Marketing Суббота, 20.04.2024, 17:41
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İnsan və insan problemi (ardı)
[ ] 20.02.2009, 10:41

Tarix inkişaf etdikcə şəxsiyyətin sosial tipləri, onların dəyərlər sistemləri, şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətləri də dəyişir. Odur ki, şəxsiyyətin kollektivdən və cəmiyyətdən asılılığı müxtəlif dövrlərdə eyni olmur. Cəmiyyətdə əmək bölgüsünün dərinləşməsi şəxsiyyəti müstəqillik dərəcəsini artırır, eyni zamanda cəmiyyət və fərd arasındakı ziddiyətlərdə çoxalır, əmələ gələn özgələşmə kapitalizmdə daha da kəskinləşir (özgələşmə problemi xüsusi olaraq F. Hengel, K. Marks, ekzistensializm, personalizm nümayəndələri, H. Markuze tərəfindən təhlil edilmişdir).

Fəlsəfə və digər sosial elmlər şəxsiyyətin mahiyyətinin ifadəolunma formalarının dövrdən dövrə dəyişməsini sistemləşdirərək onu “şəxsiyyətin sosial tipləri” və ya “sosial tipologiya” şəklində öyrənir. Məsələn, Erix From “Azadlıqdan qaçış” əsərində insanın ögələşməsinin müxtəlif tarixi tiplərinin təsnifatını verməyə cəht etmişdir. Neofreydizmin banisi olan müəllif psixoanaliz əsasında şəxsiyyətin formalaşması prosesində fərdin psixikası və cəmiyyətin sosial strukturu arasındakı əlaqəni qiymətləndirərək, belə bir nəticəyə gəldi ki, fərdin sosial xarakterinin formalaşmasında qorxu hissi xüsusi rol oynayır. Bu hiss əsas normalarına uyğun gəlməyən xüsusiyyətləri sıışdırıb qyri şüuri sahəyə çıxarır. Sosial xarakterin tipləri isə insanın özgələşməsinin müxtəlif tarixi dövrləri ilə üst – üstə düşür: toplama, istismar, passiv, baar iqtisadiyyatı və s. From qeyd edirdi ki, tarixi prosesdə insanın bir tərəfdən, təhlükəsizliyə, digər tərəfdən azadlığa olan meylləri müxtəlif formalarda ifadə olunur. Freydin və Marksın təlimlərini sintez etmək yolu ilə From şəxsiyyətin öyrənilməsində sosial və fərdi – psixoloji yanaşmaları birləşdirməyə cəhd göstərmişdir.

XX əsrin birinci yarısında şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqələrinin xarakterini rus mənşəli amerikan sosioloqu Pitirim Sorokin neopozitivizm və biheviorizm mövqeyindən xarakterizə etmişdir. “Cəmiyyət: mədəniyyət və şəxsiyyət” (1947) əsərində o struktur yanaşma əsasında cəmiyyəti təhlil etmiş, subyektiv sosial davranışın psixofiziki proseslərə əsaslandığını, daim dəyişən olduğunu qeyd etmişdir. Sosial həyatın inteqrasiya amili – kollektiv refleksdir. Bütün inqilabi hərəkatların əsasında əsas instinktlərin (qida, seksual, sahibkarlıq, özünüidarəetmə, özünüqoruma və s.) sıxışdırılması prosesi durur. Fərdlərin qarşılıqlı əlaqəsi sosial hadisənin əsasını təşkil edir. Sosial hadisələrin elementləri – fərdlər, aktlar (fəaliyyət) və əlaqələndiricilər (və ya interaksiyanın simvolları (işarələri) – dil, yazı, musiqi, incəsənət, pul və s.) . Qarşılıqlı əlaqə antaqonist və ya həmrəy xarakterli, birtərəfli və ya ikitərəfli, oxşar və ya fərqli ola bilər. Cəmiyyət “mənalar, normalar, dəyərlər” sistemindən ibarət olduğuna görə istənilən insan fəaliyyətinə hələ qədim filosofların qeyd etdiyi dörd dəyər baxımından qiymət verməlidir: həqiqət (koqnitiv fəaliyyətin məhsulu, gözəllik (estetik hiss, həzzalma), xeyirxahlıq (sosial adaptasiya və əxlaq) və fayda (bütün dəyərlərin vahid sosial birlikdə birləşməsi).

