Marketing Пятница, 29.03.2024, 14:12
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Kitablar [3]
Elmi məqalələr [5]
Disertatiyalar [1]
Mühazirə mətnləri [2]
Diplom işi [1]
Marketing araşdırmaları [9]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitabxana » Marketing araşdırmaları

GSM - Marketing tədqiqatı
[ ] 03.10.2008, 23:22
GSM Tədqiqatı
GSM Tədqiqatının əsas məqsədi mobil telefonlardan istifadə reytinqi, müxtəlif mobil telefon markalarının populyarlıq səviyyəsi, istifadəçilərin demoqrafik xüsusiyyətləri, üstünlük verdikləri telefon markaları və əsas markalara qarşı münasibətləri və mobil telefon reklamları haqqında məlumatlılıq səviyyəsi kimi məsələlərin tədqiq edilməsindən ibarət olmuşdur.
Reytinq
Reytinq hər hansı konsepsiyanın, məhsulun, reklamın və s. qiymətləndirilməsi üçün istifadə edilən prosesdir. Bu prosesə cəlb olunan respondentlər öz fikirlərinin ifadəsi olan qiyməti şkaladan bir rəqəm seçməklə işarə edirlər. 
Demoqrafik məlumat
Demoqrafik məlumat istehlakçıların yaşı, cinsi, həyat dövrü mərhələsi, gəlir və məşğuliyyəti haqqında tədqiqat nəticələrinə əsaslanır.
Üstünlük
Üstünlük Testi zamanı araşdırma iştirakçılarına müqayisə üçün bir neçə məhsul və ya xidmət növləri təklif olunur və sonra iştirakçıların üstün tutduqları növlər aydınlaşdırılır

M Ü N A S İ B Ə T
Münasibət - fərdin hər hansı obyekt və ya ideyaya qarşı müəyyən edilmiş davranış meyliliyidir. Münasibətin üç komponenti mövcuddur: 
(i) İdrak komponenti- bilik və təsəvvürlər; 
(ii) Emosional komponent - hisslər və emosiyalar; 
(iii)Rəftar komponenti - davranış (adətən alış ehtimalı məsələlərinin ölçülməsi). 

Münasibət Araşdırması - insanların konkret məhsullar, ideyalar və şirkətlər haqqında hansı düşüncələrə malik olduqlarını müəyyən edən tədqiqatdır
M Ə L U M A T L I L I Q
Məlumatlılıq respondentin müəyyən bir obyekt və ya ideya haqqında biliklərinin ölçülməsidir. Məlumatlılığın iki əsas ölçmə vasitəsi vardır: 

a) Yada salınan Məlumatlılıq («Yarımmexaniki Məlumatlılıq» da adlandırılır) bəzi stimullaşdırma vasitələrinin göstərilməsindən sonra bir şeyi (məs; məhsul markası və ya reklamı) gördüklərini iddia edən respondentlərin faizini əks etdirir. 

b) Spontan Məlumatlılıq («Yada salınmayan Məlumatlılıq» da adlandırılır) anketçi tərəfindən heç bir köməklik göstərilmədən marka adını yada sala bilən respondentlərin sayıdır.



