Marketing Четверг, 28.03.2024, 14:25
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Tarixdə tərəqqi anlayışı. (ardı)
[ ] 20.02.2009, 10:18

XX əsrin birinci yarısında dünya nəzəri fikrində insan probleminə mərkəzi yer verən ekzistensial ( insan mövcudluğu ) fəlsəfə meydana gəldi . Bu cərəyanın tərəfdarları həm də tarixin fəlsəfi anlaşılmasına böyük diqqət yetirirdilər . Onun görkəmli nümayəndələrindən biri alman filosofu K.Yaspers ( 1883-1969 ) olmuşdur . Bir sıra digər filosoflardan fərqli olararaq o bşəriyyətin mənşəyini və inkişaf yolunu qəbul edirdi . Bununla yanaşı göstərirdi ki , onun əksi olan tezis də irəli sürülə bilər . Yaspers cəmiyyətin inkişafında iqtisadi amillərin həlledici rol oynadığını iddia edən marksizmə qarşı çıxırdı . O əlbəttə iqtisadi tərəfin əhəmiyyətini heçə endirmir , amma göstərir ki , tarix bəşəriyyətin varlığı kimi daha çox mənəvi amillərələ müəyyən olunur . Yaspers özünün tarix fəlsəfəsini bəşəriyyətin bugünü ilə keçmiş tarixi yolu arasında qırılmış əlaqələri bərpa etmək cəhdi kimi qiymətləndirirdi . Bu məqsədlə o « ox tarixi » («  tarixin vahid istiqamətli xətt üzrə inkişafına») anlayışından geniş istifadə etmişdir . Yaspersə görə bu ox təxminən e.ə. 800-200-cü illəri əhatə edir . Onun fikrincə məhz həmin tarixdə böyük dönüş baş vermiş , bu gün yaşamaqda olan insan tipi meydana gəlmişdir . «Ox dövrü»ndə bəşəriyyət , tarixin strukturu qərarlaşır . Bu dövrün ən görkəmli hadisələri Çində Konfusi və Lao-Tszının , Hindistanda Upanişadlar və Buddanın , İranda xeyirlə-şərin mübarizəsini əks etdirən Zərdüştilik dininin , Fələstində peyğəmbərlərin fəaliyyətinin , Yunanıstanda isə Homerin , filosoflardan isə Parmenidin , Heraklit və Platon mövcud olmasıdır .

Beləliklə , Yaspersə görə dünya tarixinin ilk çıxış nöqtəsi , onun «ox dövrü» başqa sözlə deyilsə , fəlsəfənin və dünya dinlərinin yarandığı dövr təşkil edir . O vaxtdan bəri tarix vahid xətt üzrə inkişafdadır , həm də bu proses heç vaxt başa çatmır .

   Yaspers bəşəriyyətin bu vaxta qədər olan tarixini üç əsas mərhəlyə ayırır : 1) tarixə qədərki dövr ; 2) bilavasitə tarix dövrü ; 3) yer kürəsinin , bəşəriyyətin ümumdünya tarixi . Birinci mərhələ uzun tarixi müddəti (insanın , dilin və irqlərin formalaşmasından başlayaraq sözen əsl mənasında tarixi mədəniyyətin yaranmasına qədər ) əhatə etmişdir . Bu mərhələdə cəmiyyətdə baş verəm proseslər təbiətdə olduğundan o qədər də fərqlənilmir . tarixə qədərki mərhələdə , xüsusən də , onun son dövründə xalqların dili və mədəniyəti inkişaf edir və yayılır . Beləliklə də tarixi mədəniyyətin yaranması üçün zəmin hazırlanır . İkinci mərhələ , sözün əsl mənasında tarix dövrü adlanır . Bu dövrdə Çində , Hindistanda , yaxın Şərqdə və Avropa ölkələrində çox böyük irəliləyişlər baş vermişdir . Bu mərhələyə keçid tarixin «ox dövrü»ndən başlanır .Müxtəlif xalqların mədəniyyətləri inkişaf və çiçəklənmə dövrü keçirir . Üçüncü mərhələ , təxminən bizim eranın birinci minilliyindən başlanır , bu günə qədər davam edir və gələcəkdə də özünü göstərəcəkdir . Bu mərhələdə bşəriyyətin qlobal vəhdəti yaranır və sözün əsl mənasında universal , ümumdünya tarixi bərqərar olur . Onun baş verməsində böyük coğrafi kəşflər və yeni dövrdə yaşamış görkəmli şəxsiyyətlər mühüm rol oynamışdır . Bu mərhələdə xalqlar arasında ümumdünya miqyadında əlaqələr yaranır .

