Marketing Суббота, 20.04.2024, 08:49
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Tarixdə tərəqqi anlayışı.
[ ] 20.02.2009, 10:20

                      Tarixdə tərəqqi anlayışı.

 

Plan:

1.Mütəffəkirlərin tərəqqi anlayışı barədə fikirləri

2.Tərəqqinin meyarı nədir?

 

 

   1.Mütəffəkirlərin tərəqqi anlayışı barədə fikirləri.Sosial fəlsəfədə daim tarixin inkişaf mərhələləri , onların oxşar və fərqli cəhətləri öyrənilir , müqayisə edilir və qiymətləndirilir . Bu qiymətləndirmə iki cür olur : müsbət  ( proqressiv ) və mənfi ( reqressiv ) . Proqres və yaxud tərəqqi - irəliyə , yaxşılığa doğru yüksələn xəttlə gedən inkişafa , reqress isə ( latın dilində qayıdış , geriyə doğru ikişaf deməkdir ) - geriyə qayıtmaq , süquta doğru irəliləməyə deyilir .

   Tərəqqi prosesində inkişaf daha mükəmməl formalara , sadədən aliyə doğru hərəkət edir . Dünyada baş verən dəyişikliklərin qədim dövrdə reqressiv hərəkət oldugunu qeyd edələr olmuşdur ( Hesiod , Seneka - cəmiyyətin   «qızıl» dövrdən tənəzzülə doğru getdiyini iddia edirdilər ) . Bəziləri isə tarixdə eyni mərhələlərin , dövrlərin bir-birinin əvəz etdiyini , təkrarlandığını göstərirdilər ( Platon , Aristotel , Polibiy ) . Dini filosofların                             ( providensialistlərin ) fikrincə , tarix - Allahın iradəsinin ifadəsidir , onun      ( tarixin ) son məqsədi - insanı “ xilas ” etməkdir ) tarixin inkişafı müəyyən məqsədə xidmət edir .

   Kapitalizm istehsal münasibətlərinin inkişafı şəraitində tərəqqi ideyası elmi idrakda ( F . Bekon , R . Dekart ) , sonradan isə sosial münasibətlər sahəsində istifadə olunmağa başlandı ( Türqo , Kondorse ) . Jak Antuan Kondorse  «İnsan zəkasının tərəqqisinin tarixi lövhəsinin eskizi» əsərində qeyd edirdi ki , insanın qabiliyyət və bacarıqlarının inkişafı nəsildən - nəsilə izləndikdə , gözümüzün önündə insan zəkasının tərəqqisi mənzərəsi canlanır . Tərəqqinin qanunları fərdi qabiliyyət və xüsusiyyətlərə aid olan qanunlara uyğundur . Tərəqqi - ardıcıl və fasiləsiz inkişaf etdiyi üçün biz ona tarix deyirik . Tarixi öyrənməklə insan öz gələcəyini qurur . İnsanda öz qabiliyyətlərini inkişaf etdirmək imkanları sonsuzdur , yeganə məhdudiyyət - planetimizin həddləridir . Tərəqqinin sürəti dəyişilə bilər , lakin heç vaxt geriyə qayıdış olmayacaq ( əgər Yer kürəsinin ümumi şəraiti , yaşamaq imkanları dəyişməsə ) .

  J.Kondorse tarixin inkişafının ayrı - ayrı mərhələlərini qeyd edərkən , burada müxtəlif ictimai münasibətlərin formalaşması prosesini təhlil etmiş , işarələr sistemlərinin əhəmiyyətini xüsusiylə vurğulamışdır ( nitq , əlifba    və s. ) . Cəmiyyətin gələcəyini müəyyən etmək üçün keçmişə müraciət etməyi vacib bilən Kondorse insan nəslinin vəziyyətini yaxşılaşdıra biləcək üç amili göstərirdi : xalqların bərabərsizliyini ləğv etmək , cəmiyyətin müxtəlif qrup və siniflər arasındakı ziddiyyətləri aradan qaldırmaq , insanın hərtərəfli inkişafına nail olmaq . O göstərirdi ki . müharibələrə son qoyulmalı, ekoloji böhranlar aradan qaldırılmalı , kasıbçılıq ləğv edilməlidir .

