Səhmdar Cəmiyyətlərlər
Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünən cəmiyyət Səhmdar Cəmiyyət adlanır. Səhmdar Cəmiyyətin iştirakçıları öhdəliyə görə məsuliyyət daşımırlar və səhmlərin dəyəri həcmində risqə məruz qalırlar. Səhmdar Cəmiyyətin ali idarəetmə orqanı səhmdarların ümumi yığıncağıdır. Ümumi yığıncağın müstəsna səlahiyyətləri vardır. Səhmdar Cəmiyyətlər Açıq Səhmdar Cəmiyyətlərə (ASC) və Qapalı Səhmdar Cəmiyyətlərə (QSC) bölünür. ASC-də səhmdarlar digər səhmdarların razılığı olmadan öz səhmlərini sərbəst surətdə sata və ya başqasına verə bilərlər. ASC-lərin səhm buraxmaq və ona açıq abunə yazılışı elan etmək ixiyarları vardır. Lakin QSC-lərdə səhmlər yalnız təsisçi və qabaqcadan müəyyən edilmiş şəxslər arasında bölüşdürülə bilər. QSC-lərdə səhmlərə açıq abunə yazılışı həyata keçirilə bilməz. Qapalı Səhmdar Cəmiyyətinin səhmdarlarının sayı çoxalarsa Açıq Səhmdar Cəmiyyətinə çevrilməlidir.
|