   Ümumiyyətlə , Yaspers bəşəriyyətin tarixində üç başlıca xüsusiyyəti ayırır: a) tarix başqa reallıqlardan ( təbiət və kosmos ) fərqli həddlərə malikdir ; b) tarix bir dövrdən digərinə keçiddir . Bu mənada ənənə « insan varlığının tarixi substansiyası»nı təşkil edir ; c) insanın cəmiyyətdə yerinin və həyatının izahına «tarix bütöv ideaya rolunuoynayır». O yazırdı : «Mən nəyə mənsub olduğumu və nəyin xatirinə yaşadığımı məhz tarixin güzgüsündə müəyyən edirəm».

Yaspersin fikrincə bəşəriyyətin vəhdətinin köklərini insanın bioloji təbiətində deyil , «yüksək səviyyəli vəhdət» olan insanın öz mahiyyətində axtarmaq lazımdır . İnsanın mahiyyətini isə azadlıq , birinci növbədə onun mənəvi qüvvələrinin təzahürünün azadlığı təşkil edir . Yaspersin işlətdiyi «ox dövrü» anlayışı da tarixin vəhdətini göstərmək məqsədini güdür .

   Tarixi prosesin izahında marksist təlim mühüm yer tutur . Bu təlim cəmiyyətin inkişafına təbii-tarixi proses kimi yanaşır . O üç əsas kateqoriyanın ( «ictimai-iqtisadi formasiya» , «ictimai münasibətlər» və «tarixi qanunauyğunluq» ) köməyi ilə ümumdünya tarixini inkişaf mərhələlərinin bir-birini əvəz etməsi prosesi kimi səciyyələndirir . Marksizmmə görə bu mərhələlərin ( ictimai-iqtisadi formasiyalar ) müəyyənedici əsasını iqtisadiyyat və subyektiv amillər təşkil edir . Marksizmin irəli sürdüyü formasiya təlimi tarixi prosesin izahında iqtisadi münasibətləri xüsusi olaraq seçib götürür . İctimai münasibətlərin mürəkkəb məzmununda məhz onlara əsas yer verilir . Marksizm göstərir ki , tarixi prosesin vəhdəti və varisliyi insanların ictimai varlığı ilə təmin olunur . Beləliklə , cəmiyyətin inkişafı maddi amillər ilə şərtlənir . Tarix özünün qanunauyğunluqlarına malik olan obyektiv prosesdir . Marksizmə görə tarixin məqsədi və mənası istehsal üsulu ilə cəmiyətin mənəvi həyatı arasındakı əlaqələri ifadə edən sosial qanunlar ilə ifadə olunur . Bu nəzəriyə bəşəriyyətin əsl tarixinin məhz kommunizm formasiyasından başlanacağını , burada humanizmin və hərtərəfli inkişaf etmiş şəxsiyyətin bərqərar olacağını elan edirdi . XX əsrin sonlarının tarixi təcrübəsi bu kimi ideyaların əsassızlığıni sübut etdi.

   Tarixi prosesdə iqtisadi münasibətlərin aparıcı rolu və sosial qanunların fəaliyyəti haqqında marksizm təlimi XX əsrin fəlsəfi fikrində birmənalı qarşılanmadı . Buna ən kəskin etiraz edənlərdən biri K.Popper olmuşdur . O özünün « Açıq cəmiyyət və onun düşmənləri» əsərində Marksın metodunu sosioloji determinizm kimi səciyyələndirirdi . Onun sosial fəlsəfəsini isə iqtisadi üstünlük əldə etmək üçün aparılan sinfi mübarizə kimi izah edən tarixisizm adlandırırdı . Popper Marksı «genişmiqyaslı tarixi peyğəmbərliyə» cəhd göstərməkdə günahlandırırdı . Özünün ona qarşı mövqeyini isə antitarixisizm adlandırırdı . O , tarixdə hər hansı universal qanunların , onun məqsəd və mənasının , habelə bəşəriyyətin vahid tarixi olduğunu inkar edir .