Qablaşdırılmış Qazsız Su Dadlarının Test Edilməsi
Bu tədqiqatın əsas məqsədi potensial alıcı rəylərini və Sifarişçi tərəfindən bazara çıxarılıcaq yeni su növlərinə qarşı ictimaiyyətin münasibətini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqat zamanı SİAR Hall Test metodunu tətbiq etməklə qablaşdırılmış qazsız su istehlakçıları arasında yeni su növlərinin dad testini keçirmişdir.
A R A Ş D I R M A L A R
Araşdırmalar əvvəlcədən tərtib edilmiş anketlər vasitəsilə respondentlərlə çoxlu sayda sorğuların keçirilməsindən ibarətdir.
H A L L T E S T
«Hall Test» zamanı bəzi bazar tədqiqatlarında (əsasən kəmiyyət araşdırmalarında) iştirak etmək üçün iştirakçılar əvvəlcədən müəyyən edilmiş hər hansı mərkəzi məntəqəyə dəvət olunurlar.
D A D I N T E S T E D İ L M Ə S İ
Dad testi zamanı iştirakçılar məhsulun ya ayrıca olaraq, ya da digər məhsullarla müqayisədə dadını qiymətləndirirlər. Dadın test edilməsi zamanı adətən "Kor" metodu tətbiq edilir, yəni ticarət markası, qablaşdırma növü və məhsulu tanıda biləcək digər əlamətlər aradan götürülür. Dad Testi adətən əvvəlcədən kirayə edilmiş mərkəzi bir yerdə keçirilir, lakin testlər iştirakçıların evlərində də təşkil oluna bilər. 
Pərakəndə Satışın Ölçülməsi
Bu layihə HORECADI (mehmanxana, restoran, kafe-bar, diskotekalar) və pərakəndə satış məntəqələrində konkret məhsul növünün pərakəndə satışının ölçülməsinə istiqamətləndirilib. Pərakəndə Satışın Ölçülməsi istehsalçılara onların bazar strategiyası və satış siyasətinin formalaşdırılmasında vacib olan göstəricilərin təyin edilməsinə kömək edir. Bu göstəricilər aşağıdakılarla bağlı tendensiyaları əks etdirir:

• bazarda artım və geriləmə tendensiyaları;
• satış həcmi;
• məhsulun bazarda hərəkəti;
• pərakəndə ticarətçilərin bazarlıq vərdişləri;
• markanın istehlakçılar tərəfindən qəbulu;
• istehlakçı seçimi.

Layihə nəticəsində Sifarişçiyə 3 aylıq zaman müddəti üzrə aşağıdakı məlumatları özündə əks etdirən hesabat təqdim edilir:

• Bazar Payı
• Rəf/piştaxta Payı
• Satış (fiziki ölçü və dəyər ifadəsi ilə)
• Çəki bölgüsü
• Miqdar bölgüsü
• Məhsulun çəki ehtiyatı
• Məhsulun miqdar ehtiyatı
• Məhsulun çəki satışı
• Məhsulun miqdar satışı

Hesabat aşağıdakı parametrlərə uyğun olaraq təqdim edilir:

• Şəhər üzrə, pərakəndə satış məntəqələri və açıq bazar üzrə
• Sektor üzrə, növ üzrə, şirkət üzrə, marka üzrə, qablaşdırma üzrə, dad üzrə.
İstehlakçı Məmnunluğunun Araşdırılması
Bu tədqiqatın başlıca məqsədi Azərbaycan bazarındakı mobil rabitə xidməti haqqında ətraflı məlumat toplamaq, bu sahədə göstərilən xidmətlərlə bağlı abunəçilərin rəylərini öyrənmək və onların məmnunluq səviyyələrini qiymətləndirməkdən ibarət olmuşdur. SİAR 1200 mobil telefon istifadəçisi arasında telefon sorğusu keçirmiş və Sifarişçiyə çarpaz təhlil hesabatını təqdim etmişdir.
İ S T E H L A K Ç I M Ə M N U N L U Ğ U
İstehlakçı Məmnunluğu ilə bağlı Araşdırmalar hər hansı şirkət tərəfindən təklif olunan məhsul və xidmətlərin keyfiyyətinə istehlakçı münasibətinin aydınlaşdırılması məqsədini güdür. Bu araşdırmalar həm Keyfiyyət, həm də Kəmiyyət Araşdırma Texnologiyalarının tətbiqinə əsaslana bilər.
Ç A R P A Z T Ə H L İ L C Ə D V Ə L İ
Çarpaz təhlil cədvəli sorğu zamanı suala müxtəlif cavablar vermiş respondentlərin faiz nisbətini və/və ya sayını, eyni zamanda bu cavabları müxtəlif respondent qrupları üçün göstərən bir cədvəldir.
Yeni Xidmət Tələbatlarının Araşdırılması
Bu tədqiqat Azərbaycanın mobil rabitə xidmətləri bazarında yeni xidmət növlərilə bağlı istehlakçı ehtiyaclarının aşkar edilməsi və yeni xidmətlərin istehlakçılar tərəfindən necə qəbul edildiyinin qiymətləndirilməsi məqsədini daşımışdır. SIAR bu tədqiqat üçün «Focus Group» metodunu tətbiq etməklə 6 ədəd qrup müzakirələr keçirmişdir.
F O K U S Q R O U P
Fokus Qrup (həmçinin Fokus Qrup Sorğuları və ya Qrup Müzakirələr də adlandırılır) Keyfiyyət Araşdırma Texnologiyasının elə bir növüdür ki, burada konkret bir mövzu ətrafında az sayda seçilmiş (adətən 8-12 nəfər) iştirakçıların qeyri-formal müzakirələri həyata keçirilir. Müzakirə, nəticəyə heç bir təsiri olmayan təlimatlandırılmış moderator tərəfindən aparılır. Moderator tədqiqat predmeti olan bütün məsələlərin qrup tərəfindən müzakirə edildiyinə əmin olmalı və bütün iştirakçıların mövzu ilə bağlı ifadə etdikləri fikirlərin aydın olmasını təmin etməlidir. İştirakçıların ideal sayı müzakirə ediləcək mövzunun məzmunundan asılıdır, məsələn, mürəkkəb məzmunlu mövzuların müzakirəsi üçün iştirakçıların nisbətən az sayda (4-6 nəfər) olması daha məqsədəuyğundur.


