Marketing Воскресенье, 22.12.2024, 10:04
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İctimai inkişafda təkamül və inqilab
[ ] 20.02.2009, 10:22

İctimai   inkişafda   təkamül      inqilab

1.Fəlsəfədə    təkamül    problemi

2.Tarixdə hərəkətverici qüvvələr.

 

 

 

1.Fəlsəfədə təkamül problemi. İctimai hadisələrin sürəti, əhatəliyi və təsiretmə imkanları ictimai fikir tarixində və təkamül yolu ilə gedən inkişaf kimi qiymətləndirilir və tədqiq edilir. Cəmiyyətin dövrləri bir-birini əvəz etdikcə, inkişafın sürəti də artır, insan kütlələri baş verən proseslərdə şüurlu şəkildə və getdikcə daha çox işitirak edir, onlara təsir göstərməyə çalışırlar. Ahəngdarlıq,tarazlıq naminə baş verən dəyişikliklər bir çox sahələri əhatə edir. Öz təsiretmə dairəsinə, sosial nəticələrinə görə onlara ya inqilabi  yol,ya da təkamül deyilir. İnqilab əsaslı dəyişiklik,sarsıntı, irəliyə doğru addımdır. İnqilab öz ifadəsini əsasən kapitalizmin meydana gəldiyi dövrdən daha çox istifadə etməyə başlamışdı. ( Niderland inqilabı, Böyük Fransa burjua inqilabı və s. ). Sonradan daha ümumi formada siyasi, mənəvi , dini, iqtisadi , milli burjua, elmi-texniki və s. inqilabları fərqləndirməyə başladılar. Kapitalizm cəmiyyətinin inkişafında böyük sürətlə baş verən iqtisadi, sosial – siyasi dəyişikliklər bütün cəmiyyətdə əks-səda doğurdu, ictimai şüurun, xüsusilə ideologiyanın yeniləşməsinə səbəb oldu.

Fəlsəfə tarixində təkamülçülük nəzəriyyəsinin də böyük əhəmiyyəti olub. Təkamül – sözün geniş mənasında əsasən geriyə dönə bilməyəcək inkişaf deməkdir. Sosial sistemlərdə təkamül üzrə gedən proseslər də müxtəlif ictimai institutların, ideologiyaların, mədəniyyətlərin daxilində əsaslı dəyişikliklər yaradır. Sözün dar mənasında isə təkamül anlayışına ümumi, tədrici, kəmiyyət dəyişiklikləri daxil edilir. Keyfiyyət dəyişiklikləri yalnız belə inkişafın nəticəsində baş verə biləcək inqilab yolu ilə mümkündür. Həyatın real proseslərində təkamül və inqilab, bir-birinə zidd olsa da, vəhdət təşkil edirlər.

Qeyd etdiymiz kimi, kapitalizm istehsal münasibətləri şəraitində daha çox sosial inqilablar anlayışı istifadə olunur; sosial inqilab həyat fəaliyyətininbütün sahələrində baş verən əsaslı dəyişikliklər deməkdir. İstehsal üsulu formalarının bir-birini əvəz etməsi inqilab yolu ilə baş verir. Bunun üçün həm obyektiv şərait ( məhsuldar qüvvələr ), həm də ictimai şüur 9 kütlə psixologiyası, ideologiya ) hazır olmalıdır.

