M. Bəşirov. Ümumtəhsil məktəblərində fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarının tətbiqi - Riyaziyyat və informatika - Kitablar - Kitabxana - Marketing
Marketing Воскресенье, 11.12.2016, 12:54
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Riyaziyyat və informatika

M. Bəşirov. Ümumtəhsil məktəblərində fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarının tətbiqi
[ ] 03.03.2010, 15:34
Mirnamiq Bəşirov Lənkəran Dövlət Universiteti, dosent
 
Ümumtəhsil məktəblərində fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarının tətbiqi
 
 Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya üzrə Milli Strategiyanın ( 2003 - 2012 – ci illər ) təsdiq edilməsi haqqında” sərəncamdan və "Azərbaycan Respublikasında Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı”ından irəli gələn məsələlərin həlli - informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya mühitini yaratmaqla əhalini informasiya cəmiyyətinə hazılayacaqdır. Hazırda kompüter texnologiyaları əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun bütün imkanlarından istifadə etməklə, ölkənin təhsil sistemini səmərəli təşkil etmək və beynəlxalq informasiya şəbəkəsi vasitəsilə dünya ölkələrinin təhsil müəssisələri ilə mütəşəkkil əlaqələrin yaradılması prosesi gedir: Ümumtəhsil məktəblərini müasir tipli kompüter avadanlığı ilə təhciz etmək, ümumtəhsil məktəblərin müəllimlərinin, inzibati və texniki işçilərin öz fəaliyyət sahələrində yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək; Təhsil informasiya və kommunikasiya texnologiyalarından istifadə üzrə normativ və metodiki bazanı inkişaf etdirmək; Tədris prosesində azərbaycan dilində istifadə olunan müasir elektron tədris materiallarının, elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris vasitələrini işləyib hazırlamaq, yaymaq və tətbiq etmək; Təhsil sisteminin informasiya infrastrukturunu yaratmaq; Informasiya texnologiyası əsasında müasir təhsilin metodologiyasını işləyib hazırlamaq; İnformasiyalaşdırma prosesinin elmi metodiki təminatına nail olmaq; Cəmiyyətin müxtəlif təbəqələri üçün məsafədən təhsil xidmətini təşkil etmək; Təhsil saytları yaratmaq; Azərbaycan dilində olan tədris nəşrlərində və elmi metodiki nəşrlərdə informasiya və kommunikasiya texnologiyalari sahəsi üzrə terminologiyaları hazırlamaq mərhələsi davam edir.. Nəticədə tədrisdə internet – virtual məktəblərin yaradılması, məsafədən təhsilin təşkili mümkün olacaq, yeni informasiya mühiti yaradılacaq, informasiya cəmiyyətinə keçid reallaşacaqdır. Fizikanın tədrisində kompüter texnologiyalarının aşağıdakı imkanları var: - fiziki proses və hadisələri, fiziki anlayış, qanun, quruluş, sxem və xassələri təbii şəkildə istənilən anda illüstrasiya edə bilməsi; - fiziki proses və hadisələri, fiziki anlayış, qanun, quruluş, sxem və xassələri təbii şəkildə istənilən anda vizuallaşdıra bilməsi; - virtual laboratoriya işlərinin aparıla bilməsi; - animasiyaları qurmaq və illüstrasiya etmək imkanının olması; - öyrənməyi öyrətmək; - az vaxt ərzində əyaniliyi təmin etməklə daha çox informasiyanı çatdıra BİLMƏSİ; - müxtəlif mövzulara eyni vaxtda müraciət edilə bilməsi; - təlim prosesində operativliyin təmin edilməsi; - şagirdlərin maraqlarına uyğun