Marketing Четверг, 25.04.2024, 23:36
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyət və təbiət
[ ] 20.02.2009, 11:07

CƏMİYYƏT VƏ TƏBİƏT

 

 

 

 PLAN:

1.Cəmiyyət və onun formlaşması.

2.Görkəmli müttəfəkkirlərin təbiət və cəmiyyət haqqındakı fikirləri.

3.Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsində insan amili.

 

 

 

1.Cəmiyyət və onun formlaşması.İnsan cəmiyyəti təbiətin inkşafının müəyyən mərhələsində,onun özünəməxsus şəkildə davamı kimi yaranmışdır.Buna görə də sosial fəlsəfədə təbiət və cəmiyyətin qarşılıqlı münasibətləri məsələsi mühüm yer tutur.Bu mövzunun öyrənilməsi həm də aşağıdakı iki səbəblə bağlıdır:a)bütün dövrlərdə cəmiyyətin mövcudluğu və inkşafı təbiət ilə ayrılmaz əlaqədə baş verir.Bu mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir,təbiətsiz cəmiyyət mövcud deyildir.b)müasir dövürdə təbiət-cəmiyyət-insan münasibətlərində gərginlik durmadan artmaqdadır.Ekoloji böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır,buna görə də onun həlli labüd və zəruridir.

Bütövlükdə cəmiyyətin formalaşması və inkşafı aşağıdakı üç şərt sayəsində

mümkün olur:təbii mühit,əhali artımı və insanların müxtəlif həyat fəaliyyəti  formaları.                                                                                                                            Cəmiyyət ilə təbiət bir-birilə sıx vəhdətdədir.Onlar arasında müəyyən ziddiyyətlər də özünü göstərir. Bunlar həm təbiətin, həm də cəmiyyətin inkişafı üçün hərəkətverici qüvvə rolunu oynayır. Belə ki, insan lap qədimdən daimi təbiətlə, təbiət qüvvələri ilə müəyyən mənada mübarizə prosesində inkişaf edirlər. Tarixin bütün dövrlərində bu və ya digər formada çıxış edən təbiət – cəmiyyət   

   ziddiyyətlərinin həlli svilizasiyanın inkşafına təkan verir.Cəmiyyət təbiətin sirrlərinə yiyələnmək və onun qüvvələrindən öz mənafeləri üçün istifadə etmək yolu ilə irəliləyir.         Təbii ehtiyatlar cəmiyyətin sərvətidir.Bundan əlavə bütün dövrlərdə

demoqrafiq prosseslərin inkşafı,əhalinin sağlamlığının təmin edilməsi təbii mühit ilə üzvi surətdə bağlıdır.Belə ki,iqlim,hava,su,ərzaq məhsulları və s.insanların həyat fəaliyyətinin bioloji göstəricilərinə,əmək qabiliyyətinə,bir sözlə işçi qüvvəsinin təkrar istehsalı ilə əlaqədar olan bütün prosseslərə mühüm dərəcədə təsir göstərir.Nəhayət,ekoloji amillər kompleksi həm də insanların pisxoloji,əxlaqi-etik və estetik keyfiyyətlərinə,şəxiyyətin ahəngdar inkşafına ciddi təsir edir.

Təbiət-cəmiyyət münasibətləri məzmunca çox geniş olub,aşağıdakı əsas səpkiləri əhatə edir.Hər şeydən əvvəl bunu qeyd etmək lazımdır ki,təbiət insanın mövcudluğunun təbii şəraiti, onun fəaliyyəti üçün məkan etibarı ilə meydan rolunu oynayır.Bu səpki ən əsasdır və digər istiqamətlərin bir növ onun konkretləşmiş formalarıdır.Bununla yanaşı onlar xeyli dərəcədə müstəqil xarakter daşıyır və onları ayrı-ayrılıqda qeyd etmək vacibdir.

