Marketing Пятница, 19.04.2024, 22:55
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyət bütöv özünütənzimləyən sistemdir
[ ] 20.02.2009, 11:18

Cəmiyyət bütöv özünütənzimləyən sistemdir

 

                          Plan:

          1.Cəmiyyət nədir ?

          2.Cəmiyyət haqqında mütəfəkkirlərin fikirləri

          3.Siyasi sistemdə dövlətin yeri və rolu.

 

 

   1.Cəmiyyət nədir ?

     Cəmiyyət sözün geniş mənasında maddi həyatın, canlı təbiətin bir hissəsi olan,tarixən inkişaf edən,insanların fəaliyyəti formasıdır.Sözün dar mənasında isə-insan tarixinin müəyyən bir mərhələsi (kapitalizm,feodalizm) və ya konkret sosial orqanizmdir (Fransa cəmiyyəti,Avropa cəmiyyəti və s.) Müasir sosial fəlsəfi fikirdə cəmiyyət fərdlərin birgə fəaliyyəti forması kimi öyrənilir,sistem-struktur münasibətləri baxımından təhlil edilir,onun idarə olunma problemlərinə geniş diqqət yetirilir.

     Cəmiyyət ayrı-ayrı insanların mexaniki məcmusu deyildir,sahmanlı struktura malik olan bütöv bir sistemdir.Cəmiyyətin bu münasibətdə izahında iki yanılış mövqe mövcuddur.Onlardan birincisi –sosial nihilizm-göstərir ki, yalnız ayrı-ayrı insanlar və fərdlər mövcuddur.İctimai əlaqələr və bütövlükdə cəmiyyət adlı reallıq yoxdur.Cəmiyyət anlayışı yalnız əlverişli olduğu üçün işlənilən fiksiyadır.Bu qəbildən olan individualist yanaşma anarxizmə gətirib çıxarır.Anarxizm isə cəmiyyətdə obyektiv ictimai əlaqələri, ictimai təşkilatların və dövlətin əhəmiyyətini inkar edir.İkinci yanlış baxış cəmiyyətdə kollektivizmin rolunu həddən artıq şişirdir.Onun tərəfdarları iddia edirlər ki yalnız bütöv bir tam kimi götürülən cəmiyyət, dövlət mövcuddur.Ayrı-ayrı insanlar isə elə bir əhəmiyyət kəsb etmir,sadəcə olaraq ümuminin hissəcikləri kimi çıxış edirlər.

     Əslində real cəmiyyət son dərəcə müxtəlif tərəflərin,yarımsistemlərin və elementlərin (ayrı-ayrı insanların) qarşılıqlı əlaqəli sistemidir.Cəmiyyətdə insanlar  sonsuz sayda əlaqalərdə  və qarşılıqlı təsirdə çıxış edirlər.Nəticidə bütöv sistem, vahid orqanizm qərarlaşır.

         Cəmiyətə sistemli yanaşma təssavvürləri qıdim olsa da,bu baradə bitkin təlimlər ilk dəfə XIX əsrin fəlsəfi fikrində yaranmışdır.Onunəsasları O.Kont,H.Spenser,K.Marks,E.Dürkheym,M.Veber,P.Sorokin,L.Bertalanfi,T.Parsons və başqa mütəfəkkirlər tərəfindən irəli sürülmüşdür.Bu təsəvvürlərə görə sistem kimi götqrqlən cəmiyyətin elementlərini bu və ya digər sosial subyektlər, münasibətlər və institutlar təşkil edir.Cəmiyyət sistemini təşkil edən elementlər və yarımsistemlər keyfiyyətcə rəngarəngdir və çoxpilləli xarakter daşıyır.İctimai sistemdə münasibətlər çox mühüm yer tutur.Münasibət dedikdə cəmiyyəti təşkil edən subyektlər arasında müəyyən əlaqə və asılılıq başa düşülür.Məhz bu münasibətlər sayəsində insanlar cəmiyyətdə birləşirlər, ayrı-ayrı fərdlər vahid, tam formasında çıxış edirlər.İnsanlar arasında sabit və təkrarlanan münasibətlər, asılılıq tədricən onların sosial qruplar,təşkilatlar və insitutlar formasında birləşməsini yaradır.

