Yuxarıda qeyd etdiyimiz kimi,Russo insan cəmiyyətini canlı orqanizmə bənzədirdi.İngilis sosioloqu H.Spenser də bu ideya üzərində dayanaraq,cəmiyyətin sinfi quruluşunu,onun müxtəlif institutlarını,funksional fəaliyyətini canlı orqanizmin yaşamasına uyğunluğundan,təkamül yolu ilə uyğunlaşma qanununa əsasən irəliyə doğru getməsindən bəhs edirdi.Cəmiyyətdə strukturun differensiyalaşması,funksiyaların(vəzifələrin) də differensiyalaşmasına gətirib çıxarır.Sosial təkamül prosesləri təbii və əzəlidir,qarşısı alınmazdır,insan bu prosesləri yalnız təhrif edə və ya ləngidə bilər.Spenser,təkamülünün mexaniki sxemini yaradarkən,müəyyən mənada struktur mürəkkəblik problemlərini həll etməyə çalışırdı.O,sosial differensasiya və inteqrasiya proseslərinin nisbətini bsşa düşürdü.
E.Dürkheym də cəmiyyətdə təkamülçülük ideyalarını qəbul edərkən,onları struktur-funksional yanaşma ilə sıx əlaqədə götürürdü.O göstərirdi ki, cəmiyyət-inteqrasiya edilmiş bütövlükdür,onun hissələri qarşılıqlı asılılıq vəziyyətindədir,sosial reallıq özünəməxsus xüsusiyyətlərə malikdir.Dürkheym,struktur-funksional təhlil metodlarından istifadə etməklə,hər hansı bir sosial hdisənin,sistemin müəyyən tələbatlara üyğun olub olmamasını müəyyənləşdirməyə çalışırdı.Onun fikrincə ictimai əmək bölgüsünün başlıca vəzifəsi-ictimai həmrəyliyin əsasını yaratmaq,”kollektiv şüur” əsasında qarşılıqlı asılılığı möhkəmləndirməkdir.
XX əsrin görkəmli sosioloqu T.Parsons,insan cəmiyyətinin formalaşması və inkişafının əsasını sosial fəaliyyətin müxtəlif formalarında görürdü.Ona görə insan fəaliyyəti bütöv bir sistemdir.Bu sistemdə müxtəlif işarə mexanizmləri (dil,dəyərlər),normalar(hamı tərəfindən qəbul edilmiş qaydalar) istifadə edilir,burada özbaşınalıq da mümkündür,çünki bir çox subyektiv iradələr və irrasional hərəkətlər bir-biri ilə toqquşa bilir.Parsonsun fikrincə,cəmiyyət sistemində mədəni,sosial,şəxsiyyət,orqanizm yarımsistemləri fəaliyyət göstərir.O mübadilə-dil,hakimiyyət,pul və s. vasitəsilə həyata keçirir.Müxtəlif fəaliyyət problemləri (funksiyalar) vardır: adaptasiya (uyğunlaşma),məqsədə nail olma,inteqrasiya,strukturun bərpası,gərginliyin aradan qaldırılması.Onlar xüsusi yarım sistemlərvasitəsilə həll olunur(iqtisadi,siyasi,hüquqi,din,əxlaq,ailə,təhsil və s.)
Fransa strukturalizminin başlıca nümayəndələrindən biri,etnoqraf və sosioloq K.Levi-Stros, insan və cəmiyyətin öyrənilməsində subyektiv yanaşmanı rədd edərək,”Fövqəlrasionallıq” konsepsiyasını irəli sürmüşdür.Burada söhbət,Avropa sivlizasiyası tərəfindən unudulmuş,hiss və rasional başlanğıcların vəhdətinin bərpasından gedir.Levi-Stros mədəniyyətin və sosial quruluşların öyrənilməsində informasiya nəzəriyyəsi və struktur linqvistikasının bəzi metodlarından istifadə edərək,müxtəlif şüur formalarının (morfoloji,kollektiv psixoloji və s.) tarixi inkişafını təhlil edirdi.Strukuralizmin nümayəndələri iqtisadi cəmiyyətlərin,sosial təşkilolunmaya məruz qalan sistemlər olduğunu qeyd edirlər.Belə (mədəni) aləmin elementləri kosmoloji kateqoriyalar və ya müxtəlif əksikləri ifadə edən anlayışlar təşkil edir (sağ-sol,yuxarı-aşağı,kişi-qadın,təmiz-natəmiz və s.).Levi Stros, əslində,yalnız “formal transtarixi strukturları” öyrənir,belə yanaşma hər hansı bir dinamika,sosial inkişafı rədd edir.Lakin o sabit struktur və mədəniyyətlərin inkişafının öyrənilməsində böyük fayda gətirə bilir.
