Marketing Суббота, 23.11.2024, 15:57
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İnsanların sosial əlaqələrində həmrəylik və münaqişə
[ ] 20.02.2009, 10:48

İnsanların sosial əlaqələrində həmrəylik və münaqişə

 1. Həmrəylik sosial məqamdır.Fəlsəfə və digər sosial elmlərdə həmrəylik və münaqişə ictimai həyatın müəyyən bir durumu kimi qiymətləndirilir. Münaqişə-ziddiyyət, böhran, müharibə, deviant davranış, anomiya şəklində, həmrəylik isə -mexaniki və üzvi əlaqə şəklində, sinfi, milli, dini, mənəvi birlik, uyğunlaşma kimi öyrənilir.

K.Marks, kapitalizm cəmiyyətinin sosial-iqtisadi əsaslarını, sosial strukturunu tədqiq edərkən, sosial bərabərsizliyin artması şəraitində fəhlə sinfinin (proletariatın) həmrəyliyini aşağıdakı şəkildə əsaslandırırdı: bu sinif əmək vasitələrindən məhrum olan, istismara məruz qalan muzdlu əməkçilərdir. Fəhlə sinfinin tarixi vəzifəsi onun mənafelərinin ümumbəşər mənafeləri ilə üst-üstə düşməsi ilə bağlıdır. İri sənaye istehsalının inkişafı xırda sənətkarlar və kəndlilərin müflisləşməsi ilə nəticələnir, fəhlə sinfi isə sənayenin bilavasitə məhsulu və iri istehsal şəraiti proletarlarda təşkilolunma və intizam səviyyəsini artırır, onlan kollektivçilik və həmrəylik ruhunda tərbiyə edir; fəhlə sinfi ruhən, mənafelərin ümumiliyinə görə qeyri-proletar kütlələrlə sıx bağlıdır, ümumi əhali kütləsində bu sinfin sayı çoxaldıqca, sinfi mübarizədə onun gücü və rolu da artır; fəhlə sinfinin mübarizə və azadolunma şəraiti beynəlxalq xarakter daşıyır, proletar beynəlmiləlçiliyi milli və irqi düşmənçiliyə qarşı çıxış edərək, bütün ölkələrin zəhmətkeşlərinin bir-birinə yaxınlaşması və birləşməsinə səbəb olur.

Fransa sosioloqu və kriminoloqu Qabriyel Tard (1843-1904) sosial münaqişəni sosial-iqtisadi və psixoloji amillərlə izah edirdi. İctimai inkişaf - fərdlərarası proseslərin  təzahürüdür.  Bu proseslərdən başlıcaları  ­ixtiraetmə (ixtiraya həm texniki yeniliklər, həm də ictimai-siyasi ideyalarla mənəvi dəyərlər daxildir) və təqlid etmədir (sonradan buraya Tard «müxalifəti» (sosial konflikti) də əlavə etdi).

İxtiralar-ictimai tərəqqinin ycganə mənbəyi olaraq ayrı-ayrı fərdlərin yaradıcılığı hüdudlarından çıxıb о zaman tətbiq oluna bilir ki, onlar mövcud cənıiyyət və mədəniyyətin xüsusiyyətlərinə uyğun gəlsin. Məhz buna görə bir çox ixtiralardan yalnız bəziləri qəbul olunur və yayılır.

Təqlidçiliyin sosial əhəmiyyəti çox böyükdür (adət-ənənə, moda), bunun nəticəsində qrup və ümumi dəyərlər və normalar yaranır, fərdlər, bu normaları qavrayaraq. sosiallaşır, yə'ni ictimai həyatın şəraitinə uyğunlaşma imkanını qazanırlar. «Aşağı» sosial təbəqələr «yuxarıları» daha çox təqlid edir. Sosial münaqişə («müxalifət») bir-birinə zidd olan ixtira tərəfdarları arasında olur. Sosial nəzarətin vacib elementləri olan telefon, teleqraf, kitablar, qəzetlər, kütləvi şüura təsir edərək, insanı cəmiyyətə tabe etdirir, kütləviləşdirir.

İnsanları bir-biri ilə birləşdirən, həmrəy edən nədir? Bu suala Fransa sosioloqu E.Dürkheym «İctimai əmək bölgüsü haqqında» əsərində belə cavab vermişdir: İnsanlan cəmiyyətdə nəinki iqtisadi həyat (O.Kontun fikri), həm də «daxili həmrəylik» birləşdirir. Kontun «əxlaqi razılaşma» ideyası köhnəlib, «funksional müxtəliflik əxlaqi müxtəlifliyə səbəb olur». Müasir cəmiyyətdə kollektiv hisslər zəifləyir. Spenserin cəmiyyət haqqındakı təsəvvürlərində fərdi xüsusiyyətlər ön plana çəkilir, fərdi mənafelərin sərbəst ifadəsi isə (Dürkheymin fikrincə) sənaye cəmiyyətində sosial həmrəyliyin səbəbi ola bilməz. Əmtəə mübadiləsi zamanı bir fərdin digəri ilə təması qeyri-sabit və müvəqqətidir, nəticədə mənafelər uyğunluğu gizli münaqişə ilə əvəz olunur.