   Popper göstərir ki , bütövlükdə tarixi izah edən heç bir qanun ola bilməz . Onun fikrincə tarixin mənası yoxdur , ona bu və ya digər ümumi müddəanı tətbiq etmək mümkün deyildir .

   Popperin antitarixisizmi öz ifadəsini tarixi tərəqqinin inkar edilməsində tapır . Onun fikrincə tarix insanların müəyyən məqsədə doğru hərəkəti deməkdir . Tərəqqi yalnız insan fərdlərinə aiddir . Onlar azadlığı müəyyən edən demokratik institutları müdafiə edirlər . Popperə görə bütövlükdə tarixi prosesin tərəqqisindən yalnız köləliyə qarşı mübarizə mənasında danışmaq olar . Onun tənəzzülü isə ağ irqin qara dərililəri əzməsindən ibarətdir . Bu iki tərəf bir-birini tamamlayır . Tərəqqi ilə tənəzzülün bu münasibətindən Popper belə bir nəticə çıxarır ki , tarixi tərəqqinin obyektiv meyarı yoxdur . Tərəqqinin özü isə providensializm ( cəmiyyətin tərəqqisininn ilahi qüvvə tərəfindən irəlicədən müəyyən olunduğunu iddia edən baxış ) deməkdir .

   Popper « Tarixisizmin yoxsulluğu  » əsərinin müqəddiməsində  tarixisizimin prinsipinə qarşı başlıca arqumentini belə ifadə edir . Cəmiyyətin inkişafı biliklərin inkişafından aslıdır , onların xarakterini isə tarixi keçmişdən çıxış etməklə irəlicədən söyləmək qeyri – mümkündür . Buna görə də gələcəyi irəlicədn görmək mümkün deyildir . Tarixilik dedikdə Popper ictimai təlimlər tərəfindən inkişafın meyllərinin və qanunauyğunluqlarının düzgün əks etdirilməsini başa düşürdü . Tarixisizm isə tarixi irəlicədən görmək deməkdir . Tarixisizmə əsaslanmaq gələcəyi irəlidən görmə prosesini Popper peyğəmbərlik hesab edir .

   Ümumiyyətlə , Popper antitarixlik ideasının əsas müddəaları aşağıdakılardır : 1) Tarix mahiyyət etibarilə siyasi və ictimai hadisələrin xronikası deməkdir . Tarixçilır ümumi situasiyalar və meyllər ilə maraqlana bilərlər . Lakin həqiqətdə onlar fərdi və unikal hadisələrlə məşğul olurlar . 2) Cəmiyyətə bütöv bir tam kimi baxma olmaz , çünki xolizm ( bütöv , sistemli yanaşmaq ) metodoloji cəhətdən qeyri - mümkündür . İnsan təfəkkürü ayrı - ayrı elementləri , meylləri və onlar arasındadakı bəzi əlaqələri dərk edə bilər . Lakin o mürəkkəb sistem kimi götürülən tamı anlamaq iqtidarında deyildir . Buna görə də ayrı - ayrı tarixi hadisələrin və proseslərin öyrənilməsindən alınan nəticələri bütünlükdə cəmiyyətə , xüsusən də onun gələcəyinə tətbiq etmək mümkün deyildir ; 3) Tarixdə təbiət qnunları mənasında götürülən qanunlar mövcud deyildir . Buna görə də tarixisizmin nümayəndələrinin tarixi qanunlar adlandırdıqları şey əslində inkişafın meylləri və istiqamətlərinin təsviri deməkdir . Popperin fikrincə elmin qanunları bədi və dəyişilməz əlaqələri ifadə etməlidir . Yalnız bu halda onlar obyektiv dünyada baş verən dəyişiklikləri izah edə bilər . Əgər bu qanunların özü dəyişkəndirsə , onda onların köməyi ilə dəyişiklikləri  izah etmək olmaz , çünki bu halda həmin dəyişikliklərə möcüzə kimi baxılmalıdır. Popperə görə əgər tarixisizmin özü tarix qanunlarının bir dövrdən digərinə keçildikdə dəyişildiyini etiraf edirsə , onda onlar sözün əsl mənasında qanun hesab oluna bilməz . Buna nəinki əbədi dəyişilməz qanunları , hətta statistik nizamlılığı belə aşkar etmək mümkün deyildir ; 4) Tarixi inkişaf qanunları əsasında gələcəyi irəlicədən görmək olmaz . Əvvəla, ona görə ki , belə qanunlar yoxdur . Sonra , əgər belə qanunlar olmuş olsaydı da belə , onlar əvvəlcədən bilinməyən dəyişikliklər baş verməsi nəticəsində öz təsir qüvvəsini itirərdi . Deməli , gələcəyi elmi əsasda , yəni qanunlar əsasında irəlicədən görmək mümkün deyildir . 5) Popperə görə gələcəyi görməyin özü iki növə ayrılır : peyğəmbərlik və texnəloji mülahizələr . Birincini o meteoroloqların yaxınlaşmaqda olan , lakin qarşısıalinmaz qasırğanın baş verəcəyi haqqında məlumatlarına bənzədir . İkinci növ isə aşağıdakı mülahizəyə oxşadır : hansı formada və hansı tikinti materiallarından sığınacaq tikmək lazımdır ki , qasırğanın təsirinə tab gətirə bilsin və beləliklə də insanları və texnikanı fəlakətdən qorusun . Popperə görə cəmiyyətə münasibətdə peyğəmbərlik etmək utopiyadır , yalnız texnoloji mülahizələr realdır . Onlar da əbiətin və iqtisadiyyatın qanunlarına əsaslanırlar .