Sosial inqilablar zamanı kütləvi aksialar ( tətillər, üsyanlar, vətəndaş müharibələri və s. ) baş verir. Siyasi və iqtisadi sistemlərdə islahatlar böyük sürətlə aparılır. Cəmiyyətin müxtəlif sosial təbəqələri, öz mənafe və məqsədlərindən, həyat şəraitindən asılı olaraq, inqilabi proseslərdə müxtəlif rol oynaya bilirlər. Sosial inqilablar qruplar və siniflər arasındakı ziddiyətlərin kəskinləşməsinin nəticəsidir. Köhnəlmiş istehsal münasibətləri məhsuldar qüvvələrin yeni mərhələsinə uyğun gəlmədiyi üçün sosial antaqonizmlər artır, konservativ və liberal qüvvələrin toqquşmaları dövlət quruluşunun, idarəetmə sisteminin yeniləşməsinə gətirib çıxarır. Bu prosesi İmmanuil Kant da qeyd etmişdi. O tarixin təkamülün üzərində geniş dayanaraq tarixin inkişafın bir-birini inkar edən, qəbul etməyən meylləri yollarını təhlil etmişdir. Kant burada rasionalizmi və empirizmi barışdıraraq, qeyd edirdi ki, insan və təbiətin qarşılıqlı əlaqəsi 3 mərhələdən keçir:

1) İnsan və təbiətin qarşılıqlı əlaqəsi ahəngdarlıq şəraitində keçir, çünki insanın tələbatları ( hissi, cismani ) buna imkan verirdi, bəşəriyyət o zaman çox xoşbəxt idi.

2) getdikcə gərginlik artır, insanlar bir-birilə toqquşur ; onlar daha möhkəm ekoloji sığınacaq axtarmağa məcbur olur. Bu zaman onlarda bir qabiliyətlər inkişaf edirsə, digərlər kökündən məhv olur. Tarixin bu vəziyyəti çox davam edir ( bir-birilə və təbiətlə toquşmalar ) .

3) təbiət və cəmiyyət arasında qarşılıqlı ahəngdarlıq yaranacaq, triada yolu ilə: təbiət-gərginlik-cəmiyyət ( lakin ideal şəklində, məqsədlərsəltənəti, ideal vətəndaş cəmiyyəti, dövlətlərin vahid ittifaqı və s.), vəziyyəti yaxşılaşacaq.

 “Xalis agılın tənqidi” əsərində bütün bunlara o, transsendental ideal adini verirdi. Belə cəmiyyətdə hər bir fərd, hər bir qrup əxlaqi cəhətdən daha saf olur, lakin, əlbəttə, bu proses çox ləng gedir,çünki insan fəaliyyətini müəyyən edən nəiniki vəzifə borcu, həm də şəraitdir.

İnqilab-insanların öz həqiqi, əxlaqi təbiətinə qayıdışdır. Dağıdılma-pak olma, təmizlənmədir, yaratmaq iqtidarında olmaq deməkdir. Lakin dövlət apparatı olmadan belə bir vəziyyətə gəlib çıxmaq olmaz. Yalnız dövlət cəmiyyətin əxlaqi saflığına zamin ola bilər.

İctimai inkişafda sosial inqilabın rolu XVIII-XIX əsrlərdə yüksək qiymətləndirilirdi. Belə hesab edilir ki, bu yolla insan öz pozulmuş təbii və vətəndaş hüquqlarını müdafiə edir. Böyük Fransa burjua inqilabının bu ideyalara təsiri, şübhəsiz, çox böyük olub. Eyni zamanda inqilabların əksəriyəti vətəndaş müharibəsi və xarici işğal nəticəsində yaranmış diktaturanın  müxtəlif növləri olublar. Böyük ideallar naminə ( xeyirxahlıq, azadlıq, humanizm, qardaşlıq,bərabərlik və s.) minlərlə adamların qanı tökülüb, xalq hakimiyyəti prinsipləri sözdə olaraq qalıb, əvəzinəelitar təbəqə xalqın adından ( və xalqsız ) cəmiyyəti idarə etməyə cəhd göstərirdi. Böyük Fransa burjua inqilabı zamanı yakobinçilər tərəfindən qətlə yetirilənlərin 58% -fəhlə kəndlilər idi. F.Engels və K.Marks yazırdılar ki, (4 sentyabr 1870-ci il tarixli məktubunda): “Əksər hallarda terror-qorxu içərisində yaşayan adamların özünə təsəlli tapmaq üçün gördüyü mənasız vəhşiliklərdir”.

