Marketing Воскресенье, 22.12.2024, 10:10
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Siyasət sosial hadisədir (ardı)
[ ] 20.02.2009, 10:07

Vəzifələrin sayının çoxalması, bürokratlaşma meyllərinin artması dövlət orqanları, orada çalışanlar üçün gəlir mənbəyinə çevrilir. Məmurlarla yanaşı siyasət tarixində rəhbər siyasi kadrlar da formalaşır.Siyasətdə iki ölümə bərabər qəbahət var: işin mahiyyətindən uzaqlaşmaq və məsuliyyətsizlik.

         Despotiya – müəyyən bir sosial qrupun siyasi hökmranlıq sistemidir. Burada hakimiyyət – qeyri-məhdud xarakter daşıyır. Zorakılıqdan, böhran vəziyyətində isə hətta hərbi qüvvələringücündün dü istefadə edilir. Diktaturanın elementləri idarəetmə formalarından asılı olmayaraq tarixi şəraitin müəyyən məqamlarından istifadə edilir. Bunun səbəbi hakimiyyəti əldə saxlamaqdır.

         Demokratiya isə xalqın hakimiyyətin, daşıyıcısı və təmsilşisi olduğunu qəbul edən siyasi quruluş formasıdır. Bu quruluşda siyasi institutların fəaliyyəti də demokratiyaya uyğun olub-olmaması baxımından qiymətləndirilir.

         Müasir cəmiyyətdə ictimai həyatin bütün sahələrində siaysiləşməmeyli müşahidə olunr. Özüdə bu meyl getdikçə sürətlənməkdədir. İnsanların siyasi həyatda iştirakının yeni-yeni formaları və vasitələri yaranır. Bunların sırasında ictimai-siyasi partiyaların, digər kütləvi ictimai –siyasi təşkilatların və birlikləri sayının artması xüsusi yer tutur. Müasir cəmiyyətdə gedən siyasi proseslər getdikcə daha mürəkkəb xarakter alır, o cümlədən fəlsəfənin qarşısında bu sahədə mühüm vəzifələr durur.

2.Siyasi   hakimiyyət.Ümumi mənada hakimiyyət insan tərəfindən öz iradəsini ifadə və istifadə edərək, digər insanların fəaliyyəti və davranışına müxtəlif vasitələrlə  - nüfuz, qanun, zorakılıqla- təsir göstərmək deməkdir.

Siyasətin mərkəzində hakimiyyət məsələsi durur.Hakimiyyət siyasətin əsası və həyata keçirilmə vasitəsidir. Hakimiyyət dedikdə, insanlar arasında hökmranlıq və tabelik münasibətləri, onların fəaliyyətlərinin məcburi qaydalar və normalar şəklinə salınması başa düşülür. Beləliklə, hakimiyyət insanları idarə etməyə yönələn mütəşəkkil xarakterli iradə və qüvvədir. Hakimiyyət ideyasının kökləri şəxsiyyələrarası münasibətlərin xarakteri və insanın təbiəti, onun psixoloji mövcudluq keyfiyyəti ilə ayrılmaz bağlıdır. Əlbəttə bu tabeşilik təkcə güc vasitəsi ilə olmamalıdır.hakimiyyətin həqiqi hörməti o vaxt təmin edilirki, hüquq və əxlaq vəhdətdə götürülür, əhalinin intellektual göstəricilərinə arxalanır.

Hökmranlıq dedikdə bir qrup insanların digərlərinə tabe olunması nəzərdə tutulur. Hakimiyyətin ən vacib növü siyasi hakimiyyədir. Siyasi hakimiyyətin əsas daşıyıcısı dövlətdir. Dövlət hakimiyyəti xüsusi zorakılıq aparatına arxalanır, bütün əhalini əhatə edir.

Dövlət hakimiyyətini həyata keçirməyin digər yolları da vardır; mədəni – ideoloji təsir, iqtisadi islahatlar və tədbirlər və s.Dövlət yeganə orqandır ki, bütün cəmiyyətin üzvlərinə təzyiq göstərmək hüququna malikdir.Hakimiyyətin əsas ifadə formaları – hökmranlıq, rəhbərlik, idarə, təşkil və nəzarət etməkdir.