   Beləliklə , Popper cəmiyyət miqyasında sosial proqnozlaşdirmanın qeyri - mümkün olduğunu metodolji cəhətdən əsaslandırmağa çalışır . O sübut etmık istəyir ki , əsaslı sosial dəyişikliklər cəmiyyətin qanunauyğun inkişaf nəticəsi deyildir , o yalnız tarixisizm mövqeyində duranların bəd əməllərinin nəticəsidir .

  2.Tərəqqinin meyarı nədir? Tərəqqinin anlaşılmasında müxtəlif rəylərin mövcud olması xeyli dərəcədə bu prosesin mürəkkəb və daxili ziddiyyətli xarakter daşıması ilə izah edilir . Bunu ondan görmək olar ki , hətta müasir dövrdə də elm və texnikanın inkişafı bir tərəfdən əmək məhsuldarlığını yüksəldirsə , digər tərəfdən ətraf mühitə mənfi təsir göstərir , bəşəriyyətin gələcəyini təhlükə altına alan kütləvi qırğın silahları və digər dağıdıcı qüvvələr yaradır . Yaxud da istehsalın artmaqda olan kompyüterləşdirilməsi prosesi özü ilə bir sıra arzuolunmaz nəticələr ( görmənin zəifləməsi , əsəb gərginliyinin və psixoloji gərginliyin artması , insanın şəxsi fəaliyyəti üzərində nəzarətin hədsiz dərəcədə güclənməsi və.s ) əmələ gətirir . Bu siyahıya həm də XX əsrdə bəşəriyyətin qarşılaşdığı digər sosial bəlalar - müharibələri , irqi ayrıseçkiliyi, terrorçuluğu , narkomaniya və cinayətkarlığın artmasını və sairi də əlavə etmək olar .

   İtimai tərəqqinin mahiyyətini düzgün müəyyən etmək üçün obyektiv meyara malik olmaq müstəsna əhəmiyyət kəsb edir . Tərəqqinin meyarı barəsində müxtəlif fikirlər söylənilir . Məsələn , marksizm hesab edirdi ki , insanın özünün inkişaf səviyyəsi ilə birlikdə götürülən məhsuldar qüvvələrin inkişafı dərəcəsi ictimai tərəqqinin əsas meyarıdır . Məsələyə diqqətlə yanaşdıqda məlum olur ki , bu meyar mücərrəd və ümumi xarakter daşıyır . Buna görə də onu ictimai həyatın digər sferalarında əldə edilmiş səviyyəni müəyyən edən amillər kompleksi ilə tamamlamaq zəruridir . Deməli , ictimai tərəqqinin mahiyyətini tam dolğunluğu ilə izah etmək üçün həyatın  bütün tərəflərini vəhdətdə götürmək , müxtəlif meyarlar sisteminə əsaslanmaq lazımdır . Müasir dövrdə ictimai tərəqqinin obyektiv meyarlarının müəyyən olunması xüsusilə böyük əhəmiyyət kəsb edir . Onu sosial-siyasi , iqtisadi ideoloji , demokratik və humanist meyarlar əsasında müəyyən etmək olar .

