiz və artiq bir iş kimi qələmə verirlər. Lakin dünya
praktikasına müraciət etdikdə, bunun tamamilə səhv bir fikir olduğunu əyani şəkildə
görmək mümükdür.
Planlaşdırma prosesi bir neçə istiqaməti əhatə edir. Onlardan biri də
proqnozlaşdırmadır, daha doğrusu, müəssisənin strateji məqsədlərinin əldə edilməsi
planlarının hazırlanmasıdır.
Strateji məqsədlər isə özündə perspektiv və strateji planlaşdırmanı cəmləşdidir.
Bundan başqa planlaşdırmada taktiki planlaşdırmadan da istifadə olunur. Strateji
planlaşdırmadan fərqli olaraq, taktiki planlaşdırma qısa bir dövrü əhatə edir.
Strateji planlaşdırma idaretmənin yuxarı səviyyəsində cəmləşir və müəssisə
fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti
üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi məqsədini daşıyır.
Strateji planlaşdırmanın fərqləndirici cəhəti planlaşdırmada müddətlərin, yerinı
yetiriləcək hər bir vəzifə və məqsədlərin vaxt dövrlərinin daha qabarıq şəkildə qeyd
olunmasıdır. Məhz vaxt dövrlərinin qeyd olunması əvvəlcədən rəylərin, proqnozların
verilməsinə imkan yaradır (buraxılan məhsula olan tələbatın dəyişməsi, məhsulun
həyat tsikli və s.). Qeyd olunmuş vaxt dövrləri müəssisənin miqyasından və onun
ölçülərindən asılıdır.
Strateji planlaşdırmanın başlıca vəzifəsi müəssisənin son maliyyə və bazar
məqsədlərindən asılı olaraq kapital qoyuluşları strategiyasını, strukturunu, həcmini və
istiqamətlərini hazırlamaqdan ibarətdir.
Bazar şəraitində strateji planlaşdırma yalnız istehsalın həcminin arıtırılmasına və
məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına deyil, həmdə konkret istehlakçı qruplarının
tələbatlarının öyrənilməsinə yönəlmişdir. Strareji planlaşdırma ilə məşğul olarkən
müəssisənin diqqət yetirməli olduğu amillərdən biri də xarici mühitin təsiridir. Xarici
mühitin əvvəlcədən təhlil edilməsi müəssisəyə imkanlarının proqnozlaşdırılması,
mümkün təhlükələr zamanı əvvəlcədən xəbərdarlıq sisteminin və təhlükənin qarşısının
alınması planlarının hazırlanması, nəzərdə tutulmayan hallar üçün planın tərtibi və
PDF created with FinePrint pdfFactory Pro trial version http://www.pdffactory.com
strategiyanın hazırlanması üçün vaxt verir ki, bunlarda əvvəlki təhlükələri əlverişli
imkanlara çevirməyə şərait yaradır.
Kənd Təsərrüfatı müəssisələrində bu amillər xüsusi ilə nəzərə alınmalıdır. Bu
Kənd Təsərrüfatının daha riskli sahə olmasından irəli gəlir. Misal olaraq kənd
təsərrüfatı məhsullarının hava şəraitindən asılılığını, onların saxlanılması, daşınması
zamanı yaranan çətinlikləri, mövsümülüyünü və s. göstərmək olar.
Xarici mühit amillərinə əsasən – iqtisadi (rəqabət, bazar konyukturası, inflyasiya
və s.), siyasi, bazar, texnoloji, beynəlxalq və fors major amilləri daxildir. Sadalanan bu
kimi və digər xarici mühit amillərinin təhlili, müəssisənin güclü və zəif tərəfləri
haqqında tam təsəvvürün əldə edilməsinə şərait yaradır.
Yuxarıda qeyd olunanları nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki,
müəssisələrdə formal planlaşdırma çərçivəsində, strateji planlaşdırmanın tətbiqi
müsbət nəticələrin əldə edilməsinə gətirib çıxarır ki, bunlardan da bəziləri aşağıda
göstərillmişdir.
1. Strateji planlaşdırma idaretmə heyətini daim gələcək haqqında düşünməyə
stimullaşdırır.
2. Strateji planlaşdırma müəssisənin öz vəzifələrini, məqsədlərini, siyasi
göstərişlərini daha dəqiq müyyənləşdirməyə sövq edir.
3. Strateji planlaşdırma müəssisənin vəzifələrinin və məqsədlərinin daha requlyar
şəkildə əlaqələndirilməsinə imkan yaradır.
4. Strateji planlaşdırma müəssisəni gözlənilməz dəyişikliklərə, fors major
hadisələrinə qarşı hazırlıqlı edir.
5. Strateji planlaşdırma idarəedici heyətin, şəxslərin vəzifələrini və qarşılıqlı
əlaqəsini daha aydın şəkildə görməyə imkan verir.
Yekun olaraq strateji planlaşdırma – müəssisənin məqsədləri, vəzifələri, onun
potensial imkanları və perspektivləri arasında strateji uyğunluğun yaradılması və eyni
zamanda idarə edilməsi prosesidir.
Avropaya inteqrasiya ərəfəsində olan Azərbaycan Respublikası üçün bu kimi
yeniliklərin tez və intensiv şəkildə qavranılması və tətbiq olunması dinamik inkişaf
yolunda öz bəhrəsini verəcəkdir. Avropalaşma adlanan bu cərəyandan tam
bəhrələnmək üçün, onun ünsürlərinin diqqətlə nəzərdən keçirilməsi və eyni zamanda
həm makro, həm də mikro səviyyədə tətbiqi prioritet məsələlər sırasına daxil
edilməlidir.
Azərbaycan Dövlət
İqtisad
Universitetinin magistri
Rəhman Əhmədov
PDF created with FinePrint pdfFactory Pro trial version http://www.pdffactory.com

Категория: Strateji planlaşdırma | Добавил: marketing
Просмотров: 5714 | Загрузок: 0 | Комментарии: 3 | Рейтинг: 4.2/6 |
Всего комментариев: 3
08.03.2024
3. Ikacko () [Материал]
order lipitor 10mg for sale <a href="https://lipiws.top/">lipitor 10mg pill</a> brand lipitor 20mg

03.06.2010
2. AYALA () [Материал]
cox sag olun imtahanda lazım olan məlumatlardı

26.04.2010
1. lamiye () [Материал]
sizlere derin tesekkurumu bildirirem

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024