Tönnisin fikri də (ictimai həmrəyliyi dövlət tənzim edir) Dürkheymi qane etmir. Sonuncu göstərirdi ki, cəmiyyətdən qabaq icma mövcud olsa da, hər ikisində kollektiv şüur və kollektiv birlik sosial qayda-qanunun əsasnıı təşkil edir. İstər böyük, istər balaca cəmiyyətdə həyat təbii, üzvi xarakter daşıyır. Fərdi fəaliyyətlə yanaşı burada əsil kollektiv fəallıq da müşahidə edilir.

Dürkheym öz əsərində qeyd edir ki, əmək bölgüsü sosial aqreqatların (institutların) ali növlərini birləşdirmək sayəsində daha çox ictimai inkişafı əvəz edir, onun yerini tutur. Əmək bölgüsü sosial əlaqə və fərdiləşmə prinsiplərini birləşdirən yeganə amildir. Əmək prosesində yaranan mübadilə bölgüsü zəruridir, nəticədə fərdlər qarşılıqlı inteqrasiyaya məruz qalırlar, sosial orqanizmin bütövlüyü tə'min edilir, həmrəylik hissi yaranır. Həmrəylik - ali əxlaqi prinsip, universal dəyəfdir. O, bütün cəmiyyət tərəfindən qəbııl olunur; ictimai qayda-qanun, ahəngdarlıq, həmrəylik-əxlaqi dəyərlərdir, əmək bölgüsü də əxlaqdır, çünki həmrəyliyin səbəbidir.

Müasir cəmiyyətdə əmək və kapital arasında ziddiyyətlər-siniflərarası münasibətlərin kifayət qədər tənzim olunmaması üzündən irəli gəlir. Əmək bölgüsü dini şüuru əvəz edir, sinifləri birləşdirir, həmrəy edir.

E.Dürkheym mexaniki həmrəyliyin yalnız qədim, inkişaf etməmiş cəmiyyələrdə olduğunu qeyd edir. Burada fərdlər vasitəçisiz, birbaşa bir-biri ilə bağlıdırlar; mexaniki həmrəylik həmrəliyin kollektiv tipidir. Burada fərdlərin və onların icra etdiyi funksiyaların oxşarlığı çoxdur, şəxsi xüsusiyyətlər isə bir о qədər inkişaf etməmişdir. Belə cəmiyyətin sosial strukturu eyni seqmentlər (hissə) sistemindən ibarətdir. Burada cəmiyyət xırda hissələrə bölünür, qarşılıqlı asılılıq yox dərəcəsindədir. İqtisadi baxımdan seqmentlər demək olar ki, tam avtonomdur, əmək bölgüsü inkişaf edə bilmir, ictimai təşkilin əlaqələri -əsasən icma qohumluq əlaqələridir. Mədəniyyət qapalı, müstəqildir, əsasən öz həddlərində qalır, belə cəmiyyətlər nisbətən geniş ərazilərdə yeləşir. Hüquqi qanunlar -repressiv (cəzaverici) xarakter daşıyır - qanunu pozmuş şəxs hökmən öz cəzasını almalıdır.

Belə cəmiyyətin başlıca xüsusiyyəti - kollektiv və ya ümumi şüurdur. Bu şüurun həcmi, intensivliyi (ifadəolunma gücü) və konkretliyi onun daşıyıcıları olan fərdi şüurların həcmi, intensivliyi və konkretliyi ilə üst-üstə düşərsə, onda həmrəylik artır. Cəmiyyətdə inanclar, adət-ənənə nə qədər möhkəm olursa fərdi xüsusiyyətlərin ifadəolunma imkanları da bir о qədər azalır.

Kollektiv şüurun nüfuzu hədsizdir. Dürkheym belə şüurun dini olduğuna heç şübhə etmirdi. Belə cəmiyyətdə insaların ömrü-günü ümumi ibadətlər etməkdən, mərasimlər keçirməkdən ibarətdir. Dürkheym əmin idi ki, sosial qrupda əqidə birliyi yarandığı andan о dinə çevrilir.

Tədricən cəmiyyətin «təşkilolunmuş tipi» formalaşdıqca, lokal seqmentlərin hüdudları aradan qaldırılır. Çoxsaylı ictimai əlaqələr yaranır, əmək bölgüsü dərinləşir, ümumi şüur da öz qüvvəsini itirir. О daxilən bölünür, çünki daha mürəkkəb ictimai təşkil tələb olunur.