İnsanın təbiətə münasibətinin ikinci formasını qısa şəkildə idraki münasibət 

kimi göstərmək olar.Bu o deməkdir ki,insan bütün ömrü boyu təbiətin sirrlərini,onun qanunauyğunluqlarını dərk etməyə səy göstərir.Həmin istiqamət təbiətşünaslıq elmlərinin(təbiət haqqqında elimlərin)yaranması və inkşafında daha əyani reallaşır.Üçüncü insan təbiətə həm də fəal, qiymətverici münasibət bəsləyir.Qeyd olunan səpki öz ifadəsini bunda tapır ki, insan təbiətə gözəllik mənbə yi, xeyirxahlıq, xoşniyyət mənbəyi kimi yanaşır.Nəhayət,son dövrlərdə insan-təbiət münasibətlərində prinsipcə yeni bir səpki formalaşmış və inkişaf etməkdədir. Bu səpki  odur ki, insanda təbiətin qorunub saxlanması üçün getdikce artan məsuliyyət hissi yaranir. Bu hiss daha çox inkişaf etməkdədir.                 

         Yuxarida deyilənlər sübut edir ki, insanın təkcə fiziki həyatı deyil, həm də mənəvi  həyatı təbiyətlə sıx bağlıdır.Buna görə də təbiətin fəlsəfi anlaşılmasında onunla insanların fəaliyyəti arasında əlaqələr ilə  yanaşı, həm də estetik,əxlaqə və qiymətverici tərəfləri araşdırmaq zəruridir.                                                                     Təbiət ilə cəmiyyət arasındakı münasibətlərin xarakteri konkret- tarixi məzmuna malikdir. Bu mənəda aşağıdakı tarixi mərhələləri ayırmaq olar:                      Birinci mərhələ ən qədim dövrü əhatə edir.Bu mərhələdə insanlar təbiətin  hazır məhsullarından istifadə etməklə,ovçuluq və balıqçılıqla məşğul olurdular.başqa sözlə mənimsənilən iqtisadiyyatın hökm sürdüyü həmin mərhələdə insanlar təbiət qüvvələrindən demək olar ki, tam asılı idilər. Buna görə də onlar təbiətə sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan rəhm diləyirdilər.Həmin dövürdə onların dünya görüşündə fetişizm,cadugərlik və ovsunçuluq geniş yer tuturdu.İbtidai insan təbiəti ilahiləşdirir,         yaşamağının mənbəyini ona itaət etməkdə görürdü.

         İkinci mərhələ  təxminən 7-10 min il bundan əvvəl baş vermiş neolit inqlabı ilə başlanmışdır.Onun əsas məzmununu əkinçilik ilə maldarlığın bir-birindən ayrılması,oturaq həyata və yaradılan iqtisadiyyata keçilməsi təşkil edir.Artıq bu dövrdə insanlar təbiətin hazır nemətlərindən istifadə etməklə kifayətlənmir,lazım olan məhsulları və yaşayış vasitələrini özü istehsal etməyə başlayır.Bu bir tərəfdən ictimai inkşafa təkan verdi,digər tərəfdən cəmiyyət ilə təbiət arasında ziddiyyətlərin yaranmasına gətirib çıxartdı. Buna baxmayaraq təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və möhkəmlənirdi.

         Üçüncü mərhələ  təxminən XVI - XVII əsrlərdən etibarən özünü göstərir.Onun əsas mahiyyətini maşınlı sənayeyə keçilməsi nəticəsində insanların təbiətə göstərdiyi təsirin güclənməsi təşkil edir.Cəmiyyətin sərancamında olan texniki vasitələr təkmilləşdikcə sözün əsl mənasında təbiətin amansız istismarı baş verdi.Təbiətdən mərhəmət gözləmək,onu özünə ram etmək bu mərhələnin əsas prinsipini təşkil edir.                                                                                                                                                              

         Nəhayət,XX əsrin ortalarından etibarən təbiət cəmiyyət münasibətlərində keyfiyyətcə yeni,dördüncü mərhələ özünü göstərir.Onun səciyyəvi cəhətini müasir elmi-texniki tərəqqi şəraitində cəmiyyətlə təbiət arasındakı ziddiyyətlərin kəskinləşməsi təşkil edir.Bu öz ifadəsini müasir ekoloji böhranda,bəşəriyyətin gələcək mövcudluğunun təbii şəraitinin artmaqda olan təhlükəsində tapır.

