Marketing Четверг, 28.03.2024, 17:54
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyətin tarixi və tarix fəlsəfəsi (ardı)
[ ] 20.02.2009, 11:10

Tarix fəlsəfəsi insan qəlbi və şüuruna yaxın olan problemlərə bilavasitə toxunur (onun əsas maraq və mənafelərinin tarixdə özünə uyğun necə yer tapması, onların keçmişini və gələcək taleyini müəyyən etmək kimi vəzifənin öhdəsindən gəlmək və s.). insanların maraq və mənafeləri çox rəngarəngdir, bəzən antoqonist xarakter daşıyan; ona görədə tarix fəlsəfəsi müxtəlif dünyagörüşlərin və sosial-siyasi proqramların toqquşma meydanına çevrilir. Beləki, hər bir partiya, hər bir sosial qrup keçmişi öz mənafeləri mövqelərindən izah etməyə çalışır. Bununla belə ən ümumi hərəkat və inkişaf ideyası meydana gəldikcə o, ictimai elmlərin bütün sahələrini daha faydalı şəkildə birləşdirir. Elm inkişaf etdikcə, obyektiv, hamı tərəfindən qəbul edilmiş həqiqətlərin sayı artır; insanlar arasında kəskin ziddiyyətlər azaldıqca sosial biliklər sahəsində də mübahisəli məsələlər azalır.

Tarix fəlsəfəsinin əleyhinə çıxanlardan biri Şellinq olmuşdur. Onun dediyi əsas fikir ondan ibarət idi ki, tarixi faktların təkrarı mümkün deyildir, yəni hər bir tarixi hadisənin mütləq fərdiliyi və konkretliliyi mövcuddur. Şopenhauer isə yazirdi ki, “tarix özünün hər bir səhifəsində müxtəlif şəkildə eyni yazılar yazır, yalnız adlar və dövrlər dəyişir. Tarixdə biliyin subordinasiyası (“qarşılıqlı aslılığı”) yoxdur, tarixdə hökumranlıq edən bliyin koordinasiyası (mütənasibliyi) var. Tarix cəmiyyət üçün heç bir faktı təqdim edə bilmir. Tarix işarədir, elm deyildir. Tarixi fəaliyyətdən insan “iradə subyekti” olaraq, daim iradə aktları ilə rastlaşır və əbədi olaraq susuzluqdan əziyyət çəkən Danaidanın xəlbiri ilə su daşıyan Tantala bənzəyir (qədimi yun an əfsanəsinin qəhrəmanları)”.

Bəs əslində tarix nədir ? Tarixdə təkrarlanma varmı ? Bəlkə burada ancaq tamamilə bir-birindən fəqlənən hadisələr mövcud olur ? Xeyir, tarix bu iki qrup hadisələrin hər birini istisnasına əsaslanıb yazıla bilməz. Doğrudur, tarixdə məkan və zaman etibari ilə təkrarlanmayan və təsadüfi faktlarda olur (məs. Makedoniyalı İsgəndər). Bununla yanaşı fərdlər zamanı, onun vəzifələrini müəyyən edə bilərlər (məsələn Martin Lüter).

Tarixi hadisələrin fərdi əlamətləri, bu hadisələri tam əhatə edə bilmir., eyni zamanda bu hadisələrin qanunauyğun xarakterinin ifadə olunmasına da mane olmur. Adolf Ketle öz “Sosial fizika” əsərində yazırdı: “Dəhşətli dəqiqlik və ardıcıllıqla öyrəndiyimiz bir büccə var. Bu, həbsxana, katorqa və eşafot büccəsidir. Bax, bu büccənin azaldılması üçün çalışmalıyıq, bunun üçün, şübhəsiz, ictimai quruluşumuzu dəyişdirməliyik ki, nəticədə belə ürək ağrısından mənzərə də dəyişsin; cəmiyyətin özü cinayətkarları yetişdirir, cinayətkar onun əlində bir alətdir. Hiss edirsən ki, insan nəsli vahid, oxşar bir senari üzrə hərəkət edir; ayrı-ayrı fərdlərin bütün fəaliyyəti pərakəndə və sistemsiz göründüyü qədər cəmiyyətin əlamətləri bir o qədər məqsədyönlü görünür”.