   Kondorsedən fərqli olaraq , C.Viko və J.J .Russo tarixi inkişafın ziddiyyətli xarakterini daha kəskin şəkildə ifadə etmiş , tərəqqinin romantik təsvirinə qarşı çıxış etmişdilər .

   Hegel tərəqqinin dünya ruhunun inkişaf mərhələlərinin bir-birini əvəz etməsində görürdü . K . Marks isə hesab edirdi ki , tərəqqi anlayışını müəyyən tarixi prosesin təhlilində , müəyyən zaman həddlərində istifadə etmək olar . Tarixi inkişafı qiymətləndirən insanların məqsədləri , meyllər və idealları daim dəyişilir , ona görə də subyektivliyə yol verilir : əvvəlki inkişaf formaları ən yeniləri üçün bir pillə , keçid hesab edilir və birtərəfli qiymətləndirilir .

   XIX əsrin bəzi filosofları , o cümlədən A . Şopenhauer , tarixin mənası və inkişafının istiqamətini özünəməxsus tərzdə qiymətləndirirdilər .

   Xatırladaq ki , əgər Fixte varlığın mahiyyətini xalis subyektiv şüarda , Şellinq - obyektiv şüarda , Hegel - mütləq ruhda görürdüsə , Şopenhauer bunun dünya iradəsi olduğunu göstərirdi . Bu iradə - ağılsız , şüursuz , məqsədsizdir ; o , əvvəli , məqsədi və axırı olmayan bir hərəkətdir . İradənin ayrı-ayrı ifadələri ( onun “ obyektləşməsi ” ) daim bir-biri ilə mübarizə vəziyyətindədir . İradə özü-özü ilə yola getmir , özünü parçalayır , özünə qarşı qiyam edir . Fərdlərin təbiətdə , insan aləmində mübarizəsi dünya iradəsinin daxili parçalanmasının ifadəsidir .

   Şopenhauer iradəni həyata olan iradəyə gətirib çıxarır , sonuncunu isə cinsi istinkt ilə bağlayır ( vitalizm ) . O , yaxşı bir müşahidəçi olaraq qeyd edirdi ki , dünya bir-biri ilə rəqabət aparan fərdlərdən ibarətdir . Fərdlər daim məqsədlərə nail olmağa çalışır , lakin tam şəkildə bunu etməyə bacarmırlar . Kapitalizm cəmiyyətinin qəddarlığını , rəqabəti , fərdlərin arasındakı mübarizəni görən Şopenhauer başa düşürdü ki , dünya özünü yalnız daimi parçalanma və dağıdılma hesabına yaşadır .Dünya “ qorxu içində yaşayan , əzabkeş məxluqların mübarizəsi səhnəsidir . Bu mübarizədə nə iqtisadi , nə ictimai , nə siyasi məna var , o , yalnız kobud , ruhdan məhrum olan həyata iradənin ifadəsidir ” ( canlı təbiətdə olduğu  kimi ) .

