Marketing Воскресенье, 22.12.2024, 09:52
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İnsanların etnik birlikləri. Ailə və nigah.
[ ] 20.02.2009, 10:26

İnsanların etnik birlikləri. Ailə və nigah.

1.       Etnik birliklərin mahiyyəti. Millətin yaranması. Cəmiyyətin vacib struktur ünsürlərini təşkil edən, müəyyən əlamətlərə malik olan böyük insan qrupları vardır. Bu qrupların yaranması və fəaliyyət xüsusiyyətləri fəlsəfə və digər ictimai elmlər tərəfindən (tarix,etnoqrafiya,antropologiya,sosiologiya və s.) öyrənilir. Etnos adını daşıyan bu insan qrupları irqi, sosial-iqtisadi, mənəvi, dini, dil birliyi və başqa əlamətlərə görə formalaşır. Etnosun öyrənilməsi tarixində iz qoyan İbn Xaldun, Teodor Vays, İohan Yakob Baxofe, Artur Jozef, Qobino.Lüdviq Voltman, Fridrix Ratsel.Lüdviq Qumiloviç, Lev Qumilyov və başqaları bu problemin tarixi, iqtisadi, mənəvi, filoloji, metodoloji cəhətlərinə diqqət yetirmişlər.

         Etnosların tarixi inkişaf xüsusiyyətlərini “etnoqrafiya”(etnologiya) elmi öyrənir. Cəmiyyətin sosial strukturunu, məişət və həyat tərzini, mədəni və sosial-siyasi xüsusiyyətlərini insanların müxtəlif tarixi birlikləri müəyyən etdiyi üçün, etnosun mahiyyəti, ifadə və inkişaf formaların öyrənilməsi sosial fəlsəfədə çox vacibdir.

         Bir sıra Rusiya tədqiqatçıları, o cümlədən Y.V.Bromley. S.İ.Bruk, N.N.Çeboksarov, V.İ.Kozlov, M.İ.Kuliçenko və başqaları etnik birliklərin mahiyyəti və təsnifatı məsələsinə öz münasibətini bildiriblər. Onlar göstərirlər ki, etnik və ya tarixi birliklər-müəyyən əlamətlərinə görə birləşən insan qruplarıdır. Tarixi inkişaf gedişində etnik proseslərdə bir sıra mürəkkəb dəyişikliklər baş verir, bunların da öyrənilməsi çox çətin olduğu üçün, etnosların təsnifatı məsələsi bir neçə istiqamət üzrə aparılır: 1) tarixi stadiyalar (mərhələlər) nəzəriyyəsi (diaxron yanaşma) və 2) sinxron yanaşma.

         20-30 illərdə daha çox öyrənilən “tayfa” və “millət” anlayışları olmuşdur. 40 illərin sonunda isə sovet ictimai elmində “tarixi birlikləri” ictimai-iqtisadi formasiyalar həddlərində öyrənməyə başladılar; ibtidai icma şəraitində “tayfa”, quldarlıq və feodal dövrləri üçün – “xalq”, kapitalist və sosialist formasiyaları üçün “millət” xas olduğu göstərilirdi. Qeyd edilən hər bir etnik birliyin öz xüsusiyyətləri vardır. Qəbilədə qan qohumluğu əsas idi, xalqı birləşdirən ərazi ümumiliyi, millətdə isə - iqtisadi və siyasi əlaqələrin inkişafı başlıca əlamətlər hesab olunurdu.

         1964-cü ildə S.A.Tokarev tədqiqat zamanı belə bir nəticəyə gəldi ki, quldarlıq formasiyanın özünəməxsus etnik birlik forması vardır – “demos”(bu ideyanı o vaxt çox az adam bəyəndi). 1960-cı illərin ortalarından “millət” anlayışı ətrafında geniş diskussiyalar aparıldı, lakin bir nəticə alınmadı. Sonralar isə “etnik birlik” anlayışı ətrafında da disputlar keçirilməyə başlanıldı.

