Cəmiyyətin tarixi və tarix fəlsəfəsi - Hüquq - Kitablar - Kitabxana - Marketing
Marketing Четверг, 08.12.2016, 12:50
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyətin tarixi və tarix fəlsəfəsi
[ ] 20.02.2009, 11:10

Cəmiyyətin tarixi və tarix fəlsəfəsi

 

      Plan:                                                                                

1.     Cəmiyyətin tarixinin formalaşmasında mütəfəkkirlərin ideyaları

2.     Tarix fəlsəfəsinə yeni baxış

 

 

1. Cəmiyyətin tarixinin formalaşmasında mütəfəkkirlərin ideyaları.Sosial fəlsəfənin mühüm problemlərindən biri də cəmiyyətin inkişafının tarixi mərhələlərinin öyrənilməsidir. Bəşər tarixinin mahiyyəti və xüsusiyyətlərini qiymətləndirən tədqiqatçılar bu yolla öz yaşadıqları yaşadıqları dövrün mahiyyətini müəyyən etməyə çalışırlar.

Tarixin inkişaf mərhələləri və xüsusiyyətləri müxtəlif mövqedən öyrənilib qiymətləndirilir: əfsanəni, bədii, dini, ideoloji və sair. Fəlsəfə tarixində tarix fəlsəfəsi problemlərinə bir çox filosoflar öz münasibətlərini bildirmişdilər, burada metodoloji yanaşma məsələləri də mühüm əhəmiyyət kəsb etmişdir.

Cəmiyyətin inkişafda olduğu fikri fəlsəfədə qədimdən irəli sürülmüşdü. Hələ antik dövrdə insanlar müşahidə etmişdilər ki, cəmiyyət bir yerdə dayanıb durmur, daim dəyişməkdədir. Sonralar dünya ölkələri və xalqları ictimai həyatın müxtəlif sahələri üzrə əlaqələr artdıqca belə bir fikir formalaşdı ki, bəşəriyyətin inkişafı vahid tarixi prosesi ifadə edir. Onun bir-birilə əlaqəli iki tərəfi vardır: birinci, hər bir konkret ölkənin, xalqın inkişafı; ikinci bütünlükdə bəşəriyyətin inkişafı.

Bütövlükdə tarixi proses dedikdə cəmiyyətin aşağı pillədən yüksək pilləyə doğru mütərəqqi istiqamətdə inkişafı başa düşülür. Tarix fəlsəfəsi dünya xalqlarının fəaliyyəti prinsiplərini və qanunauyğunluqlarını tarixi səpkidə öyrənir, tarixin məqsədi və mənasını açmağa çalışır. Bu isə insanların praktik fəaliyyəti üçün çox zəruridir. K. Yaspers yazırdı: “Biz tarixi bütöv bir tam kimi anlamağa çalışırıq, bununla da özümüzü anlamağa çalışırıq. Tarix bizim üçün elə bir yaddaşdır ki, həyatmızın kökləri ondadır. Tarix bir dəfəlik əsası qoyulmuş özüldür, əgər biz izsiz, soraqsız yox olmaq deyil, insan varlığına öz tövhəmizi vermək istəyiriksə, onunla əlaqəni kəsməməliyik”.[1]

Tarixi vahid və bütöv proses kimi mənimsəmək gedişində insanın özünü anlaması da dərinləşir. Bu prosesdə onun mənəvi dünyası zənginləşir. Tarixi başa düşmək və yadda saxlamaqla insanlar elə bir zirvəyə yüksəlir ki, buradan nəinki yalnız öz keçmişini və indiki vəziyyətini, habelə müəyyən mənada gılıcıyini də görə bilər. Tarixi biliyə arxalanan insan özünü yeni tərzdə qiymətləndirə bilər. əlbəttə tarixi prosesi ideallaşdırmaq da doğru olmazdı. Burada çoxlu müsbət cəhətlər, əxz edilməli nümunələr və təcrübə ilə yanaşı müəyyən nöqsan və təsadüflər , bədbəxt hadisələr, çoxlu cinayətlər də baş vermişdir.