Digər Fransa filosofu,J.Derrida,strukturalizmə yaxın olan mövqedən çıxış edərək,Avropa mədəniyyətinin bütün formalarını,müxtəlif mətnlərin parçalanmasını,bunun daxilində aparıcı anlayışlarıntapılması yolu ilə öyrənməyə dəvət edir; bu anlayışların müxtəlifliyi,”mətnlərin başqalığını,parçalanmağını” ifadə edir.Söhbət yalnız nitq və dildən deyil,mədəniyyətin bütün təzahür formalarından gedir.Strukturalistlər insan həyatının öyrənilməsində,cəmiyyətinsistem münasibətlərinin,elementlər üzərində üstünlük təşkil etməsi prinsipininvacibliyini qeyd edirlər.
3.Siyasi sistemdə dövlətin yeri və rolu
Cəmiyyətin siyasi təşkilində mərkəzi yeri dövlət tutur.
Dövlətin mahiyyəti haqqında çoxlu fikirlər söylənilmişdir.Vaxtilə Aristotel göstərirdi ki, dövlət ümumi faydanın başa düşülməsi nəticəsində əmələ gəlir və xoşbəxt yaşayış üçün yaradılır.XIII əsrdə yaşamış böyük Azərbaycan mütəfəkkiri N.Tusi dövləti ümumi razılığın,ictimai müqavilənin məhsulu hesab edirdi.Bu fikir yeni dövlət fəlsəfəsində ictimai müqavilə nəzəriyyəsi adı altında geniş yayılmışdı (T.Hobbs,Spinoza,J.Russo).Hegel dövlətin əasaını zorakılıqda görürdü.Marksizm fəlsəfəsi dövləti bir sinfin digərini istismar etmək və əzmək maşını hesab edirdi.M.Veberin fikrincə dövlət bir qrup insanların başqaları üzərində legitim (qanuni) zorakılığına əsaslanan ağalıq münasibətidir.
Dövlətin ümumi vəzifəsi ölkənin mövcudluğu üçün zəruri olan birgəyaşayış qaydalarını qorumaq və insanın bütün qüvvələrinin inkişafına kömək etməkdir.Bu cəhətə xüsusi diqqət verən Hegel göstərirdi ki, dövlət ictimai qaydaları qoruyan təşkilatdır,o gecə növbətçisinə bənzəyir.Əsas məqsədi öz vətəndaşlarının sakitliyini qorumaqdır.Monteskyö də dövləti vətəndaşların keşiyini çəkən alət hesab edirdi.
Müasir politoloji fikirdə dövlət dedikdə insanların,ictimai qrupların,siniflərin və birliklərin birgə fəaliyyətini və münasibətlərini təşkil edən,istiqamətləndirən və onlara nəzarət edən əsas siyasi sistem başa düşülür.Dövlət cəmiyyətdə hakimiyyətin mərkəzləşdirilmiş ifadəsi olan siyasətin mərkəzi institutu hesab olunur.Dövlətə verilən başqa bir tərif də diqqəti cəlb edir.”Dövlət cəmiyyətin yaşaması və tərəqqisinə kömək edən,bütöv bir tam kimi götürülən xalqın mütəşəkkil hüquqi həyatını təmin edən, hakimiyyət institutlarının (qanunverici,icraedici və məhkəmə) normal fəaliyyətini həyata keçirən,öz ərazisini nəzarətdə saxlayan,xalqını xarici təhlükədən qoruyan,digər dövlətlər qarşısında öz öhdəliklərini yerinə yetirməyə təminat verən,təbii mühiti və mədəni dəyərləri hifz edən orqanlar sistemidir.
