Tələbələrin şagirdlərin dərsdən kənar işi - Pedaqogika - Kitablar - Kitabxana - Marketing
Marketing Воскресенье, 11.12.2016, 12:53
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Pedaqogika

Tələbələrin şagirdlərin dərsdən kənar işi
[ ] 11.10.2008, 08:16

Tələbələrin şagirdlərin  dərsdən kənar işi

 

Azərbaycan əsrlər boyu mübarizədən sonra XXI əsrin astanasında milli müstəqilliyə qədəm qoydu. Biz fəxrlə diyə bilərik ki, biz müstəqil Azərbaycanın vətəndaşıyıq. Biz bilməliyik ki, müstəqilliyi əldə etmək, həyatı mçübarizənin birinci məhəlləsidir. Başlıca məsələ onu qoruyub saxlamaq, gücləndirmək, inkişaf etdirməkdir.

Buna görə də gənc nəslin tərbiyəsi, maarif işçilərinin qarşısında duran vəzifələrdən biridir. Bu barədə Azərbaycan Respublikasının Təhsil Qanununda deyirlər ki, məktəblilərin vəzifəsi; Azərbaycan xalqının milli, əxlaqi, hümanist, mənəvi, mədəni dəyərlərinə dərindən yiyələnən ailəsini, Vətənini, millətini sevən və daim ucaltmağa can atan, Azərbaycanı dünyanın ən qabaqcıl, inişaf elmlilik demokratik dövlətlərdən birinə çevirməyə qadir olan insan tərbiyə etməkdən ibarətdir. 

Azərbaycan Respublikasının mərhum Prezidenti H.Ə.Əliyev gənclərin vəzifələrindən danışarkən demişdir.

“Bizim gənclərimizin əsas vəzifəsi müasir tələblərə cavab verən səviyyədə elmi təhsil almaqdır. Həmçinin bu günün  aktual problomlərindən biri də gəncləri yüksək mənəviyyat ruhunda tərbiyələndirməkdir. Çünki mənəviyyatı olmayan yerdə sağlam ruh, tərbiyə və lazımı bilkdən danışmaq olmaz.”

Bu vəzifənin müvəffəqiyyətlə həlli gələcəyimizin qurucuları olan gənc nəslin tərbiyəsindən asılıdır. Bu istiqamətdə tərbiyə işinin əsası ibtidai siniflərdə qoyulur. Belə ki, kiçik yaşlı məktəblilərin milli ruhda tərbiyə olunmalarında sinifdənxaric və məktəbdənkənar tədbirlərdən istifadə etmək lazımdır.

Şagirdlərlə aparılan dərsdənkənar tədbirlər onların hərtərəfli inkişaflarına kömək edir. Belə ki, adət ənənələrimizə sadiqlik, milli köhnə bağlılıq, inam tərbiyə etmək dərsdənkənar aparılan işlərin mahiyyətini təşkil edir.

Biz qeyd edək ki, tələbələrin şagirdlərinə apardıqları dərsdənkənar tərbiyəvi işlərə milli və siyasi tərbiyə də vacibdir. Bunun əsas məqsədi şagirdlərin şurunda milli dünyagörüşün əsaslarını formalaşdırarmaq, onlar da yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək və bəzi tərbiyəedici xüsusiyyətlərə inam yaratmaqdan ibarətdir.

Tələbələr məktəbdə tədbirləri keçirərkən şagirdlərdə əsas ideya istiqamətlərinə diqqət yetirmək,m bu şagirdlərin yaş xüsusiyyətlərinə, onların arzu və istəklərinə nə səviyyədə cavab verdiyini öyrənmək, onların fəalllığını təmin etmək qarşıda bir vəzifə kimi durur. Dərsdənkənar işlər mahiyyət  etibarı ilə eyni məqsədə xidmət edib, şəxsiyyətin hərtərəfli inkişafı, gənc nəslin həyata hazırlanması sahəsində məktəbin qarşəsənda qoyulan vəzifələrin həyat keçirilməsinə yönəldilir. Bunlar hər ikisi dərsdənkənar proses olmaqla şagird öyrəndiklərinə  əlavələr etməyə, onların genişləndirməyə, zənginləşdirməyə imkan verir.

-Beləliklə, tələbələrin şagirdlərlə apardıqları işlərin vəzifələrin bir prosesdə birləşir. Həmin vəzifələri biz belə  qruplaşdıra bilərik.

-Şagirdlərdə milli tərbiyə ilə əlaqədar ədəbiyyatlara maraq və məhəbbət tərbiyə etmək.

Şagirdlərin Vətənimizin, torpağımız onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bugünü və gələcəyi, onun sərvətləri ilə əlaqədar biliklərinin zənginləşdirilməsi.

-Düşmənə nifrət hissinin aşılanması.

-Ana dilinin gözəlliyinin, dilimizin incəliyindən həzz almaq bacarığının formaalşdırılması, nitqin və təfəkkürün inkişaf etdirilməsi.

-Şagirdlərdə Vətənə canlarını qurban verən milli qəhrəmanlara, əmək, sənət və peşə adamlarına hörmət hissinin aşılanması.

-Şagirdlərin ictimai-siyasi fəallığını və inkişaf etdirmək, onlara dəstək almaq, köməklik göstərmək.

 Sinifdənxaric işlər təlim prosesində aparılan işləri tərbiyəedici vasitə kimi tamamlamaq, şagirdlərin təhsil səviyyəsinin yüksəldilməsinə, onların onların təlimə maraqlarının artırılmasına da güclü təsir göstərməlidir.

Dərsdənkənar işlərin başlıca istiqamətləri aşağıdakılardan ibarətdir: Əxlaq tərbiyəsi, ideya-siyasi tərbiyə, estetik tərbiyə, iqtisadi tərbiyə, fiziki tərbiyə.

Dərsdənkənar işlər zamanı hər bir istiqamətin cəhətlərini nəzərə almaq lazımdır. Belə ki, müxtəlif istiqamətlərdə aparılan tərbiyə işlərinin məzmununda müşahidə edilən xüsusiyyətlər onların təşkili üçün münasib forma və metodların seçilməsinə təsir  göstərir. 

Məsələn, milli tərbiyənin, vətənpərvərlik tərbiyəsinin qarşısında qoyulmuş vəzifələri lazımınca yerinə yetirmək hər bir müəllimin vəzifəsidir.

         Nəhayət, sinifdənxaric işlər şagirdlərin tədris işi ilə sıx əlaqələndirilməlidir. Bu tələb ümumi tərbiyə işdə varisli bərqərar edir. Təsadüfi deyil ki, pedaqoqlardan bəziləri-məsələn, Z.K.Qabanski və.b bu tələbi varislik prinsip adlandırırdılar.

         Beləliklə, tədris fəaliyyətinin sinifdənxaric işə bu tərzdə əlaqələndirilməsi hər bir şagirdin fərdi qabiliyyətini, bacarıq və istedadını əhəmiyyətli dərəcədə inkişaf etdirir, yaradıcılıq potensialını artırır, elmi dünyagörüşü və fəal həyat mövqeyini məqsədyönlü şəkildə formalaşdırır.     

   

 

Категория: Pedaqogika | Добавил: marketing
Просмотров: 3617 | Загрузок: 0 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016