          Sosial sistem aşağıdakı xassələrinə görə təbiət sistemlərindən fərqlənir: Hər şeydən əvvəl göstərilməlidir ki, cəmiyyəti təşkil edən elementlər.yarımsistemlər və səviyyələr son dərəcə rəngarəngdir,onların funksiyaları,əlaqələri və qarşılıqlı münasibətləri çox mürəkkəbdir.Digır tərəfdən sosial sistemi təşkil edən elementlər öz keyfiyyətinə görə müxtəlifdir,burada təkcə maddi deyil ,həm də ideal,mənəvi hadisələr vardır.Buna görə də onu tədqiq edərkən müxtəlif elmlərin(humanitar və təbiət elmlərinin) metodlarından kompleks şəkildə istifadə olunmalıdır.Sonra,sosial sistemin əsas elementi olan insanın unikal xarakteri onu təbiətdən fərqləndirir.Belə ki insan öz fəaliyyətinin,davranışının forma və üsullarını sərbəst surətdə və geniş diapazonda seçə bilir.Bunun nəticəsində cəmiyyətin inkişafında qeyri müəyyənlik dərəcəsi yüksək olur. Burada hadisələrin gələcək nəticələrini irəlicədən müəyyən etmək çox vaxt mümkün olmur.

         Nəhayət, sosial sistem özünün açıq xarakter daşıması ilə səciyyələnir.O qapalı deyildir.Sosial sistemin açıq olması o deməkdir ki,cəmiyyət daim ətraf mühit ilə maddələr, enerji və informasiya mübadiləsində olur.Buna görə də ictimai sistem qeyri-müvazinət vəziyyətində olan sistemlərdədir.Onun qeyri-müvazinət xarakteri həm də bunda ifadə olunur ki, sosial sistemə daxil olan yarımsistemlər və tərəflər öz səviyyəsinə görə eyni deyildir.onlar arasında müəyyən fərqlər və dialektik ziddiyyətlər mövcuddur.Sosial sistemin açıq xarakteri və qeyri-müvazinətli olması onun ədəbi həyatını təmin edir.Başqa sözlə deyilsə,kainatın istilik ölümü nəzəriyyəsi nəinki təkcə dünyaya münasibətdə əsassızdır.Çünki sosial sistemin açıqlığı və qeyri-müvazinətliyi burada entropiyanın toplanmasına imkan vermir.Ətraf mühit və kosmos ilə daim qarşılıqlı təsir sayəsində burada fasiləsiz olaraq neqentropik(entropiyaya qarşı) proseslər baş verir.

      Bütöv orqanizm kimi götürülən cəmiyyət bir sıra xassələrə malikdir: özfəaliyyət(fəaliyyətin kənardan gətirilməməsi),öz-özünü təşkiletmə; özinkişaf(inkişaf mənbəyinin daxildə olması) və öz-özünə kifayət olması.Birinci üç əlamət həm bütövlükdə cəmiyyətə,həm də ayrılıqda onunhər sferasına və qruplarına aiddir.Dördüncü xassə isə yalnız bütöv bir tam kimi götürülən cəmiyyəti səciyyələndirir.Özünün özü üçün kifayət etməsi xassəsi o deməkdir ki,sistem öz fəaliyyəti ilə onun mövcudluğu üçün lazım olan şəraiti yarda və təlabatlarını ödəyə bilir.Bu keyfiyyət sosial sistemi onun ayrı-ayrı yarımsistemlərindən və tərəflərindən fərqləndirir.Başqa sözlə cəmiyyətin heç sahəsi, heç bir fəaliyyət növü ümumidən təcrid olunmuş halda normal yaşaya bilməz.Yalnız bütöv bir tam kimi götürülən cəmiyyət bütün fəaliyyət növlərinin,sosial subyektlərin və sosial insitutların vəhdətini təmin etməklə öz-özünü təminetmə xassəsinə malikdir.Beləliklə,sosial sistem müxtəlif səpkilərə malikdir.Onu təhlil edərkən fəaliyyət növləri, “sosial münasibətlər,sosial birlik formaları” ictimai insitutlar mütləq nəzərə alınmalıdır.