_______________________________
1 Qeqel Q.Soçineniya. T.7, s.277
2 Bax:Politoloqiya: ensiklopediçeskiy slovar. M., 1993, s.69
3.Spirkin A. Filosofiya, s.670
Göründüyü kimi bu tərifdə dövlətin fəaliyyətinin məzmunu tam açılır və onu
məqbul hesab etmək olar.Dövlət digər sosial institutlardan aşağıdakı əlamətlərinə görə fərqlənir: hakimiyyətdə olan qüvvələrin müəyyən sosial bazaya (sosial qrupların,siyasi patriyaların və ictimai hərəkatların şəxsində) malik olması; mərkəzdə və yerlərdə xüsusi hakimiyyət aparatının mövcudluğu; cəmiyyətdə həyata keçirilən bütün qeyri-iqtisadi məcburiyyət formaları (zorakılıq) üzərində təkbaşına ağalıq; müəyyən əraziyə və sərhədlərə malik olmaq (suverenlik); bütün vətəndaşlar üçün məcburi olan qanunlar qəbul etmək,daxili və xarici siyasət yeritmək səlahiyyəti; əhalinin müxtəliftəbəqələrindən vergilər toplamaq; pul nişanları buraxmaq; büdcə siyasəti yeritmək və sair.
Dövlətdən danışarkən onun mənşəyi məsələsinə də diqqət yetirilməlidir.Bu münasibətdə müxtəlif baxışlar mövcuddur.Yuxarıda adı çəkilən ictimai müqavilə nəzəriyyəsi onlardan biridir.Digər bir nəzəriyyə zorakılıq nəzəriyyəsi adlanır.Marksist fəlsəfə dövlətin yaranmasını ictimai əmək bölgüsünün xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi ilə bağlayır.İbtidai cəmiyyətdə xüsusi hakimiyyət orqanı yox idi,idarəçiliyi bütün ağsaqqallar aparırdılar.Onların qəbilə daxilində nüfuzu şəxsi keyfiyyətləri (təcrübəsi,mərdliy və ağılılığı) iıə ölçülürdü.Sonralar ictimai həyatın mürəkkəbləşməsi xüsusi idarəçilik orqanının-dövlətin yaranmasını zəruri etmişdir.Lakin dövlət boş yerdə yaranmamışdır.Onun kökləri keçmiş qəbilə əyanlarına və hərbi başçılara gedib çıxır.
Dövlətin mənşəyi müxtəlif regionlarda tam eyni olmamışdır.Bu münasibətdə vaxtilə K.marksın irəli sürdüyü “asiya istehsal üsulu” anlayışı diqqəti cəlb edir.O göstərirdi ki,qərbdən fərqli olaraq bir sıra şərq ölkələrində xüsusi mülkiyyət ayrı-ayrı sahibkarlara deyil,əsasən dövlətə məxsus olmuşdur.Bu ölkəlrdə dövlət xüsusi rol oynayırdı.On illər boyu davam edən ənənələr,müxtəlif qohumluq və yerliçilik əlaqələri cəmiyyətdəki sosial mənafelər arasındakı ziddiyyətləri müəyyən qədər yumşaldırdı.Şərq ölkələrində dövlətin mənşəyini tədqiq edən amillər arasında belə bir fikir geniş yayılmışdır ki, bu ölkələrdə dövlət siniflərin yaranmasından əvvəl meydana gəlmişdir.Bu hal irimiqyaslıiqtisadi məsələləri (geniş və mürəkkəb irriqasiya sistemləri, strateji əhəmiyyətli yollar çəkilişi və sair) həll etməyə olan obyektiv tələbatın nəticəsi kimi çıxış etmişdir.
Dövlətin əsas əlamətlərindən biri kütləvi hakimiyyətin (hakimiyyət funksiyalarını həyata keçirən xüsusi orqanlar və təşkilatlar sisteminin) mövcud olmasıdır.