olaraq diqqəti cəlb edən fraqmentlərdən istifadə edə bilməsi; - istənilən vaxt cavabı yoxlamaq üçün testlərdən istifadə edilməsi; - testlərə verilən cavabı qiymətləndirə bilməsi; - düz və tərs məsələlər metodundan istifadə; - tədris materiallarını seçməklə uygun şkildə komplektləşdirilə bilməsi; - məşğələdə vəziyyətdən asılı olaraq problem situasiyalaqdan istifadə edilə bilməsi; - ümumiləşdirmə və analogoyadan istifadə edə bilməsi və analogiyalaq qurmasına imkan verməsi; - fiziki hadisə və prosesləri modelləşdirə bilməsi; - müasir texnologiyalara şagirdlərdə marağın oyanması; Bütün bunların həyata keçməsi aydındır ki, müasir kompüter texnologiyası ilə bağlıdır. Biz deyilənləri əsas götürərək aşağıdakı tədqiqatımızda hazırlanmış aşağıdakı resursları Sizin diqqətinizə təqdim edirik. Üfüqlə bucaq altında atılmış cismin hərəkəti” mövzusunun tədrisi prosesində kompyuter texnologiyalarından geniş istifadə etmək mümkündür. Laboratoriya işlərinin virtual aparılması bu baxımdan geniş imkanlara malikdir. Üfüqlə bucaq altında atılmış cismin hərəkətini öyrənməyə imkan verən virtual kompüter modelindən istifadı qaydaları: Modelin sol yuxarı küncündə verilənlərin daxil edilməsi üçün pəncərələr yerləşdirilmişdir (şəkil 5). Mausun göstəricisini həmin pəncərədə yerləşdirməklə həmin fiziki kəmiyyəti daxil etmək mümkündür. Modelin sağ yuxarı küncündə isə qravitasiya sahəsinin intensivliyini daxil etmək üçün pəncərə yerləşdirilmişdir. Üfiqlə bucaq altında atılmış cismin hərəkətini öyrənməyə imkan verən virtual kompüter modeli aşağıdakı imkanlara: başlangıc verilənləri daxil etmək və prosesi idarə etmək imkanına malikdir: - Cismin Yo başlangıc koordinatını - Üfiqlə atəş bucagının daxil edilməsi - Sərbəstdüşmə təcilinin daxil edilməsi - Cismin sürəti - Hadisənin davametmə sürətinin idarə olunması - əvvəlki trayektoriyaların saxlanması və ya silinməsi Kompüter modeli ilə işin sonunda alına biləcək əyani nəticələr: - Cismin hərəkət trayektoriyası - Cismin Y (şaquli) koordinatının dəyişən qiyməti və son qiyməti - Cismin X (üfiqi) koordinatının dəyişən və son qiyməti - Cismin müxtəlif hərəkət trayektoriyaların müqayisəsi - Cismin ayrılıqda götürülmüş trayektoriyanın öyrənilməsi Hadisənin sürətinin idarə düyməsi düyməsi ilə hadisənin davam etmə müddətini maksimal və ya minimal sürətlə idarə etməyə imkan verir. Bu dərsin gedişində cismin hərəkətinin analizinə, onun öyrənilməsinə imkan verir. Məqsədəuygun olarki, dərsin ilk 3-4 dəqiqəsini şagirdlər müstəqil olaraq kompüter modeli ilə işləsinlər və ya əvvəlcədən resurs haqqında məlumat verərək şagirdlərin onun ümumi xassələrinin mənimsənilməsinə nail olmaq olar. Bu daha yaxşı effekt verir. Beləki şagirdlər düymələri müstəqil idarə edərək onların müəyyən xassələrini müstəqil olaraq mənimsəyirlər. Laboratoriya işinə başlamamışdan əvvəl düymələrin xasssələrini soruşaraq dəqiqləşmələr aparmaq və işə hazır olma dərəcəsini müəyyən etmək lazımdır. 1. Internet vasitəsi ilə verilmiş Azerbaijan Educational Resources ONLİNE - "Azərbaycan onlayn təhsil resursları” saytına http://edu.ace-az.org/website/index.php ünvandan daxil olun 2. Açılmış səhifədə sol menuda göstəricini "physics” üzərinə gətirin (şəkil 1 ) 3. Mausun düyməsini bir dəfə sıxıb buraxın