         Cəmiyyətin son dərəcə mürəkkəb olması onu izah edən baxışların da müxtəlifliyini şərtləndirir.Sosial fəlsəfədə cəmiyyətin üç əsas nəzəri modeli geniş yayılmışdır: naturalizm,idealizm,materializm.

         Birinci mövqe, naturalizm(təbiət.təbii olan deməkdir) tarixən daha qədimdir.Onunmahiyyətini cəmiyyəti təbii bioloji amillər (təbii sərvətlər,mühit iqlim və sair) ilə izah olunması təşkil edir.

         Cəmiyyətə idealist yanaşma sosial həyatda əbədi ideyanın,dünya zəkasının,idealın,mənəvi amillərin müəyyənedici rol oynadığını sübut etməyə çalışır.

          Nəhayət, materializm cəmiyyətin izahındə maddi amillərdən: sosial varlıqdan,maddi nemətlər istehsalından çıxış edir.Qeyd edək ki, bu üç baxış bir-birindən tam təcrid olunmuş halda mövcud deyildir.Onlar bir-birilə xeyli yxındır və bəzən də çulğalaşmış şəkildə çıxış edir.Məsələn,naturalizmdə bəzən həm materializm ünsürləri(cəmiyyətin təbii izahı,mexanisizm,sosial darvinizm və sair), həm də idealizm(panteizm və hilozoizmin nümunəsində)əlasqəli şəkildə çıxış edir.

           Sosial fəlsəfədə insanların əvvəlki cəmiyyətdən irsən keçən  və yeni yaranan birgə fəaliyyət üsulu,ictimai istehsal anlayışında ifadə olunur.

           İctimai istehsal anlayışı göstərir ki,cəmiyyət sadəcə təkrar istehsal və adaptasiya etmək deyildir.O ictimai həyatı həm də yaradıcılıq ,öz istehsalı kimi səciyyələndirir.İctimai istehsal bir sıra həyati əhəmiyyətli sosial funksiyalar yerinə yetirir.Onlardan aşağıdakılar xüsusilə mühimdür: a)cəmiyyətin mövcudluğunun maddi həyat şəraitinin təkrar istehsalı; b) mənəvi həyat məhsullarının (ideyalar və ideologiyanın ) mənəvi dəyərlərin, simvol və işarələrin istehsalı; v) ictimai fərdlər kimi insan nəslinin istehsalı; q) sosial əlaqələrin və münasibətlərin istehsalı.

            Məhz istehsal sayəsində insanların tarixi ictimai xarakter kəsb edir.Sosial şəraitin ayrı-ayrı tərəflərini istehsal etməklə insan həm də öz-özünü istehsal edir.Din,ailə,dövlət,hüquq,əxlaq,elm,incəsənət və sair təkrar istehsalın xüsusi növləridir.

            İnsanlar cəmiyyət daxilində öz həyatlarını təmin etmək üçün bir sıra funksiyalar (iqtisadi funksiya,zorakılıq üzərində nəzarət,biliklərin inkişaf etdirilməsi, özünüməhdudlaşdırma qabiliyyətinin inkişafı funksiyası) yerinə yetirməli olur.Qeyd edək ki, müxtəlif tarixi dövrlərdə həmin funksiyaların yerinə yetirilməsi səviyyəsi və onların ictimai həyatda rolu eyni deyildir.

       2. Cəmiyyət haqqında mütəfəkkirlərin fikirləri

         İctimai həyatın bütövlüyü problemi hələ qədim filosofların nəzər diqqətində olmuşdur.Sosial fəlsəfə tarixində cəmiyyətin sistemli quraşdırmaları haqqındakı ilk ideyaları Platon və Aristotelin təlimlərində tapmaq olar.

