Marketing Пятница, 19.04.2024, 12:05
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Siyasət sosial hadisədir
[ ] 20.02.2009, 10:08

                   Siyasət sosial hadisədir                          

1. Siyasət  nədir?Siyasət - dövlət hakimiyyətinin  əldə edilməsi, qorunub saxlanılması və istifadə olunması ilə bağlı fəaliyyət sahəsidir. Siyasi fəaliyyət müxtəlif səsial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyisi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslananistehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyətmüxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir.

         Siyasəti bir sıra elmlər ( politologiya, siyasi sosiologiya, və s) öyrənir. O fəlsəfənin də obyektini təşkil edir. Belə ki, siyasi fəlsəfə siyasi hadisələrinvə proseslərin mahiyyətini, onlarin qarşılıqlı təsirini araşdırır. Onun predmetinə həm də suyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər problemlər daxildir. Beləliklə, siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar  və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi. Müasir dövrdə siyasət fəlsəfəsi siyasi prosesləri izləyir, təhlil edir, siyasi hadisələrə cəmiyyətdəki digər sosial hadisələrlə əlaqə və qarşılıqlı təsirdə yanaşır.

         Siayasət aləminin müxtəlif ölçüləri vardır.siyasi fələsəfə də onları biri-biri ilə əlaqələndirərək vahid kompleks halında götürür. Bu elm fəlsəfə ilə siyasi elmin qəvuşuğunda yaranan sahədir. O siyasət dünyasının mənəvi və dünya görüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ dəyər xarakterli əsaslarının formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir.

         Siyasətin əsasını insanların siyasi fəaliyyəti və bu prosesdə qərarlaşan əlaqələr təşkil edir. O cəmiyyətdəki müxtəlif sosial qüvvələrin siyasi hakimiyyətə münasibəti üzrə olan fəaliyyətini idarə edir. Səciyyəvi cəhət budur ki, siyasi fəaliyyətdə hər bir sosial qrup özünün sosial mənafelərini reallaşdırmağa çalışır.

         Siyasi fəliyyət prosesində siyasi münasibətlər və əlaqələr formalaşır. Bu fəliyyət prosesində siyasi təşkilatlar, partiyalar meydana çıxır, siyasi ideyalar və nəzəriyyələr yaranır. Ümumilikdə siyasət dedikdə ictimai həyatın müxtəlif sferalarının dövlət tərəfindən həyata keçirilən hökmranlıq və tabelik münasibətlərini bərqərar etmək vasitəsilə idarə olunması başa düşülür. Spesifik fəaliyyət sahəsi olan siyasətin məzmununa dövlət işlərində, onun istiqamətlərinin müəyyən olunmasında, habelə dövlətin fəaliyyətinin mahiyyətinin, formaları və vəzifələrinin aşkar edilməsində iştirak daxildir.

         Siyasətin məqsədi müəyyən sosial təbəqələr və siniflər üçün, habelə bütövlükdə cəmiyyət üçün məqbul hesab edilən hakimiyyəti həyata keçirməyin, şaraiti və üsullarıni yaratmaqdır.

         Siyasət və sosial fəaliyyət çətin  və məsuliyyətlidir. O daim elmin nailiyyətlərinə arxalanmağı tələb edir. Siyasi fəaliyyətin strukturunda ümumi şəkildə aşağıdakı üç momenti göstərmək olar.: birinci, cəmiyyətin mövcud mərhələsindəki bütün imkanları və sosial qüvvələrin nisbətini nəzərə almaqla yaxın və perspektiv məqsəd və vəzifələri işləyibhazırlamaq məharəti; ikinci, qarşıya qoyulmuş məqsədlərə nail olmağın effektiv metodlarını, vasitələrini və sosial qüvvələrin təçkili formalarını müəyyənləşdirmək; üçüncü, qarşıya qoyulmuş vəzifiləri həll edə biləcək kadrlar seçmək və yerləşdirmək.