Sorokin insan cəmiyyətinin dirçəlməsi yolunu onun əxlaqi yeniləşməsində, mədəniyyətin inkişafında (altruist məhəbbəti və həmrəylik etikasının prinsiplərini əsas tutaraq) görürdü.

Şəxsiyyətdə bioloji, intuitiv və ya sosial cəhətlərə üstünlük verməklə bir sıra filosoflar fəlsəfi təlimlərin inkişafına güclü təsir göstərmişlər. Məsələn, Fransa filosofu, intuitivizm və həyat fəlsəfəsi cərəyanlarının nümayəsindəsi Anri Berqson həyatın “həyat coşğunluq”, insanın isə bu coşğunluğu şüurundan keçirən yaradıcı varlıq olduğunu qeyd etmişdir. Onun fikrincə, irrasional intusiya yalnız bəzilərinə qismət olur. Şopenhauer ilə yanaşı o da yaradıcılığın, mədəniyyətin “seçmə” adamlara nəsib olduğunu göstərir. Iki cür əxlaq, iki cür cəmiyyət var: “açıq” və “qapalı”. Qapalı – sosial instinktlərin tələblərinə cavab verir, nəsli qoruyub saxlamaq məqsədini güdür; burada şəxsiyyət kollektivə, həqiqət isə - faydaya qurban verilir. “Açıq” əxlaqın mövqeyi belədir: şəxsiyyətin və estetik, dini, əxlaqi sərvətlərin yaradılmasının dəyəri nəslin, növün qorunub saxlanılması məqsədlərindən üstündür.

Alman filosofu, ekzistensialist Karl Yaspers hesab edirdi ki, insana onun əsil mahiyyətini bəxş edə biləcək bir yol vardır. O, kommunikasiyadır, insanı obyektiv şəkildə öyrənmək olmaz, onu yalnız bir ekzistensiya kimi başa düşmək lazımdır. Ekzistensiya isə - obyektə çevrilə biləcək bir şeydir, düşüncə və fəaliyyətin mənbəyidir. Insan onu mənimsəyə (dərk edə) bilməz, onun mənlik şüuru buna qadir deyildir. Insandakı “Mən” sistemi üç hissədən – dünyadan (dünyada oriyentasiya etmək), ruhdan(ekzistensial vəhyə nail olmaq) və Allahdan (metafizika) ibarətdir. “Dünyada istiqamətlənmə” əsərində o, yazırdı ki, insan bu dünyada 1) empirik varlıq; 2) ümumiyyətlə şüur; 3) ruh; 4) ekzistensial şəkildə mövcuddur. O, S. Kyerkeqorun belə bir fikiri ilə razılaşır ki, insan və ilahi aləm arasındakı uçurumu yalnız sıçrayışla (transsendentləşmə) aşmaq olar. Insanı idarə edən ağıldır (bu halda o Kantın fikrini təsdiqləyir: ağıl bizi daim qabağa aparan narazılıq və narahatçılıq hissidir).

Yaspersin fikrincə, kommunikasiya (ünsiyyət) zamanı insan ünsiyyət obyektindən onun subyektinə çevrilir (məsələn, dində - insan mənəvi ünsiyyətə möhtac duyaraq, Allaha müraciət edir və s.). Kommunikasiya gedişində insanda özünün və dünyanın qarşılıqlı asılılığı hisslərinin formalaşması prosesləri gedir. Bu zaman müxtəlif vəziyyətlər, situasiyalar yaranır, bunları duymaq (xüsusilə ölümü düşünmək) – özündə mərdlik aşılamaq deməkdir. Insanın mahiyyətini, onun tarixini öyrənmək mümkün deyildir; yalnız dinin köməyi ilə ekzistensiyanı dərk etmək olar.