         Cəmiyyətin təşkili xüsusiyyətləri və əlamətlərini Platon cəmiyyətin siyasi təşkilinin forması olan dövlətin əsasında izah edirdi.Qarşılıqlı fəaliyyət və ünsiyyət nəticəsində yaranan insan təlabatlarının müxtəlifliyini, ictimai əmək bölgüsünü ifadə edir.Platonun bu fikrini Marks yüksək qiymətləndirmişdir.Ədalət prinsipi əmək bölgüsü sisteminin bütövlüyünü təmin edir,sosial struktur isə əmək bölgüsünün nəticəsi olaraq,dövlətin üz təbəqəsini təşkil edir və fəaliyyət göstərir.Sosial bərabərsizliyin aradan qaldırılması yolunu Platon “ideal dövlət” quruluşunda görürdü.Bu dövlətdə struktur ünsürlər arasında vəzifələr,insanların mənşəyinə görə paylanılır (qızıl,gümüş,mis qarışıqlarına uyğun); Doğrudur,onların mənşəyi bir növ əfsanə xarakteri daşıyır   .lakin insanları buna inandırmaq lazımdır.Göründüyü kimi,Platon cəmiyyətdə idealogiya və utopiyanın rolunu başa düşürdü.Ədalətsizliyin,sosial iztirabların səbəbini xüsusi mülkiyyətdə görür və ümumiyyətlə şəxsi mülkiyyəti qəbul etmirdi.

          Aristotelin sosial-siyasi və iqtisadi baxışları quldarlıq cəmiyyəti şəraitində formalaşmışdı.O. cəmiyyətin vacib ünsürləri olan əmək bölgüsü,mübadilə,dəyərlərin növləri,dövlət və onun formaları,dövlətin quruluşu,sosial strukturu,idealları və dövlətin mənşəyi haqqında maraqlı fikirlər söyləmişdir.Aristotel cəmiyyətin ali məqsədini ümumi faydaya,xeyirxahlığa nail olmaqda görürdü.İnsan öz təbiətinə görə siyasi varlıqdır; “ailə-insanların birgə yaşayış formalarının ilkini və əbədisidir”. Dövlət hakimiyyəti-ailə başçısının hakimiyyətinin davamıdır.

      Sonrakı dövrlərdə cəmiyyətin sistemli təşkili haqqında T.Hobbsun,J.J.Russonun və Q.V.F.hegelin ideyaları diqqəti cəlb edir.

       T.hobbson cəmiyyətin yaranması səbəbini insanlar üçün faydalı olması zərurətində axtarırdı.O deyirdi ki,insanların ünsiyyətini özlərinin xeyrini güdmək,fayda axtarmaq ilə izah etmək lazımdır.Həm faydanı tapmaq.həm ləyaqəti ucaltmaq üçün başqalarının üzərində hökmranlıq etmək kimi vasitədən istifadə olunsa, daha yaxşı olar.Hökmranlığın qabağını kəsən qorxudur; qarşılıqlı qorxunədən əmələ gəlir? Qismən insanların təbii bərabərliyindən,qismən isə onların bir-birinə qarşı olan acıq,hirsindən (sonuncu tələbat və mənafeləri ödəmək istəyindən irəli gəlir) törəyir.Təbii hüquq hamının hamıya qarşı müharibəsinə gətirib çıxarır,çünki özünü qorumaq arzusu insanı istənilən hərəkətə sövq edir.Bununla belə,məlumdur ki, müharibə bu hüququn əsası olaninsanın özünü qoruyub saxlamaq istəyinə ziddir.Sülhün qorunması əsas təbii qanundur,çünki insanların təbii xüsusiyyətlərindən irəli gəlir.Təbii qanunlar əbədi və dəyişilməzdir,onlar vicdanın hökmünə tabe deyildir,buna görə də sülhün qorunub saxlanmasını təmin edə bilmirlər.Adamlar bu qanunları pozmaq üçün iradələrini vahid,hamının üzərində hökmranlıq edən iradəyə tabe etmək zərurətinə gəlib çıxırlar.Bu isə,öz növbəsində,dövlətin yaranmasının ilkin şərtidir.İnsanlarıdövlətdə birləşdirən ya qorxu,ya da ümid olur.Dövlətdə azadlığın meyarı vətəndaşların və dövlətin xeyrini gözləmək tələbini ifadə edir.Hobbsun qəbul etdiyi dövlət forması monarxiyadır,monarx həm özünün,həm də vətəndaşların mənafelərini lazımi səviyyədə müdafiə edir.