Hakimiyyətin məzmununu müəyyən etmək üçün onun bütün ifadə formaları nəzərə alınmalıdır, o cümlədən iqtisadi, şəxsi, siyasi və s. Hakimiyyətin ifadə formaları, metodları və inkişaf xüsusiyyətləri müxtəlif sosial, siyasi və iqtisadi sistemlərdə bir-birlərindən fərqlənir.

Hakimiyyətin ən vacib növü – siyasi hakimiyyətdir. Siyasi hakimiyyət, hüquqi qaydalar vasitəsilə müxtəlif qruplar və birləşmələr, hətta ayri-ayri şəxsiyyətlər arasında münasibətləri tənzim edir. Müasir dövrdə siyasi hakimiyyət adətən müxtəlif siyasi sistemlər tərəfindən həyata keçirilir. Siyasi hakimiyyətin əsas daşıyıcısı – dövlətdir.dövlət hakimiyyəti xüsusi zorakılıq aparatına arxalanır, bütün əhalini əhatə edir, müvafiq idarəetmə strukturunu yaradaraq, öz məqsəd və vəzifələrini həyata keçirir.

Siyasi hakimiyyətin subyekti və obyekti vardır. Birinci onu həyta keçirən siyasi idarəetmə orqanlarını əhatə edir. Hakimiyyətin obyekti isə insanların fəaliyyətinin çoxtərəfli növləri və sahələridir. Siyasi hakimiyyət özünün ümumi olması, yəni müxtəlif sahələrdə çalışan şəxslərə, sosial qruplara və institutlara aid olması ilə seçilir. Məhz həmin tərəflər arasındakı münasibətlər və fərqlər hakimiyyətin sosial əsaslarını ifadə edir.

Ümumiyyətlə, cəmiyyətdə siyasi hakimiyyətin təmin olunmasının bir sıra şərtləri (iqtisadi, psixolji, mədəni) vardır.

Siyasətin subyektləri – dövlətlər, partiyalar, həmkarlar ittifaqları, müxtəlif siyasi birləşmələrdilərsə, hakimiyyətin subyektləri – yuxarıda qeyd etdiyimiz əlamətləri özündə daşıyan sosial təşkilatlar, qrup və şəxsiyyətlərdir (birinci növbədə dövlət).

Cəmiyyətin siyasi hakimiyyətini kim icra edir? Bu suala XIX əsrin axırı XX əsarin əvvəllərində Qaetano Mosqa və Vinfredo Pareto cavab verməyə çalışmışdılar. Onlar tarixi sosial dövrlərin bir-birini əvaz etməsi kimi qiymətləndirərək, hər bir dövrdə müəyyən elitalar (ali, imtiyazlı təbəqə və ya təbəqələr, onlar idarəetmənin, elm və mədəniyyətin, inkişaf etdirilməsi funksiyalarını öz üzərinə götürürlər) hökmranlıq edir. Elita nəzəriyyəsinin baniləri Mosqa və Paretonun bir çox davamçıları siyasi münasibətləri mütləqləşdirir, sosial münasibətlərin əsasında ağalıq və tabelik münasibətlərinin durduğunu göstərirdilər. K.Manheym hətta qeyd edirdi ki, demokratiyanın əsas cəhətlərindən biri – nisbətən geniş təbəqələrin hakimiyyəti, kütlə şüuru uğrunda rəqabət və mübarizənin aparılmasıdır. 60 –70-ci illərdə elitalarin plyuralizmi nəzəriyyəsi (R.Dal), onların hakimiyyətə münasibətdə konsensusu (razılığı) fikri (Day, Tsayqler) bu ideayanın davamı idi.