Con Stüart Mill özünün “Məntiq sistemi” əsərində yazırdı ki, tarixdə tamamilə oxşar iki hadisəyə rast gəlmək olmur. “Bütün sosial hadisələr insan təbiətinin ifadəsi olaraq xarici şəraiti ilə müəyyən olunur; burdan nəticə çıxarmaq olar ki, insanən ağlı, duyğuları və iradəsimüəyyən, dəyişilməz qanunlara tabedirsə, sosial həyatın hadisələri də insan təbiəti ilə müəyyən edilən dəyişilməz qanunlara tabedir”.

Tarix fəlsəfəsi sosiologiya ilə xeyli yaxındır. O. Kont sosiologiya haqqında yazırdı: “sosiologiya təkrarlanan hadisələri öyrənir, bunu, ayrı-ayrı şəxslərin, hətta xalqların adlarını belə nəzərə almadan edir”. Tarixi və onun istiqamətini isə inkişaf və tərəqqi prinsipi müəyyən edir. Bu fikri, fransız materialistləri ilə yanaşı K. Marks da ifadə edib. XIX əsrin tədqiqatçıları (Kartev) tərəqqini “tarixin canı” adlandırırdılar. Karl Ernst Fon-Ber yazırdı ki, “ümumdünya tarixi əslində bəşəriyyətin əbədi maraqlarının inkişafı tarixidir”. Tərəqqi bütün insan fəaliyyətinin sahələrində baş verir: iqtisadiyyatda, elmdə, mədəniyyətdə və s.

Sosiologiya ictimai fəaliyyət növləri və formalarının mövcudluğu və inkişafı şərtlərini öyrənir. Cəmiyyət insanı yalnız təbii imkan və keyfiyyətləri hüdudlarında dəyişdirib inkişaf etdirə bilər. Digər tərəfdən, ictimai formalar fərdin, insanın təbii meylləri və qüvvələrinin inkişafının nəinki səbəbi, həm də məhsuludur. Qumploviç, Pol Bart və O. Kontun tarixi fəlsəfi sistemi, əslində bizim indi adlandırdığımız tarix fəlsəfəsidir. Kont yazırdı: “İnsan təkamülünün başlıca nəzəriyyəsi kifayət qədər müəyyən edilib, bu da, tarix fəlsəfənin bilavasitəqurulması üçün əsasdır”.

Tarix fəlsəfəsinə inamın az olmasının səbəblərindən biri də bu barədə çoxlu fəlsəfi sistem və cərəyanların olmasıdır. Tarix fəlsəfəsinə irad tutula biləcək daha bir neçə məsələ var: 1) keçmiş haqqında biliklərin az olması; 2) tarixi hadisələrin mürəkkəbliyi.

Tarixi proseslərin ümumi xarakterini öyrənmək üçün məlim tarixi hadisələrin yaranmasının səbəblərini bilmək vacibdir. Fransız tarixçisi İppolit Ten qeyd edirdi ki, “tarixdə faktları zəruri əlaqələr ilə birləşdirmək lazımdır ki, onlar əbədi olaraq inandırıcı olsunlar”.

Hələ XIV əsrdə yaşamış ərəb tədqiqatçısı ibn-Xıldun qeyd edirdi ki, tarix fəlsəfəsitarixin tənqidindən qüdrətli bir alətdir.