4. Açılmış səhifədə (şəkil 2) descripcion sütünunda 4-cü sırada yerləşmiş "Üfiqi atılmış cismin hərəkəti” sətrində göstəricini "Dovvnland” sözü üzərinə gətirin 5. Mausun düyməni bir dəfə sıxıb buraxın 6.Yeni açılmış səhifədə resursu kompüterinizə köçürmək üçün göstəricini "saxla” (soxranit) sözü üzərinə gətirin

7. Göstəricisini bir dəfə sıxıb buraxın 8. Resursu yerləşdirmək üçün sidən müraciət tələb olunacaqdır. Əgər "saxla” (soxranit) sözü üzərinə gətirib bir dəfə sıxıb buraxsanız resurs işçı srol üzərinə köçürüləcəkdir. 9. Resursu istədiyiniz ünvanda yerləşdirmək istəyirsinizsə göstəricini ünvanlar üzərinə gətirin (şəkil 3)

10. Göstəricisini bir dəfə sıxıb buraxın 11. İstədiyiniz qovluğu seçib resursun yerləşdirilməsi üçün "saxla” (soxranit) sözü üzərinə gətirin 12. Göstəricini bir dəfə sıxıb buraxın

13. Resursu aktiv hala gətirmək üçün göstəricini "icra et”- vıpolnit düyməsi üzərinə gətirin 14. Göstəricisini bir dəfə sıxıb buraxın 15. Resurs aktiv hala gəlmişdir. (şəkil 4) Resurs göstərdiyiniz ünvanda aşağıdakı kimi qeydə düşəcəkdir.

16. Göstəricini "başlanğıc Y koordinatı” sözü qarşısındakı pəncərəyə gətirin 17. düyməni bir dəfə sıxıb buraxın(tıklayın) 18. Klavyaturadan şaquli koordinatı daxil edin (məsələn 40)

19. Göstəricini "bucaq” sözü qarşısındakı pəncərəyə gətirin 20. Mausun düyməsini bir dəfə sıxıb buraxın (tıklayın) 21. Atəş sürətinin üfiqlə əmələ gətirdiyi bucağı dərəcə ilə daxil edin (məsələn 45)

22. Göstəricini "Sürət” sözü qarşısındakı pəncərəyə gətirin. 23. Mausun düyməsini bir dəfə sıxıb buraxın (tıklayın) 24. Klavyaturadan cismin başlanğıc sürətini daxil edin (məsələn 30).

25. Göstəricisini "hadisənin sürətini seç” sözləri altında olan sürüşən düymə üzərinə gətirin 26. Mausun düyməsini sıxın və sıxılmış vəziyyətdə saxlayaraq hadisənin sürətini seçin 27. Düyməni buraxın