Siyasi hakimiyyətin mühüm bir göstəricisi hakimiyyət bölgüsünün düzgün həyata keçirilməsidir. Söhbət qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bir birindən ayrilmasından və onlar arasındakı münasibətlərin aydın ifadə edilməsindən gedir. Hakimiyyıətin bu 3 əsas qanadının müstəqilliyi təmin edilmədikdə normal idarəetmə hayata keçirilə bilmər, ciddi əyintilər baş verir. Buna diqqət yetirən Monteskye göstərirdi ki, qanunverci orqan hakimiyyəti həyata keçirı bilməz, çünki o qanunlar işləyib hazırlamaqla məşğuldur. Hakimiyyəti həyata keçirənlər isə bu qanunlara tabe olmalıdır. Öz növbəsində bu iki tərəf qanunların yerinə yetirilməsinə məhkəmə nəzarəti təşkil edə bilməz. Bu iş müstəqil hakimiyyət orqanının – məhkəmələrin funksiyasıdır. Odur ki, əgər qanunverici və icraedici funksiyalar birləşərsə, onda azadlıqdan söhbət gedə bilməz. Eynilə də məhkəmə hakimiyyətinin onlardan ayrılmadığı təqdirdə azadlıq qeyri mümkündür. Belə ki, əgar məhkəmə qanunverici hakimiyyət ilə birləşirsə, onda bu halda vətəndaşlar özbaşınalığın qurbamı olurlar. Çünki, hakim həm də qanunverici olur. Əgər məhkəmə hakimiyyəti icraedici hakimiyyət ilə birlikdə fəaliyyət göstərirsə onda hakimin səlahiyyətləri əsassız surətdə genişlənir.

Qanunverici orqan xalqın normal və ədalətli sakit fəaliyyətini təmin edən qanunlar qəbul edir. Icra edici bu qanunlarda ifadə olunan ümumi dövlət iradəsinin yerinə yetirilməsini təmin edir. O bu qanunları necə yerinə yetirdiyi barədə qanunverici hakimiyyət qarşısında hesabat verir. Məhkəmə heç bir siyasi qrup və ya partiya ilə əlaqıli olmamalı, müstəqil fəaliyyət göstərməlidir. O ancaq qanundan çıxış etməlidir. Siseron deyirdi ki,hakim danışan qanun, qanun isə lal hakim deməkdir.

Bu 3 hakimiyyə növü arasında ahəngdarlığın dərəcəsi ölkədə dövlət idarəçiliyinin mükəmməllik səviyyəsini ifadə edir. Doğrudan da praktiki həyatda çox vaxt onlardan hər hansı birinin üstünlüyünün şahidi oluruq. Belə vəziyyət indiki cəmiyyətdə də bəzən özünü göstərir. Bu, yaşadığımız keçid dövrünün şəraiti ilə izah edilir. Yəni cəmiyyətimizdə totalitar rejimin qalıqları tədricən aradan qalxmaqdadır, lakin onlar hələdə özünün ləngidici təsirini göstərə bilir. Bunun nəticəsində demokratik idarəetmə formaları tam gücü ilə fəaliyyət göstərə bilmir. Azərbaycan cəmiyyəti sabit inkişaf yolu ilə irəlilədikcə hakimiyyətin bu 3 növü arasındakı həqiqi əməkdaşlıq bərqərar olmaqdadır. Indi bu istiqamətdə çox böyük işlər görülür.

Dövlət hakimiyyətinin ayrılmaz tərəfini siyasi rejim təşkil edir. O hakimiyyəti reallaşdırmağın vasitələri və metodaların məcmusu deməkdir. Siyasi rejim bunu ifadə edirki, dövlətin cəmiyyətdəki idarəçiliyi, yəni dövlət hakimiyyəti demokratik parlamentarizm metodlarına, yoxsa anti demokratik formalara əsaslanır. Beləliklə, siyasi rejimin totalitar, avtoritar, liberal və demokratik növləri mövcuddur.

