Marketing Пятница, 22.11.2024, 01:11
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Marketing

Keyfiyyət, Kəmiyyət Və Masaüstü Araşdirmalar
[ ] 11.10.2008, 10:25

KEYFİYYƏT, KƏMİYYƏTMASAÜSTÜ ARAŞDIRMALAR

1. KEYFİYYƏT ARAŞDIRMALARI

Keyfiyyət araşdırmaları əsasən qrup diskussiyalarından ibarət olub, geniş müzakirə və fikir mübadiləsinə əsaslanaraq araşdırılan mövzunu daha dərindən və daha dəqiq tədqiq etməyə imkan yaradır.

Keyfiyyət araşdırmaları aşağıda sadalanan araşdırma metodologiyaları vasitəsilə aparılır:

  • Dərinləşdirilmiş diskussiyalar - istehlakçılarla üz-üzə müzakirələr
  • İş adamları ilə diskussiyalar - iş adamlarının ofisində təkbətək dərinləşdirilmiş müzakirələr.
  • Evlərdə istehlakçılarla görüşlər
  • Gizli Müştəri Araşdırması
  • Fokus qrup diskussiyaları - 8-12 iştirakçıdan ibarət olan böyük qruplar, mini qruplar, üçlüklər, ikiliklər

Gizli Müştəri Araşdırması - xüsusi təlim almış intervüerlər real müştərilər kimi müəyyən olunmuş satış və ya xidmət nöqtələrinə gedərək müştəriyə göstərilən xidmətin səviyyəsini və işçilərin professional kvalifikasiyasını müəyyənləşdirirlər.

Fokus qrup diskussiyaları - iştirakçılar (respondentlər) əvvəlcədən təyin olunmuş kvota əsasında tərtib olunmuş seçim anketi üzrə qruplara dəvət olunur. Respondentlər diskussiyanın
sonunda mükafatlandırılırlar.  


Qruplar Psixologiya, Sosiologiya və Marketinq Araşdırması sahəsində geniş təcrübəsi olan, diskussiya prosesində daha çox incəlikləri üzə çıxarmağı bacaran mütəxəssis - moderator tərəfindən əvvəlcədən tərtib olunmuş ssenari əsasında aparılır.

Qrup diskussiyaları üçün nəzərdə tutulan otaqlar xüsusi avadanlıqlarla təchiz olunur:

  • Birtərəfli güzgü
  • Gizli kamera və mikrofon
  • Audio və video avadanlıq
  • Asanlıqla formasını dəyişib istənilən şəraitə uyğunlaşan stol
  • Ağ lövhə

Qrup diskussiyaları üçün nəzərdə tutulmuş otaqlar qeyri-rəsmi atmosfer yaratmaq üçün adi ev şəraitində dizayn olunur və iştirakçılar yüngül yeməklərlə təmin olunur (çay, kofe, sərinləşdirici içkilər, şirniyyat və meyvə). Müştərinin istəyindən asılı olaraq qrup diskussiyaları üçün otaqlar şirkətdən kənar xüsusi binada icarəyə götürülə bilər.

Keyfiyyət araşdirmalarina əsasən nə zaman ehtiyac duyulur?

  • İstehlakçıların istehlak vərdişlərini hərtərəfli öyrənmək və səbəbləri daha dərindən açıqlamaq
  • Təklif olunacaq məhsul və ya xidmət haqqında istehlakçıların rəyini öyrənmək
  • Yeni məhsula və ya xidmətə istehlakçıların münasibətini / reaksiyasını öyrənmək
  • İstehlakçı təkliflərini öyrənmək lazım gəldikdə

2. KƏMİYYƏT ARAŞDIRMALARI

Bu araşdırma metodu tədqiqatçıların ictimai fikri müəyyən etməsi üçün sorğular və araşdırmalar yolu ilə statistik məlumatın toplanmasına əsaslanır.

Kəmiyyət araşdırmaları aşağıda sadalanan sorğu üsulları əsasında aparılır:

  • Sahə işi - evlərdə, küçələrdə respondentlərlə intervülər
  • Telefon sorğusu
  • Poçt vasitəsilə sorğu
  • Ekspertlərlə sorğu
  • Müəyyənləşdirilmiş yerlərdə məhsul/xidmət testi

Sahə işi - intervüerlərdən və supervayzerlərdən ibarət olan sahə qrupları sahə işini həyata keçirir. Sahə işinin keyfiyyətinə nəzarət, ERA-nın yüksək effektlilik və dəqiqliklə həyata keçirilən yerindəcə nəzarət sistemi vasitəsilə təmin olunur. Beləliklə, intervülərin 65%-i sorğu prosesi zamanı yoxlanılır. Daha sonra bütün anketlər ofisdə ətraflı gözdən keçirilir.

Kəmiyyət araşdirmalarina nə zaman ehtiyac duyulur?

  • İstehlakçıların istehlak vərdişlərini aydınlaşdırmaq üçün
  • İstehlakçıların üstünlük verdikləri aspektləri müəyyən etmək üçün
  • Məhsul/xidmətin müsbət və mənfi aspektlərini müəyyənləşdirmək üçün
  • İstehlakçıların məmnuniyyət dərəcəsini öyrənmək lazım gəldikdə

3. MASAÜSTÜ ARAŞDIRMALAR

Masaüstü araşdırmalar - marketinq tədqiqatının hazır məlumatları toplamaq və analiz etmək üsuludur. Bu informasiyalar hazır olur, əsasən dövlət statistika orqanlarından, ticarət və istehsalla məşğul olan şirkətlərin hesabatlarından, kütləvi informasiya vasitələrindən, arxivlərdən və s. bu tipli mənbələrdən alınır. Əldə olunmuş məlumatlar mütəxəssislər tərəfindən yenidən təhlil olunur.
Masaüstü araşdırmalar vasitəsilə alınan informasiya əsasən digər metodlarla alınan informasiyanı tamamlayır. Masaüstü araşdırmaların üstün cəhətlərindən biri onun müddətinin az olmasıdır.

Masaüstü araşdirmalara nə zaman ehtiyac duyulur?

  • Rəqiblərin bazar payı haqqında
  • Rəqiblərin məhsulları haqqında
  • Rəqiblərin marketinq və reklam metodları haqqında
  • Bölgü və pərakəndə satış haqqında
  • Qiymətin əmələ gəlməsi haqqında
  • Bazarın inkişaf tendensiyası haqqında öyrənmək lazım gəldikdə

 

Категория: Marketing | Добавил: marketing
Просмотров: 2731 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
07.03.2024
1. Vqgznt () [Материал]
atorvastatin 80mg pills <a href="https://lipiws.top/">buy lipitor 10mg pill</a> purchase atorvastatin online

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024