Fransa tədqiqatçısı Jan-Jores isə yazırdı ki: “ İnqilab- tərəqqinin vəhşi formasıdır. Elə bir gün çatarmı ki, biz əsl insani tərəqqi olan tərəqqi formasını görmüş olarıq”.

Hər bir inqilabın iqtisadi əsasını cəmiyyətin inkişaf etmiş məhsuldar qüvvələrin və köhnəlmiş istehsal münasibətlər sistemi arasında yaranmış ziddiyyətlər təşkil edir. Bu zaman müxtəlif sosial təbəqələr, qrupların maraq və mənafeləri toqquşur, cəmiyyətdə siyasi, mənəvi böhran yaranır, hakimiyyət uğrunda mübarizə başlanır (kütləvi çıxışlar,vətəndaş müharibəsi,terror aktları və s.).

K. Marks kapitalizmin ziddiyyətlərini radikal mövqedən qiymətləndirərək, kütlələri mövcud quruluşu devirməyə, yeni diktaturanın- məzlumlar, kasıblar, proletarlar diktaturasınıın yaradılmasına çağırırdı. Maksın sosial-siyasi doktrinası 1917-ci ildə Rusiyada inqilqbda öz təsdiqini tapdı. Kapitalizmin mövcud şəraitini özündə əks etdirən bu təlim bu günə qədər mübahisələr doöurur. Hər halda XX əsrin tədqiqatçıları birinci növbədə “diktatura”dan uzaqlqşmağa çalışır, bütün sosial dəyişikliklərin inqilab yox, təkamül, islahatlar vasitəsilə həyata keçirilməsinə üstünlük verirdilər. K. Marksın inqilabları “tarixin qatları” adlandırılmasına baxmayaraq hazırda ictimai inkişafda inqilabın rolu hələ də kəskin diskussiya obyektidir. Qeyd olunmalıdır ki, inqilabların sosial inkişafda rolu cuzidir (hədsiz dərəcədə ziyan gətirməklə yanaşı), təkamül bundan qat-qat üstündür.

Tənqidi rasionalizm fəlsəfəsinin banisi Karl Popper “Açıq cəmiyyət və onun düşmənləri”, “Tarixiliyin yoxsulluğu”, “Tədqiqatın məntiqi” əsərlərində mövcud şəraitin dəyişdirilməsinin yeganə vasitəsini tədrici sosial dəyişikliklərdə görürdü. Sinfi mübarizə cəmiyyətin inkişafının əngəli, anaxronizmdir (köhnəlmiş, lazimsiz). İctimai inqilablar (bu fikrə A.Toynbi, Frankfurt məktəbinin sosial fəlsəfəsinin müxtəlif nümayəndələri də qoşulub) bir sıra islahatlarla əvəz olunmalıdır ki, cəmiyyətin stabil, ziddiyyətsiz inkişafı təmin edilsin. Məhz təkamül ictimai həyatın dəyişikliklərin təbii yolu dur.

Frankfurt məktəbinin sosial fəlsəfənin nümayəndəsi Herber Markuze “Təkölçülü insan” əsərində yazırdı ki, proletariatın ümumdünya tarixi vəzifəsi qalmayıb, çünki fəhlə sinfi inkişaf etmişkapitalizm cəmiyyətində özünəməxsus yer tutur, inqilabın subyektiv rolunu isə milli, irqi və yaxud dini azlıqlar oynayır, bunlara “tənqidi düşünən” ziyalılar və tələbələr, bir də “üçüncü dünyanın” geridə qalmış kasıb xalq kütlələri qoşula bilər. Markuze qeyd etmişdir ki, sosial inqilabdan qabaq “şüurda inqilab” baş verməlidir, insan təkölçülü şüurdan, hakim əxlaqın normalarından uzaqlaşmalı, fərdi qiyam qaldırmalıdır.