28. Hərəkəti virtual izləmək üçün göstəricini "başla” düyməsini üzərinə gətirin 29. Düyməni bir dəfə sıxıb buraxın (tıklayın) (şəkil 5) 30. Veni verilənlər daxil etmək üşün 16-29 əməliyyatlarını yenidən təkrar edin
(şəkil 1) (şəkil 2) (şəkil 3) (şəkil 4) (şəkil 5)
Dərsdə "Üfüqlə bucaq altında atılmış cismin hərəkəti” mövzusunun tədrisi prosesi sxemini aşağıdakı kimi qurmaq məqsədəuyğun hesab olunur. 1. Ağırlıq qüvvəsinin təsiri altında şaquli istiqamərdə hərəkət mövzusunu təkrarlayırıq. 2. Üfuqi atılmış cismin hərəkəti tədqiq olunur. Bu zaman "Fizika Sizin üçün” http://www.phys-for-you.narod.ru/ internet resursundan istifadə olunur. 3. Nəzəri suallar cavablandırıldıqdan sonra model şagirdlərə təklif olunur. 4. Yuxarıda verilən ardıcıllıqla işin icrası təklif edilir. 5. Nəticələrin sinif dəftərinə yazılması diqqətdə saxlanılır. 6. Qrupların nəticələri müqayisə olunur. www.interferensiya.narod.ru saytı. Saytda işığın dalga xassələrindən – interferensiya və difraksiya, onun yaranma şərtləri, müxtəlif dalga uzunluqları üçün iki yarıqdan interferensiya və difraksiyanın alınması mənzərələri JPG formatlı rəsmlərlə verilmiş, interaktivlik təmin olunmuşdur. Yarıqların enini 1,5 mm, 2 mm və 2,5 mm olmaqla dəyişmək imkanı yaradılmış, hər bir hal üçün dalga uzunluğu 400 nm-dən 750 nm- dək hər dəfə 50 mm dəyişməklə görünən işığın interferensiya və difraksiya mənzərəsini müqayisə etmək mümkündür. www.interferensiya.narod.ru saytından istifadə etməklə dərsin aparılması metodikasını veririk: 1.Internet vasitəsi ilə verilmiş www.interferensiya.narod.ru sayta daxil olun -2. Açılmış səhifədə mətni oxuyun, yarıqlar arasındakı məsafəni dəyişmək üçün mausun göstəricisini "məsafəni” sözünün uzərinə gətirin -3.düyməni bir dəfə sıxıb buraxın(tıklayın)

4. Yarıqlar arasındakı verilmiş məsafə variantlarından birini seçmək üçün göstəricisini rəqəmlərdən biri üzərinə gətirin -5. Mausun düyməni bir dəfə sıxıb buraxın(tıklayın) -6.Yeni açılmış səhifədə verimliş məsafə üçün müxtəlif dalga uzunluqlarının interferensiyasını müşahidə etmək mümkündür. Bunun üçün rənglərdən biri üzərində göstəricisini gətirib düyməni sıxın

7. Göstəricisini bir dəfə sıxıb buraxın (tıklayın) -8. Dalga uzunluqlarını 400 nm–dən 750 nm–dək hər dəfə 50 nm dəyişməklə hər dəfə dalga uzunlugunu və alınan maksimumların sayını qeyd edin. -9.Mausu göstəricisini digər rəngin üzərinə gətirin

10. Göstəricisini bir dəfə sıxıb buraxın(tıklayın) -11. Eyni əməliyyatı digər rənglərlə təkrar edin və hər dəfə dalga uzunluğunu və alınan maksimumların sayını qeyd edin. -12.Mausun göstəricisini digər yarıqlar arasındakı məsafəni göstərən rəqəm üzərinə gətirərək təcrübəni təkrar edin