Belə cəmiyyət canlı orqanizmə bənzəyir, çünki burada hər bir fərd öz xüsusi vəzifəsini yerinə yetirir: Dürkheym bu cəmiyyətin həmrəyliyini də üzvi həmrəylik adlandırır. Şurada artıq hər bir fərd - şəxsiyyətdir, onun şəxsi qabiliyyət və istedadının inkişafı üçün əməк bölgüsü nəticəsində hər cür şərait yaradılır. «Əməк bölgüsü sosial həmrəyliyin vacib mənbəyi olduğu üçün o, həm də əxlaqi qayda-qanunun əsasına çevrilir».

Üzvi həmrəyliyə restitutiv hüquq (bərpaedici) uyğun gəlir. Bu hüququn vəzifəsi - hadisələrin əvvəlki qaydasının bərpası, pozulmuş münasibətlərin əvvəlki normal formasını təmin etməkdir.

Belə şəraitdə kollektiv şüur yeni forma və məzmun kəsb edir. Onun həcmi azalır. О inkişaf etmiş cəmiyyətin kiçik bir hissəsinin şüuruna çevrilir. Bu şüurun intensivliyi, müəyyənlik dərəcəsi də məhdudlaşır. Öz məzmununa görə isə kollektiv şüur daha dünyəvi, rasional, fərdə yönümlü olur. Eynilə də dinin dairəsi azalır, lakin ümumi şüurun tamam itməsi qorxusu yoxdur. İnanclar, adət-ənənələrin dini xarakteri azaldıqca, yeni din əmələ gəlir, onun obyekti -fərd və fərdin ləyaqətidir. Nəhayət, cəmiyyətin həcmi artdıqca, kollektivin şüurunun abstrakt xarakteri da artır, əxlaq universal, onun kollektiv idealı isə bütün insan nəsli olur.

Oııun fikrincə kapitalizmi münaqişə vəziyyətinə gətirib çıxardan aşağıdakı «xəstəliklər»dir: anomiya, ictimai bərabərsizlik, bir də əməк bölgüsünün qeyri-dəqiq olması. Anomiya zamanı fərdlərin ictimai davranışının əxlaqi tənzimlənməsi düzgün aparılmır. Burada sosial funksiyaların münasibətlərini bir-birinə uyğunlaşdıran qaydalar hazır deyildir. Nəticədə üzvi həmrəylik pozulur (xüsusilə bu halı iqtisadi və ya ticarət böhranı zamanı daha asan müşahidə etmək olur). İqtisadi anarxiya və sinfi münaqişə sənayenin böyük sürətlə genişlənməsi və imkanların qeyri-bərabər olması nəticəsində baş verir. Bazar iqtisadiyyatı şəraitində istehsal idarə etmək, ona nəzarət etmək çox çətindir. Sahibkar və fəhlə arasında münasibətləri tənzim etmək üçün anomiyanı aradan götürmək lazımdır. Bunun üçün planlaşdırma və iqtisadi münasibətlərin hüquqi tənzimlənməsi formalarından istifadə etmək lazımdır. Münaqişələrə son qoymaq üçün əmək bölgüsünü, istedad və qabiliyyətlərin bölüşdürülməsini (peşə və vəzifələr üçün) tənzimləmək, bir də elita tərəfindən yüksək peşə mövqelərinin zəbt edilməsinin qarşısını almaq tələb olunur. Lakin sinfi sistem imkanların bərabərliyində əngəllər yaradır, nəticədə müxtəlif xidmət növlərinin mübadiləsi ədalətsiz şəkildə aparılır.

Dürkheym münaqişələrin dinc yolla həll olunmasını arzulayırdı. Bu yollar mübarizə və rəqabətin azaldılması, sinfi münasibətləri tənzimləyən sabit qaydaların qəbulu, sosial imkanların (hüquqi qaydaların) bərabər olması və sairdir. Cəmiyyətin həmrəyliyi əməyin təşkili, intensivliyi artdığı zaman arta bilər.                                                                         ,

R.Merton. Dürkheymin anomiya nəzəriyyəsinə bəzi əlavələr etdi. Anomiyanın əsas səbəbini o, cəmiyyətin mədəni məqsodləri və onlara nail olmağın leqal yollar arasındakı ziddiyyətlərdə görürdü.