         Siyasətin səciyyəvi əlamətləri aşağıdakılardır: o universal, hərtərəfli xarakter daşıyır; dövlətlə bağlı olduğu üçün ictimai həyatın bütün tərəflərinə güclü təsir göstərir. Siyasət mövcud cəmiyyətdəki siyasi münasibətlər, siyasi institutlar siyasi ideologiya vasitəsilə həyata keçirilir. Birinci tərəf böyük insan qrupları arasında siyasi hakimiyyətə nəzərən olan münasibətləri ifadə edir. İkinci vətəndaşların siyasi fəaliyyətinin təşkili formalarını, siyasi təşkilatlatı əhatə edir. Üçüncü tərəf  insanların siyasi fəaliyyətini şüurda sistemli şəkildə əks etdirən baxışların, ideyaların və nəzəriyyələrin məcmusudur.

         Siyasi fəaliyyət digər fəaliyyət növləri ilə sıx əlaqədə formalaşır, eyni zamanda o, müstəqilliyə malikdı. Siyasi aksiyalar, ideologiyalar, proseslər az və ya çox dərəcədə iqtisadi sahədə baş verən prosesləri nəzarətdə saxlamağa imkan verir. Dövrün aktual tələblərinə uyğun aparılan siyasi iş bir çox obyektiv imkanları gerçəkləşdirir, cəmiyyəti irəliyə doğru aparır.

         Siayasət sosial qrupların həm iqtisadi, həm də digər mənafe və məqsədlərini ifadə etdiyi üçün cəmiyyətin inkişafına mühüm təsir göstərir. Siyasəti əsasən dövlət həyata keçirir. Onun daxili və xarici növləri fərqləndirilir.

         Siyasət iqtisadiyyat ilə sıx əlaqədardır.Bu iki tərəf dialektik vəhdətdə çıxış edir.Digər tərəfdən siyasət iqtisadi inkişafa fəal əks təsir göstərir. Məsələn, müasir dövrdə əsas yeri tutan bazar iqtisadiyyatına siyasi ideologiyası yeni iqtisadi reallığın yaranmasına gətirib çıxarır. Nəzərdə tutulmalıdır ki, siyasət ilə iqtisadiyyatın qarşılıqlı şərtlənməsi birbaşa və xalis şəkildə baş vermir. Hər bir dövrdə siyasət xeyli dərəcədə onun mənəvi mədəniyyətinin təsiri altında formalaşır.Mənəvi mədəniyyət sisteminə daxil olan əsas elementlər siyasi institutların formalarının seçilməsində  və onların fəaliyyətində mühüm yer tutur. Bütövlükdə mənəvi mədaniyyətin siyasi həyata təsiri aşğıdakı kimidir: fərdlərin sosiallaşması və formalaşması, dəyərlər sisteminin yaranması və tətbiq olunması, fəaliyyət, hərəkət və davranışın ümumi etalonlarının hazırlanması, müəyyən institutların, təşkilatların və sistemlərin yaranması . Mənəvi mədəniyyətin siyasi həyata təsiri özünün ən parlaq ifadəsini siyasi mədəniyyətdə tapır.

         Siyasət cəmiyyətin siyasi həyatında əsas yer tutan siyasi institutların məcmusunu ifadə edən siyasi sistem ilə sıx bağlıdır. Cəmiyyətin siyasi sistemi çox mürəkkəb məzmuna malikdir. Onun tərkibində institusional, tənzimedici, funksionalvə kommunikativ səpkiləri ayırmaq olar.

         Fəlsəfə tarixində Platon, Aristotel, N.Makiavelli,T. Hobbs, C.Lokk, F.Hegel,K.Marks və başqaları siyasət və siyasi fəaliyyət barəsində çox bəhs etmişlər.

         Platon və Aristotel siyasi sistemlərin ən başlıcasını – dövləti, onun mənşəyini, mahiyyətini, siyasi rejimini və quruluşunu tədqiq etmişlər. Aristotel hesab edirdi ki, bir neşə kəndin birliyindən dövlət yaranmışdır, onun ilk idarəçilik forması ilə patriarxal monarxiya olmuşdur.