        

 

2.Görkəmli müttəfəkkirlərin təbiət və cəmiyyət haqqındakı fikirləri.

Fəlsəfi fikir tarixində təbiət-cəmiyyət münasibətlərinə dair çox müxtəlif fikirlər söylənilmişdir.Məsələn,İ.Kant hesab edirdi ki,həm təbiət,həm də insan bir- birilə zəruri,səbəb-nəticə əlaqələrinə daxildir.”Mühakimə qabiliyyətinin tənqidi”əsərində o yazırdı ki,dünyada üzvi və ya teleoloji münasibətlər təsadüfi,spontan (qəfil)hərəkətlər nəticəsində əmələ gəlir.Təbii proseslər üçün təsadüf,teleolojilər üçün isə zərurət xasdır.O belə hesab edirdi ki,dünyanın mexaniki,determinist sturukturunu,teleoloji mənzərəsini əlaqələndırən amil-təsadüfdür.Hər hansı bir təsisat,o cümlədən cəmiyyət məhz təsadüf üzərində qurulur.Bu,üzvi və qeyri-üzvi aləmləri birləşdirən universal prosesdir. Kant ”Səmanın ən ümumi nəzəriyyəsi və tarixi” əsərində,Nyuton mexanikasına əsaslanaraq,Yer kürəsinin əmələ gəlməsi haqqında kosmoqonik fərziyyəsini irəli sürdü.Bu fərziyyəyə görə Günəş sistemi böyük qaz və toz dumanlıqlarından əmələ gəlmişdir.Həmin proses formasız buludların fluktuasiyası,dəyşilməsi əsasında baş vermişdir.

         Beləliklə, Kant universal inkişaf nəzəriyyəsi əsasında özünün cəmiyyəti əhatə edən tarix fəlsəfəsini yaradır.İnsan nəsli,müəyyən bir yerdə yaranaraq,sonralar artır,inkişaf edir və genişlənərək bütöv bir sosiumu (cəmiyyəti) təşkil edir.

          İnsan və təbiətin qarşılıqlı əlaqəsi triada şəklində özünü göstərir:

1)ilk mərhələdə insan,nisbətən ahəngdar şəkildə təbii aləmə daxildir;bu zaman  onun cismani-hissi təlabatları cüzi olduğu üçün,o,özünü xeyli dərəcədə xoşbəxt duyurdu(hətta ibtidai insan);2)sonralar müəyyən gərginlik yaranmağa başlayır. Belə ki, insanlar, daha rahat ekoloji sığınacaq axtararaq, bir – birilə toqquşmalı olurlar.Onlar yer üzünə səpələnirlər, nəticədə bir qrup qabiliyyətlər inkişaf edirsə, digərləri qapanırdı. .3)müasir mərhələdə -gərginlik daha da artır,onun uzun müddət davam edəcəyi gözlənilir,lakin gec-tez təbiət və cəmiyyət arasında ahəngdarlıq yaranacaqdır.Məqsədlər səltənəti olan cəmiyyət özünün təbiət ilə münasibətlərini ağıl və zəka əsasında harmonik şəkildə qurmağı bacaracaqdır.Hazırda qabaqcıl ölkələrin dövlətləri və xalqları bu yolda əhəmiyyətli addımlar atmaqdadırlar.Təbiət ilə cəmiyyətin münasibətlərinin izahında üç başlıca cərəyan mövcuddur:coğrafi cərəyan,üzvi məktəb və mədəni-tarixi cərəyan.     