Bu məktəbin digər nümayəndəsi Yurgen Habermas da hesab edirdi ki, müasir kapitalizm cəmiyətinin dəyişdirilməsinin yeganə yolu-kütləvi siyasi mariflənməsinin uzunmüddətli strategiyası, cəmiyyətin nəzəri tənqidi, diskusiyalar, təhsil sahəsində islahatlar uğrunda mübarizə, parlament seçkilərində iştirakı və sairədir. Bu proqramı həyata keçirmək üçün gənc intellektuallar lazımdır, çünki onlar hələ sitemə inteqrasiya (qoşulmaq) edilməyiblər.

Fankfurtçular hesab edirlər ki, marksistlər əsas diqqətini kapitalizmin daxili qüvvələrində cəm ediblər, inteqrasiyaya kifayət qədər yüksək qiymət verməyiblər; əslində isə kapitalizmin inkişaf imkanları-sonsuzdur. Yaranan ictimai institutlar, kütləvi informasiya sistemi, təbliğat və mədəniyyət formaları, əmək məhsuldarlığının yüksəlməsi, tələbatların və onları ödəmək formaların inkişafında elm və texnikanın rolu-kapitalizmin daxili inkişaf imkanlarını sübut edir.

2.Tarixdə hərəkətverici qüvvələr. Təbiət və təfəkkürdə olduğu kimi, cəmiyyətdə də inkişafın daxili mənbəyini, hərəkətverici qüvvəsini ziddiyyətlər və onların həll edilməsi təşkil edir. Ziddiyyətlərin ümumiyyətlə inkişafın hərəkətverici qüvvəsi oolması haqqında fəlsəfi müddəa sosial həyatda bir qədər özünəməxsus məna kəsb edir. Belə ki, cəmiyyət miqdarında götürüldükdə, ziddiyyətlər konkret şəkil alır. Sosial ziddiyətlər kimi çıxış edir. Deməli, cəmiyyətin inkişafının əsas mənbəyi sosial ziddiyyətlərdir. Digər tərəfdən, burada ziddiyyətlər nə öz-özünə yaranmır, nə də öz-özünə həll olunmur. İctimai həyatda həm ziddiyyətlərin yaranması, həm də onların həll edilməsi fəaliyyətlə bağlıdır. Xalq kütləsinin ziddiyyətləri həll etməyə yönələn fəaliyyəti ictimai inkişafınhərəkətverici qüvvəsi rolunu oynayır. İctimai inkişafın obyektiv qanunauyğunluqlatı onların fəaliyyəti vasitəsilə reallaşır.

Sosial ziddiyətlərə misal olaraq aşağıdakıları göstərmək olar: cəmiyyətlə təbiət arasındakı ziddiyyətlər; istehsal ilə tələbat arasındakı ziddiyyətləri; sosial birlik formaları və etniki birliklər arasındakı münasibətlərdə təzahür edən zidddiyyətləri və s.

Cəmiyyətin inkişafının obyektiv qanunları nəticə etibarilə insanların fəaliyyətinin və onların ictimai münasibətlərinin qanunları kimi çıxış edir. Çünki fəaliyyətin və ictimai münasibətlərin müxtəlif növləri tarixi prosesin əsas məzmununu və obyektiv istqamətini müəyyən edir. Onlar insanların obyektiv tələbatlarını ödəməyə xidmət edir. Bu vəziyyət mütəmadi davam edir. Yəni insanlar öz tələbatlarını ödəmək naminə şəraiti dəyişdirirlər. Onların yaratdığı yeni şərait isə yeni tələbatları və onları ödəməyin əvvəllərdə mövcud olmayan üsullarını əmələ gətirir. Bu proses zəruri, mühüm və təkrarlanan xarakter daşıyır və deməli qanun statusu alır.