     Beləliklə,Hobbs cəmiyyətin yaranmaı və inkişafının həm səbəblərini,həm də formalarını araşdıraraq,xüsusi nəzəriyyə yaradıb.Bəzən buna “ictimai müqavilə” nəzəriyyəsi deyirlər.Bu ideyadan istifadə edən tədqiqatçılardan biri də J.J.Russo olub.Hobbs təbiət haqqındakı elmlərin metod və nəticələrini istifadə edərək,ictimai və mənəvi həyatın hadisələrini izah etməyə çalışırdı.Russo da təxminən bu yolla getmişdir.

      İnsan dünyaya azad gəlib,bəs necə olur ki,o indi əli zəncirlidir? Necə olur ki,çoxluq azlığa tabedir? Russo bu suallara cavab verərək insanların cəmiyyətdə birləşmək zərurətini təbii şəraitin ağırlığında görür.Onun fikrincə insanlar öz acizliyini yalnız qüvvələrini birləşdirməklə aradan qldıra bilərlər.Ümumi iradə, ümumi yaşayış şərti-hər kəsin hüququndan dövlətin xeyrinə payın ayrılması deməkdir.Russo cəmiyyətin quruluşunu canlı bədənə bənzədirdi.Onun başı hakimiyyət,bədən üzvləri isə insanlardır.O,qeyd edirdi ki,cəmiyyət müxtəlif ümumi maraqlar əsasında birləşən sosial qruplardan ibarətdir.Mənafelərin ziddiyətliyi qrupları və cəmiyyəti bəzən qarşı-qarşıya qoyur.Cəmiyyətin əsasını iqtisadi münasibətlər təşkil edir.Təbii vəziyyətdən ictimai vəziyyətə keçməsi insanların davranışındakı instinkti ədalət prinsipi ilə əvəz etdi.Nəticədə insan fəaliyyəti əxlaqi xarakter daşımağa başlayır,qabiliyyətləri inkişaf edir,təfəkkür dairəsi genişlənir,hissləri daha incə olur.İnsan öz təbii azadlığını və hüquqlarını itirir,əvəzinə isə vətəndaş və əxlaqi azadlıqlar qazanır, öz-özünü idarə etmək imkanını əldə edir.Nəhayət,cəmiyyət həqiqi bərabərliyi yaradır,qüvvə və qabiliyyətinə görə fərqlənən insanlar cəmiyyətdə bərabər hüquqludur.Russonun dövlət,suverenitet və hakimiyyət bölgüsü haqqındakı ideyaları da böyük maraq doğurur.

   Cəmiyyətin yaranmasında təbii və vətəndaş hüquqlarının rolunu Hegel cəmiyyət və dövlətin nisbəti dialektikası baxımından işləyib hazırlamışdı.Vətəndaş cəmiyyəti-həyatın maddi şərait sahəsi,təbii zərurətin məhsuludur.Burada fərdlər öz maddi mənafeləri ilə bir-birinə bağlıdırlar.”Hüquq fəlsəfəsi” əsərində Hegel vətəndaş cəmiyyətinindövlətdən əvvəl yaranmasını təsdiqləyir.Cəmiyyətdə fərdlər və onların mənafeləri bir-birinə qarşı qoyulur,bununla belə ümumi məqsədə nail olmaq üçün hər bir kəsin mənafeləri vasitə kimi istifadə edilə bilər.