   Tarixi inkişaf kortəbiidir , insan təbiətinə zidd olan bir yoldur . Bu yolu Şopenhauer mütləqləşdirir , pessimizm mövqeyindən qiymətləndirirdi . O , tarixin elmliyini inkar edir , çünki nə keçmişi , nə də gələcəyi qəbul etmir (Bu mənada onun Platon və vedanta təlimləri ilə oxşarlığı var ) . Şopenhauer zaman haqqındakı təlimində yazir ki , hadisələr ən ümumi bütövlükdə birləşir ( “ bir mahiyyət var , o , özü-özünü seyr edir ” ) . Ayrı-ayrı tək fərdlər vaxtın axarında gah üzə çıxır , gah itir ( bir xəyal kimi ) ; zaman - iradənin mahiyyəti deyil , o - yalnız təfəkkür , intellektin formasıdır . Məhz buna görə dünya iradəsinin əmələ gəlməsi və ucalması mənasında inkişaf mümkün deyildir . Dünya iradəsinin heç tarixi də yoxdur . Şopenhauer üçün tarix yalnız bilikdir ( elm deyil ) , bu biliyi yalnız fərdi və xüsusi şəkildə qavramaq olar . Tarix yalnız insan taleləri və ehtiraslarını əks etdirir . Bəşəriyyət , millət - abstraksiyasıdır , reallıqda yalnız fərd mövcuddur . Tarixdə nə dəyişiklik , nə təşəkkül , nə də inkişaf var . Tarix - insanların heyvani ehtiraslar səhnəsi , təsadüfi həyat yolları xaosudur . Bu , bir oyundur , qumara nə qoyulursa qoyulsun - bunun heç bir əhəmiyyəti yoxdur . Onun fikrincə , tərəqqiyə mexaniki şəkildə inanmaq - sadəlöhvlükdür , çünki dünyanın nə əvvəli nə də axırı vardır . Tərəqiyə nikbinlik mövqeyindən yanaşmaq teoloji-xristian köklərinin ifadəsidir . Tarixi inkişaf haqqındakı quraşdırmaları ümumiləşdirsək , görərik ki , bunlar rahat, gəlirli , firavan , babat konstitusuya , möhkəm ədliyyə sistemi və polis orqanları , texnika və sənaye , ən nəhayət , intelektual təkmilləşməyə qadir olan dövlət ilə tamamlanır ( bu fikri sonradan Nitsşe və Toynbi də qəbul edib ) . Əslində isə tarixdə eyni faciə təkrarlanır . Bunlar kasıbçılıq , dağıdılmlş dövlətlər , tarix səhnəsindən izi silinmiş xalqlar , gerçəkləşməmiş siyasi xəyallar , dağıdılmış insan ümidləri və sairdir . Tarixdə həmişə axmaqlıq , alçaqlıq , zalımlıq , lovğalıq qalib gəlmişdir .

   Şopenhauerin yaradıcılığında Avropada yaşadığı dövrün xırda və orta burjuaziyanın əhval-ruhiyyəsi təsir göstərmişdir . Neokantçılar olan Rikert və Vindelband da tarixin mahiyyətini yalnız fərdi və xüsusi ilə məhdudlaşdırır , onlar tarixi bir elm kimi qəbul etmirdilər . Nitsşe hesab edirdi ki , tarix - tərəqqi yolunda inkişaf yox , yerində saymaq deməkdir , əbədi olaraq əvvəlki vəziyyətə qayıtmaqdır .

   Şopenhauer öz əzabkeşlik haqqındakı təlimində həyatın cüziliyini sübut etməyə çalışır . «Hər hansı bir həzzalma ( buna adətən xoşbəxtlik deyirlər ) əslində və mahiyyət etibarilə , həmişə yalnız neqativ , əsla pozitiv olmayan bir hadisədir . Həzzalma həmişə ehtiyacın ödənilməsi kimi meydana gəlir , heç də ilkin , əzəli , vəhy şəklində bizə çatdırılan bir nemət deyil .Ehtiyac , nəyinsə əksikliyini hər hansı bir həzzalmanı qabaqlayır . Elə ki , ehtiyac ödənilir , bununla ağrı da , məhdudiyyət də tükənir , zövq ödənilir ».

əzabkeşlik müsbət rol oynayır , o - iradənin ifadəsidir , burada xoşbəxtliyin neqativliyində iradə varlığın mənasızlığı və yorulmazlığı ifadə olunur . Əhalinin aşağı təbəqələri ( xalq ) əzab çəkirlərsə , seçmə adamlar “darıxırlar” ( darıxmaq - həmin aclıq , ümidsizlik deməkdir ) . İnsan cəmiyyətində qəddar , paxıl və geridə qalmış kütlə fövqəl insanlara , dahilərə qarşı durur . İnsanların nəhəng kütlələri öz dar düşüncəlliyinə görə həmişə dahilərə ehtiyac duyurlar . İnsan mədəniyyəti də dahilər tərəfindən yaradılır . Şopenhauer göstərir ki , əzab-əziyyəti yalnız həyata olan iradənin inkarı yolu ilə aradan qaldırmaq olar . Buraya aşağıdakılar daxildir : kviyetizm ( arzu və ehtiraslardan qaçmaq ) , asketizm ( özbaşınalığı , iradənin istəyini cilovlamaq ) , mistisizm ( iradə hadisələrinin bütövlüyünü dərk etmək , özümüzün bütün iradənin ifadə formalarına bərabər olmağımızı başa düşmək ) ölüm ( insan nəslinin təbii yolla məhvi , yəni uşaqların doğulmaması ) və şüur ( subyekt ölür , şüurda əks olunan dünya da məhv olur ) .