Fəlsəfi fikirdə tarixi prosesin izahına dair müxtəlif baxışlar olmuşdur. Cəmiyyət inkişaf etdikcə bu təlimlər də uzun təkamül yolu keçmişdir. Antik dövrün mütəfəkkirlərinin (Platonun, Aristotelin və başqalarının) əsərlərində bəşəriyyətin tarixi haqqında qiymətli məlumatlar və mülahizələr vardır. Lakin onlar bitkin deyildi və buna görə də tarix fəlsəfəsi adlandırıla bilməz. Tarix fəlsəfəsi sonrakı dövrün məhsuludur.

Qədim mütəfəkkirlər tarixin ümumdünya xarakterini anlamaqdan uzaq idilər. Məsələn, antik dövrün tarixçiləri yunan və roma dünyasını bütün yürdə qalan dünyadan ayırır və vəhşi dünyaya qarşı qoyurdular. Orta əsrlərdə xristian ilahiyyatçıları bu nöqsanı aradan qaldırb, onu başqası ilə əvəz etdilər. Onların baxışlarına görə tarix ilahi qüvvənin niyyətinin həyata keçirməsi və insanın fövqündə duran xüsusi bir layihənin reallaşmasıdır. Bundan əlavə onlar elə hesab edirdilər ki, tarix yalnız xristian xalqına aiddir. Bütün qalan bəşəriyyət tarixdən kənardadır. Görkəmli ilahiyyatçı Avqustin (354-430) tarixi dini-ilahiyyat baxımından mənalandıraraq aşağdakı altı dövrə ayırmışdır: 1) Adəmdən su basqınına qədərki dövr; 2) su basqınından İbrahimə qədərki dövr; 3) İbrahimdən Davuda qədərki dövr; 4) Davuddan Babilistan çarlığına qədərki dövr; 5) O vaxtdan İsaya qədərki dövr; 6) İsadan qiyamət gününə qədərki dövr. Bu dövrlər insanın keçdiyi yaş mərhələlərinə (körpəlik, uşaqlıq, yeniyetmə, gənclik,  kişilik, qocalıq) uyğun gəlir. Avqustin xristianlıq mərhələsini tarixin başa çatması dövrü kimi səciyyələndirir. Bu mərhələlərin bir-birini əvəz etməsinin səbəbini o ilahi qüvvədə görürdü. O göstərirdi ki, tarix şeytan (qaranlıq) ilə Allahın (işığın) qarşılıqlı mübarizəsini nümaiş etdirir. Işığın labüddən qələbəsi məhz tarixin mənasını müəyyən edir. Onun təlimində ,ərqin mistik ideyalarının təsiri aydın görünür. Səciyyəvi cəhət budur ki, cəmiyyətin inkişafının guya dairə üzrə getdiyi haqqında antik fikirlər rədd olunur. Bu mənada onu tarixi tərəqqi ideyasının əsasını qoyanlardan biri hesab etmək olar.[2]

Intibah dövrü fəlsəfəsində ümumdünya tarixi prosesinin yeni anlamı işlənib hazırlandı. Bu dövrdə başqa məsələlərdə olduğu kimi tarixə münasibətdə də humanist səpki əsas yer tuturdu.

Yeni dövrdə mexanikanın və riyaziyyatın inkişafı belə bir fikrə gətirib çıxartdı ki, cəmiyyətin özü də mexaniki aqreqatdır.