Vilhelm Fon Humbolt tarixin ən çətin vəzifəsini hər hansı bir faktın olduğu kimi müəyyən edilməsində görürdü. Tarix fəlsəfəsi bu tarixi vəzifənin yerinə yetirilməsini xeyli yüngülləşdirir. Henrix Ritter “Fəlsəfə elmlərin ensiklopediyasında” yazırdı : “Əgər biz tarixin qırıntıları və tikələrindən elmi cəhətdən möhkəm olan bir binanı qurmaq istəyiriksə, bu işi müəyyən bir plan əsasında görməliyik. Belə fəlsəfi məsələlərin həlli heç tarix ilə məşğul olmayanlar üçün də faydalıdır”. Söhbət tarixin metodologiyasından gedir.

 

2 Tarix fəlsəfəsinə yeni baxış.Ümumiyyətlə, tarixin fəlsəfi problemləri xüsusi əhəmiyyətə malikdir. Son zamanlar, xüsusilə XIX-XX əsrlərdə, bu problem bütün filosofları düşündürür. Məsələn, tarixi prosesin mahiyyəti nədir ? Bu suala iki cür cavab verilir: dövrlərin bir-birini əvəz edməsidir (C. Viko, B. Paskal); və dövrlərin olmamasıdır, yalnız fasiləsiz, daim sürəti artan hərəkat vardır (amerika sosioloqu Kern), yəni, insan cəmiyyətinin tərəqqisinin fasiləsizliyi problemi; (bu haqqda mədəniyyət tarixşünası Teylor qeyd edirdi ki, kim tarixin tərəqqisinə şübhələnirsə, o son nəticə etibarilə belə bir qənaətə gəlir ki, tərəqqi geriyə doğru inkişafı xeyli dərəcədə üstələyir); ingilis iqtisadçısı Bəcüt hesab edirdi ki, tərəqqi anları tarixdə ötkəm xarakter daşıyır. Hegel nikbin dünyagörüşə malik bir filosof idi. O, yazırdı ki, tarix azadlığın inkişafı prosesidir. Tarixə münasibətdə bədbin əhval-ruhiyəli baxışlar da vardır. Məsələn, hartmanın təsiri altında olan mədəniyyətşünas Helvald qeyd edirdi ki: “tarixdə gözü kor zərurət vardır ki, o, hər hansı bir teleologiyanı (məqsədyönlülüyü) məhv edir, gec-tez insanı əbədi ölüm və tarazlıq vəziyyətinə gətirir”. Herder isə tarixin humanizm təcəssümü prosesi olduğunu başa düşürdü. Sosiologiyanın darvinizm təmayülünün nümayəndələri düşünürdülər ki, tarix “ən güclülərin” qələbəsi ilə tamamlanan amansız mübarizə səhnəsidir. Ictimai müqavilə nəzəriyyəsinin klassik nümayəndəsi olan J. J. Russonun fikrincə, tarixi proses – insan iradəsini süni məhsuludur. Kont, Spenser, Espinas, Şefle, Liliyenfeldin fikrinə görə, tarix bioloji qüvvələrin şıltaqlıqlarının təbii nəticəsi və məhsuludur.

Bəs tarixin başlıca hərəkətverici qüvvələri nədir ? bu suala cavab axtararkən biz müxtəlif nəzəriyyə və baxışlara rast gəlirik. Bəlkə, sərbəst insan iradəsidir. Bəlkə təsadüfdür ? Və ya bəlkə xarici şəraitin məğlubedilməz zəruri şərtləridir ? Və yaxud insanındaxilində fəaliyyət göstərən qüvvələrin mübarizəsinin nəticəsidir ? Bu cavabların hər birinin çoxlu müdafiəçiləri və davamçıları, təbliğatçıları və əleyhdarları vardır.

Bəzi filosoflar isə hesab edirdilər ki, teoloji kosmologiyaya görə aləm Ali Varlığın təfəkkür və düşüncəsidirsə, insan dünyası da həmin Ali müdriliyin fəaliyyətinin məhsuludur.