         XIII əsr Azərbaycan mütəfəkirinin N.Tusinin siyasət haqqında fikirləri böyük maraq doğurur. O siyasətin növlərindən danışarkən ikisinə xüsusi yer verirdi: 1) ölkə siyasəti, onun məqsədi xalqı kamilləşdirmək nəticəsi isə səadətə çatdırmaqdır; 2)qələbə siyasəti onun məqsədi, nəticəsi isə bədbəxtlik və məzəmmətdir.

         Nikkolo Makiavelli (1469-1527) öz siyasət fəlsəfəsində insan cəmiyyətinin, dövlətin, əxlaqın yaranmasını hadisələrin təbii gedişatı ilə izah edir; hakimiyyət də, əxlaq da insanların sosial həyatının inkişafı nəticəsində, təbiətin yad qüvvələrindən müdafiə olunmaq təlabatından irəli gəlir. Makiavellinin fikrincə, din ictimai hadisə olaraq, dövlətin möhkəmləndirilməsində ideologiya rolunu oynamalıdır. Bununla belə, siyasət - insan fəaliyyətinin tam müstəqil sahəsidir, onun öz məqsəd və qanunları var. Əxlaqi ideyalar da siyasətin məqsədlərinə uyğun olmalı və onun tələblərinə cavab verməlidirlər. Siyasi fəaliyyətin yeganə meyarı – məqsədə nail olmaq, fayda verməkdir. Ümumiyyətlə, dövlətin möhkəmləndirilməsinə nail olmaq üçün istənilən vasitəyə əl atmaq olar, o cümlədən yalana, hiyləyə və zorakılığa da. İdeal dövlət və ideal hökmdar olmur; reallıq, həqiqət – acıdır, xeyirxahlığı təbliğ etmək, xeyirxah olmaq ölümə bərabərdir. Hökmdar “xeyirxahlıqdan mümkün qədər uzaqlaşmamalı, amma yeri gələndə şər yoluna da qədəm basmalıdır;” “məqsəd vasitələrə bəraət qazandırır”.Əlbəttə, söhbət şəxsi məqsəddən yox, ümumxalq, ümumdövlət məqsədlərindən gedir. Dövlətin mənafeyi - xalqın mənafeyidir.

         Tomas Hobbs (1588-1679) özünün “Leviafan” əsarində siyasət fəlsəfəsinin bir sıra ideyalarını, o cümlədən güclü mərkəzləşdirilmiş hakimiyyət haqqında, dövlətin yaranması haqqında baxışları inkişaf etdirmişdir. O hesab edirdi ki, vətəndaşlıq vəzifələri öz mahiyyəti etibarilə əxlaqi borcla üst – üstə düşür.

         Con Lokk (1632-1704) Hobbsdan fərqli olaraq , insanların təbii vəziyyətinin, onların təbii vəhşilik dövründə yox, dövlət şəraitində olduğunu qeyd edirdi.Bərabərlik vəziyyəti burada “hakimiyyət və xalqın arasında düzgün paylanılmasından” irəli gəlir.

         Lokkun əsas fikri ondan ibarətdir ki, insan azadlığı mütləq azadlıq deyil, təbii qanun bərabərliyini, şəxsi azadlığı, təşəbbüskarlıq azadlığını nəzərdə tuturdu.

         Karl Marks (1818-1883) və onun davamçısı olan Fridrix Engels (1820-1895) siyasəti cəmiyyətin iqtisadi əsasları ilə əlaqələndirir, onun sosial mahiyyətini materializm mövqeyindən izah edirlər. F.Engels “Ailənin, xüsusi mülkiyyətin, və dövlətin mənşəyi” əsərində ibtidai cəmiyyətin tarixinin təhlilinə ictimai həyatın materialist anlayışını tətbiq edərək, belə bir qənaətə gəldi k, an qohumluğuna əsaslanan qədim quruluş parçalanmış, onun yerinə ərazi bölgüsü və xüsusi mülkiyyət formalarına əsaslanan yeni dövlət quruluşu meydana gəlmişdir.

         Siyasətin mahiyyətini ifadə edən hakimiyyət, onun təşkili formaları, fəaliyyət xüsusiyyətləri, hər bir dövrün filosofunu düşündürmüşdür. Onların hamısı hakimiyyətin təşkili formaları kimi əsasən diktatura (despotiya) və demokratiyanı göstərmişlər.