   Tarixi inkişafın ümumi istiqaməti - təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin müxtəlif mərhələlərinin bir-biri ilə əvəz olunmasıdır ( biosfer , noosfer ) . Bu prosesin əsasını məhsuldar qüvvələrin inkişafı təşkil edir . Buraya cəmiyyətin təşkilolunma səviyyəsini , sosial-siyasi , mənəvi proseslərin xarakterini də əlavə etmək lazımdır . Ziddiyyətli xarakter daşıyan bu inkişaf sosial nəzəriyyələrdə pessimizm meyillərinin artmasında ifadə olunur . Şopenhauerin tərəqqi haqqındakı pessimuz təsəvvürləri daha konkret şəkildə Alfre Veberin yaradıcılığında ifadə olunmuşdur .

   Görkəmli sosioloq , mədəniyyətşünas Alfred Veber hesab edirdi ki , tarixi inkişafın əvvəlki mərhələsi bitmişdir . Qərbi Avropa artıq dünyada həlledici rol oynamır ; böyük vəkiçik dövlətlərin azad rəqabət tarixi tamamlanıb . Qərbi-Avropa xalqlarının tarixi potensiyaları tükənmişdir . Onıar müstəqil tarixi fəaliyyət qabiliyyətini itirirlər ; dünya tarixinin mərkəzləri Şərqə və Amerikaya doğru irəliləyir . Qüdrətli dövlət - qütblər tədricən öz fəaliyyət dairəsinə digər xalqlar və ölkələri də daxil edirlər . Qərbi Avropa , ölməmək üçün “ mənəvi və əxlaqi yeniləşməni ” həyata keçirmək üçün bütün iradəsini toplamalı , yeni tipli insanı yetişdirməlidir ; bu insan tarixi iradəni özündə təcəssüm etdirməlidir . O , qeyd edirdi ki , Avropa mədəniyyəti XIX əsrdə süquta doğru getməyə başladı , kapitalizm cəmiyyətində insanın özgələşməsi artdı . Alfred Veber sosial konfliktləri mədəniyyətin artımı və əmələ gəlməsi , tarixi şüurun vəziyyəti baxımından qiymətləndirirdi . Onun tarix konsepsiyasında qeyd edilir ki , üç insan tarixi vardır : 1) neandertal insan ; 2) erkən ana mədəniyyətlərinin insanı ; 3) müasir ( təxminən 6 min il əvvəl başlanıb ) insan . Sonuncu mərhələ iki dövrdən ibarətdir : Statik dövr ( 5 min il ) və dinamik dövr ( 800-900 il ) . İnsan tədricən özünü , öz mahiyyətini itirir , “ ictimai bütövdə ” əriyib gedir , texnikanın kortəbii qüvvələrinin və kütləvi təbliğatın məqsədyönlü manipulyasiyalarının qurbanına və oyuncağına çevrilir .

   Insanın dördüncü dövrü yaxınlaşır : özü-özünü bütün əhəmiyyəti və mahiyyətindən məhrum edən , əhilləşdirilmiş , gələcəyin insanı dövrü ! Veberə görə yaradıcı insanı kütləviləşmədən , konformizmdən xilas etmək lazımdır ki , o Avropa mənəviyyətının transsendental qatlarına daxil olmaq imkanı əldə etsin .

    Veber Nitsşenin bayağı biologizmini , antihumanizmini inkar etsə də , onun tarixi proses haqqındakı təsəvvürləri Nitsşenin sxemi ilə üst-üstə düşür ( Avropanın tarixi möhkəmliyi , indiki acınacaqlı vəziyyəti , bunun aradan qaldırılması haqqında , bu yolların əzabkeş və dağıdıcı olması haqqında . ) Veber hesab edirdi ki , həyatın əbədi və təbii ifadə formaları faşizmdə özünü ən çılpaq şəkildə ifadə etdi . Səbəb - ictimai orqanizmdə mənəvi , ciddi intizamın olmamasıdır . Bu gözlənilməz və təsadüfi hadisədir.

