Marketing Среда, 24.04.2024, 02:35
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Həyatın və ölümün mənası
[ ] 20.02.2009, 10:35

Həyatın və ölümün mənası

1.Antik dövr filosofları insanın özünə münasibəti barədə.İnsan probleminin vacib tərəflərindən biri həyatın və ölümün mənasıdır. Yalnız insan öz ölümünü, yaşamağını dərk edib qiymətləndirə bilir. İnsan özünüdərki şüurun müxtəlif səviyyə və formalarının vasitəsilə, o cümlədən fəlsəfə, din və incəsənət ifadə edib qavraya bilir.

Fəlsəfə tarixindən məlumdur ki, insanın özünüdərkinin çox vacib mərhələlərindən biri – onun öz taleyinə olan münasibətidir. Bu münasibətə uyğun olaraq onda müəyyən dəyərlər sistemi formalaşır; xeyir və şər, borc və hüquq, bərabərlik və ədalətlilik, ağıl və vəhy, əzabkeşlik və həzzalma. Həmin təsəvvürlərə uyğun olaraq insan öz həyatını qiymətləndirməyə başlayır.

Qədim yunan filosoflarının bu problemə münasibətləri birmənalı olmamışdır. Heraklit hesab edirdi ki, xoşbəxtlik qidalanmaqda yox, düşünməkdə və “təbiəti eşidib, ona uyğun davranmaq və danışmaqdadır”.

Levkipp isə həyatın mənasını gözəllikdən həzz almaqda görürdü. Demokrit yazırdı: “az ilə kifayətlənən xoşbəxt adamdır; əsl sərvət var-dövlət yox, ürəkdir. Biliyi də ölçü ilə artır – yoxsa cəhalət bataqlığından çıxa bilməzsən”. İnsan iki qütb arasında seçməyə məcburdur, burada əsas meyar – həqiqətdir (o da nisbidir) , bu meyar yaxşı ilə pis olanı fərqləndirməyə kömək edir. İnsan hər şeyin meyarıdır (Protaqor).

Sokrat insanları daim mənəvi və intellektual təkmilləşməyə dəvət edirdi. Onun fikrincə şər biliksizlik üzündən əmələ gəlir, əxlaq - biliyin nəticəsi və məhsuludur. Dünya dərkolunmazdır, dərkolunan insanın qəlbi və əməlləridir. Sokrat və bir çox başqa yunan filosofları xoşbəxtliyi insanın xeyirxah əməllərində görürdülər. Kiniklər xeyirxahlığı azad, sadə, müdrik həyat kimi qiymətləndirirdilər. Kirenaiklər isə həyatı həzzalma kimi başa düşüb onun mənasını asketizm – gedonizm qütblərində axtarırdılar. Platona görə gözəlliyə nail olmağın ali forması – müdriklik, ağıldır. O göstərirdi ki, dövlətliliyin Allahı Poros və kasıbçılığın ilahəsi Peniyanın oğlu Eros gözəl və eybəcər, ideal və cismani, əbədi və keçici arasındakı ziddiyyəti ifadə edir. Eros – dünyanı əhatə edən əsas hərəkətverici qüvvədir, o şeylərin özlərini ideyalara oxşatmağa, ruhları öz əvvəlki sığınacağı olan dünyaya qayıtmağa can atmağa vadar edir. Ruhun bu fəaliyyəti onun bir tərəfdən biliyə, digər tərəfdən isə ölümə can atmasında ifadə olunur.

Aristotel hesab edirdi ki, xeyirxahlıq insanlara verilmir, təbiət bizə yalnız onu qazanmaq imkanını yaradır. Xeyirxahlığa nail olmaq yollarını siyasət öyrədir. Xöşbəxtliyin şərtləri – mərdlik, səbr, haqq və ağıl-fərasət qabiliyyətləridir.

Orta əsrlər fəlsəfəsi yaşamağın mənasını Allahın seyr edilməsində, onun dərk olunmasında görürdü. Bu da insanın şüurunun imkanlarından xaric idi. Məqsəd böyükdür, insanın təbii imkanlarına sığmır, ona görə də əlçatmazdır.

2.Yeni dövr filosoflarə insan haqqındaİntibah dövründən başlayaraq insan fərdiyyətçiliyi, azadlığı əsasında qurulan xoşbəxtlik haqqında təsəvvürlər formalaşmağa başlandı. İ.Kant bu təsəvvürləri bir qədər də genişləndirdi: insanın ali vəzifəsi əxlaqi qanunu yerinə yetirməkdir. Azad olmaq əxlaqi borcu şüurlu şəkildə yerinə yetirmək deməkdir

Hegelin təsəvvüründə ümumdünya tarixinin, hər bir insanın başlıca məqsədi – azadlığın gerçəkləşməsi idi. O.Kont cəmiyyətin təkamülü nəticəsində insanda sosial keyfiyyətlərin heyvanilərə tədricən üstün gəldiyini qeyd edərək, göstərirdi ki, insanın əsas xoşbəxtliyi – fəaliyyətdə olmaq, daim nəyə isə nail olmaqdır. Qabiliyyətləri, bacarıqları istifadəsiz qalan insan həyatından bezir. Kont da Kant və Hegelin bu fikri ilə razılaşırdı ki, insanın yeganə hüququ – öz vəzifələrini yerinə yetirməsidir. Başqa hüquqlar həm mənasız, həm də mənəviyyatsızdır: insan cəmiyyətdən aldığını ömründə qaytara bilməz!

F.Şlegel “On iki kitabda fəlsəfənin inkişafı haqqında” əsərində yazırdı ki, insanın təbiəti və mahiyyətinə uyğun olan yeganə keyfiyyəti – azadlıqdır. Azadlıq insanın mahiyyətidir, dünyanın inkişaf qanunları – azadlıq qanunlarıdır, onlar dünyanın bütövlüyünü təmin edir. İnsanın azadlığı ondan ibarətdir ki, o, dünyaya təsir etmək qabiliyyətinə malikdir. İnsanın ali məqsədi - ali formaya, təşkilə qayıtmaq, onun daxilində əriməkdir. İnsan dünyanın tərkib hissəsi olaraq, sonuncunun məqsədlərinin həyata keçirilməsinə kömək edə bilər, özü də yalnız bəşəriyyət, kollektiv formasında. Yalnız bu zaman insan nəsli dünyaya təsir edərək onu formalaşdırıb tamamlaya bilər.

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 1816 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 4.0/2 |
Всего комментариев: 2
08.03.2024
2. Skbzwf () [Материал]
buy cheap generic lipitor <a href="https://lipiws.top/">lipitor where to buy</a> atorvastatin 80mg usa

17.06.2013
1. Turkan () [Материал]
Maraqli idi... twkler

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024