         Coğrafi cərəyan nümayəndələri hesab edirlər ki,insan təbiətin bir hissəsi,onun ali təcəssümüdür,sosial fəlsəfə onu məhz bu səpkidə də öyrənməlidir.məsələn, Herder qeyd edirdi ki, insanın mənəvi və əxlaqi başlanğıcları onun təbiəti ilə bağlıdır,günəş sistemi ilə əlaqəli olan daha yüksək qanunlara tabedir. O,belə bir nəticəyə gəlmişdir ki,”insan nəslinin tarix fəlsəfəsini göydən başlamaq lazımdır ki, o, özünə layiq adını qazansın”.

         İnsanın təbiətdən asılı olması o dərəcədə güclü gözə çarpır ki, bunu heç sosial fəlsəfənin bir elm olmadığı vaxtda da başa düşüblər. Hələ Platon öz “Respublika” əsərində iqlimin cəmiyyətə təsirini qeyd etmişdi. Aristotel isə iqlimin insan təbiətinə və ictimai idarələrə təsirindən daha ətraflı bəhs edirdi. O, özünün “Politika” əsərində müxtəlif tayfaların xarakterinin yaşadıqları ərazilərin təbiətindən asılı olduğunu göstərərək IV kitabın VII fəslində yazırdı”Soyuq ölkələrdə və Avropa qitəsində yaşayan xalqlar cəsarətli olur; bununla belə, onlar texniki məharət və fərasət cəhətdən korluq çəkirlər, bəlkə buna görə onlarda azadlıq olsa da, dövlət təşkilatları yoxdur, qonşuların üzərində hökümranlığa qadir deyillər. Asiya xalqları isə, əksinə, məharət və fərasət qabiliyyətlərinə malik olsa da,cəsarətsizdirlər, daim əsarət və asılılıq vəziyyətindədirlər. Yunan tayfaları orta coğrafi vəziyyətdə olduqları üçün həm cəsarətli, həm də fərasətlidirlər, ona görə də yunanlar həmişə azad olublar, dövlətçiliyə malikdirlər, vahid dövlət yaratmış olsaydılar, digər xalqlar üzərində hökmranlıq da edə bilərdilər”.

Bundan başqa Hipokrat bir qədər sonra isə Boden də iqlimin təsirini təsdiqləyirdi.Onun fikrincə,”Nə qədər dövlət varsa bir o qədər də müxtəlif  xasiyyətli insanlar vardır”.

         XVIII əsrdə Monteskye,Herder,qismən Volter də cəmiyyət həyatında iqlimin rolundan geniş bəhs etmişlər. Monteskye qeyd edirdi ki,”Şimal ölkələrində xalqlar var ki,onların xeyli uğurları, kifayət qədər əxlaqi dəyərləri,açıq qəlbi var. Lakin cənuba doğru irəlilədikcə, siz mənəviyyat və əxlaqi dəyərlərdən uzaqlaşırsız:ehtiraslar cilovlanmadıqca cinayətlər artır,hər bir kəs özü üçün üstünlük qazanmaq istəyir,bu da,öz növbəsində,ehtirasları artırır.Mötədil iqlim şəraitində yerləşən dövlətlərdə xalqlar var ki,öz davranışında,mənfi və müsbət keyfiyyətlərin nisbətində sabit deyillər.Səbəbi – iqlimin özünün qeyri-müəyyənliyindədir”.

         Eyni fikri müdafiə  edən Volter də yazırdı ki,”Hindistanın təbiəti bir çox hallarda bizimkindən fərqləndiyinə görə hind əxlaqı da bizimkindən fərqlənməlidir”.