         Despotiya – müəyyən bir sosial qrupun siyasi hökmranlıq sistemidir. Burada hakimiyyət – qeyri-məhdud xarakter daşıyır. Zorakılıqdan, böhran vəziyyətində isə hətta hərbi qüvvələrin gücünən də istefadə olunur. Diktaturanın elementləri idarəetmə formalarından asılı olmayaraq tarixi şəraitin müəyyən məqamlarında istifadə edilir. Bunun da səbəbi hakimiyyəti əlda saxlamaqdır.

         Demokratiya isə xalqın, hakimiyyətin, daşıyıcısı və təmsilçisi olduğunu qəbul edən siyasi quruluş formasıdır. Bu quruluşda siyasi institutların fəaliyyəti də demokratiyaya (əsasən azadlıq və bərabərlik prinsiplərindən söhbət gedir) uyğun olub-olmaması baxımından qiymətlənirilir.

         Demokratiyanın klassik nəzəriyyəsinin yaradıcıları J.J.Russo, Ş.Monteskye və A.Tokvil olmuşlar.

         J.J.Russo ictimai müqavilə nəzəriyyəsinə uyğun olaraq hakimiyyətin daşıyıcısının xalq olduğunu qeyd edirdi. Vətəndaş cəmiyyəti şiddətli mübarizə səhnəsinə çevrilib, çünki dövlətlilər öz hakimiyyətini möhkəmləndirmək üçün dövlətdən istifadə edirlər. Xalq isə qul olmaq üçün yox, öz azadlığını müdafiə etmək üçün hakimiyyət yaratmışdır. O özünün “ictimai müqavilə” əsərində xalqın suveren hakimiyyəti ideyasını irəli sürərək göstərirdi ki, zorakılıq hüququn əsası ola bilməz, hakimiyyət xalqın iradəsini ifadə etməli və razılışma yolu ilə həyata keçirilməlidir. Xalq hakimiyyəti insanların birgə yaşayışının yeganə formasıdır, ictimai və fərdini əsaqələndirməyin ideal vasitəsidir. Dövlətin həqiqi qanunu ümumi iradənin ifadəsidir, deputatlar isə yalnız xalqın iradəsinin təmsilçiləridir. İcra hakimiyyətində də xalqın nümayəndəsi olmalıdır, beləliklə, qanunun icrası təmin olunur. Qanunvericilər Allahların, peyğəmbərlərin müdrikliklərinə əsaslanıb qanunlar yaratmalı, eyni zamanda xalqın bu qanunlara olan münasibətini də öyrənməlidirlər. Beləliklə, suveren hakimiyyət xalqa məxsusdur.Burada Russonu bir məsələdə düşündürürdü: ümumi iradə ilə qanunlarla razı olmayanların azadlığını necə qoruyub saxlamaq olar? O bu suala belə cavab vermişdir: Vətəndaş bütün qanunlara, hətta öz iradəsinə zidd olanlara da razılıq verir, yalnız bu yolla hamının azadlığı təmin oluna bilər.

         Şarl Monteskye, Hobbsdan fərqli olaraq, müharibəni insanların dövlətdə birləşməsinin vacib nəticəsi olduğunu qeyd edirdi. Ona görə ümumiyyətlə, dövlətdə insanlar əvvəlki acizliyini itirməklə yanaşı, həm də bərabərlikdən məhrum olurlar. Demokratiya və despotiya hakimiyyətin fəaliyyət üsulundan asılı olaraq meyadana gəlir. Demokratiya şəraitində xalqın özü qanunları yaradır və onlara tabe olur. Despotiyanın yeganə fəaliyyət prinsipi qorxudur.Demokratiya bərabərlik ruhunun itməsi ilə məhv olur, hədindən artıq genişləndikdə isə anarxiyaya çevrilir (hər kəs hakimiyyətə seçilənlərlə bərabər olmağa çalışır). Daxili proseslərin idarə olunması üçün demokratiya çox əlverişli üsuldur. Xarici işğaldan mühafizə olunmaq üçün demokratik dövlətlər ittifaq bağlamalıdırlar.