Digər ekzistensialist, fransız filosofu Jan Pol Sartr 1943 – cü ildə yazdığı “Varlıq və heç nə” əsərində fəaliyyətin varlığının strukturunu belə təsvir etmişdir: İnsan, ümumiyyətlə, varlıq “özündə varlıq”dan (metafizik, dəyişilməz varlıq) və “özü üçün varlıq”dan ibarətdir. “Özü üçün varlıq” həyat və hərəkətin yeganə mənbəyi, “Özündə varlıq” isə bunun qaranlıq fonudur. Şüur varlıqdır, lakin elə bir varlıqdır ki, onun mahiyyətini varlığın inkarı təşkil edir. Inkar olunan isə “özündə varlıqdır”. Şüurdan kənarda nə inkar, nə hərəkət, nə də dəyişiklik vardır. “Mən” insanın inkarının yeganə mənbəyidir. Sartrın “azadlıq fəlsəfəsi”nin başlıca ideyası ondan ibarətdir ki, insanın mövcudluğu durmadan baş verən özünü – inkarlardan ibarətdir. Sartrın təsəvvüründə azadlıq keçmişin, səbəbiyyətin inkarı deməkdir; o “varlıqda boşluq” səbəbiyyəti asılılığın pozulması nəticəsində əmələ gəlir. Ümumiyyətlə, insan real ifadəolunma imkanlarından asılı olmayaraq azaddır. Heç bir obyektiv şərait insanı azadlıqdan məhrum edə bilməz. O, hər halda bu şəraitə münasibətini bildirməkdə azaddır. Insan azad olmağa məhkumdur,nəticədə “totalözgələşmə” baş verir. Lakin digər ekzistensialist Yaspers ömrünün sonunda belə qənaətə gəlmişdi ki, insan üçün azadlığın seçilməsi imkanına malik olmaq azdır, bu azadlığı praktiki işdə, onun uğrunda mübarizədə qazanmaq lazımdır.

Gördüyümüz kimi, fəlsəfədə şəxsiyyətin iradəsi və fəaliyyətinin azadlığı probleminə münasibət birmənalı qiymətləndirilmir. Məsələni aydınlaşdırmaq üçün fəlsəfə tarixinə müraciət edək.

Qədim yunan fəlsəfəsində stoiklər, epikürçular və skeptiklər azadlıq problemini ümumiyyətlə, dünya, inkişaf, insan haqqındakı təsəvvürlərin əsasında həll edirdilər. Insan özü – özünü dərk edən bir fərddir. O dünyadan azad olduğu təqdirdə tam kamilliyə nail ola bilər, bu onun idealı, vəzifəsi, ali məqsədidir. Insan dünyada özünün şəxsi idealını, həyatın mükəmməl vəziyyətini axtarmaqdadır. Fəlsəfənin başlıca vəzifəsi – insanda ilahi kamilliyi bərpa etmək, daxili yetkinliyə nail olmaq və Allaha qədər ucalmaqdır. Bu vəzifəni yerinə yetirmək üçün insan dünyadan azad olmalıdır (şəxsi avtarkiya). Bu necə mümkün olur? Nə qədər ki, biz, dünyanın tərəqqisində iştirak edirik, nə qədər ki, dünya bizi idarə edir, biz, ondan asılıyıq və azad deyilik. Dünyadan tam azad olmaq üçün insan gərək arzulardan, əzabkeşlikdən, dünya problemlərini həll etmək cəhdlərindən tam uzaqlaşsın. Biz onları elə bir vəziyyətə gətirməliyik ki, bu zaman dünya bizim üçün hər hansı əhəmiyyətini itirmiş olsun; hislər və ehtiraslar susmalı, iradə donmalı və hərəkət etməməlidir(stoiklər). Biz özümüzü dünyadan müdafiə etməli və elə bir yaşayış tərzinə nail olmalıyıq ki, burada iztirabdan daha çox həzzalma bizə qismət olsun (epikürçular). Nəhayət, ruhun əzablarından azad olmaq üçün skeptiklər dünya problemlərinin həllindən uzqlaşmağa, onların mənasızlığını başa düşərək kənara atmağı təklif edirdilər. Bu üç cərəyanın ümumi bir motivi və məqsədi var; mükəmməl avtarkiya və sakit özünüdərk vəziyyətinə düşmüş, dünyadan tam azad olmuş insan idealına nail olmaq.

Bunun üçün hansı vasitələrdən istifadə oluna bilər? Filosoflar dünya axarından azad olmaq istəyir, lakin bacarmırlar, gücləri çatmır, idealları məhv olur. Təbii instinktlər daim yeniləşir, eyirxahlıq onlara tab gətirmir (stoiklərdə); epikürçuların həzzalma ideyasına qarşı şər aləmi çıxış edir, skeptiklərin ümumi həqiqətlərin inikasına qarşı hakim təsəvvür və məqsədlər durur ki, bunları nə izah etməyə, nə də onlardan azad olmağa filosoflar qadir deyillər.

Stoiklər azadlığı xeyirxahlıq yolu ilə əldə etməyə, epikürçular bunu həzzalma ilə, skeptiklər isə şübhə ilə nail olmağa çalışırdılar. Stoiklər, nəticədə, xeyirxahlıqdan, buna nail olmaq yollarından həzz almağa çalışır, epikürçulər həzzalmanı xeyirxahlığa çevirir (ucaldır), spektiklər isə şübhənin həqiqi olduğunu bəyan edir, onda şübhədə şübhəli bir şey qalmır və beləliklə skeptisizmin sonu gəlib çatır.

Fəlsəfə tarixinin XVIII əsrdən sonrakı mərhələlərində azadlıq probleminin iradə, özünükamilləşdirmə yolu ilə qazanılması haqqında bir çox filosoflar yazıblar. Rus filosofu N. Berdyayev belə filosofların bəzilərinə öz münasibətini bildirmişdir (“İlahi və insaninin ekzistensial dinamikası”). O. Kontun, Russonun, Nitsşenin, Marksın insan probleminə münasibətini təhlil edərək yazırdı ki, insan kütləsinin başını “çörək və əyləncələrlə” aldadıb, onları əfsanələr, təmtəraqlı dini mərasim və bayramlarla, hipnoz, təbliğat və qanlı zorakılıq ilə idarə edirdilər. Siyasətdə yalan çox, həqiqət isə daha az yer tutur. Yalan əsasında dövlətlər yaranır, bu yalan sonra dövlətləri yıxır. Makiavellizm – İntibah dövrünün siyasətində bir cərəyan yox, siyasətin mahiyyətidir: siyasət əxlaqi buxovlardan azad olmalıdır. Makiavellizmi daha çox konservator və inqilabçılar tətbiq edir. Insaniyyət daha dərin, mənəvi inqilabın baş verməsini tələb edir. Insan daxilən azad olmalıdır. Bunsuz azad cəmiyyəti yaratmaq olmaz. Cəmiyyət insanı azad edə bilməz, lakin insan cəmiyyəti azad edə bilər, çünki, o, azad, mənəvi varlıqdır. Qədim dünya ilə müqayisədə xristianlıq insanın daxili həyatını qat – qat artıq dərəcədə genişləndirdi və dəqiqləşdirdi, lakin bununla belə insan taleyi haqqında nigarançılığı da yaratdı. Nəinki insanın, həm də cəmiyyətin humanistləşməsi prosesi gedir. Insan həyatının başlıca məqsədi insaniyyətlik əldə etməkdir. Ruh azadlıqdır; dualizm azadlıq və zərurət dualizmidir; ruh və mənəviyyat təbii və tarixi dünyanı dəyişdirir, aydınlaşdırır. Berdyayev göstərirdi ki, Hegelin inandığı tərəqqinin, ruh və mənəviyyatın tarixdə inkişaf etdiyinə inanmaq düzgün deyildir. Ruh tarixdə obyektivləşir, cılızlaşır, baxmayaraq ki, o elementar şəkildə öz şüurunu artırır. Onun əsl inkişafı isə transsendental, Allaha doğru gedən yoldur. Insan öz həqiqi, daxili “Mən”i uğrunda, sitezedici birlik uğrunda mübarizə aparmalıdır.