Yer tarixini səma (ilahi) tarixindən ayırmağa ilk dəfə italyan mütəfəkkiri Ç. Viko (1668-1774) cəhd etmişdir. O tarixin mənasını təbii zərurət anlayışı ilə əlaqələndirirdi. Bu anlayış adı altında o “daimi olan və heç vaxt pozulmayan səbəb-nəticə qaydası”nı başa düşürdü. Bu təbii qayda bütün xalqların və millətlərin irəliyə doğru hərəkətini müəyyən edir. Bu hərəkət üç mərhələdən keçir: Allahlar əsri (uşaqlıq), Qəhrəmanlar əsri (gənclik) və insanlar əsri (yetkinlik). Inkişafın yetkinlik səviyyəsinə çatdıqdan sonra, yəni insanlar arasında münasibətlər vicdan, zəka və borc ilə tənzim olunduqda, bəşəriyyət öz yolunun əvvəlinə qayıdır və köhnə yolu yenidən təkrarlayır. Vikonun fikrincə, sosial formalar bu mərhələlər üzrə yaranır, özünün çiçəklənmə dövrünü keçirir və sonra məhvolma mərhələsinə daxil olur. Beləliklə, Viko o vaxta qədər bir-birinə qarşı duran tərəqqi və dövran haqqında konsepsiyaları əlaqələndirməyə cəhd göstərmişdir. Viko tərəfindən əsası qoyulan bəşər tarixinin mənalandırılması problemini Fransız maarifçiləri davam və inkişaf etdirmişdilər. Volter 1765-ci ildə ilk dəfə “tarix fəlsəfəsi” anlayışını işlətməklə fəlsəfi fikri xüsusi tipli reallıq olan tarixi mənalandırmağa yönəltdi. Bu reallığı o insanın zəkalı təbiətinin təkamülü və inkişafı ilə əlaqələndirirdi. Tarixə bu cür yanaşma cəhdini Volterdən sonra Russo davam etdirmişdir. Ümumiyyətlə, maarifçilər tarixin mənası və istiqamətini insan zəkasının tərəqqisi ilə əlaqələndirirdilər. Onlar bəşəriyyətin tarixinə zəkanın tərəqqisi mərhələləri kimi yanaşırdılar. Bir qədər sonra bu baxış Kondorse tərəfindən əsaslandırıldı. O tərəqqini bəşər tarixinin əsas meyli hesab edirdi. Göstərirdi ki, bu meyl bəşəriyyəti dönmədən həqiqət və xoşbəxtliyə doğru hərəkət etdirir. Kondorse bəşəriyyətin tarixini on mərhələyə ayırırdı. Bu bölgünün meyarını o insan zəkasının inkişafı səviyyəsində və onun azadlıq dərəcəsində görürdü. Səciyyəvi cəhət burasıdır ki, Kondorse tərəqqi ideyasını Volter və Monteskye kimi, monarxların və hakimiyyət başında duranların maarifləndirilməsi ilə, fərdlərin, xalqların və millətlərin kütləvi hərəkatları ilə əlaqələndirirdi. Onun fikrincə texnikanın tətbiqi, elmi kəşflər, əxlaqın siyasi və hüquqi institutların təkmilləşməsi sayəsində bu hərəkatlar yüksək inkişaf səviyyəsinə çatırlar. Kondorse göstərirdi ki, bəşəriyyətin gələcək xoşbət vəziyyəti aşağdakı üç problemin həlli ilə bağlıdır: “millətlər arasında bərabərliyin məhv edilməsi; müxtəlif siniflər arasında bərabərliyin artması və insanın həqiqi təmilləşməsi”. Onun yüksək optimizmini, bəşəriyyətin qızıl əsrinin yaranmasında zəkanın rolu haqqında fikirlərini sonrakı mütəfəkkirlərin bir qismi qəbul etmədi. Məsələn, Kant göstərirdi ki, insan nəslinin tarixi bizi narazılıqla ondan üz döndərməyə məcbur edir. Biz burada nə vaxtsa tam zəkalı məqsəd tapacağımıza ümid etmirik. Onun fikrincə tarix bütöv bir tam kimi və vahid şəkildə heç vaxt təcrübədə bəlli olmur. Buna görə də tarixin mənasını axtararkən əvvəldən yox, tarixin sonundan başlamaq lazımdır. Başqa sözlə, onu izah edərkən təbiətin ali məqsəd kimi nəzərdə tutduğu nəticədən çıxış etmək lazımdır. Buna görə də insan nəslinin tarixinə təbiətin sirli planının yerinə yetirilməsi kimi baxmaq olar.bu sirli plan dedikdə o mükəmməl dövlət quruluşunun bərqərar olmasını nəzərdə tuturdu. Belə quruluşda insan nəsli bəşəriyyətn ona vermiş olduğu bütün imkanları tam inkişaf etdirə bilər.[3]

Kant tarixi tərəqqinin əsasını əxlaqi prinsiplərdə görürdü. Onun fikrincə tarixin təkamülü, təbiətin təkamülündən məhz bununla fərqlənir. O göstərirdi ki, cəmiyyətdə azadlıq, ədalət və əxlaqi mükəmməlliyin təminatçısı hüquqi dövlət olmalıdır. Bu fikir ilə də Kant klassik alman fəlsəfəsinin başlıca nailiyyəti olan tarix fəlsəfəsinin əsasını qoydu.