Qeyri – demokratik rejimlər sirasında avtoritar rejim aparıcı yer tutur. Onun fəaliyyəti hüquqa zidd olan hakimiyyət praktikasını ifadə edir. Bu cür rejimlərə misal olaraq Şərq despotizmini, orta əsrlərdəki mütləqiyyət üsul idarəsini göstərmək olar. Son 100 illikdə isə avtoritar rejim həm də hərbi polis və faşizm formasında təzahür edir. Qeyd edək ki, avtoritar və totalitar rejimlər bir-birinə çox yaxındır və bəzən eyni mənalarda işlədilir. Totalitar latınca tam, ümumi məcburiyyət mənasını verir. O ictimai həyatın bütün sahələrinin sərt dövlət nəzarətinə tabeedilməsi ilə səciyyələnir. Nəinki iri miqyaslı hadisə və proseslər, hətta hakim ideologiyaya zidd düşünən ayri-ayri şəxslər də dövlətin diqqətindən kənarda qalmır. Bu rejim öz sərtliyinə görə XX əsrin despotizmi adlandırılır. Totalitar siyasi rejim şəraitində kütləvi informasiya vasitələri də ancaq dövlətin xəttini yeridir. Şəxsiyyət hüquqsuz vəziyyətə düşür, o nəhəng dövlət maşınının sadə bir vintinə çevrilir. Bu rejim həm də aşağıdakılarla səciyyələnir: sərt hakimiyyət pramidasının mövcudluğu, kütləvi terror və repressiya, daxili və xarici düşmən axtarmaq cəhdləri və s.

Totalitarizm rejimi sadəcə ölkə vətəndaşlarnın itaəti demək deyildir. O cəmiyyət üzvlərində hakimiyyətə pərəstiş, insan hüquqlarına hörmətsizlik, və qarşıya çıxan məsələləri sadəlöhvcəsinə anlamaq psixologiyası və təfəkkür stili formalaşdırır.

Qeyri - demokratik rejimin bir növüdə oliqarxiyadır. Oliqarxiya dedikdə, kiçik miqdarda qrupların siyasi və iqtisadi həyatda hökmranlığı başa düşülür. Onun xüsusi forması olan maliyyə oliqarxiyası əsasən kapitalizmdə mövcud olur. O sənaye və bank sahibkarları qrupunun ölkənin iqtisadi və siyasi həyatında hökmranlığını ifadə edir.

Totalitarizmin əksini təşkil edən siyasi rejim demokratiya adlanır. Bu rejim ilk dəfə qədim yunanıstanda meydana gəlmişdir. Sosial-fəlsəfi fikir tarixində demokratiyaya münasibət bir mənalı olmamışdır. Məsələn, Platon ona nifrət bəsləyirdi. Aristotel do demokratiyanı o qədər də xəşlamırdı. Yeni dövrdə isə kapitalizmin təşəkkülü ilə əlaqədar olaraq mülkiyyətçilərin hüquqlarını müdafiə edən dövlət quruluşuna rəğbət artdı. Təsadüfi deyildir ki, bu dövrün təlimləri qanunların müdafiə olunmasına siyasi azadlığın mühüm təminatı kimi yanaşırdılar.

XVIII əsrin sonlarında etibarən demokratiya anlayışının “sağdan”tənqidi (E.Berq, A.Tokvil və başqaları) baş verdi. Müasir dövrdə demokratinın liberal (insan hüququ konsepsiyasına əsaslanan), eqalitar (ümumi bərabərliyə arxalanır) və üzvü demokratiya adlanan növləri vardır. Son illərdə axırıncı formanın tərəfdarları çoxalmaqdadır. Bu forma ayrıca bir fərdə və ya kütləyə deyil, bütövlükdə xalqa əsaslanır. Bir çox müəlliflərin fikrincə məhz üzvi demokratiya xalqın öz siyasi taleyini müəyyən etməsinə imkan verir. Bəzən belə bir fikir də söylənilir ki, Qərb ölkələrində demokratiyanın liberal – demokratik və totalitar – eqalitar formalar təşkil edir. Buna görədə həmin ölkələr üzvi demokratiyaya keçmək iqtidarında deyildir. Bu münasibətdə Şərq ölkələri tamamilə başqa vəziyyətdədir. Həmin ölkələrin xalqlarında “kollektiv qeyri şüuri” forma qərbə nisbətən daha çox inkişaf etmişdir, qərbdə isə fərdi rasional psixologiya üstünlük təşkil edir.