13. Müxtəlif məsafələr üçün maksimumların sayını müqayisə edin -14. Mausu "ev” şəkli üzərinə gətirməklə ilk səhifəyə qayıdın.
Müasir dövrdə hər bir mütəxəssis peşə hazırlığında kompüter texnologiyalarına yiyələnməli və fəaliyyətinin səmərəli təşkili üçün kompüter proqramlarından istifadə etməyi bacarmalıdır. Artıq şagirdlərə biliklərin verilməsi yox, onların necə qazanılması yollarını göstərmək lazım gəlir. Dərslərdə kompüterdən istifadə ilk növbədə şagirdlrdə tədqiqatçılıq və axtarıcılıq qabiliyyətini inkişaf etdirir. Dərslərin gedişində kompüter modellərindən istifadə edilməsi şagirdlərdə bir neçə sahə üzrə bilik və vərdişlərin inkişafını təmin edir: kompüterdən istifadə vərdişlərinin inkişaf etdirir, fənnə maragın artmasına səbəb olur, dərsin daha yaxşı mənimsənilməsinə kömək edir. Kompüter və internet texnologiyalarından istifadə etməklə fizikanın təlim prosesini fəallaşdırmaq, tədrisin keyfiyyətini yüksəltmək, dərin bilik vermək, qazanılmış biliyi mütəşəkkil yoxlamaq və biliyi tətbiq etmək vərdişlərinə nail olmaq mümkündür. Bu məqsədlə müəllim və texniki heyət üçün icbari kompüter və internet kursları, məktəblərdə ayrı – ayrı fənləri əhatə edən elektron bazanı yaratmaq, istənilən səviyyədə veb resursların və müvafiq işçi qrupların yaradılması zəruridir. Ədəbiyyat 1.М.М.Баширов. "ИнфорМационно - коммуникационные технологии в образование: контроль знаний и дистанционное обучение”. XVI Международная конференция "Применение новых техно логий в образовании" ("ИТО-Троицк-2005"), г. Троицк http://ito.edu.ru/2005/Troitsk/4/4-0-3.html 2.М.М.Баширов. "Некоторые проблемы по внедрению информатизиционно - коммуникационных технологий в образовании.” Вопросы Интернет образования 27 выпуск 2005. Федерация Интернет Образования. http://vio.fio.ru/vio_27/cd_site/Articles/art_1_5.htm 3. M.M.Bəşirov. "Fizikadan milli veb resursların yaradılması təcrübəsi”. Azərbaycan əlaqələri və mübadilə proqramı- "Azərbaycanda virtual məktəb” 21-June-2005 PROJECT HARMONY ANNOUNCES "AZERBAIJAN'S VIRTUAL SCHOOLHOUSE" NATIONWIDE CONFERENCE ON JUNE 29-30, 2005 http://edu.ace-az.org/physics/phys2/ səh 10. Mirnamiq Beşirov Lenkeran Devlet Universitesi, doçenti Okullarda fizikin tedrisatında enformasyon komünikasyon teknolojisinin uygulaması Netice Fiziğin öğretilme metodunda eğik atış haraketi yapan cismin haraketinin ve interferensiya olayının öğrenilmesinde yararlanacak kaynaklar hazırlanmış, onların kullanım metodiği verilmişdir. Mirnamiq Bashirov Lenkeran State University, dosent At secondary schools in education of physics usage of information communication methods Summary The resources and their usage method which will be used in the learning of interference process and motion of matter thrown under horizontal angle in the education of physics have been shown.
Категория: Riyaziyyat və informatika | Добавил: marketing
Просмотров: 41748 | Загрузок: 0 | Комментарии: 6 | Рейтинг: 4.8/4 |
Всего комментариев: 5
22.10.2013 Спам
5. seba () [Материал]
saam .NDU-nun fizika muellimliyi uzre telebesiyem.mene verilen serbest isin adi isigin internferensiyasinin komputer usulu ile teyini-dir.bu movzu haqda melumati hardn tpa bilerem?

29.04.2013 Спам
4. hey everyone () [Материал]
simply dropping by to say hello
http://www.youtube.com/watch?v=fCi2eX0hvHE - free microsoft points codes

16.10.2012 Спам
3. Mati () [Материал]
Başınız sağolsun,yeri mekanı cennet olsun.Allahtan rmhaet, geride kalanlara Rabbim sabır ihsan eylesin.Sizin tfcm annelerin anneler gfcnfc kutlu olsun.Sevgiler.

06.01.2011 Спам
2. Gunay Hasanova () [Материал]
cox yaxsidir- Mirnamiq muellime biz minnetdariq bu sahede Lankaran rayonunda gonduyu ishere ve hazirladigi materiallara gore

26.07.2010 Спам
1. Isafarova () [Материал]
hazirda tehsilde ШЛЕ nin tetbiqi zerurudir va qachilmazdir- amma mekteblerin metodik baximdam tehcizati- mellimlerin metodik hazirligi zeruridir

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016