   O Kontun pozitivist sosial fəlsəfəsinin mərkəzi problemlərindən birincisi cəmiyyətin inkişafının qanunauyğun xarakterini əsaslandırılmasıdır . Bu problemi həll edərkən o “ bəşəriyyətin intellektual təkamülünün böyük əsas qanununu ” formulə etdi . Bu qanuna görə insanların idraki fəaliyyəti , ictimai şüur və nəticə etibarilə bəşər tarixi öz inkişafında üç inkişaf mərhələsindən keçir .

   Birinci , teoloji mərhələdə dini-morfoloji şüur üstün yer tutur . İnsanların aləmə münasibəti , onların əxlaqı din əsasında formalaşır . Onlar öz gündəlik həyatında qarşıya çıxan problemləri dinin köməyi ilə həll edirlər . İkinci , metafizikpillədə insanlar öz təxəyyülündən daha çox real proseslərini əks etdirən anlayışlar ilə əməliyyat aparırlar . Lakin insanların ətraf dünya haqqındakı bilikləri zəif oldugundan bu anlayışlar xeyli dərəcədə mücərrəd xarakter daşıyır . Üçüncü , pozitiv mərhələ bununla səciyyələnir ki , insanların mühakimələri və çıxardığı nəticələr daha çox elmi müşahidələrə arxalanır . Ümumilikdə pozitivizm fəlsəfəsi cəmiyyətin mütərəqqi istiqamətdə inkişaf ideyasını irəli sürmüşdür .

   Kontun sosial dinamika təlimi cəmiyyətin inkişafını qanunauyğun və mütərəqqi proses kimi səciyyələndirir . Onun fikrincə ictimai əmək bölgüsü bu prosesdə mühüm rol oynayır . Özünün “ Pozitiv siyasət sistemi ” əsərində o yazırdı ki , “ Bəşəriyyət sivilizasiyanın fiziki , mənəvi , əqli və siyasi nöqteyi-nəzərindən gedişi dövründə fasiləsiz sürətdə inkişaf edir ”.

   Bu prosesdə bəşəriyyətin intelektual təkamülü cəmiyyətin mütərəqqi inkişafının bütün tərəflərinin məzmununu və istiqamətini müəyyən edir . O həmin tərəqqinin sanki daxili substansiyasıdır .

   Kont cəmiyyətin inkişafında harmoniyanın təmin olunmasına mühüm yer verirdi . Onun fikrincə harmoniya cəmiyyətin stabilliyinin əsas şərtidir , o hər bir insanın , sosial təbəqənin və xalqın normal mövcudluğu və inkişafına imkan yaradır .

   Cəmiyyətin inkişafı haqqında O.Kontun fikirlərini XIX əsr ingilis mütəfəkkiri H.Spenser davam və inkişaf etdirmişdir . O özünün cəmiyyətin üzvi quruluşu nəzəriyyəsində sosial təkamül məsələsinə geniş yer verirdi . O təkamüldə aşağıdakı üç momenti ayırırdı : sadədən mürəkkəbə keçid          ( inteqrasiya ) ; yekcinslikdən müxtəlifliyə keçid ( diferensiya ) və qeyri-müəyyənlikdən müəyyənliyə keçid ( qaydanın artması ) . Spenserə görə sosial təkamül cəmiyyətin mütərəqqi inkişafı deməkdir . Bu inkişaf cəmiyyətin quruluşunun mürəkkəbləşməsi və sosial institutların fəaliyyətinin təkmilləşməsi yolu ilə baş verir . Onun fikrincə sosial təkamül insanların tələbatları ilə obyektiv sürətdə şərtlənir . Spenser göstərirdi ki , «cəmiyyətdə tərəqqi daim fərdi fəaliyyətin korporativ orqanların fəaliyyətitərəfindən udulması istiqamətində baş verir . Müxtəlif nəsillərin birgə səyləri ilə həyata keçirilən sosial təkamül gedişində cəmiyyətin bir çox funksiyaları dəyişilir , onların ölçüləri rəngarəngliyi , müəyyənlik dərəcəsi və mürəkkəbliyi artır ».