Demokratiya anlayışı azadlıq anlayışından ayrılmazdır.Lakin o təkcə azadlıq ideyası ilə məhdudlaşmır.Normal demokratik dövlətdə birinci növbədə siyasi azadlıq mövcud olmalıdır.Demokratik cəmiyyətdə azlıq çoxluğun iradəsinə tabe olur. Belə demokratik siyasi rejimin mühüm müqəddəm şərtlərini və əsasını vətəndaş cəmiyyəti və hüquqi dövlət təşkil edir. Vətəndaş cəmiyyəti ayrı-ayrı fərdlərin spesifik mənafelərinin reallaşmasına meydan açır.Bununla da o totalitar quruluşdan əsaslı surətdə fərqlənir.vətəndaş cəmiyyəti ilə dövlət arasında ziddiyyətli vəhdət mövcuddur. Belə ki, onlar bir tərəfdən biri digərini tamamlayır.vətəndaş cəmiyyətinin inkişafının mühüm bir meyarı fərd ilə cəmiyyətin əlaqələrinin birbaşa deyil, vasitəli formada baş verməsidir.

Demokratik cəmiyyətdə azlıq çoxluğun iradəsinə tabe olur. Belə demokratik siyasi rejimin mühüm müqəddəm şərtlərini və əsasını vətəndaş cəmiyyəti və hüquqi dövlət təşkil edir.

Vətəndaş cəmiyyəti ideyasınıilk dəfə Siseron irəli sürmüşdür. Bu ad altında o ölkənin sözün əsl mənasında vətəndaşlarını başa düşürdü. Beləliklə də onları meşşanlardan ayırırdı. Sonrakı dövrdə bu ideyanı T.Hobbs, Russo, Hegel və başqaları daha da inkişaf etdirmişdir. Vətəndaş cəmiyyətinin müasir anlamı aşağıdakı kimidir: O, cəmiyyət üzvlərini inkişaf etmiş idtisadi, mədəni, hüquqi və siyasi münasibətlərini ifadə edir. Bu cəmiyyət dövlətdən asılı deyildir. Lakin onunla qarşılıqlı təsirdə çıxış edir. Onun vətəndaşları dövlət ilə birlikdəinkişaf etmiş hüquqi münasibətlər yaranır, yüksək sosial, iqtisadi, siyasi, mədəni və mənəvi statusa malik olurlar.

Vətəndaş cəmiyyəti ayri-ayri fərdlərin spesifik mənafelərinin reallaşmasına meydan açır. Bununlada o, totalitar quruluşdan əsaslı surətdə fərqlənir. Məşhur inglis filosofu K.Popper totalitar cəmiyyəti qapalı cəmiyyət adlandırırdı. Onun fikrincə, açıq cəmiyyət elə bir cəmiyyət elə bir cəmiyyətdir ki, burada vətəndaşların nəinki hüququ vardır, onlar həmdə şəxsi qərarlar qəbul etək məcburiyyətində qalırlar, deməli şəxsiyyətdirlər.

Vətəndaş cəmiyyəti ilə dövlət arasında ziddiyyətli vəhdət mövcuddur. Beləki, onlar, bir tərəfədən, biri digərini tamamlayır.Digər tərəfdən onlar tam eyni mənanı vermirlər.

Vətəndaş cəmiyyəti çox mürəkkəb və spesifik xarakter daşıyır. Iqtisadi sahədə onun səciyyəvi cəhətini xırda sahirkarların, kooperativlərin və birliklərin və bütövlükdə vətəndaşların öz təşəbbüsü ilə yaradılan cəmiyyət olması təşkil edir. Sosial siyasi sahədə onun əsasını elmi təşkilatlar, idarətmə orqanları, siyasi partiyalar və digər ictimai təşkilatlar, qeydi-dövlət institutları təşkil edir. Mənəvi sahədə vətəndaş cəmiyyəti aşağıdakı institutları təşkil edir: vicdan, fikir və söz azadlığını həyata keçirən kütləvi informasiya vasitələri, könüllü elmi, yaradıcılıq birlikləri və s.