         Boden də iqlimə böyük əhəmiyyət verirdi.O,iqlimin qüdrətli təsirinə həm də torpağı,qidanı və “təbiətin ümumi mənzərəsini” əlavə edirdi.Boden sonuncu amilin insan təxəyyülünə, o cümlədən, dini təsəvvürlərin yaranmasına təsirini xüsusi olaraq öyrənirdi.O,”Sivilizasiya tarixi”nin ikinci fəslində aydın və inandırıcı şəkildə aşağıdakı müddəaları irəli sürür:

         “Avropadan kənarda olan mədəni ölkələrdə təbiətin qüvvələri daha təsirli olub”.İkinci müddəa:”Bu qüvvələr böyük zərər gətirdilər,əvvəla,sərvətlər qeyri-bərabər bölünüb,sonra da ki,mənəvi qüvvələr düzgün istifadə olunmayıb,çünki insan daim ancaq fantaziyanı oyada biləcək əşyalara diqqət yönəltməli olub.Keçmişin ibrət  dərsini öyrəndiyimizə görə boynumuza alaq ki,qeyri-Avropa ölkələrdə elə həddlər çəkilib ki,onları heç bir millət aşa bilmir. Avropanın özündə isə təbiət o qədər zəngin və əzəmətli,torpağı münbit olmasa da,iqlimi soyuq,təbiətin ümumi görünüşü kasad olsa da, Avropalı innsan,təxəyyülün məhsulu olan inanclardan uzaqlaşa bildi.Sərvətləri bərabər paylamasa da,nisbi bərabərliyə nail olmağı bacardı.Daha qədim tarixə malik olan mədəni ölkələr bunu bacarmadılar.Məhz bu səbəbə görə Avropada tarixin inkşafı-təbiətin üzərində insanın hökmranlığının yaradılması tarixi olubsa, Avropadan kənarda bunun əksi özünü göstərmişdir”.

         XIX əsrin II yarısında coğrafi mühitin insana təsirindən bəhs edən Ratsel belə yazırdı:”Xarici mühit özünün həm mənfi,həm də müsbət təsiri ilə şüurumuz qarşısında canlanır,qiymətləndirilir.Bu təsirin birinci olduğunu həm məntiq,həm də ədalət baxımından qeyd etmək düzgün olar.Aydındır ki,ibtidai adamlar əsasən  isti və soyuq ərazilərdə yaşamışdılar”.

         Monteskyenin fikrincə ölkənin iqlimi,torpağı və coğrafi vəziyyəti hətta müxtəlif dövlət hakimiyyəti və qanunvericilik formalarının səbəbidir,insanların psixologiyasını və xarakterini müəyyən edir.İsti iqlimdə yaşayan xalqlar qocalar kimi zərif kövrək olurlar,soyuq sərt iqlimdə yaşayanlar isə gənclər kimi igid olurlar.

         Qeyd olunmalıdır ki,coğrafi cərəyan sosial fəlsəfə tarixində böyük bir dövrü əhatə edərək,bu elmin inkşafına əsaslı təsir göstərmişdir.O təbii hadisələrin qiymətləndirilməsində təbiətşünaslıq sahələrinin nailiyyətlərindən də istifadə etmişdir.Monteskye,Herder və Bokl isə hətta tarixin qanunauyğunluqlarını dərk etməyə çalışmışlar.Monteskye yazırdı:”Hər hansı bir monarxiyada onu ucalda və ya məhv edə biləcək ümumi əsaəlar var;onlar həm mənəvi,həm də təbii ola bilər;hər bir təsadüfi hadisə və ya hərəkət bu əsaəlarla bağlıdır;məsələn,əgər böyük dövlət müəyyən bir döyüşdə məhv olubsa,bunun da ümumi səbəbi vardır ki,nəticədə həmin dövlət süqut edir.Bir sözlə, ümumi axar ayrı-ayrı təsadüflər üzərində hökümranlıq edir”.