XVIII əsrin alman mütəfəkkiri İ. Herder tarixi prosesin izahında irəliyə doğru bir addım atmışdı. O ümumdünya tarix konsepsiyasını işləyib hazırladı.herder təkamülçü idi. Buna görə də ümumdünya tarixi anlayışına canlı təbiəti və üzvi aləmin təkamülünü də daxil edirdi. Onun fikrincə bu təkamül rəvan şəkildə bəşəriyyətin tarixinə keçir. Sonuncunun məqsədi isə mücərrəd şəkildə götürülən humanizm və rifah əldə etməkdir.

Herderə görə bütün tarixi hadisələr eyni əhəmiyyətə malikdir, onların hər biri digəri üçün deyil, məhz özü üçündür. Buna görə də bəşəriyyətin gələcək qızıl əsri haqqında təlim tarixi prosesi tətbiq olunmalıdır. Belə ki, bütün nəsillərin yalnız son nəsil naminə yaşadığını düşünmək ağılsızlıq olardı. Bu o deməkdir ki, qızıl əsrdə yaşayacaq nəsil bütün əvvəlki nəsillərin məhv olunmuş xoşbəxtliyi üzərində yüksələn taxt-tacda oturacaqdır.[4]

Fransız tarixçisi Lüsyen Fevr (1878-1956), öz məşhur, fundamental əsəri olan “XVI əsrdə inamsızlıq problemi: Rablenin dini” monaqrafiyasında tarixin öyrənilməsinin metodlarından yazarkən qeyd edirdi ki, tarixçi gərək anaxronizmə yuvarlanmasın. Keçmişin və indinin insanı eyni deyildir. Onlar eyni cür düşünə və duya bilməzlər. Onların dünyanı qavramaq üsulu və vasitələrini xüsusi olaraq öyrənmək lazımdır. Onun fikrincə, hər hansı bir hadisənin obyektiv və subyektiv şərtləri müəyyən edilməlidir. Fərdin şəxsi təşəbbüsü və sosial zərurətin nisbəti necədir ? Hansı şəraitdə insanın bu və ya digər əməlləri tarixi əhəmiyyət kəsb etməyə başlayır ? Fevr bu suallara cavab axtararkən onları ilk növbədə şəxsiyyət, onun dünyagörüşü,  cəmiyyətin inkişafında onun xidmətini öyrənməyin metodları ilə əlaqələndirirdi.

Fevr belə bir təhlükənin də real olduğunu başa düşürdü ki, görkəmli şəxsiyyətlərin ifadələrini olduğu kimi qəbul etmək olmaz. Yəni dövrün necə olduğunu bu çıxışların məzmunu əsasında qiymətləndirmək düzgün deyildir. Marks da qeyd etmişdir ki, dövrün qiymətini, onun ideoloqlarının yaratdıqları “yanlış şüur” əsasında vermək olmaz.

Fever belə hesab edirdi ki, tarixçi öyrəndiyi dövrün insanlarına xas olan intelektual əməliyyatları, çüur vərdişlərini, dünyanı qavramaq üsullarını aşkar etməli, həmin xüsusiyyətlərin əmələ gəlməsinin gizli yollarını üzə çıxarmalıdır. Bunun üçün birinci növbədə dövrün nitq və dil xüsusiyyətlərini, insanların hərəkətlərinin mahiyyətini ifadə edən simvolları (işarələri) müəyyən etmək tələb olunur.