   Hegel ümumdünya tarixinin mahiyyətini «azadlıq şüurunun tərəqqisi»ndə görürdü . O göstərirdi ki , bu baxımdan tarix üç əsas dövrə bölünür . Birinci mərhələ Şərqin despotik quruluşlu ölkələrini ( Çin , Hindistan , İran və Misir) əhatə edir . Bunlarda azadlıq demək olar ki , yoxdur . Çünki Şərq xalqları hələ bilmirdilər ki , ruh və ya insan özü-özlüyündə azaddır . Bir halda ki , onlar bunu bilmirlər , deməli onlar azad deyildir.

   Antik cəmiyyətdə azadlıq ilə qul sabitliyinin birləşməsi bununla izah edilir ki , yunan-roma dünyasında xalqlar azadlığa məhdud dərəcədə malik olmuşdur . Burada yalnız bəziləri azaddır . Hegel quldarlığın aradan qaldırılmasını ictimai şüurda «hamı azaddır» prinsipinin qərarlaşması ilə əlaqələndirir . O bu prosesdə xristian dininə həlledici yer verirdi . Nəhayət azadlığın üçüncü mərhələsi Qərbi Avropada Alman zadəganlığında yaranır. Bu mərhələdə hamı azaddır . Beləliklə , Hegel ümumdünya tarixinin Şərqdən Qərbə keçdiyini və sonuncuda başa çatdığını iddia edirdi .

   Qeyd olunmalıdır ki , tərəqqinin meyarının azadlıqla bağlılığı haqqında Hegelin fikri diqqəti cəlb edir . Lakin Hegelin nöqsanı bunda idi ki , o tərəqqini yalnız azadlıq şüurunun inkişafında görürdü . Əslində isə azadlıq çox geniş anlayışdır . Odur ki , azadlığı ictimai tərəqqinin meyarı kimi qiymətləndirərkən onun bütün tərəflərini nəzərdə tutmaq lazımdır . Yəni təkcə azadlıq şüuru deyil , həm də real oyanır azadlıq , ictimai həyatın bütün sahələrində azad fəaliyyət diqqət mərkəzində durmalıdır .

   İctimai tərəqqiyə azadlığı təmin etməyin əsası kimi yanaşılması onu tarixi zərurət ilə əlaqədə götürməyi tələb edir . Çünki real azadlığa nail olmaq yalnız zərurəti dərk etmək sayəsində mümkündür . Deməli , azadlığın əldə edilməsi zərurətin dərk olunması ilə sıx bağlıdır . Məhz tarixi zərurəti dərk edib reallaşdırmaq yolu ilə azad cəmiyyət yaratmaq mümkündür . İctimai həyatın bütün sahələrində öz üzvlərinə real azadlıq verən cəmiyyət tərəqqi göstəricilərinə görə ən yüksək səviyyədə durur .

   O , qeyd edirdi ki , tarixi prosesin qanunauyğunluğu fərdi maraq , mənafe və hərəkətlərdən əmələ gəlir , ən ümumi , zərurisi , isə burada xüsusi və konkret maraqların və onların imkanlarının nəticəsində yaranır . Müxtəlif maraq və mənafelərin toqquşması – tarixdə mütləq “ ruhu ”nun reallaşmasının ifadəsidir . Bu toqquşmaların qurbanları görkəmli şəxsiyyətlər olur . Hegelin fikrincə , ümumdünya tarixi - ruhun öz azadlığı haqqındakı təsəvvürün inkişafıdır ; ictimai inkişafın müxtəlif pillələri ruhun ifadəolunma tərzini özündə əks etdirir ( dində , siyasi sistemdə , mənəviyyatda , hüquq , elm , incəsənət və texnikanın inkişafında ) . Hegel inanırdı ki , ictimai inkişaf mütərəqqi xarakter daşıyır , tarixdə fərdi və ən ümuminin dialektikası mövcuddur , bütövlükdə tarix isə - azadlığın dərk olunması yolunda tərəqqiyə “ nail olmaq ” deməkdir .