         Fransız sosioloqu və tarixçisi Aleksis Tokvil də (1805-1859), “Amerikanın demokratiyası haqqında” (1897) əsərində siyasi hakimiyyətin və cəmiyyətin qarşılıqlı münasibətini, azadlıq və barabərliyin nisbətini tədqiq edir.Tokvil burjua eqalotarizminin (xüsusi mülkiyyətin yenidən nisbətən bərabər şəkildə bölünməsi nəticəsində həlli ideyası) 3 mənfi cəhətini təhlil edir: 1) vaxtilə feodal aristokratiyasına qarşı yönəldilməş, bərabərlik naminə yaradılan mərkəzləşdirilmiş hakimiyyətin bürokratlaşması nəticəsində onun gücünün artması, ictimai həyatın bütün sahələri üzərində nazarətin güclənməsi,azadlığın məhdudlaşdırılması müşahodə edilir; 2) burjua bərabərliyi fərdiyyətçiliyi yaradır, insanlar biri birindən uzaqlaşır, şəxsi həyati sərhədlərində məskunlaşır, nəticədə despotizm üçün münbit şərait yaranır; 3) “bərabər olmaq” meyli ifrat dərəcəsinə çatdırılaraq (bunun da əasında hamını kütlə səviyyəsinə endirmək istəyi durur) ”qulların arasında bərabər olmağa” bənzəyən bir bərabərliyi nəzərdə tutur.

         Despotizmə olan meyllərin ifadəsi əsasən dəvlət və fərdin arasında yerləşən ictimai təşkilat və idarələrin sabit olmasından asılıdır. Tokvil Amerikada belə təşkilatların bəzilərini fərqləndirirdi (dövlətin federativ forması, regionaı xüsusiyyətlərin nəzərə alınması, siyasi və vətəndaş assosiasiyalarının fəaliyyət azadlıqları və s.). Bununla belə, Tokvil hesab edirdi ki, burjua cəmiyyətinin əsas inkişaf meyli – siyasi və inzibati mərkəzləşmədir, nəticədə tiraniya və despotizm qaçılmazdır.

         Müasir dövrün bir çox tədqiqatçıları siyasi hakimiyyətdə demokratiya və despotiya proseslərini təhlil edir, idarəetmə prosesinin tənzimlənməsinə nail olmağa çalışırlar. Fransa sosioloqu və politoloqu Raymon Aron ümumiyyətlə cəmiyyətdə ıdalətlilik, bərabərlik. Şəxsiyyət azadlığı, ümumi rifah kimi ictimai idealların mümkünsüz olduğunu qeyd etmişdir.

         Müasir cəmiyyətdə ictimai həyatın bütün sahələrində siyasiləşmə meyli müşahidə olunur. Özüdə bu meyl getdikcə sürətlənməkdədir. Bunu ondan görmək olar ki, ondi cəmiyyətin demək olar ki, hər bir üzvü siyasətə, siyasi proseslərə dərin maraq göstərir. Hazırda hamı özündən asılı olmayaraq siyasi həyatın kütləvi axınına və burulğanına qoşulur. İnsanların siyasi həyatda iştirakının yeni – yeni formaları və vasitələri yaranır. Bunların sırasında ictimai-siyasi partiyaların, digər kütləvi ictimai-siyasi təşkilatların və birliklərinin ayının artması əsas yeri tutur.  Onların tərkibində əhalinin getdikcə daha geniş kütlələri əhatə olunmaqdadır.

         Müasir cəmiyyətdə gedən siyasi proseslər getdikcə daha geniş xarakter alır, bunların öyrənilməsi praktiki cəhətdən çox əhəmiyyətli olduğu üçün ictimai elmlərin, o cümlədən fəlsəfənin qarşısında bu sahədə mühüm vəzifələr durur.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 6632 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.8/4 |
Всего комментариев: 1
08.03.2024
1. Reznms () [Материал]
brand atorvastatin 10mg <a href="https://lipiws.top/">atorvastatin 10mg drug</a> buy atorvastatin 20mg

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024