Tələbat subyektin vəzyyətidir. Bu vəziyyət subyekyin malik olduğu ilə imkani arasında ziddiyət əsasında formalaşır. Tələbat subyekti bu ziddiyyəti həll etməyə yönəldən fəaliyyətə sövq edir.

Tələbatın məzmunu insanın şüur və iradəsindən asılı olmayaraq obyektiv surətdə formalaşır. Lakin insan, tələbatların sadəcə passiv daşıyıcısı deyildir. O, öz fəaliyyətini tələbatı yerinə yetirməyə yönəldir, bunun üçün forma və yollar işləyib hazırlayır. Beləliklə, tələbat subyekti fəaliyyətə sövq edən motiv, impuls rolunu oynayır.Deməli, tələbat subyektin təbiəti, sosial şəraiti və münasibətləri öz həyatı üçün lazım olan şəklə salınmasına yönəltdiyi fəaliyyətin daxili stimuludur.

İstehsal ilə tələbat arasında əlaqə birtərəfli olmayıb mürəkkəb təbiətə malikdir. Belə ki, hər bir yeni tələbat istehsalıstimullaşır, onun qarşısında yeni vəzifələr irəli sürülür. Tələbatların ödənilməsi prosesində eyni zamanda yeni tələbatlar yaranır, bunlar isə öz növbəsində istehsalın inkişafını stumullaşdırır. Artan tələbatların təsii ilə insanlar müntəzəm sürətdə əmək fəaliyyəti dairəsini genişləndirir və təkminləşdirir. Beləliklə, nəsillər bir-birini əvəz etdikcə istehsal təcrübəsi dəyişir və daha mürəkkəb formalar alır, maddi və mənəvi tərəqqi, texniki və sosial çevrilişlər baş verir. Bütün bunlar onu göstərir ki, cəmiyyətin tarixi insnların tələbatlarının inkişafı, bu tələbatların strukturunun dəyişməsilə bağlıdır.Tarixdə tələbatların artması qanunu fəaliyyət göstərirBu ümumsosioloji qanun bir tərəfdən maddi istehsal ilə maddi tələbatlar arasında, digər tərəfdən isə mənəvi istehsal ilə mənəvi tələbatlar arasında dialektik zidddiyyəti ifadə edir.

İnsanları fəaliyyət göstərməyə sövq  edən amillər arasında mənafelər müəyyənedici yer tutur. Hər bir cəmiyyətdə müxtəlif mənafelər mövcud olur. Bu mənada ictimai mənafeləri, sosial birlik formalarının mənafelərinin və şəxsi mənafeləri ayırmaq olar.

Öz məzmununa və mənbəyinə görə mənafe obyektivdir . Belə ki, o sosial qrupların və siniflərin real vəziyyəti, onların obyektiv tələbatları, həyat şəraiti əsasında yaranır. Bununla yanaşı mənafelər həm də subyektivdir. Bu sonuncu cəhət mənafelərin varlıq formasında , mövcudluq üsulunda ifadə olunur. Mənafelər siniflər və sosial qruplar tərəfindən dərk olunduqda onların fəaliyyətində, mübarizəsində mühüm stimul rolu oynayır. Lakin mənafelərin dərk olunması asan baş vermir, mürəkkəb prosesdir. Buna görə də bəzən bu və ya digər sinif və bütövlükdə xalq mənafeləri başa düşməkdə yalnışlığa yol verir. Başqalarının mənafelərini səhv olaraq özününkü kimi qəbul edə bilir. Hər iki halda, yəni mənafe düzgün və ya yanlış dərk olunduqda, o fəaliyyətinsövqedici rolunu saxlayır.

Hər bir cəmiyyətdə mövcud olan müxtəlif birliklərin, sosial qrupların mənafeləri dinamikasını diqqətlə nəzərə almaq tələb olunur. Bu prinsip müasir cəmiyyətə münasibətdə xüsusilə zəruridir. Sovet rejimi dövründə ölkəmizdə sinif və təbəqələrin  spesifik mənafelərininmüxtəlifliyinə lazımi məhəl qoyulmurdu. Açıq cəmiyyətə keçid prosesində cəmiyyətdə sinfi, peşə, yaş, milli, ərazi-regional mənafelər diqqətlə öyrənilir və idarəçilikdə nəzərə alınır.

