Azərbaycan İnvestisiya Şirkəti Sizi aşağıdakı istiqamətlərdə əməkdaşlığa dəvət edir: • İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsinə cəlb olunmasında; • Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsində; • Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsində; • Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların cəlb edilməsində; • İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılmasında.