Marketing Суббота, 23.11.2024, 18:24
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Maraqlı məlumatlar [25]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Məlumatlar » Maraqlı məlumatlar

Kreditlərin verilməsi şərtləri
[ ] 21.10.2008, 22:22
HÜQUQİ ŞƏXSLƏR ÜÇÜN KREDİT VƏ ZƏMANƏT ƏMƏLİYYATLARI

«AZƏRİQAZBANK» Səhmdar İnvestisiya Bankı öz müştərilərinin borc vəsaitinə olan tələbatının daha tam qane etməyə imkan verən geniş kredit xidmətləri spektrini təqdim edir. Kreditlər və bank zəmanətləri həm manatla və həm də xarici valyuta ilə bütün mülkiyyət formalarında olan rezident müəssisə və təşkilatlara təqdim edilir.

«AZƏRİQAZBANK» etibarlı borcalanlarla əməkdaşlıq etməkdə maraqlıdır və məhz buna görə bizim bankımız tərəfindən kredit almaq üçün ərizə nəzərdən keçirildikdə müəyyən və mühüm tələblər irəli sürülür. Kreditləşdirmə zamanı müştərinin ödəmə qabiliyyətinin olmasına, kredit resurslarının layihəsinə, təminatına və ondan məqsədli istifadə olunmasına, eləcə də Müştəri ilə qarşılıqlı fəaliyyət kompleksinin olmasına (hesablaşma-kassa xidməti, valyuta əməliyyatları, Bankın plastik kartlarından istifadə edilməsi və s.) xüsusi diqqət yetirilir.

Özünün sabit perspektivli biznesi, müvəffəqiyyətli iş təcrübəsi, özünün kapitalı olan Müştərilər üstünlüyə malikdirlər. Bankımız ilə əməkdaşlıq təcrübəsi olan Müştərilərə üstünlük verilir.

KREDİTLƏŞDİRMƏ ŞƏRTLƏRİ

Kreditlərdən və bank zəmanətlərindən istifadəyə görə ödənilən haqqın ölçüsü, Bank tərəfindən müəyyənləşdirilmiş faiz dərəcələrinə uyğun olaraq, təklif olunan təminatın tipindən və borcalanın maliyyə vəziyyətindən asılı olaraq hər bir borcalan üçün fərdi surətdə müəyyənləşdirilir.

Kredit və ya zəmanət təqdim edilməsi üçün ərizələr nəzərdən keçirilərkən Bank aşağıdakı borcalanlara üstünlük verir:

Ən azı 3 ay ərzində Bankın müştərisi olmuş müəssisə və təşkilatlar
Son 4 rüb ərzində şirkətin zərərsiz fəaliyyət göstərməsi
Büdcə və qeyri-büdcə məcburi fondlarına vaxtı keçmiş borcların olmaması
Şirkətin real aktivlərinin kreditləşdirilən layihənin dəyərindən, bir qayda olaraq, ən azı iki dəfə artıq olması
Sənədlərin Banka verildiyi an şirkətin biznes-plan layihəsinin olması, layihə-smeta və icazə sənədlərinin rəsmiləşdirilməsi, lazımi avadanlığın ixtisaslaşdırılması
Bakı şəhərində yerləşən və fəaliyyət göstərən müəssisələr
* Bankın kredit idarəsində Sizin ərizənizə 2 həftə ərzində baxılır.
* Bank kreditin verilməsi haqqında müsbət qərarın verilməsi üçün lazım olan əlavə sənədləri tələb etmək hüququnu özündə saxlayır.
* Bankda hesablaşma hesabının olması məcburi şərtdir.


KREDİTİN VERİLMƏSİ HAQQINDA MƏSƏLƏYƏ BAXILMAQ ÜÇÜN SİZ AŞAĞIDAKILARI ETMƏLİSİNİZ:

Bankın kredit şöbəsi ilə əlaqə saxlamaq və danışıqların aparılması üçün Banka gəlmək
Kreditin verilməsi (zəmanət təqdim edilməsi) məsələsinə baxılmaq üçün lazım olan sənədləri hazırlamaq
Kreditin (zəmanətin) verilməsi üçün ərizə blankını doldurmaq


KREDİTİN VERİLMƏSİ (ZƏMANƏTİN TƏQDİM EDİLMƏSİ) MƏSƏLƏSİNƏ BAXILMAQ ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR

Ərizə anketi 
Təsərrüfat subyektinin mövcudluğunu təsdiq edən sənədin təsdiq edilmiş surəti
Son ayın balans hesabatı, son rübün balansı, mənfəət və itkilər haqqında hesabat; auditor tərəfindən təsdiq edilmiş son ilin maliyyə hesabatı
VÖEN göstərilməklə rayon Vergilər İdarəsində uçotda olmaq barədə Şəhadətnamənin surəti
Nizamnamə və müvafiq əsasnamə
Kredit sənədlərini imzalamaq səlahiyyətini təsdiq edən sənəd
Nizamnaməyə əsasən əmlak girov qoymağa hüququ çatan şəxs(lər)in razılığı
Girov qoyulmuş əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd


*Kredit müqaviləsi bağlanarkən girov təminatının sığorta predmeti üçün girov məbləğinə və kredit müddətinə sığorta müqaviləsinin olması vacibdir.


KREDİTLƏRİN VƏ ZƏMANƏTLƏRİN TƏMİNATI NÖVLƏRİ

Bank borc vəsaitinin qaytarılmasının təminatı kimi mülkiyyət hüququ üzrə Borcalana (üçüncü şəxslərə) məxsus olan əmlakı, o cümlədən aşağıdakıları girov götürür:

Əsas vəsaitlər:
Avtonəqliyyat,
Daşınmaz əmlak.

Zaminlik:
Müəssisə və təşkilatların;
Fiziki şəxslərin.


DÖVRİYYƏ VƏSAİTİNİN ARTIRILMASI ÜÇÜN KREDİT

Dövriyyə vəsaitinin artırılması üçün kredit 3 aydan 6 ayadək olan müddətə təqdim edilir.
Kreditin minimum məbləği – 1000 ABŞ dolları və ya manatla ona ekvivalent məbləğdir.
Kreditin məbləği biznesin pul axınına, eləcə də Borcalanın banklardakı hesablar üzrə dövriyyələrinə və kassaya daxilolmalara istinad edilərək, həmçinin təminatın satıla bilməsi və Borcalanın maliyyə cəhətdən möhkəmliyi nəzərə alınmaqla hesablanır.
Kreditin və ona hesablanan faizlərin ödənilməsi mənbəyi Borcalanın cari gəliridir.
Kreditdən istifadəyə görə faizlər, bir qayda olaraq, hər ay, kredit özü isə Borcalan ilə razılaşdırıldığı qrafik üzrə ödənilir.
Borcalanın arzusu ilə Bank kredit xəttinin açılması imkanını nəzərdən keçirməyə hazırdır.


ƏSAS VƏSAİTİN ƏLDƏ EDİLMƏSİ ÜÇÜN KREDİT

Əsas vəsaitin əldə edilməsi üçün kredit 1 il müddətinə təqdim edilir.
Kreditin minimum məbləği – 1000 ABŞ dolları və ya manatla ona ekvivalent məbləğdir.
Kreditin məbləği biznesin pul axınına, eləcə də Borcalanın banklardakı hesablar üzrə dövriyyələrinə və kassaya daxilolmalara istinad edilərək, həmçinin təminatın satıla bilməsi və Borcalanın maliyyə cəhətdən möhkəmliyi nəzərə alınmaqla hesablanır.
Kreditin və ona hesablanan faizlərin ödənilməsi mənbəyi Borcalanın cari gəliridir.
Kreditdən istifadəyə görə faizlər, bir qayda olaraq, hər ay, kredit özü isə Borcalan ilə razılaşdırıldığı qrafik üzrə ödənilir.

8 may 2003-cü ildə "AZƏRİQAZBANK" Dünya Bankının Beynəlxalq Maliyyə Korporasiyası ilə kredit xətti üçün saziş imzalamışdır. İmzalanmış saziş çərçivəsində bank biznesin həyata keçsirilməsi üçün hüquqi şəxslərin, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ərizələrini aşağıdakı şərtlər əsasında nəzərdən keçirmək üçün qəbul edir: 
Kredit 12 aydan çox müddətə təqdim edilir 
Kreditin maksimum məbləği 150.000 ABŞ dollarıdır 


ZƏMANƏTLƏR

Bankın fəaliyyətinin spesifik yönümü müştərilərin öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üçün zəmanət və zaminlik verməkdən ibarətdir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən qanunvericiliyə uyğun olaraq bank zəmanəti prinsipalın (borcalanın) benefisiar (kreditor) qarşısındakı əsas öhdəliyinin lazımi şəkildə yerinə yetirilməsini təmin edir. Bank zəmanətinin verilməsinə görə borcalan zəmanət verənə mükafat ödəyir.
Acərbaycan Respublikasının Mülki Məcəlləsində bu təminat formasının aşağıdakı xüsusiyyətləri nəzərdə tutulmuşdur: geri çağırılmama, hüquqların başqasına verilməməsi, qüvvəyə minmə anı.
Bank Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə lisenziyanın müddətini uzatmış və 5 avqust 2003-cü il tarixindən adıçəkilən təşkilatın xeyrinə zəmanətlərin verilməsini təzələmişdir: 
Maksimum müddət 3 ayadəkdir 
Bir müştəri üçün maksimum məbləğ - 50 000 ABŞ dolları və ya manatla ona ekvivalent olan məbləğdir.


Категория: Maraqlı məlumatlar | Добавил: marketing
Просмотров: 2297 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
07.03.2024
1. Obybnc () [Материал]
buy generic atorvastatin 10mg <a href="https://lipiws.top/">atorvastatin 40mg for sale</a> buy atorvastatin 10mg generic

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024