         Bokl da özünün başlıca vəzifəsini tarixi dəqiq elmə çevirmək,onu təbiətşünaslığın səviyyəsinə çatdırmaqda görürdü.”Svilizasiyanın tarixi”əsərində o,belə yazır:”Mən tarix üçün başqalarının təbiətşünaslıqda etdiyini etmək istəyirəm.Təbiətin ən anlaşılmaz və düzgün olmayan hadisələri əbədi və dəyşilməz qanunlar ilə uzlaşdırılır.Bu,ona görə mümkün olur ki,qabiliyyətli,yorğunluğun nə olduğunu bilməyən adamlar təbiəti,onun qanunlarını dərk etməyə çalışıblar.Belə bir tədqiqatı cəmiyyətdə də aparmaq lazımdır.Tarixi faktlar ümumiləşdirilə bilərmi?Bu suala birmənalı –hə deyə bilməyənlər başa düşməlidirlər ki,hər dövrün bu məsələyə münasibəti heç də müsbət olmayıb.Tarixin tərəqqi yolu ilə inkşafı zamanı qanunauyğunluğa,qaydalara inam artır:elə hadisələr də vardır ki,onlar bu qanunlara sığmır,lakin,bu o demək deyil ki,bunu nə vaxtsa biz izah edə bilməyəcəyik.Tədqiqatçılar buna inamını itirmirlər və çətinliklərdən çəkinmirlər; çətinliklər isə sosial hadisələrin mürəkkəbliyindən irəli gəlir”.

         Coğrafi determinizm cərəyanının nümayəndələri həm də intellektual faktorun rolunu qeyd edirdilər.Söhbət insan amilindən gedir.İnsan təbii mühit faktorundan istifadə edərək təbiətin üzərində hökmranlıq edir.Bokl insan xasiyyətini belə səciyyələndirirdi:Bəd adamların hərəkətləri əsasən şər,yaxşı adamların hərəkətləri əsasən xeyir gətirir,onların hər iksinin tənzimləndiyi yerdə isə bərabərləşmə baş verir.Hər bir yeni nəsil əvvəlki fəaliyyətin nəticələrini məhv edir,yenilərini yaradır.Lakin böyük şəxsiyyətlərin ixtiraları ölməzdir,elmi kəşflər-dindən, siyasi partiyalardan və s. fərqli olaraq, əbədi  yaşayır”.Coğrafi determinizm nümayəndələri insanların intellrktual,yəni elmi fəaliyyətini cəmiyyətin tərəqqisinin əsası hesab edir,bu amilə yüksək qiymət verirdilər.

         Qeyd etmək lazımdır ki,coğrafi məktəb müxtəlif inkişaf mərhələlərindən keçmişdir.Həmin məktəbi təmsil edən baxışlar müasir dövrdə də davam etməkdədir.Bunu geopolitika nəzəriyyəsi və siyasəti sübut edir.Bu nəzəriyyə işğalçılıq siyasətini təbii-coğrafi amillərlə əsaslandırmağa çalışır.

Həmin nəzəriyyənin müəyyən mənfi cəhətləri də vardır:onun nümayəndələri təbiət qüvvələrini kor,məğlubedilməz,qaçılmaz kimi qiymətləndirir və göstərirdilər ki,onlar insanların taleyini müəyyən edən amildir.Məsələn Bokl qeyri-Avropa xalqlarının təbiət tərəfindən əbədi cəhalət və əsarətə məhkum olunduğunu söyləyirdi.Bu fikirlə razı olmayanlar isə-yəhudi xalqının hər bir dövrdə,hər bir iqlimdə öz milli xüsusiyyətlərini qoruyub saxladığı faktını misal gətirirdilər.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 7494 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 2
08.03.2024
2. Wpezhg () [Материал]
order atorvastatin 80mg generic <a href="https://lipiws.top/">lipitor 20mg oral</a> order atorvastatin 20mg for sale

26.04.2011
1. Gunay () [Материал]
bu sahəyə böyük maraqım var

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024