   Görkəmli fransız mütəfəkkiri E.Dürkheym ( 1858-1917 ) də öz fəlsəfi təlimində cəmiyyətin inkişafı məsələsinə xüsusi diqqət yetirirdi . O göstərirdi ki, kollektivçilik cəmiyyətin inkişafını müəyyən edən “ əsas sosiallıq amilidir”. Dürkheym kollektivçiliyin inkişafında və sosial inteqrasiya prosesində idealların və etiqadların həlledici rol oynadığını göstərirdi .

XIX əsrin fəlsəfi fikrində psixoloji istiqamət adlanan cərəyan tərəfdarları (L.Uord , Q.Tard və başqaları ) cəmiyyətin inkişafını fərdin və qrupların psixikası ilə izah edirdilər .

   İctimai fikir tarixində bir elmin konseptual əsasları və müddəalarının digərinə köçürülməsi halları az olmamışdır . Məsələn , XVII və XVIII əsrlərdə mexanika və həndəsə elmlərinin müdəaları cəmiyyət tarixində tətbiq edilirdi . XIX əsrdə isə Darvinin təkamül nəzəriyyəsinin təsiri altındə bir çox sosioloqlar və tarixçilər “ orqanizm ” , “ növ ” , “ yaşamaq uğrunda mübarizə ” və sair anlayışları cəmiyyət həyatına aid edirdilər .

   XIX əsrin sonunda fəlsəfi fikirdə geniş yayılmış istiqamət - yenikantçılıq təlimi tarixi prosesin izahıına cəhd göstərmişdir . Onun əsas nümayəndələri V.Vindelband və H.Rikkert ictimai həyat hadisələrinin təkrarolunmazlığını xüsusi qeyd edirdilər . Buradan isə belə bir səhv nəticə çıxarırdılar ki , cəmiyyətdəki dəyişikliklər qeyri-müəyyən istiqamətdə gedir . Burada sabit qanunauyğun əlaqələr yoxdur . Yenikantçılar tarixin inkişafında qanunauyğunluğu qəbul etmirdilər . Onlar bunun əvəzinə dəyərlər problemini irəli sürürdülər . Məsələn , Rikkert göstərirdi ki , ictimai hadisələrin izahında qanundan söhbət gedə bilməz . Burada həmişə dəyərlər prinsipi əldə rəhbər tutulmalıdır . Onların fikrincə təbiət elmləri (fizika , kimya , biologiya ) nomotetik ( ümumi ) xarakter daşıyır . Onlar öyrəndikləri obyektlərin ümumi , təkrarlanan xassələrinə diqqət yetirir . Tarix elmləri isə idioqrafiq ( fərdi ) metoda əsaslanırlar . Onlar fərdi , təkrarolunmaz hadisələri , situasiyaları və prosesləri təsvir edirlər . Buradan belə bir nəticə çıxarılırdı ki , tarixi elmlər özsubyektivliyi ilə seçilir , tarixin özü isə ümumi əhəmiyyətli dəyərlər sistemi kimi götürmək mədəniyyətin inkişafı deməkdir .

   Qeyd edək ki , tarixin izahına bu cür yanaşma əvvəllərdə geniş yer tutmuş mexaniki ( naturalist ) baxışa cavab reaksiyası kimi yaranmışdı . Bu mənada onun müsbət rol oynadığı qeyd edilməlidir . Lakin bütövlükdə belə yanaşma özünün antitarixiliyi , tarixi dünyagörüşə qarşıdurması ilə səciyyələnir . Odur ki , tarixin izahının yenikantçılıq konsepsiyası nöqsanlıdır .

   Yenikantçıların əksinə olaraq M.Veber göstərirdi ki , dəyərlər fövqəltəbii deyildir . onlar konkret tarixi xarakter daşıyır . onun işləyib hazırladığı ideal tiplər təlimində belə bir fikir irəli sürülürdü ki , tarixi proses gedişində insanların fəaliyyətinin mənalandırılması dərəcəsi və rasionallığı artır .