   Hegel insanların fəal həyat mövqeyinin xüsusi əhəmiyyətini qeyd edirdi ; tarixin möhtəşəmliyi ehtiraslar , qabiliyyətlər üzərində qurulur .

   Fəlsəfə , tarixi prosesi təşkil edən son dərəcə müxtəlif hadisələri ümumiləşdirmək , onlardan mühümü qeyri-mühümdən ayırmaq üçün metodoloji silah rolunu oynayır . Bu cür yanaşma hadisələrin xronoloji empirik təsvirindən fərqli olaraq tarixi prosesin ümumi qanunauyğun xarakterini açmaq imkanı verir . Fəlsəfi fikirdə bu baxış XVII əsrlərdə formalaşmışdır . Onun əsasında böyük coğrafi kəşflər , dəniz səyahəti və ticarətin inkişafı , bütövlükdə kapitalizmin təşəkkülü prosesi durur . Məhz kapitalizm quruluşunun yaranması sayəsində ölkələr və xalqlar arasında təsərrüfat və mədəni əlaqələr genişlənməyə başladı . Bu dövrdən etibarən aydın olur ki , bəşəriyyət tarixinin vəhdəti , onun vahid mütərəqqi istiqamətdə inkişaf etməsi ideyası ictimayi inkişafın müəyyən yetkinlik mərhələsinə çatdığı dövrün yəni praktiki sürətdə ümumdünya tarixinin yarandığı dövrün məhsuludur .

   Tarixin dialektik anlaşılması onun vəhdəti ideyasını ardıcıl sürətdə yeridir , onu elmi və nəzəri cəhətdən düzgün izah edir . Tarixi prosesin vəhdəti insanın ictimai mahiyyəti , onun əməyinin ictimai əlaqə və münasibətlər şəraitində digər insanlara ünsiyyətdə baş verməsinə , insanların fiziki quruluşu və şüurunun formalaşmasının vahid proses olmasına əsaslanır . Buradan aydındır ki , tarixin vəhdəti real həyatın özündə mövcuddur ; onu kimsə uydurmamışdır . Belə ki , bütün ölkələr və xalqlar insan birlikləri hansı dövrdə yaşamasından asılı olmayaraq əmək fəaliyyəti , maddi nemətlərin istehsalı ilə məşğul olur , onlar şüurlu varlıq kimi fəaliyyət göstərir , bir-birilə dil vasitəsilə ünsiyyətdə olurlar . Başqa sözlə deyilsə , tarixin vəhdəti bütün dövrlərdə onun inkişafının ümumi qanunauyğun xarakteri ilə şərtlənir . Bu vəhdətini ifadə olunması formalarına gəldikdə isə göstərilməlidir ki , tarixi prosesin gedişində onlar daim dəyişilir . Bu dəyişilmə tarixin vəhdətinin getdikcə artması istiqamətində gedir . Belə ki , bəşər cəmiyyəti inkişaf etdikcə ( xüsusilə də kapitalizmin meydana gəldiyi dövrdən etibarən ) ölkələr və xalqlar arasında çoxtərəfli iqtisadi və mədəni əlaqələr genişlənir , yeni-yeni ölkələr və xalqlar kapitalist iqtisadiyyatı maxanizminə , dünya bazarı dövriyyəsinə cəlb olunurlar . Texnikanın , nəqliyyatın və rabitənin inkişafında əldə edilən böyük naliyyətlər sayəsində dövlətlər və xalqların qarşılıqlı əlaqələri daha da möhkəmlənir . Bütün bunlar sübut edir ki , cəmiyyət həyatında inteqrativ proseslər , ictimai həyatın beynəlmiləşməsi prosesi özünü göstərir . Cəmiyyət inkişaf etdikcə milli hədlərin dağıdılması , ümumdünya üzrə əlaqələrin möhkəmlənməsi , ictimai həyatın beynəlmiləşməsi meyli artır . Əlbəttə , müasir dövrdə bu proses son dərəcə ziddiyətli şəkildə təzahür edir . Lakin buna baxmayaraq o müasir dünya tarixinin artmaqda vəhdətinin ifadə forması kimi özünü getdikcə daha aydın göstərir . Hazırda dünya ölkələrinin qarşılıqlı təsiri və asılılığı möhkəmlənir , bir çox cəhətdən vahid , bütöv dünya formalaşır . Dövlətlərin qarşılıqlı asılılığın artması gedişində tarixi prosesin vəhdətinin ifadə formaları daha da təkmilləşir . Nəticədə tarixi bəşəriyyət inkişafının vahid prosesi olması faktı daha çox aydın görünməkdədir .