Vətəndaş cəmiyyətinin inkişafının mühüm bir meyarı fərd ilə cəmiyyətin əlaqələrinin birbaşa deyil, vasitəli formada baş verməsidir.

Şəxsiyyətin siyasi fəaliyyəti, siyasi sistemdə və bütövlükdə cəmiyyətda layiqli yeri və rolunun təmin olunması yalnız hüquqi dövlət şəraitində mümkündür. Məhz hüquqi dövlət şəxsiyyəti avtoritar bürokratik hakimiyyətə tamamilə tabe edən totalitar rejimə qarşı duran demokratik alternativdir. O Konstitusiya əsasında fəaliyyət göstərir. Burada bütün ictimai proseslər  qanun əsasında tənzim olunur. Cəmiyyətin mənafeyinə xidmət etmək dövlətin əsas vəzifəi olur. Hüquqi dövlət 3 başlıca fəaliyyət prinsipinə əsaslanır: onlardan birincisi, ardıcıl və hərtərəfli demokratiyanın həyata keçirilməsidir. Ikinci prinsip qanunun aliliyi, yəni, cəmiyyətin hər bir üzvünün, sosial birliyin və təşkilatın öz fəaliyyətində yalnız qanuna tabe olması deməkdir. Nəhayət, üçüncü prinsip şəxsiyyət azdlığının,onun hüquq və ləyaqətinin qorunmasıdır.

Hazırda ölkəmizdə bazar münasibətlərinə və demokratizmə əsaslanan cəmiyyət qurulmaqdadır. Ilk nəzərdə belə görünə bilərki, bazar və demokratiya bir-birinə o qədər də yaxın deyildir. əslində bu iki anlayış arasında dərin əlaqə mövcuddur. Bu əlaqə əsas etibarilə iki amillə şərtlənir: birincisi, hər bir xüsusi mülkiyyətçi dövlətə özrəqibi deyil, onun mülkiyyət hüququnu qoruyan müttəfiqi və himayəçisi kimi baxmalıdı. Məhz mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi, onun sahibinə öz işini uzun müddətli strategiya əsasında qurmaq imkanı verir. Belə olduqda, mülkiyyətçinin buraxdığı məhsula çəkilən xərclər aşağı düşür. Digər tərəfdən məhsulun keyfiyyəti yaxşılaşır və rəqabətə davam gətirmə qabiliyyəti yüksəlir. Burdan aydın olur ki, demokratikləşmənin genişlənməsi və sabit demokratik rejimin yaradılması səmərəli bazar münasibətlərinin formalaşmasının çox mühüm bir şərtidir.

İkincisi, demokratiya mühüm dövlət və idarəçilik məsələlərini əhalinin əksəriyyətinin mənafelərinə uyğun surətdə həll etmək üçün şərait yaradır. Nəticədə, həmin dövrdə xalq təsərrüfatö üçün daha mühüm olan istiqamətlər və sferalar inkişaf etdirilir.

Bazar münasibətlərinə keçid prosesində bilavsitə demokratiya üçün geniş imkanlar yaranır. Belə ki, hər bir vergi ödəyici şəxs istədiyi konkret məsələ üzrə dövlət orqanlarına və digər təşkilatlara müraciət edə bilər. Lakin bazar təsərrüfatı daha çox nümayəndəli demokratiya ilə bağlıdır. Bu, onunla izah edilir ki, ölkənin seçki hüququna malk olan hər bir vətəndaşı qanunvericilik orqanlarına vaxtaşırı öz nümayəndələrini seçir.həmin nümayəndələr ölkənin təsərrüfat və mədəni həyatına dair qanunları işləyib hazırlayır və həyata keçirirlər. Inkişaf etmiş ölkələrin təcrübəsi göstərirki, yaşçı təşkil olunmuş təzyiq qrupları (lobbi) seçilmış nümayəndələr vasitəsilə öz iqtisadi mənafelərini həyata keçirə bilirlər. Burada nümayəndəli demokratiya bazar sövdələşməsinin bir növü kimi çıxış edir. Təzyiq qrupları hakimiyyətə təsir göstərmək üçün seçkilərdə iştirak edən namizədlərlə müəyən şərt kəsirlər.