Fridrix Şlegelin azadlıq haqqında ideyaları XIX əsrin fəlsəfə tarixində özünəməxsus yer tutur; o hesab edirdi ki, insan təbiəti və mahiyyətinə aid olan başlıca keyfiyyət azadlıqdır. Azadlıq insanın mahiyyətini təşkil edir; dünyanın inkişaf qanunları – azadlıq qanunlarıdır. Bu qanunlar bütövlüyü, vahidliyi təmin edir. Bütövlüyün qanunauyğunluğunu təmin edən bir ideal var, o, ali cəmiyyət təşkilində bütün təsisat və təşkilatların ümumi tipidir. Insan azadlığı – onun dünyaya münasibətdə qabiliyyətli olmasıdır; burada əsas məsələ insanın dünyaya təsir etmək imkanın olub – olmamasındadır. Əgər dünyanın əsasında idealistcəsinə, “Mən”in hədsiz dərəcədə əmələ gəlməsi, formalaşmasını dünyanın əsası olduğunu qəbul etsək, bu suala müsbət cavab vermək olar. Dünya inkişaf etməkdə, əmələ gəlməkdədir ki, burada azadlıq mümkündür, dünyanın inkişafı bitmiş olsaydı, onda azadlıq mümkün olmazdı. Inasan – dünyanın tərkib hissədir, dünyanın məqsədlərinin həyata keçirilməsinə əsaslı dərəcədə kömək edə bilər. Aydındırdı ki, insan dünyaya real şəkildə təsir etmək imkanını yalnız kollektiv, bəşəriyyət şəklində əldə edə bilər. Yalnız birləşmiş, bəşəriyyət dünyaya təsir edərək, onu formalaşdırıb tamamlaya bilər.

Buraya Benedikt Spinozanın (“aadlıq dərk edilmiş zərurətdir”), Fridrix Hegelin (inasan öz bədənin və ruhunun kamilliyinə nail olmaqla, özünüdərk yolu ilə özünün, başqalarının mahiyyətini mənimsəməklə azad olur),Karl Marksın (insanların azad, şüurlu fəaliyyəti onların başlıca əlamətini təşkil edir, aadlıq tarixi inkişafın zəruri məhsuludur; mədəni inkişafın hər bir mərhələsi azadlığa doğru olan bir addımdır), XX əsr filosoflarının və politoloqların azadlıq haqqındakı ideyalarını da əlavə etsək, görərik ki, azadlıq həqiqətən insanın fəal mövqeyə, özünəməxsus fəaliyyətə qabiliyyətli olmasını göstərir; insan öz maraqlarına, mənafe və təlabatlarına uyğun qarşısına məqsədlər qoyur və onlara nail olmağa çalışır, imkanları gerçəkləşdirməklə o, daxili azadlığa olan qbiliyyətini praktiki şəkildə realizə edir.

Fəlsəfə tarixində insanın hərəkətləri və fəaliyyətində tam sərbəst olmasını(volyuntarizm), hər hansı bir addımının qabaqcadan müəyyən olunmasını(fatalizm) təbliğ edən baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə, insanlar həqiqi azadlığın obyektiv şəraitini əldə edir,şəsiyyətin mülkiyyətdən, hakimiyyət və mədəniyyətdən təcrid olunması aradan götürülür; insan öz tarixinin əsl yaradıcısına çevrilir.

Şəxsiyyətin davranışı və hərəkətləri iradə azadlığı və determinasiya problemləri ilə sıx bağlıdır. Bununla əlaqədar göstərilməlidir ki, şəxsiyyətin bütün davranışları müəyyən amillərlə şərtlənir. Lakin şəxsiyyət subyekt kimi çıxış edir. Bu o deməkdir ki, o öz hərəkətləri ilə yeni determinasiya sistemi yaradır. Buna görə də şəxsiyyətin inkişaf və fəallıq dərəcəsi nə qədər yüksəkdirsə, bir o qədər çox azadlığa malik olur. Bununla yanaşı qeyd olunmalıdır ki, şəxsiyyətin inkişaf dərəcəsi təkcə onun azadlıq səviyyəsi ilə deyil, həm də həyat fəaliyyətini cəmiyyətin qarşısında duran vəzifələrə necə uyğunlaşdırılması ilə ölçülür.