Sosial fəlsəfə tarixin mühüm hərəkətverici qüvvəsini xalqda görür. Bu, ictimai inkişafın hərəkətverici qüvvəsini ideal başlanğıcda, mütləq ideyada görən və görkəmli şşəxsiyyətlərin rolunu şişirdən baxışlara qarşı çevrilmişdir. Cəmiyyətin tarixi xalqın fəaliyyətinin nəticəsidir.

Tarixdə xalqın həlledici rolunu izah etməzdən əvvəl “xalq” anlayışının məzmununu açmaq lazım gəlir. Bu ona görə vacibdir ki, həmin anlayışın məzmunu dəyişkən və mütəhərrikdir. Hər bir konkret tarixi dövrdə bu anlayışın məzmunu spesifik xarakter daşıyır. Bu obyektiv amil xalq anlayışının müxtəlif izahına qida verir.

Qeyd edək ki, xalq anlayışının məzmunu kifayət qədər öyrənilməmişdir. Bunun mühüm bir səbəbi odur ki, uzun illər ərzində ictimai fikirdə xalq kütlələrinin roluna lazımi diqqət yetirilməmişdir. O tarixin hərəkətverici qüvvəsi hesab olunmurdu. Yalnız Fransada bərpa dövrünün tarixçiləri (Tiyerri,Gizzo,Minye) tarixin gedişində üçüncü təbəqənin roluna diqqət yetirmişdilər (o vaxta qədər yalnız iki təbəqə-ruhanilər və dvoryanlar göstərilirdi).

Adətən xalq anlayışına əhalinin böyük əksəriyyətini təşkil edən təbəqələr daxil edilir. Məsələn, feodalizmdə xalq təhkimli kəndliləri və sənətkarları, kapitalizmdə isə proletariatı və digər muzdlu əmək işçilərini əhatə edir. Qeyd edək ki, öz tərkibinə görə xalq heç vaxt yekcins olmur. Digər bir səciyyəvi cəhət budur ki,cəmiyyətdə əhalinin tüfeyli həyat sürən təbəqələri, cinayətkarlar və ağıldan kəm insanlar bir qayda olaraq xalqın tərkibinə daxil edilmir. Xalq anlayışı çox vaxt müəyyən ölkədə yaşayan əhali və yaxud millət mənasında işlənilir (məsələn, Azərbaycan xalqı, pzbək xalqı və s.). Xalq qanlayışını “xalq kütlələri” mənasında götürdükdə isə onun tərkibinə ölkədəki bütün insanlar deyil, birinci növbədə əməklə məşğul olan və öz əməyi hesabınz yaşayanlar aid edilir.

Xalq ayrı-ayrı insanların mexaniki məcmusu deyildir. O konkret cəmiyyəti təşkil edən bütöv bir tam kimi çıxış edir. Onun tərkibinə eyni dövrdə mövcud olan ailələr və tək yaşayan fərdlər daxildir. Həm ailələrin, həm də ayrı yaşayan insanların hazırkı fəaliyyəti və gələcəyi xalqın taleyi ilə ayrılmaz surətdə bağlıdır. Məlumdur ki, hər bir ailə ona daxil olan üzvləri yox edib sıradan çıxarmır, əksinə onların həyatını daha da dolöunlaşdırır və təkmilləşdirir. Eynilə də xalq ona daxil olan ailələri və tək şəxsiyyətləri əridib yox etmir, onların həyatının məzmununu müəyyən milli formada daha da dolğun edir. Bu forma hər bir xalqın əsl mənasını və səciyyəsini ifadə edən dilində, adətlərində və xarakterində əks olunur. Deyilənlər daha çox təkmillətli xalqlara aiddir. Müasir dünyada xalqların,millətlərin və ayrı-ayrı fərdlərin qarşılıqlı təsiri nəticəsində onlar bir-birilə qaynayıb qarışır və birləşirlər. Buna görə də hazırda monoetik (birmillətə malik olan) xalq demək olar ki, çox azdır. Məsələn, müasir Azərbaycan xalqının tərkibində onlarla müxtəlif millətlərin nümayəndəsi yaşayır.