Müstəqillik əldə etdikdən sonra Azərbaycan demokratik cəmiyyət quruculuğuna başlamışdır.İctimai həyatın bütün tərəflərində əsaslı demokratikislahatlar həyata keçirilir.Respublikanın ilk müstəqil Konstitusiyası qəbul olunmuşdur.Hərtərəfli demokratikləşdirmə xətti bütün sferaları əhatə edir. İqtisadi sahədə onun əsas istiqamətləri aşağıdakılardır: dövlət mülkiyyətinin ardıcıl surətdə özəlləşdiriləməsi və xüxusi mülkiyyətin inkişaf etdirilməsi, iqtisadiyyatda bazar münasibətlərinin daha da möhkəmləndirilməsi.

Hərtərəfli demokratikləşdirmə xətti bütün sferaları əhatə edir. Iqisadi sahədə onun əsas istiqamətləri aşağıdakılardır: dövlət mülkiyyətinin ardıcıl surətdə özəlləşdirilməsi və xüsusi mülkiyyətin inkişaf etdirilməsi, iqtisadiyyatda bazar münasibətlərinin daha da möhkəmləndirilməsi azad rəqabətə və sahibkarlığa meydan açılması, iqtisadiyyatın idarə olunmasında demokratik metodların geniş miqyasda tətbiqi, inzibati amirlik üsullarının aradan qaldırılmasi.

Siyasi həyatın demokratikləşməsi bütünlükdə siyasi sistemin əsaslı surətdə yeniləşməsində, seçkili orqanın rolunun artırılasında siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsində təzahür edir.

Sosial həyatda demokratikləşmə bunda təzahür edir ki, əhalinin müxtəlif qrupları və təbəqələrinin mənafelərini əlaqələndirən güclü sosial siyasət yeridilməkdədir. Azlıqda qalan millətlərin və etnik qrupların mənafelərini nəzərə alan milli siyasət yeridilir.

Demokratikləşmə xətti həm də mənəvi sferada davam etdirilməkdədir. O burada hər şeydən əvvəl insanın qabiliyyət və imkanlarını hərtərəfli inkişaf etdirmək üçün tələb olunan bütün mənəvi şəraiti yaratmağı nəzərdə tutur.Söhbət elmdə, təhsildə və mədəniyyətdə uzun müddət kök salmış demokratizmlə bir araya sığmayan strereotiplərin aradan qaldırılmasından, bu sahədə azad bəhsləşmə, sərbəst yaradıcılıq mübahisələrinin genişləndirilməsindən, insanların şüur və psixologiyasında demokratizmin dərin kök salmasına nail olmaqdan gedir.

Müasir dövrdə siyasi hakimiyyətin fəaliyyət forması olan siyasi idarəetmə nəzəri və praktiki cəhətdən öyrənilir, sistemli təhlil və proqnozlaşdırma metodları əsasında inkişaf etdirilir. Ən çox tədqiq olunan məsələlərsiyasi liderlik, bürokratiya və hakimiyyət bölgüsüdür.

        

 

 

 

 

                         ƏDƏBİYYAT  SİYAHISI

 

Горфункелъ А.Х. Философия эпохи Возрождения. М., 1990.

История философии права. Под. ред. Н.М.Коркунова.С.Пет., 1908

Философский энциклопедический словаръ. Ь., 1989

Чанышев А.Н. Курс лекций по древней философии. М., 1981

Энгелъс Ф. Происхождение семъи, частной собственности и государства. М., 1976

Z.Hacıyev, Fəlsəfə. B., 2001

Матвеев Р.Ф Впоискахточки опоры. М., 1965

Миллс Р.Властвующаяэлита. М.,1959

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2977 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
07.03.2024
1. Pvkabq () [Материал]
atorvastatin oral <a href="https://lipiws.top/">cost atorvastatin</a> purchase atorvastatin online cheap

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024