Dante, tarixi prosesin izahını yunanların “taledən” qaçılmazlıq ideyasını bütövlükdə varlığımızın başlıca prinsipi olduğunu elan edir. J. J. Russo isə tarixdə azad iradəni müdafiə edir. Qeyd etdiyimiz kimi, Russo tarixi “ictimai müqavilənin” süni məhsulu oldunu göstərirdi. Böyük Fridrix tarixdə təsadüfün hökmranlıq etdiyindən danışır. Məlum olduğu kimi, Bokl, təbiətin, xarici qüvvələrin təsiri ideyasını var qüvvəsi ilə müdafiə edirdi. Lakin o sonradan təbiətin hökmdarına çevrilən insanın təsirinin tədricən artmasını və təbii faktorun (mədəni xalqlar üçün) rolunun azalmasını boynuna almışdı. Bokl tarixi “psixoloji məsələlərin həll olunması” adlandırırdı. Qeyd edək ki, çox geniş fəlsəfi-tarixi ədəbiyyatda biz ortaq vəziyyəti qəbul edən baxışlara da təsadüf edirik.

Tarixi inkişafın başlıca şərtlərinin (o cümlədən də müqəddəm şərtlərinin) müəyyən edilməsində başqa fikir və mülahizələrdə vardır. XVIII-XIX əsrlərdə bir çox tədqiqatçılar tarixi inkişafın mühüm amillərindən biri kimi irqi xüsusiyyətləri göstərirdilər. XIX əsrdə tarix haqqındakı fəlsəfi mühakimələrdə iqlim və təbiət məsələsi (Ş. Monteskye və başqaları) irq məsələsi ilə əvəz olundu. Məsələn, Renan xalqın dini və fəlsəfəsinin xüsusiyyətlərini irqi əlamət və xüsusiyyətlər ilə əlaqələndirirdi. Məsələn, yahudi irqinin xarakteri bu xalqın monoteist dinini, Tövrat ehkamlarını və Siponozanın panteizmini müəyyən edir. Onun fikrincə, semit şüuruna aydın düşüncə xasdır, lakin onun həcmi məhduddur, vahidliyi başa düşsə də, müxtəlifliyi qavramağa qadir deyil.

S. Frank və Qumploviç də irq amilini yüksək qiymətləndirənlərdən olmuşlar. Irqi nəzəriyyəyə yaxın fikirləri Latsarus və Şteyntal kollektiv psixologiya haqqında nəzəriyyəsində irəli sürüblər. Onlar qeyd etmişdilər ki, xalqın ruhu tarixi inkişafda müəyyənedici rol oynayır.

Kont, qismən də Bokl, “intellektual amil”faktorunu irəli sürmüşlər. Kont qeyd edirdi ki, insan cəmiyyətinin inkişafında  başlıca rol oynayan prinsip – “intellektual təkamüldür”, bu faktor daha əhəmiyyətli dərəcədə özünü sosial dinamikada göstərir.

Başqa amilləri göstərənlər də vardır. Məsələn, kimyaçı Libix ictimai hadisələrin səbəbini insanların qidaya olan tələbatında görürdü. “İnsan ancaq hava və su ilə yaşasaydı, qul və quldar, hökumdar və xalq, dost və düşmən, xeyir və şər, xeyirxaxlıq və günah anlayışları mümkün olmayacaqdı. Bu həqiqət o qədər adidir ki, onu ifadə etməyə də adamın cürəti çatmır”. Daha sonra o yazırdı: “Xalqların hərəkatı daim kasıb yerlərdən varlı yerlərə doğru olub. Dövlətlərin, ictimai həyatın, ailənin, insanların qarşılıqlı əlaqələrinin, sənətkarlığın, incəsənətin və elmin- bir sözlə, insanı insan edən hər şeyin təşkili və yaranması ancaq və ancaq onun təbii tələbatından irəli gəlir”. Məhz bu tələbatlar gündəlikdə ödənilmək üçün insanı hərəkətə gətirir, onu öz bacarıq və qabiliyyətlərindən istifadə etməyə vadar edir. Marks “Kapital” əsərinin birinci cildində Libixin baxışlarına öz münasibətini bildirmişdir.