   Tarixi prosesin dialektik izahı onun ümumiliyi , vəhdəti ilə yanaşı konkret təfərrüatı , rəngarəngliyin və özünəməxsusluqlarının da öyrənilməsini şərtləndirir . Fəlsafə təkcə müxtəlif dövrlər arasındakı ümumi cəhətləri deyil, həm də onların hər birinə xas olan spesifik cəhətləri nəzərdə tutur .

Real tarixi prosesin rəngarəngliyi əsas etibarilə zaman və məkan amillərinin təsiri nəticəsidir . Birinci qrup amillər bunu ifadə edir ki , vahid tarixi inkişaf prosesi müxtəlif xronoloji mərhələlərə və dövrlərə bölünür . Məkan amilləri də çox mühüm olub eyni vaxt ərzində lakin müxtəlif ərazilərdə fəaliyyət göstərən ölkələrin və xalqların bir-birindən fərqliliyini ifadə edir .

   Tarixi prosesin rəmgarəngliyi hər şeydən əvvəl onun qeyri-bərabər inkişaf etməsində təzahür edir . Bu qeyri-bərabərlik bəşər cəmiyyətinin ilk dövrlərində özünü göstərmişdir . Belə ki , əlverişli təbii şəraiti olan ərazilərdə yaşayan xalqlar və ölkələr belə şəraiti olmayanlara nisbətən sürətlə inkişaf edirdi . Sonrakı inkişaf gedişində qeyri-bərabərliyi şərtləndirən amillərin silsiləsində təbii xarakterli amillər arxa plana keçir , istehsalın səviyyəsi , elmin və texnikanın inkişafı göstəriciləri  üstün yer tutmağa başlayır .

   Deyilənlərlə yanaşı tarixi prosesin rəngarəngliyi xeyli dərəcədə tarixi mühit deyilən amilin təsiri ilə bağlıdır . Bunun aydın təzahürü güridə qalmış xalqların özünəməxsus inkişafı yoluna düşməsində də görmək olar .

   Nəhayət , tarixi prosesin rəngarəngliyinə ölkənin daxilində siyasi və ideoloji , sosial və mədəni amillər , subyektiv amilin inkişafı dərəcəsi də müəyyən təsir göstərir . Məhz bunun nəticəsində eyni bir sosial zəmində yüksələn mədəniyyət , ideya , təsisat və təşkilatlar , həyat fəaliyyəti formaları bir-birindən fərqlənir .

   Yuxarıda deyilənlər sübut edir ki , tarixi proses bir tərəfdən bütün ölkələr və xalqlar üçün ümumi qanunauyğunluqlara və istiqamətlərə malikdir , digər tərəfdən , bu qanunauyğunluqların ayrı-ayrı ölkələrin konkret şəraiti və çərçivəsində müəyyən özünəməxsusluqlar yaradır .

 

 

                            Ədəbiyyat                         

     1.Z.Hacıyev. Fəlsəfə Bakı,2001

 

     2.Богомолов А.С.Идея в буржуазной философии . МГУ ,1962 .

 

3.Мир философии . В 2-х томах , т.2, М., 1991.

 

4.Философия . V.Lavrinenkonun redaktəsi ilə . M., 1996 , s. 304.

 

5.Ясперс К. Смысл и назначение истории . М., 1994 , с. 276.

 

6.Поппер К. Открытое обшество и его враги . Т. II. M., 1992 , c.311,312.

 

7.Шпенглер О.Закон Европы . М., 1993 , с. 153.

 

8.Тойнби А. Постижение истории . М., 1991 , с.100.

 

9.Гегель . Сочинения . Т. 8.. с. 18 .

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2228 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
09.03.2024
1. Xlyeaj () [Материал]
order atorvastatin pill <a href="https://lipiws.top/">buy atorvastatin 80mg online</a> lipitor canada

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024