         Məsələn, N.N.Çeboksarov göstərir ki, ictimai-iqtisadi formasiyanın əsas etnik birlik forması tayfa yox, tayfalar ittifaqı olub. Y.V.Bromley isə “etnos” və “etnosial” orqanizm anlayışlarını fərqləndirməyi təklif etdi; (sonuncu – dövlətdə mövcuddur). 70- illərdə Bromley etnik birliklərin yeni təkliflərini müzakirəyə təqdim etdi: etnikos və etnososial orqanozimlərdə yanaşı o, etnik iyerarxiyaya (bölgüyə uyğun aşağıdakı anlayışları da qeyd edir: a) “əsas etnik bölmələr və yaxud “etnoslar”- daha intensiv (çoxlu, güclü) etnik keyfiyyətlərə malik olan insanlar məcmusu; b) “elementlər etnik vahidlər” və ya “mikroetnik vahidlər”- ən xırda etnik bölmələr, artıq bölünmə həddinə yaxınlaşıblar; “makroetnik vahidlər” – bir neçə əsas bölmələri özündə birləşdirən etnik birliklər.

         S.İ.Bruk və N.N.Çebaksarov buraya həm də metaetnik (fövqəletnik) birliklər anlayışını əlavə etdilər (etnosların linqvistik, mədəni təssərüfat, konfessional (dini) siyasi (dövlət) və başqa birlikləri. Qeyd edək ki, qərb ədəbiyyatında da etnik birliklər problemi hələ tam öz həllini tapmayıbdır.

         “Etnik birlik” dedikdə, adətən insanların tarixən yaranmış sosial qruplaşması forması nəzərdə tutulur. Belə birliyin yaranmasının əsas şərtləri - ərazi və dil birliyidir. Burada əlavə şərt və faktor kimi din birliyi də çıxış edə bilər. Bəzən irqi xüsusiyyətlər, o cümlədən keçid (sərhəd) zonalarındakı proseslər (metislərin yaranması) da etnosların formalaşmasına müəyyən təsir göstərir (məsələn, Brazilya, Kuba və digər Latın Amerika ölkələrində bu vəziyyət müşahidə olunur)

Etnogez – uzun müddətli prosesdir, buna etnik birliyin yaşadığı ərazinin təbii mühiti də təsir göstərir. Nəticədə etnik birliyə xas olan maddi və mənəvi mədəniyyət, məişət, bir sıra psixoloji xüsusiyyətlər əmələ gəlir, etnik özünüdərk formalaşır, ümumi ad yaranır (etnonim). Bütün qeyd olunan xüsusiyyətlər etnik birliyin mühüm əlamətləridir. Yeni yaranan etniki birlik özünü bir neçə yolla: etnik cəhətdən oxşar nigah bağlamaqla, yeni nəsillərə dil, mədəniyyət, adət-ənənə, etnik oriyentasiyaların ötürülməsi və sair yaşadır; Özünün tarixidə yeni daha sabit etmək üçün etnik birlik həm də öz sosial ərazi vahidini (dövləti və s.) yaratmağa çalışır.

         Zaman keçdikcə etnik birliklərin ayrı-ayrı hissələri ərazi bütövlüyünü itirə bilər. Eynilə bu birliyin üzvlərinin müəyyən, təbii, sosial-iqtisadi və siyasi şərait əldə edərək, öz mədəni- məişət, dil və başqa əlamətlərini itirməsi mümkündür. Lakin o, etnik özünüdərki, onun rüşeym şəklində çıxış edən əlamət və xüsusiyyətlərini saxlayaraq, öz etnik mənşəyini təsdiqləyir və yaşadır.

         Etnik birliklərin təsnifatının əsasını onun bütün əlamətləri – dil, ərazi, mədəniyyət parametrləri, sayı, yaşı, cinsi, tərkibi, sosial sinfi strukturu təşkiledir. Bu xüsusiyyətləri təhlil edərkən həm sinxronik, həm də diaxronik yanaşmadan istifadə etmək lazımdır.

         Etnoslar müəyyən irqi əlamətlərə də malikdirlər (dəri, saç və göz bəbəyinin rəngi, başın, üzün forması və s.). bunları irqi antropologiya öyrənir: lakin sosial fəlsəfə tarixində də bir çox filosoflar irqçiliklə bağlı olan məsələlərə öz münüsibətlərini bildirmişlər. Onların xalis irqçiliklə heç bir əlaqəsi yoxdur. Çünki irqçilik – insanların ictimai mahiyyətini onlların bioloji, irqi əlamətlərinə müncər edir, “ali” və “aşağ”ı irqlərin mövcudluğunu başlıca cəhət sayır.

         Etnos haqqında özünəməxsus təlim yaradanlardan biri sovet etnoloqu və tarixçisi Lev Qumilyov olmuşdur. Özünün “Yer kürəsinin biosferi və etnogenezi” (1989) əsərində o, hər bir etnosun yaranması və inkişafını sırf coğrafiya baxımından izah edir.