Fransa psixoloqu Lebon tarixi inkişafda aparıcı rol oynayan daha bir amili buraya əlavə edir-sevgini. Onun fikrincə, indiyə qədər “dünyanı hərəkətə gətirən nəhəng iki amil – sevgi və aclıq olub”. Lippert də öz nəzəriyyəsində Libexə yaxın baxışlar ifadə edib: yaşamaq tələbatları ödəmək ehtiyacı insan mədəniyyətini idarə edən prinsipdir.

Məlumdur ki, bəzi iqtisadçılar cəmiyyəti inkişaf xüsusiyyətlərini sosial-darvinizm mövqeyindən də izah edirlər. XIX əsrdə Uord “Sosiologiyanın dinamikası” (1883) əsərində qeyd edirdi ki, bəbii seçmə və intellektual amiltarixi prosesdə başlıca rol oynayır. “təbii seçmə yolu ilə insan intellekti yarandı, həmin seçmə prosesi də bu intellekti indiki vəziyyətə gətirib çıxartdı, intellek isə təbii seçmənin məhsulu olaraq insanın indiki durumuna səbəb oldu”. Sosial darvinizmin digər nümayəndəsi olan V. Kidd “Sosial inkişaf” əsərində yazırdı ki, ümumiyyətlə mübarizə, və xüsusilə yaşamaq uğrunda mübarizə - tarixi inkişafın başlıca amilidir. “Mübarizə ümumdünya tarixinin ən dərin və vacib predmetidir, bəlkə də ana xəttidir .”

Iqlimin insanın mənəvi və cismani təşkili və inkişafına təsir etməsindən hələ “təbabətin atası” sayılan Hippokrat danışmışdı. O, göstərirdi ki, “adamların bədəninin forması və ruhun xüsusiyyətləri ölkənin təbiətinə uyğun gəlir”.

XIX əsrin 40-cı illəridə K. Marks və F. Engels təmamilə yeni bir təlimlə çıxış edərək, tarixi prosesin aparıcı qüvvəsinin cəmiyyətin iqtisadi strukturunda və onunla bağlı olan “məhsuldar qüvvələrin artmasında” olduğunu göstərdilər.

Beləliklə, tarixi prosesin iştirakçıları- xalqlar, dövlətlər, sivilizasiyalardır. Müxtəlif dövrlərdə tədqiqatçılar tarixin gah əbədi (daim) qayıdış prosesi olduğunu (qədim Yunanıstanda, qıdim Şərqdə), gah da aşağıdan aliyə, ideal cəmiyyət və ideal insan mərhələsinə doğru olan inkişaf olduğunu (Tövratda, maarifçilik dpvründə) qeyd edirdilər. Hər iki halda tədqiqatçılar, bizə, tarixdə iki cür imkan verirlər: 1)birmənalı, ümidli, lakin seçmək imkanından məhrum olan yolu; 2) bir də çoxlu alternativi olan yolu, yəni sərbəst seçmək imkanını, amma ümidsiz, səhvlərin, ziddiyətlərin, pozulmaların ehtimalı hesabına. Indiki tarixi şüurda sonuncu imkan, özünə getdikcə daha çox yer tapır.

Əvvəlkitədqiqatçılar tarix fəlsəfəsini səbəb-nəticə əlaqələri əsasında yaradırdılarsa (o cümlədən K. Marks, O. Kont, E. Dürkheym), indikilər, dünyanın yeni elmi mənzərəsinə uyğun olaraq, tarixi prosesin mürəkkəbliyi, çox ölçülülüyü və alternativliyini görür, onun insan azadlığı əsasında həyata keçerilməsi ehtimalını qeyd edirlər. Onlar göstərirlər ki, söhbət arzuolunan və mümkün tarixdən gedir. Sosial davranışın müxtəlif növləri və strategiyaları tarixin məzmununu təşkil edir, o isə bizə geniş sosial yaradıcılıq imkanları verir. Eyni zamanda, yalnız məqsədlərin ölçüsü və əhəmiyyətinə görə nizamlanması və gələcəyə inamın olması bu yaradıcılığın əzmini möhkəmləndirə bilir.

