Marketing

  Menecment

Вторник, 10.12.2024, 02:30                                                                                                                       Ana səhifə  | Мəlumatım | Çıxış

                                                                                null

» Bölmələr

» KİTABLAR

İqtisadiyyat

Menecment

Marketing 

Strateji planlaşdırma

Riyaziyyat, informatika

Xarici dil

Hüquq, fəlsəfə və siyasi fənlər

Azərbaycan tarixi

Pedaqogika, az. dili, ədəbiyyat

Humanitar fənlər

Qanunlar və direktiv sənədlər

null

İmtahan otağı.


 

     Əziz istifadəçilər!  Saytın yaradılmasında məqsəd ölkənin marketing həyatında iştirak etmək, bu və ya digər sahələrlə bağlı bir sıra elmi, nəzəri, praktiki, informasiya xarakterli məlumatların verilməsi və əldə olunmasından ibarətdir. 
     Yuxarıda qeyd olunanlarla bağlı bizə hər hansı bir məlumat və materiallar təqdim etməklə saytımızın inkişafına köməklik etmiş olarsınız. Həmin materialların elektron variantlarını ekonomist.72@mail.ru elektron poçtuna göndərə bilərsiniz. Müəlliflik hüququnun saxlanmasına zəmanət veririk.
      Biz bir cəmiyyət olaraq sizi birgə əməkdaşlığa dəvət edir və bundan əmin olacağınıza inanırıq. Qabaqcadan təşəkkürümüzü bildiririk.



             
                                          Dünyada ən çox avtomobil istehsalçısı – «Toyota motor»
       "Automotive News" dünyanın ən böyük avtomobil istehsalçılarının siyahısını açıqlamışdır. Nəticələrə əsasən, dünyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor Corp." olmuşdur. Şirkət 9 milyon 366 min avtomobillə "General Motors"u geridə qoyaraq liderliyə yüksəlmişdir. Siyahıda ən çox diqqəti çəkən isə Koreya Respublikasının "Hyundai Motor CO. Ltd" şirkətinin dünyanın ən böyük 5-ci istehsalçısı olmasıdır. 1999-cu ildə bu siyahıda 11-ci yeri tutan HYUNDAI cəmi 8 il sonra 5-ci pilləyə qədər yüksəlmişdir.
         
_______________________________________________________________________________________________________________
 
                                                     ALFRED BERNARD NOBEL
2008-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına ABŞ-ın Prinston Universitetinin professoru Paul Kruqman layiq görülüb. Mükafat laureata ticarət modellərinin analizi və iqtisadi aktivliyin paylanmasına dair apardığı araşdırmalara görə verilib. Bəs bu mükafatın maliyyə mənbəyi haradandır?
Nobel mükafatı 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Onun ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapitalın əsas hissəsi Nobel qardaşları şirkətinin səhmindən ibarət olmuşdur. Bunun qısa tarixçəsi belədir.
Nobellər ailəsi İsveçdən idi. 1843-cü ildə Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdviq və Robertlə İsveçdən Rusiyaya gəlir, Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırir. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" - Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Lakin Rusiyada proletar iqnilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılirdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur." Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.  
                          
 
____________________________________________________________________________________________________________
 
                                                       İPƏK YOLUNUN TARİXi
İpək Yolunun tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçmişdir. İpək Yolu bizim eranın I minilliyindən başlayaraq II minilliyin ortalarına qədər Avropa və Asiyadan çarpaz şəkildə keçən marşrutlar şəbəkəsini əks etdirir. İpək Yolunun əsas hissəsi öz başlanğıcını Çinin paytaxtı Çanqandan (Xian) götürmüşdür. Eramızdan əvvəl dördüncü əsrdə Makedoniyalı İskəndər Mərkəzi Asiya istiqamətində Hind çayını keçəndə, artıq Çin ipəyinin Aralıq dənizinə çıxışı var idi. Bəzi mənbələrə əsasən İpək yolunun tarixinin bizim eradan əvvələ təsadüf etdiyi məlum olur. Ticarət və kommunikasiya üçün zəruri element olan dəniz yollarına da Ipək Yolunun bir hissəsi kimi baxmaq olar. Xan sülaləsinin hakimiyyəti dövründə Çin gəmiləri Cənubi Asiya krallıqları ilə ticarət aparırdılar. VII və VIII əsrlərdə Çin, Koreya və yapon gəmiləri Şərqi Çin və Yapon dənizlərini keçərək yükləri qitədən Yaponiyaya daşıyırdılar. Çin gəmiləri həm də Hindistan və İrana, XV əsrdə isə Afrikaya da üzürdülər. XVI əsrdə isə portuqaliyalılar və digər Avropa xalqları Şərqi Asiyaya üzməyə başladılar. Bir çox mühüm elmi və texnoloji innovasiyalar Şərqdən Qərbə İpək yolunun vasitəsilə aparılmışdır. Barıt, maqnit kompası, çap dəzgahı, musiqi alətləri, ipək, ... , riyaziyyat, keramik və boyalı məmulatlar kimi yeniliklərin ötürülməsi tədricən baş vermişdi. Qərbin onların yaranması haqqında heç təsəvvürü belə yox idi.                     

» Giriş bölməsi
» Axtarış
» Sayğac
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker



Sadıqov İbrahim © 2024