Qeyd edək ki, azadlıq və zərurət anlayışları bir – birilə ayrılmaz əlaqədə çıxış edir. Fəlsəfi fikir tarixində bu iki anlayışın qarşılıqlı münasibətini açmaq cəhdləri çox olmuşdur. Bu təsadüfi deyildir: azadlıq və zərurət, onların nisbətinin müəyyənləşdirilməsi insanların gündəlik davranış və fəaliyyəti üçün böyük əhəmiyyətə malikdir. Odur ki, müxtəlif dövrlərdə yaşamış filosoflar bu məsələni həll etməyə çalışmışlar. Bu halda onlar ya azadlıq və zərurəti bir – birinə qarşı qoymuş, ya da onlardan hər hansı birini mütləqləşdirərək digəri lazımı qiymətləndirməmişlər. Bu anlayışların nisbətini düzgün müəyyənləşdirmək şəxsiyyət azadlığı, şəxsiyyətin öz hərəkətləri üçün əxlaqi və hüquqi məsuliyyəti kimi məsələləri ayırd etmək üçün vacibdir.

Bəzən şəxsiyyət azadlığı konkret məzmundan ayrılıqda götürülür , ruhun öz – özünü müəyyən etməsi, iradə azadlığı, xarici mühit və şəraitdən asılı olmayaraq fəaliyyət göstərmək imkanı kimi göstərilir. Bu nöqteyi - nəzərə görə azadlıq şəxsiyyətin cəmiyyətdən asılı olmaması, mütləq mənada müstəqil olması deməkdir. Əslində  azadlıq insan tərəfindən ərurətin dərk olunması və öz fəaliyyətində bundan istifadə etməsidir. Şəxsiyyətin cəmiyyətdən mütləq surətdə asılı olmaması fikrini təbliğ edənlər belə hesab edirlər ki, şəsiyyətin cəmiyyətdən asılılığının qəbul edilməsi guya onun məsuliyyətini aradan qaldırır. Onların fikrincə, əgər insanın fəaliyyəti xarici mühitlə şərtlənirsə, onda heç bir şəxsiyyət öz hərəkət və davranışı üçün məsuliyyət daşımamalıdır. Əslində isə şəxsiyyətin azadlığı onun məsuliyyət dərəcəsi ilə vəhdətdədir. Şəxsiyyətin azadlıq dərəcəsi artdıqca onun öz fəaliyyəti üçün məsuliyyəti də yüksəlir. Doğrudur, insanın fəsliyyəti bütövlükdə obyektiv şəraitdən asılıdır, lakin insan öz iradəsinə uyğun olaraq hərəkət edir. Məhz bunun nəticəsidir ki, eyni şəraitdə müxtəlif insanların fəaliyyəti bir – birindən fərqli ola bilir. Insan obyektiv şəraiti nəzərə almaqla mümkün olan müxtəlif variantlardan birini azad surətdə seçərək, fəaliyyət göstərir. Bu zaman o, öz iradəsinə, dünyagörüşü və mənəviyyatına uyğun surətdə hərəkət edir. Deməli, əgər şəxsiyyətin azadlığı onun mümkün olan fəaliyyət növlərindən birini seçməsində təzahür edirsə, onun məsuliyyəti həmin seçilmiş yolun qiymətləndirilməsində, onun cəmiyyət üçün xeyirli və ya zərərli olduğunun müəyyənləşdirilməsində ifadə olunur. Məsuliyyətli olmaq öz hərəkətinin nəticələrini irəlicədən görmək, fəaliyyət göstərərkən cəmiyyət qarşısında cavab verə biləcək motivlərdən çıxış etmək deməkdir. Məsuliyyətlilik həm də şəxsiyyətin əldən verdiyi imkanlar üçün cavabdehliyini nəzərdə tutur.