Qərbdə yaranmış inkişafın texnokratik paradiqması,nəticədə insan cəmiyyətini ekoloji dalana gətirib çıxartdı. Tarixi proses haqqındakı nəzəriyyələr artıq, əvvəl olduğu kimi, eyni mövqedən həm özünün, həm də başqasının tarixini ölçüb-biçməkdə çətinlik çəkirlər.

Nə üçün Qərbin təcrübəsi bütün digər bəşər övladları tərəfindən məcburən nümunə kimi qəbul olunmalıdır ? Əslində tarixi proses – hansı isə irəlidə gedən “avanqardın” cızdığı yol və monqol yox, bərabər xalqlar və mədəniyyətlərin həmahəng fəaliyyəti və dialoqu olmalıdır. Tarixi prosesin demokratikləşməsi müstəqil yaradıcılığa imkan yaratdı, eyni zamanda siyasi tarixin gedişatını ciddi şəkildə gərginləşdirdi. Dünyanın vəhdəti indi çox mürəkkəb və problemli formada təşəkkül tapır.

Tarix, insanın əlinə seçmək imkanı verir, amma bununla heç də həmişə xoşbəxt final vəd etmir. XXI əsrdə yəqin ki, tarixin yeni konsepsiyası yaranacaq və burada ilk əvvəl ekoloji, əxlaqi, sosiomədəni dəyərlər əsas yer tutacaqdır, çünki bu dəyərlər Yer üzündə insanın yaşaması üçün zəriri qarantiyadır.

Tarix fəlsəfəsi, getdikcə özünə daha çox davamçıtaparaq, müasir dövrdə ictimai elmlər sırasınd özünə layiqli yer tutur. Müasir dövrün görkəmli filosofu Q. Rikkert tarix fəlsəfəsinin üç vəzifəsini göstərir:

-                   tarixi prosesin ümumiləşdirilməsi, vahid ümumdünya tarixinə ayrı-ayrı “tarixlərin” gətirilməsi və öyrənilməsi;

-                   tarixin mahiyyətinin axtarılması;

-                   tarixi idrakın metodologiyasının yaradılması.

Tarix fəlsəfəsinin praktiki əhəmiyyəti çox böyükdür. Məlumdur ki, ictimai həyat mürəkkəb və rəngarəngdir. Ölkələrin siyasi həyatında getdikcə daha çox sosial təbəqə və qruplar iştirak edir; bəzən elə vəziyyət yaranır ki, mühüm, tarixi əhəmiyyətli məsələlərin həllində bütün cəmiyyət iştirak etməli, birinci növbədə ona öz münasibətini göstərməlidir. Hər bir vətəndaş bu məsələlərin həllində iştirak etməlidir; siyasi təəssübündən aslı olmayaraq, yəni istər kanservator, istər inqilabçı tarixi proseslərin mahiyyətini dərk etməlidir. Belə olmasa, hər birimiz, labüd bir hadisəyə qarşı mübarizə aparan Don-Kixota çevrilə bilərik. Tarixin dərki müasir dövrdə həyati bir məsələdir. Xüsusilə bu, milyonlarla insanların taleyinə cavabdeh olan dövlət xadimləri və siyasi partiya liderlərinə aiddir. Bunların səhvi faciə ilə bitə bilər. Ogüst Kont hələ 1825-ci ildə yazırdı ki, ictimai inkişafın qanunlarının öyrənilməsi insana öncəgörmə imkanı verir, bu da öz növbəsində fəaliyyətimizin olub-olmamasını müəyyən etməyə şərait yaradır.

Tarixi hadisələr çox mürəkkəb olduğuna görə onların öyrənilməsində sistemli yanaşma tələb olunur.

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 3257 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
10.03.2024
1. Fkcuuj () [Материал]
buy lipitor 10mg for sale <a href="https://lipiws.top/">atorvastatin price</a> lipitor 20mg cheap

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024