         Qumilyov etnosların fərqlərini irqdə, dildə, dində, təhsildə yox, landşafta uyğun fəal adaptasiyanın (uyğunlaşmanın) davranış stereotiplərində görür. Antrposferin inkişafı – tarixi prosesdir, ona görə də etnoloq tarixi coğrafiyanı öyrənməlidir. İnsan nəslinin təkamülü spiralvari təkanlar şəklində gedir. Etnogenez-  biosferin, canlı maddənin enerjisinin qısamüddətli alışması (partlayışı) nəticəsində yaranır. Təxminən 1500 il ərzində bu təkanın inkişafına iki səbəb təsir göstərir: a) passionar gərginliyin ölçüsü və dəyişilməsinin istiqaməti (söhbət insan fəaliyyətindən gedir); b) digər etnoslara aid olan münasibətlərin xarakteri (dostcasına və ya düşməncəsinə). Onun fikrincə, etnogenezin iki vəziyyəyi mümkündür: passionar təkanın süstlüyü, bir də qeyri sabit tarazlıq və ya homeostaz (süstlük dövrü bitəndən sonra əmələ gəkir). Homeostaz dövründə də müəyyən dəyişikliklər baş verir; etnosun müqaviməti azaldıqca ətraf mühitin təsiri artır. Etnos yarandığı andan sistem yaratmalı, öz üzvləri arasında funksiyaları bölməlidir, yoxsa qonşular tərəfindən məhv edilə bilər. Özünü qoruyub saxlamaq  üçün etnos sosial institutları təşkil edir; sistem tezliklə böyüyür, onun ərazisi genişlənir, etnosdaxili əlaqələri  mürəkkəbləşir; inkişafın gücü passionarlıqdan əmələ gəlir, sistem artdıqca, inkişaf süstlüyü də əmələ gəlir, ömrü etnosların ömründən uzun olur (məsələn, Roma hüququ). Etnosun inkişafı (zaman etibarilə) tonqalın sönməyinə, yarpağın solmağına bənzəyir.

         Etnogenezin inkişaf mərhələləri davranışın mahiyyəti, təkanın başlanğıcı və hadisələrin inkişafının məntiqi ilə müəyyən edilir. Hər bir etniki sistem bir neçə etnosdan, etnos isə- subetnoslardan ibarətdir. Etniki tarix– belə sistemlərin qarşılıqlı təsiri və inkişafı tarixidir. Bu sistemlərin öyrənilməsində İ. Bertalanfinin sistemli yanaşma metoduna, bir də V.İ.Vernadskinin canlı maddənin biokimyəvi enerjisinin rolu haqqındakı ideyalarına əsaslanmaq lazımdır.

         Millət dedikdə kaptalizmdə əsas yer tutan etniki birlik forması nəzərdə tutulur. Feodalizmdən kaptalizmə keçid dövründə əmtəə münasibətlərinin inkişafı və ayrı-ayrı təssərüffat rayonları arasındakı iqtisadi pərakəndəliyin ləğvi gedişində insanların daha geniş miqyqsda birləşməsinə tələbat yarandı. Bu tələbat yeni, daha sabit birlik forması olan millətin yaranmasına gətirib çıxartdı.

         Milli kapitalizm cəmiyyətinin formalaşması dövründə qərarlaşmışdır. Sonralar kapitalizmin inkişafı gedişində iqtisadi və mədəni əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox xalqlar millətə çevrildilər. Lakin xalqlar millətə çevrilmədən, yəni xalq kimi qala da bilirlər. Genetik baxımdan tayfa xalqdan və xalq isə millətdən əvvəl gəlir. Lakin bu heç də həmişə belə olmur. Elə konkret hallar mövcuddur ki, bir ölkə daxilində (Afrika və Asiyada belə ölkələr xeylidir) onların hamısı bir-birilə yanaşı və sıx qarşılıqlı təsirdə olurlar.