Bəzən xalq dedikdə ağır işi görən, zəhmətkeş camaat nəzərə gəlir. Bu tarixən hakim dairələrin adi kütləyə nifrətlə yanaşması ənənəsinin davamıdır. Onlar göstərir ki, xalq iki hissəyə “yaradıcı azlğa” və “qara camaata” ayrılır. Birnci hissəyə seçilmiş təbəqələr (aristokratik ruh sahibləri, cəmiyyətin qaymağı), ikinciyə isə heç nəyə qadir olmayan, yaradıcılıq keyfiyyətindən məhrum olan adi kütlə daxildir.

Xalq anlayışını geniş mənada (yəni ölkənin əhalisi mənasında) götürənlərdən biri Ş.Monteskye olmuşdur. Onun fikrincə, senatorlar patrisilər və plebeylər xalqa daxildir. Əslində xalq dedikdə yalnız elə siniflər və təbəqələr başa düşülür ki, onlar maddi və mənəvi dəyərlər yaradır, beləliklə də cəmiyyətin inkişafına kömək edirlər. Fəlsəfi həyatda xalq anlayışının aşağıdakı 3 əlaməti göstərilir: Birincisi, bir qayda olaraq yalnız maddi istehsal sahəsində çalışan təbəqələr xalqa aid edilir. Bu əlamət daha çox keçmiş dövrlər üçün səciyyəvi olmuşdur. Müasir dövrdə isə həlledici əhəmiyyət kəsb etmir. Çünki indi inkişaf etmiş ölkələrdə əhalinin getdikcə daha çox hissəsi bilavasitə maddi istehsaldan kənarda çalışır.

İkincisi, xalqın tərkibinə mütərəqqi istiqamətdə fəaliyyət göstərən sosial qruplar daxil edilir. Bu meyara əsaslanmaqla kapitalizmin yaranması dövründə burjuaziya xalqa aid edilir, onun hökmranlığı qərarlaşdırdıqdan sonrakı dövrdə isə o xalqın tərkibindən kənarlaşdırılır. Qeyd olunan mövqe aşağıdakı iki səbəblə bağlıdır: a) tarixi inkişafı yalnız yüksələn xətt üzrə getdiyini idiya edən konsepsiya; b) ədəbiyyatda xalq kütlələrinin rolunu şişirdən, onda hhər hansı bir neqativ cəhətin mümkünlüyünü inkar edən baxışın təsiri.Üçüncü, xalq ilə görkəmli şəxsiyyətlər arasındakı fərqlər mütləqləşdirilir, onlar bir-birinə qarşıqoyulur. Bu zaman belə əsas gətirilir ki, güya görkəmli şəxsiyyətlərdə xalqı səciyyələndirən əlamətlər yoxdur. Belə anaşma onu nəzərə almır ki, xalq özünün sosial-psixoloji və siyasi inkişafının müəyyən mərhələsində bir çox cəhətdən məhz şəxsiyyətlərdən ibarət olur. Həm də buna məhəl qoymur ki, xalq ilə görkəmli şəxsiyyıtlərinqarşılıqlı münasibətləri bir-birindən uzaq olmur.