Reklam Kampaniyası ilə bağlı Testlərin Keçirilməsi
Bakı şəhərində təşkil edilən bu araşdırma perspektivdə keçirilməsi nəzərdə tutulan reklam kampaniyaları ilə bağlı istehlakçı münasibəti və rəyinin qiymətləndirilməsi məqsədini güdmüşdür. Araşdırma 2 (iki) məntəqədə 280 (iki yüz səksən) respondent arasında «Hall Test» metodunu tətbiq etməklə həyata keçirilmişdir. Aparılmış test nəticələri əsasında analitik hesabat hazırlanmış və Sifarişçiyə təqdim edilmişdir.
Alkoqollu İçki Bazarının Araşdırılması
Araşdırma çərçivəsində həyata keçirilmiş qrup müzakirələr zamanı Bakı şəhəri əhalisinin alkoqollu içkilərlə bağlı rəy və münasibətləri , onların üstünlük verdikləri marka adları, daha çox istifadə etdikləri bazarlıq yerləri və s. aşkar edilmişdir.
F O K U S Q R O U P
Fokus Qrup (həmçinin Fokus Qrup Sorğuları və ya Qrup Müzakirələr də adlandırılır) Keyfiyyət Araşdırma Texnologiyasının elə bir növüdür ki, burada konkret bir mövzu ətrafında az sayda seçilmiş (adətən 8-12 nəfər) iştirakçıların qeyri-formal müzakirələri həyata keçirilir. Müzakirə, nəticəyə heç bir təsiri olmayan təlimatlandırılmış moderator tərəfindən aparılır. Moderator tədqiqat predmeti olan bütün məsələlərin qrup tərəfindən müzakirə edildiyinə əmin olmalı və bütün iştirakçıların mövzu ilə bağlı ifadə etdikləri fikirlərin aydın olmasını təmin etməlidir. İştirakçıların ideal sayı müzakirə ediləcək mövzunun məzmunundan asılıdır, məsələn, mürəkkəb məzmunlu mövzuların müzakirəsi üçün iştirakçıların nisbətən az sayda (4-6 nəfər) olması daha məqsədəuyğundur
M Ü N A S İ B Ə T
Münasibət - fərdin hər hansı obyekt və ya ideyaya qarşı müəyyən edilmiş davranış meyliliyidir. Münasibətin üç komponenti mövcuddur: 
(i) İdrak komponenti- bilik və təsəvvürlər; 
(ii) Emosional komponent - hisslər və emosiyalar; 
(iii)Rəftar komponenti - davranış (adətən alış ehtimalı məsələlərinin ölçülməsi). 

Münasibət Araşdırması - insanların konkret məhsullar, ideyalar və şirkətlər haqqında hansı düşüncələrə malik olduqlarını müəyyən edən tədqiqatdır













Категория: Marketing araşdırmaları | Добавил: marketing
Просмотров: 3217 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
08.03.2024
1. Aaatlt () [Материал]
buy lipitor 20mg generic <a href="https://lipiws.top/">buy generic lipitor</a> buy generic atorvastatin

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024