Beləliklə, şəxsiyyətin azadlığı onun məsuliyyətindən ayrılmazdır. Məsuliyyətsiz azadlıq özbaşınalığa gətirib çıxarır. Bu müddəa yaşadığımız müstəqillik şəraitində xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bəzən azadlığı mütləq mənada başa düşərək, onu məsuliyyətdən ayırmaq cəhdləri özünü göstərir. Əslində demokratiya bu iki anlayışın vəhdətindən kənarda qeyri – mümkündür. Demokratik cəmiyyətdə azlığın çoxluğa tabe olması prinsipi heç vəchlə şəxsiyyətin hüququnun pozulması, azlığın (siyasi, etniki və ya dini baxımdan olan azlığın) iradəsinin tapdalanması demək deyildir. Çünki demokratik qanunlar və institutlar bütün vətəndaşların (o cümlədən də azlıqda qalanların) hüquqlarını müdafiə edir. Demokratik siyasi sistemdə bütünlükdə cəmiyyət konstitusiya (əsas qanun) əsasında fəaliyyət göstərir.burada həm də ictimai rəy mühüm yol əhəmiyyət kəsb edir, fikir plüralizmi, çoxpartiyalılıq, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti təmin olunur.

Azadlığın yüksək, ali dəyər olduğu müstəqillik şəraitində daha aydın görünür. Totalitar rejimin hökmranlığı dövründə şəxsiyyət kütlə içərisində əriyib itir. Keçmiş SSRİ – nin təcrübəsi buna əyani sübutdur. Demokratik cəmiyyətdə isə insan hüququnun qorunmasına xüsusi diqqət yetirilir. Burada hər bir vətəndaşın həyat, əmək, öz şəxsiyyətini qorumaq hüququ, söz və fikir azadlığı qərarlaşır.

Şəxsiyyətin ən yüksək ləyaqəti onun azad olmasındadır. Təsadüfi deyildir ki, Hegel azadlığı insanın başı üzərində yerdəki zülmkarların və allalaharın simvolunun yox olması kimi qiymətləndirirdi.

Ölkəmizdə demokratiyanın genişlənməsi gedişində şəxsiyyətin hüquqları da artır. O, özünün insani mahiyyətini daha dolğun ifadə etmək, mənəvi ehtiyaclarını ödəmək, azadlıq hüdudlarını və ləyaqət hissini inkişaf etdirmək üçün yeni – yeni imkanlar əldə edir. Əslində şəxsiyyətin azadlığı iki əsas tərəfi birləşdirir. Bunlardan birincisi onun zorakılıqdan qorunmasıdır (buna hüquqi dövlət təminat verir). Ikincisi isə onun fikir, baxış və iradəsinin toxunulmazlığı və onların onların ictimai həyatda reallaşdırılmasına şərait yaradılmasıdır (bunu demokratiya təmin edir). Deyilənlər sübut edir ki, həqiq azadlıq yalnız demokratik cəmiyyətdə mümkündür. Demokratik ictimai quruluş hər bir adamın onun siyasi yetkinliyinə və əqidəsinə müvafiq olaraq cəmiyyət tərəfindən tanınmasına və hörmət edilməsinə şərait yaradır. Bu quruluşda insanın müstəqilliyi ali dəyər kimi qiymətləndirilir, onun ləyaqətinə hörmətlə yanaşılır. Şəxsiyyətə öz təşəbbüskarlığını genişləndirmək üçün real imkanlar verilir. Cəmiyyət üzvlərinə tədricən belə bir fikir aşılanır ki, yalnız azad düşünməyi və hərəkəti etməyi bacaran şəxs mövcud şəraitin diktə etdiyi variantlardan ən ağıllısını seçmək iqtidarındadır. Deyilənlər göstərir ki, insanın zəkasına hörmət və azadlığının qorunması demokratiyanın ən mühüm prinsiplərindəndir.

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 6083 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
08.03.2024
1. Lemqai () [Материал]
order atorvastatin 80mg online cheap <a href="https://lipiws.top/">order atorvastatin 20mg for sale</a> atorvastatin pill

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024