Bir sıra hallarda “xalq” anlayışı etnik mənada işlənilir. Bununla əlaqədar qeyd edək ki, “etnos”, “millət” və “xalq” anlayışları bir-birinə yaxın olsalar da, müxtəlif məzmuna malikdir. Aydındır ki, xalq ilə etnosun oxşar cəhətləri çoxdur. Məsələn, bu və ya digər xalqın nümayəndəsi olan fərd, həm də müəyyən etnosa daxildir. Bu münasibətdə monomillətli (yapon,erməni) və çoxmillətli (amerikan, keçmiş sovet, yuqoslaviya) xalqları vardır. “Xalq” və “sinif” anlayışlı arasında da yaxınlıq mövcuddur. Belə ki, müəyyən dövrlərdə (məsələn, klassik feodalizm cəmiyyətində) xalq kütləsi əsasən bir sinifdən (kəndlilərdən) ibarət idi. Doğrudur, bir çox hallarda xalq müxtəlif sinifləri və təbəqələri (fəhlə, kəndli sinifləri, sənətkarları) əhatə edir.

Xalq anlayışının sosial məzmununda aşağıdaki üç əlamət başlıca yeri tutur. Birinci əlamət tarixən ümumi taleyə malik olmaq hesab edilir.Hər hansı bir vahid xalqın fotmalaşmasinin muqəddəm şərti eyni bir əraziyə və dövlətə malik vətəndaşların mövcudluğudur. Xalqın müəyyən tarixi səbəblər üzündən səpələnməsi (yəhudi,erməni və başq.) və yaxud da uzun müddət bölünmüş halda yaşaması (Koreya xalqı,cənubda və şimalda yaşayan azərbaycanlılar)onun nümayəndələrinin tarixi tale ümumiliyini inkar etmir. İkinci əlamət, xalqı bütöv bir tam kimi birləşdirən ümumi inamın,ümumxalq ideasının olmasıdır. Xalqı birləşdirən ümumi inamın dini xarakter daşıması məcburi deyildir. Tarixdə belə hallar çox olmuşdur ki, xalqın tərkibi dünyəvi inam zəminidə (məsələn milli azadlıq ideyası) birləşir. Deməli, xalqı birləşdirən inamın forması o qədər də vacib deyil. Əsas məsələ həmin inamın kütlələrin ictimai şüuruna nə dərəcədə hakim olmasıdır. Bununla əlaqədar qeyd edək ki, müasir dövrdə Azərbaycan xalqını birləşdirə biləcək ümumi ideyanın, milli ideologiyanın yaradılması son dərəcə zəruridir. Üçüncü əlamət tarixi perspektivin ümumiliyidir. Bəzən bu əlamətin roluna lazımi diqqət yetirilmir. Lakin nəzərdə tutulmalıdır ki, öz tarixi gələcəyini görməyən xalq məhvə məhkumdur. Çünki bu halda əvvəllər xalqı vahid bir tam kimi birləşdirən tale ümumiliyi tədricən onu içəridən parçalayan qüvvəyə çevrilir. Hər şeydən əvvəl xalq mənəvi mədəniyyətin əsasında duran dilin yaradıcısı və qoruyucusudur. İkinci, professional mədəniyyət və incəsənət özünün qazandığı heyrətamiz nailiyyətlərinə görə xalq yaradıcılığına borcludur. Belə ki, xalq yaradıcılığında əks olunan sonsuz müdriklik, yüksək mənəvi dəyərlər, heyranedici təsviri sənət nümunələri professional mədəniyyətə və incəsənətə çox güclü təsir göstərir. Üçüncü tarixdə ən böyük elm fədailəri, bədii sənət korifeyləri, müdriklər xalq ilə ayrılmaz əlaqədə fəaliyyət göstərmişlər. Onların yaratdığı nadir incilər məhz xalqın arzu və istəyini, tələbat və mənafelərini əks etdirdiyindən bütün zamanlar üçün ölməzlik, əbədilik statusu almışdılar.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2588 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
08.03.2024
1. Zrurss () [Материал]
lipitor online <a href="https://lipiws.top/">lipitor 10mg sale</a> lipitor 40mg usa

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024