         Millət insanların elə bir nisbi sabit birliyidir ki, o vahid dilə, ərazi və iqtisadi birliyə, xalqın ictimai psixologiyasında, mədəniyyətin spesifik cəhətlərində ifadə olunan ümumiliyə əsaslanır. Millət həcmcə daha geniş  birlik forması və keyfiyyətcə daha yüksək sosial hadisədir. O mürəkkəb daxili struktura malikdir. Millət aşağıdakı dörd əlamət ilə səciyyələnir:

         Birincisi ərazi ümumiliyidir. Bu əlamətin mühüm rolunu ondan görmək olar ki, böyük insan qrupları uzun illər ərzində məkan etibarilə bir-birindən ayrılmış şəkildə yaşadıqda onların eyni bir millətə mənsubiyyəti demək olar ki. Aradan qalxır, lakin eyni bir ərazidə yaşamaq da hələ öz-özlüyündə insanların vahid millət hallında birləşməsi demək deyildir. Məsələn, Şərqi slavyan xalqları keçmiş SSR-nin ərazisində uzun müddət məskunlaşmasına baxmayaraq burada rus və ukrayna millətlərinin formalaşması yalnız son əsrlərdə, kapitalizmin inkişafı nəticəsində baş vermişdir.

         Ikinci əlamət dil ümumiliyidir. Milli dil dedikdə ümumxalq danışıq dili, millətin bütün üzvlərinin başa düşdüyü və ədəbiyyatda möhkəm qərarlaşmış dil başa düşülür. Yalnız bu səviyyədə götürülən dil ümumiliyi bir millətin tərkibini əhatə edən milyonlarla və ya on milyonlarla insanın birgə iqtisadi, siyasi və mənəvi həyatını təmin edə bilir. Lakin dil amilini mütləqləşdirmək doğru deyildir. Bəzən belə olur ki bir neçə xalq eyni bir dildə danışır. Məsələn ingilis dili ingiltərəlilərin, şimali Amerikalıların və hətta yeni Zellandiya əhalisinin vahid dilini təşkil edir. Yaxud da Almaniya və Avstriya xalqları alman dilində, ispanlar, meksikalılar və kubalılar ispan dilində danışırlar. Deyilənlər sübut edir ki, millətin dil ümumiliyi ərazi ümumiliyi ilə ayrılmaz vəhdətdə götürülməlidir.

         Millətin üçüncü və əsas əlaməti  iqtisadi həyat ümumiliyidir.  Bu o demək deyildir ki, millətin bütün nümayəndələri eyni bir məhsul istehsal edirlər. İqtisadi həyat ümumiliyi ölkəni müxtəlif rayonları ərazisində təsərüffat fəaliyyətlərinin ixtisaslaşdırılması və onlar arasında ticarət-mübadilə əlaqələrinin möhkəmlənməsi əsasında əmələ gılir. Buna görə də belə düşünmək olr ki,kaptalizmin təşəkkülü və inkişafı prosesində həm də millətin iqtisadi cəhətdən konsolidasiyası (birləşməsi) baş verir.

         Dördüncü əlaməti xalqın milli mentalitetində təsbit olunan psixi həyat tərzinin ümumi cəhətləri təşkil edir. Bu o deməkdir ki, hər bir millətin psixiki tərzi onun milli məişət xüsusiyyətlərində, xislətində, vərdişlərində, maraqlarında, mahnı və rəqs folklorunda təzahür edir.

         Millət yaradıcı əlamətlərdən danışarkən milli mənlik şüuruna xüsusi diqqət yetirilməlidir. Onun məzmununda millətin şüurlu surətdə öz varlığını etniki mənsubiyyətini dərk etməsi əsas yeri tutur. Yuxarıda sadalananlardan fərqli olaraq bu əlamət öz təbiətinə görə subyektiv xarakter daşıyır. Bu səbəbdən də bəzən ona lazımi əhəmiyyət verilmir. Əslində isə o millətin çox mühüm göstəricisidir. Çünki, real mövcud olan və normal fəaliyyət göstərən əsl millətdən yalnız o vaxt danışmaq olar ki, həmin millətin obyektiv əlamətləri onun dəqiq ifadə olunmuş milli mənlik şüuru ilə tamamlanmış olsun. Milli mənlik şüuru öz daxili məzmunu və strukturuna görə mürəkkəb hadisədir. Burada aşağıdakılar əsas yeri tutur. Xalqın öz keçmişini bilməsi və ona hörmətlə yanaşması (buna bəzən tarixi yaddaş da deyilir); milli ənənələrin və dilin qorunmasına daim qayğı göstərməsi; milli şərəf və milli ləyaqət hissinin yüksəkdə saxlanılması.