O göstərirdi ki, “insana xas olan, ondan irəli gələn və aslı olan, onu ifadə edən, onun mövcudluğunu təstiq edən, fəaliyyətini, zövqünü və fəaliyyət üsullarını göstərən hər nə varsa” hər şey tarixçinin diqqət mərkəzində olmalıdır. Bir sözlə dövrün həyat tərziniöyrənmək lazımdır. Əgər digər fransız tarixçisi Mark Blok, tədqiqatın mərkəzi kateqoriyasını “cəmiyyət” sayırdısa, Fevr, bunun “sivilizasiya” olduğunu qeyd edirdi. O buraya, insan psixologiyasını, ekoloji, coğrafi və bir sıra maddi amilləri daxil edirdi, onların insanların dünyagörüşünə təsirinin öyrənilməsini vacib bilirdi.

M. Blok “Tarixdə məddahlıq və ya tarixçinin sənəti” əsərində daha çox sosial əlaqələri, sinfi strukturu-ümumiyyətlə istehsal, ağalıq və tabelik münasibətlərini, siyasi hakimiyyət tiplərini, dünyagörüşünü (sinfi quruluş və struktur ön planda olmaq şərtilə) öyrənməyi vacib hesab edirdi. Fevr, Blokdan fərqli olaraq, daha çox mənəvi amillərə, qeyri-müəyyən terminlərə müraciət edirdi (ritm, nəbz, axın və s.).

Hər iki tarixçinin qənaəti odur ki, tarixi Prokrust yatağına (məşhur yunan əfsanəsi) yerləşdirib sıxışdırmaq olmaz.

Fevrin yaradıcılığının başlıca ideyası- mentalitet problemdir; tarixçi gərək insan şüuru tərəfindən dünyanı qavramaq və mənimsəmək imkanlarını, həmin imkanları yaşadığı dövrə mövcud mədəniyyətin təsirinə necə məruz qaldığını, insanın istifadə etdiyi “düşüncə alətlərinin” xüsusiyyətlərini nəzərə almaqla öyrənsin. Tarixçi, bunun haqqında yazmalıdır ki, insan özünə miras qalan şüurun fəaliyyət formalarını şəraitdən aslı olaraq, necə istifadə edir və necə dəyişdirir. Bir də o gərək unutmasın ki, mentalitet heç də ideologiya deyildir.

Insan fikrinin inkişafı tarixində, o cümlədən sistemli fəlsəfədə belə bir xüsusiyyət var: ilk əvvəl, odaha çox xarici aləmlə, sonra insan ruhu ilə məşğul olur və nəhayət, insan öz səylərini özünün taleyi və aqibətinin öyrənilməsinə yönəldir. Yunan filosoflarının tarixi sistemləri kosmoloji xarakter daşıyır. Onların əsas məqsədi – dünyanın başlanğıcını tapmaq idi; yalnəz Ellin mədəniyyətinin görkəmli nümayəndələri (V əsrdə sofistlərin çıxışlarından başlayaraq) tərəfindən bir sıra fəlsəfi sistemlər yaradıldıqdan sonra insan zəkasının yeni dövrü başlandı: insan, onun təfəkkürü və fəaliyyəti sözün əsl mənasında fəlsəfənin tədqiqat obyektinə çevrildi.

Hələ öz dövründə Sokrat təəccüblənirdi ki, bizim üçün daha vacib olan xeyir və gözəllik probleminin qabağını fiziki (kosmoloji) məsələlər necə tutur ? XIV əsrdə yaşamış Petrarka isə Avqustinin belə bir ifadəsini xatırlayır: “ulduzların hərəkətini görüb heyrətlənəndə gərək özümüzü də unutmataq”.

Sosial idrakın təkamülünün bu formada inkişafının səbəbini ilk əvvəl elmi problemlərin şəraiti və xarakterində axtarmaq lazımdır. Tarix fəlsəfəsi Viko, Bosüet, Herder, Hegel, Kont, Bokl, Marks kimi böyük şəxsiyyətlərin səyləri nəticəsində yaranır. Buraya tarixi elmin Makkiaveli, Mişlo, Qizo, Loran kimi nümayəndələrini də əlavə etmək lazımdır. Görkəmli fizioloq Dübua-Raymon, riyaziyyatçı Kurno, mədəniyyətşünas Lippert də qismən özünü tarix fəlsəfəsinə həsr edənlərdəndir. Müxtəlif adamlar tarix fəlsəfəsini sevimli məşğuliyyət forması kimi seçib öyrəniblər. Tarixi-fəlsəfi prosesləri ümumiləşdirib doktrin şəklində ifadə etməyə çalışanlar da az olmamışdır (ingilis yazıçısı Flint, fransız Rujemon, italiyalı yazıçı Marsel və başqaları).