   XX əsrin digər tədqiqatçıları tərəqqi ideasının əvəzinə ( bu idea artıq iflasa uğramışdı ) dairəvi inkişaf ( mərhələ üzrə ) nəzəriyyəsi ( Osvald Şpenqler , Arnold Toynbi , Pitirim Sorokin və başqaları ) , “Sosial dəyişikliklər” anlayışını , hətta “antiutopiya” təlimlərini ( Corc Oruel “Heyvanlar ferması” , “1984 – cü il” , Maykl Yanq “Meritokratiyanın ucalması” , E.Borces “Mexaniki portağal” , “1985 – ci il” və başqaları ) yaratmışdı . Bu və digər əsərlərdə hər hansı bir ideala , sosial ədalətlilik prinsipinə nail olmaq arzularının puç olmasından bəhs olunur .

   XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış kultuoloji məktəbin nümayəndələri ( O.Şpenqler , A.Toyibi və P.Sorokin ) tarixi prosesi izah etməyə cəhd göstərmişdilər .

   Kulturoloji baxışın səciyyəvi cəhətləri aşağıdakılardır : ictimai tərəqqinin birtərəfli qəti avropasentrik sxeminin qəbul edilməməsi ; çoxlu mədəniyyətlərin və sivilizasiyaların olduğunun , onların məhəlli və müxtəlif keyfiyyətliliyinin irəli sürülməsi ; mədəniyyətin bərqərar olması və inkişafının izahında bioloji , antropoloji və digər sxemlərin tətbiqi . Həmin təlimin nümayəndəsi XX əsrin görkəmli filosoflarından olan O.Şpenqler dünya tarixinin bütövlüyü və vəhdətini , burada «daimi və ümumi»nin olmasını inkar edirdi . O göstərirdi ki , rus təfəkkürü üçün qərb təfəkkürünün kateqoriyaları nə dərəcədə yaddırsa , qərb təfəkkürüüçün də şin və yaxud yunan təfəkkürünün kateqoriyaları bir o qədər yaddir .

   Şpenqlerin fikrincə dünya tarixi müxtəlif dövrlərdə mövcud olan və bir-birinə oxşamayan qüdrətli mədəniyyətlər çoxludur . Onların hər biri ümumi bəşəriyyət materialını və «formasını» , öz «həyatı və ölümünü» həkk edir . O çiçəklənməkdə  olan və qocalmaqda olan mədəniyyətləri bir-birindən fərqləndirirdi . Şpenqlerə görə mədəniyyətləri hər biri dərin mənya malikdir , lakin onların hamısını bir tale gözləyir . Bu tale mədəniyyətin sonu demək olan sivilizasiyanın yaranmasıdır . Burada çıxış edərək o , tarixin mənasını «böyük mədəniyyət formalarının» taleyinin , ruhunun və dilinin izahı kimi anlayırdı .

   İngilis tarixçisi və filosofu A.Toyibi də ümumdünya tarixini bir-birindən əsas etibarilə dini əlamətlərə görə fərqlənən müxtəlif sivilizasiyalar kimi təsəvvür edilir . Onun fikrincə hər bi sivilizasiyanın ( onların sayını o 21 hesab edirdi) təkrarolunmazlığı , onun tərəfindən tarixin çağırışlarına «verdiyi cavabların» özünəməxsusluğu ilə şərtlənir . Sivilizasiyaların mənşəyinin səbəbi bir irqin hüdudlarından kənara çıxan yaradıcılıq cəhdlərinin olmasıdır . Toyibi göstərirdi ki , sivilizasiyaların qapalılığı və bir-birindən əlahidəliyi onların mənəvi qarşılıqlı təsirini inkar etmir . O ümumdünya tarixinin amalını dini təkamüldə və bəşəriyyətin mövcudluğunun mənasında görürdü .

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2843 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
08.03.2024
1. Aqlrhh () [Материал]
atorvastatin drug <a href="https://lipiws.top/">where can i buy atorvastatin</a> buy atorvastatin pill

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024