         Milli mənlik şüurunun formalaşması obyektiv və subyektiv amillərin birgə təsiri altında baş verir. Bu münasibətdə göstərilməlidir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan xalqının milli mənlik şüuru keyfiyyətcə yeni sosial əsasda formalaşmağa başlamışdır. Bu dövrdə yeridilən düzgün milli siyasət, xalqın tarixinin, mədəniyyətinin qorunmasına daim qayğı göstərməsini ifadə edən tədbirlərin həyata keçirilməsi xalqımızın milli mənlik şüurunun formalaşmasına sürətləndirici təsir göstərir. Respublikamızın milli dövlət quruculuğu yolunda atdığı ardıcıl addımlar qeyd olunan prosesin intensiv getməsinə şərait yaradır.

Milli mənlik şüuru millətçilik ilə əlaqəlidir. Lakin bu əlaqələri bəsit anlamaq doğru deyildir. Milli mənlik şüuru mütərəqqi millətçiliyi, yəni milli ləyaqətin və spesifik milli varlığın qorunmasına yönələn millətçiliyi qəbul edir. Lakin millətçiliyin ifrat səviyyəsi, milli əlahiddəlik təbliği, milli istisnalıq, həqiqi milli mənlik şüuruna yaddır. Təsadüfü deyildir ki, millətçiliyin mənfi təzahürləri (şovnizm, irqi ayrı-seçkilik, faşizm, soyqırım, milli münasibətlərdə plüralizm və demokratizmin qarşısının alınması və s.) hazırda əksəriyyət tərəfindən pislənilir. Müasir dövrdə dünyanın bir çox yerlərində müxtəlif milli proseslər gedir. Onların əsas istiqamətləri aşağıdakılardır: bir sıra xalqlar öz milli dövlətini yaratmaq uğrunda mübarizə aparırlar; iki dövlətə bölünmüş xalqlar birləşməyə doğru cəhd göstərirlər; bəzi unitar dövlətlərdə etnik prinsip üzrə federativ strukturlar yaranır: keçmiş federasiyalar müstəqil milli dövlətlərə parçalanırlar.

         Müasir dövrdə etnik birliklərin inkişafı millətlərin, milli hərəkatların, milli özünüdərkin formalaşması və inkişafı tarixidir. Müasir ictimai ideologiyada millətçilik, beynəlmiləlçilik, kosmopolitizim (“bütün dünya vətənimdir”) mühüm rol oynayır, müasir milli hərəkatlara, o cümlədən etnik münaqişələrə böyük təsir göstərir.

 

2.     İnsanların ailə və nigah münasibətlırinə daxil olmasını zəruri edən şərtlər.Ailə hər şeydən əvvəl cəmiyyətin və onun strukturunun təkrar istehsalının əsas mənbəyidir. O sosial varlığın zəruri tərəfi. Cəmiyyətin ilkin özəyidir. Ailə ərlə-arvad arasında habelə onlarla uşaqlar arasında və bütövlükdə nəsillər arasında münasibətləri əhatə edir. Cinsə və yaşa görə əmək bölgüsü, ev təsərrüfatının aparılması, məişətdə insanlar arasındakı münasibətlər yeni nəslin tərbiyəsi və s. məsələlərin həlli də ailə ilə sıx bağlıdır. Bunlardan əlavə şəxsiyyətin fərdi inkişafında ailənin rolu böyükdür. Məhz uşaq burada dünyaya göz açır və ictimai həyata qədəm qoyur, dili sosial normaları və dəyərləri mənimsəyir. Deyilənlərdən aydın olur ki, ailə sözün müəyyən mənasında tərbiyə məktəbi, həyat təcrübəsinin, müdrüklüyü qazanılması və toplanılması məktəbidir.

         Ailə cəmiyyətdə həm sosial qrup həm də sosial institut rollarını yerinə yetirir. Onun funksiyaları iki yerə bölünür: daxili və xarici.

         Xarici funksiyalar sosial institit roluna cavab verir, daha ümumidir, cəmiyyət sistemində ailənin mahiyyəti və məqsədlərini müəyyən edir. Buraya insan nəslinin artırılması, şəxsiyyətin formalaşması (sosiallaşması) rekreaktiv (maddi və mənəvi qüvvələrin bərpası) funksiyalar daxildir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 3667 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
07.03.2024
1. Psyzzx () [Материал]
lipitor 80mg pill <a href="https://lipiws.top/">how to get lipitor without a prescription</a> lipitor 80mg oral

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024