Görkəmli Amerika sosioloqu T.Parsons sosial sistemin fəaliyyətində üç qrup elementləri və fəaliyyət motivlərini müəyyən edir: a) məqsədə nail olmaq üçün istifadə olunan obyektlər haqqında ideyalar informasiyalar; b) fəaliyyətdə olan şəxsin tələbatlarına uyğun məqsədə nail olmada istifadə olunan obyektlə emosional münasibət; v) seçim alternativi (imkanı). Нər üç element qarşılıqlı əlaqədədir. Onun fıkrincə, cəmiyyətin qarşılıqlı əlaqələr sistemində dörd iştirakçı vardır: 1) qarşılıqlı fəaliyyətdə olan çoxlu vahidlər; 2) bu vahidlərin fəaliyyətini tə'min edən qaydalar və digər «mədəni kodlar» toplusu; 3) qarşılıqlı fəaliyyət sistemi və ya prosesi; 4) bu sistemin fəaliyyətini tə'min edən mühit və ya şərait. Həmrəyliyi qarşılıqlı hüquq və vəzifələr, bunların əsasında  yaranan normalar, icra edilən rollar təmin edir.

Parsons, həmrəylik dedikdə, sosial sistemlərin daxili inteqrasiyasını, yəni müxtəlif fəaliyyət sahələrinin uzlaşması, qarşılıqlı kömək və dinc yanaşı yaşamasını nəzərdə tutur. Kiçik qrup və cəmiyyətlərdəki qarşılıqlı fəaliyyət bilavasitə və mütəmadi baş verdikdə, bunlara uyğun olaraq sistemin inteqrasiya səviyyəsi yüksək olur.

Sosial sistemdə fəaliyyət göstərən insanların həmrəyliyi aşağıdakı 4 qrup problemlərin həllindən asılıdır: a) maddi, insani və mədəni resursların rasional təşkili və paylanması; b) əsas məqsədlərin və onlara nailolma yollarının müəyyən edilməsi; v) həmrəyliyin sabitliyi məsələsi; q) şəxsiyyətin sosiallaşmasının emosional və rasional cəhətlərinin uzlaşdırılması.

Parsons bu problemlərin ifadə səviyyələrini də qeyd edir: a) ayrı-ayn fərdlərin münasibətləri səviyyəsində; institut (burada münasibətlərin subyektləri-fərdlər yox, təşkilatlardır) səviyyəsində; sosiyetal səviyyədə (burada həmrəyliyi və ya inteqrasiyanı bütövlükdə mədəniyyət təşkil edir).

Struktur-funksional nəzəriyyəsinin davamçıları münaqişəyə cəmiyyətdə funksional inkişafın zidiyyətli, qeyri-stabil olması tərəflərin tarazlığının pozulması kimi baxırdılar. Artıq 60-cı illərdən başlayaraq sosial münaqişə struktur dəyişikliklərin başlanğıcı və strukturun daim yeniləşən elementi hesab edilirdi. Qeyd etdiyimiz kimi, Marksın sosial-fəlsəfi təlimində ictimai inkişafda ziddiyyət və münaqişələrin əhəmiyyəti artıq çoxdan müəyyən edilmişdi.

2.Cəmiyyətdə hüquqi münasibətlər və onların təşkili formaları.İqtisadi və siyasi münasibətlərlə yanaşı cəmiyyətin təşkili, fəaliyyəti və inkişafında hüquq da çox mühüm rol oynayır. Hüquq və əxlaq insanların davranışını, onlann bir-birinə, habelə cəmiyyətə olan münasibətlərini əlaqələrini tənzimləyən qüdrətli alətdir. Hüquq-hamı tərəfindən qəbul olunmuş, məcburi ictimai qaydalar sistemidir. Dövlət bu qaydalar vasitəilə ictimai münasibətləri tənzim edir. Daxili məzmununa görə hüquq çox genişdir. Buraya ictimai münasibətlərin müxtəlif növlərini (siyasi, iqtisadi, sosial, mənəvi və sair) tənzim edən normativ aktlar sistemi, habelə vətəndaşın hüquqları, azadlıqları və vəzifələri daxildir.

Sonuncular bir növ şəxsiyyətin hüquqi statusunu müəyyən edir. Hüquq ictimai həyatın bütün sahələrinə müdaxilə edir. О mövcud mülkiyyət münasibətlərini əsaslandırır və qoruyur, əməyin və onun məhsulunun bölünməsi və mübadiləsində iştirak edir, dövlət mexanizminin ictimai münasibətlərə, münaqişələrin həlli proseduralarına mənfi təsirlərinə qarşı mübarizə aparır, şəxsiyyətlərarası, beynəlxalq dövlətlərarası münasibətləri tənzim edir.

Zərdüştilik təliminə görə dövlət, Hörmüzün, səma padşahlığının yer üzündəki təcəssümüdür, O, öz vətəndaşlarını şərdən qorumalı, xeyirxahlığı yaymalıdır. Hər bir insan öz istədiyi peşə və təbəqəni seçmək hüququna malikdir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2138 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 1
08.03.2024
1. Tdhvqy () [Материал]
buy lipitor 80mg online cheap <a href="https://lipiws.top/">atorvastatin where to buy</a> lipitor 10mg over the counter

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024