Bununla belə tarix fəlsəfəsinin aşağdakı əsas məsələləri hələdə tam həll olunmamışdır. 1) indiyə qədər tarix fəlsəfəsinin metodu, dəqiq həcmi və məzmunu müəyyən edilməmişdir; 2) tarix fəlsəfəsinin katiqoriyalar aparatı axıra qədər çatdırılmayan, tamamlanmayan ideya və anlayışlardan ibarətdir. Belə vəziyyəti görən Helmholts yazırdı: heç bir tarixi və fəlsəfi elm (qramatika istina olmaq şərtilə) həqiqətdə özü haqqında dəqiq qanunlarıformulə etmək qadirində deyil; 3) tarix fəlsəfəsinin əleyhdarları, o cümlədən Şellinq, Şopenhauer və Diltey hesab edirdilər ki, tarixin xarakteri belədir ki, o, özünün elmi, sistematik fəlsəfəsini yaratmaq iqtidarında deyil.

Digər elimlərdə olduğu kimi, tarix fəlsəfəsində də, xaotik vəziyyət mərhələsi olubdur. Tarix fəlsəfəsi öz quruluş və məzmununa görə sosiolagiyadan daha ümumidir. O tarixi inkişaf qanunlarını, ümumi prinsip və şərtlərini öyrənməkdə sosiologiyanın nailiyyətlərinə əsaslanır.



[1]Яасперс К. Смысл и назначение истории. М., 1994, с. 240.

[2]Ракитов А. Историческое познание. М., 1982. с. 141-142.

[3]Кант И. Сочинения. В. 6. Т. 6 т., М., 1966 с. 19, 23.

[4]Гердер И. Идеи к философии истории человечества. М., 1977, с. 224.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2439 | Загрузок: 0 | Комментарии: 5 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
23.09.2013 Спам
1. Larissa () [Материал]
Shexsen men razi deyilem golerun ishlerden.Lazimli yerler qalib,lazimsiz ishler gorulur.Meselen,H.Eliyevin heykelinin etrafi teze idi,ama nedense dashlari yeniden sokulub,bashqa dashla doshendi.Daha sonra evvelki icra bashcimiz Nesimi parkini temir eliyirdi,ishiq direklerine kimi qoydurmushdu,ama nedense onun temiri Eldar muellimin xoshuna gelmedi.Duzdu yeni park daha da genishlenib,ama bunu evvelki temiri sokmemish de etmek olardi.Meni birce shey maraqlandirir?-Shehere ayrilmish milyonlari niye bele menasiz ishlere serf eliyirik,axi sheherin yollari berbad,kanalizasiyalari berbaddi.Eldar muellimi arada bazarin etrafinda ekskursiyaya cixardin,hemde meslehetdi yagishli havada olsun bu sefer.belke ordaki zibilxanadan,yollarin gozelliyinden xeberi yoxdu? Ayrilan bu pullarin hele de bize bir xeyiri yoxdu, istemirem bu, yeni icra bashcisinin vezifesi muddetinde bele davam elesin.Eslinde men de sheherdeki butun problemleri yazmadim,amma yene de tekrar temirlere ehtiyac yoxdu.Teshekkurler Eldar Ezizov.Gorduyunuz ishlere qarshi daha diqqetli olsaniz o zaman ehali sizden daha razi qalar.Size raziliq bildirenlerin ise ekseriyyeti yeqinki yaltaqliq meqsedile danishir.Ya da onlarin da sizin kimi sheherdeki veziyyetden xeberi yoxdu,en azi heftede 1 defe oz evine bazarliq elemir.

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016