    Hegelin vətəndaş cəmiyyətində,real ictimai münasibətlər,sosial ziddiyyətlər göstərilir.Xüsusi mülkiyyətin azad inkişafı vətəndaş cəmiyyətinin vacib şərtidir.Hər bir fərdin cəmiyyətdə vəzifələri olduğu kimi,cəmiyyətin də fərdə qarşı vəzifələri var.Cəmiyyətdəki ziddiyyətləırin əsasının fərdi,xüsusi və ictimai mənafelər və dövlət qaydalarıarasındakı müxtəliflik təşkil edir.Dövlət daha yüksək inkişaf pilləsində duraraq,əxlaqi bütövlülük,azadlığıngerçəkləşməsi(bu da ideala,ağlın mütləq məqsədinə nail olmaq deməkdir) üçünçalışır.Hegel qeyd edirdi ki, fəlsəfə,təbiətin qanunlarını olduğu kimiöyrəndiyi halda,hüquq və dövlət problemləri haqqında göstərişi fəlsəfənin özündən gözləyirlər.Əsil vəzifə burada-həqiqətin mümkünlüyünü başa düşməkdir.Təfəkkür və varlıq qanunları eyni olduğu üçün,bu elə ağlın,fəlsəfənin dərk etmək qabiliyyətindən irəli gəlir.Hər bir fərd öz zəmanəsinin övladı olduğu kimi,fəlsəfə də dövrün təfəkkürdə ifadə olunmuş ruhudur.Hobbs və Russonun dəyişilməz,sabit,təbii hüququ,Hegeldə dialektikanın inkişaf qanunlarına əsasən müsbət(vətəndaş) hüququnda tədricən gerçəkləşən azadlıq ideyası ilə əvəz olunur.

     K.Marks və F.Engels cəmiyyətin insanların qarşılıqlı fəaliyyətinin məhsulu olduğunu qeyd edirlər.Engels “Təbiətin dialektikası” əsərində yazırdı: “İnsanlar öz əməllərini təlabatla yox,təfəkkür ilə izah etməyə vərdişlidirlər,əslində isə tarixi prosesin əsas məzmununu həqiqi həyatın istehsalı və təkrar istehsalı təşkil edir.Cəmiyyətin iqtisadi bazisi aparıcı rol oynayır,lakin bununla yanaşıtarixi inkişafa,onun formalarına üstqurumununmüxtəlif tərəfləri: dövlət quruluşu,hüquqi formalar və onların insan şüurunda inikası,siyasi,hüquqi,fəlsəfi nəzəriyyələr,dini baxışlar-təsir göstərir.”İqtisadi hərəkat zərurətdir və öz yolunda bir çox təsadüflərlə üz-üzə gəlir.Cəmiyyətdə insanlar şüurlu şəkildə,məqsədyönlü fəaliyyət göstərirlər,bunula belə tarixin inkişafı daxili,ümumi qanunlara tabedir.Tarixdə təsadüfün rolu çox böyükdür,amma burada aparıcı rolu iqtisadi münasibətlər oynayır.İqtisadi münasibətlər dedikdə Marks və Engels əmək bölgüsü əsasında insanların yaşamaq üçün təşkil etdiyi istehsal üsulunu,mübadilə,bölgü və istehlakı nəzərdə tuturdular.Buraya əmək vasitələri,o cümlədən texniki və coğrafi şərait də daxildir.İnsan fəaliyyəti predmetli xarakter daşıyır,həqiqi fəaliyyət hissi,subyektivdir.Onlar “vətəndaş cəmiyyəti” anlyışını “insan cəmiyyəti” anlayışı ilə əvəz etdiıər.Onların fikrincə,istehsel üsulu növləri tarixdə bir-birini əvəz edir,bunun aparıcı tərəfi-mülkiyyət formasıdır.İstehsal üsulunun iki tərəfini məhsuldar qüvvələr və istehsal münasibətləri təşkil edir.İctimai-iqtisadi formasiyanın əsasında istehsal üsulu forması durur,ona uyğun iqtisadi,siyasi,ideoloji və digər münasibətlər formalaşır və inkişaf edir.Tarixdə bir neçə formasiya mövcud olub: quldarlıq,feodalizm,kapitalizm.Formasiyaların bir-birini əvəz etməsinin əsas səbəbi-istehsal üsulunda baş verən dəyişikliklərdir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 5293 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.3/3 |
Всего комментариев: 1
08.03.2024
1. Fsswrp () [Материал]
order atorvastatin 10mg generic <a href="https://lipiws.top/">order generic lipitor 80mg</a> order lipitor 40mg generic

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024