Dövlətin cəmiyyətdə rolu onun yerinə yetirdiyi funksiyalarda ifadə olunur.Müasir dövlət aşağıdakı əsas daxili və xarici funksiyaları həyata keçirir:mövcud dövlət quruluşunu qoruyub saxlamaq; cəmiyyətdə sabitliyi və ictimai qaydaları təmin etmək; baş verə biləcək sosial təhlükəli münaqişələri vaxtında aşkar edib,aradan qaldırmaq; iqtisadiyyatın əsas sahələrini tənzimləmək; ölkə daxilində sosial,mədəni elmi, milli və ekoloji siyasət yeritmək; beynəlxalq miqyasda öz
__________________________________________
1 Bax: Vasiliev L. Problemı qenezisa Kitayskoqo qosudarstva. M., 1983, s.10-11.
ölkəsinin mənafelərini həyata keçirmək; ölkənin etibarlı müdafiəsini təşkil etmək.
Müasir dövrdə bazar münasibətlərinin formalaşması ilə əlaqədar olaraq dövlətin iqtisadiyyata tənzimedici təsiri məsələsi xüsusi əhəmiyyət kəsb edir.Bu məsələ barədə keçən mövzularda xeyli bəhs olunmuşdur.Burada belə bir cəhəti qeyd edək ki.dövlətin iqtisadiyyata idarəedici təsiri mürəkkəb prosesdir.O aşağıdakı iki cəhəti nəzərdə tutur: birincisi,dövlət müxtəlif vasitələrlə (təsərrüfat qanunvericiliyi,vergi siyasəti və sair) iqtisadiyyata həddən artıq güclü təsir göstərdikdə sahibkarların fəaliyyəti məhdudlaşır,onlar öz kapitallarını iqtisadiyyata qoymaqda daha çox ehtiyat edirlər.İkincisi, bütövlükdə cəmiyyət miqyasında təzahür edən ümumi və geniş miqyaslı məsələlərin (iqtisadiyyatın texniki təchizatı,düzgün struktur siyasəti yeridilməsi,iqtisadiyyatın maliyyə cəhətdən sağlamlaşdırılması və sair) həlli,dövlətin fəaliyyətindən kənarda qeyri-mümkündür.
Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı milli dövlət quruculuğu vəzifəsini həyata keçirməyə başlamışdır.Bu yolda atılan addımların nəticəsidir ki, Azərbaycan dövləti daxilində siyasi sabitliyin möhkəmləndirilməsində,habelə beynəlxalq miqyasda öz suverenliyinin təmin edilməsində əhəmiyyətli uğurlar qazanmışdır.Siyasi həyatın demokratikləşdirilməsi və hüquqi dövlət quruculuğu xətti davam etdrildikcə onların sayı daha da artacaqdır.Milli dövlətçilik ideyası belə bir prinsipə əsaslanir ki, dövlət yalnız öz xalqının şüurunda dərin kök saldıqda həqiqətən möhkəm olur.Deməli,dövlətin taleyi xalqın mənlik şüurunun xarakteri və inkişaf səviyyəsindən xeyli dərəcədə asılıdır.Çünki hər bir xalq bir qayda olaraq özünə müvafiq olan və ruhuna uyğun gələn dövlət quruluşuna malik olur.Dövlət müəyyən struktura malik olan ictimai orqanizm kimi çıxış edir.O cəmiyyətdə mövcud olan bütün insanları vahid bir tam kimi birləşdirir,onların siyasi cəhətdən bir araya sığmasını təmin edir.Hegel göstərirdi ki dövlət emprik baxımdan bir-birindən aralıda mövcud insanlar coxluğunun konkret vəhdətidir.Doğrudan hər bir dövlətə daxil olan vətəndaşlar məkanca dağınıq ərazidə yaşayır, vaxt (zaman) baxımından müxtəlifdirlər.Onların subyektiv mənafeləri də eyni olmur.Dövlətin əsas mahiyyəti bundadır ki,o bütün bu rəngarəngliyin bir-birilə əlaqəsini və vəhdətini təmin edir,sanki xalqı bütöv bir bədən (cisim) halında birləşdirir.O aşağıdakı iki tərəfin birliyinin zəruriliyini əsaslandırır: birinci, insanların bütöv bir tam kimi vahid cəmiyyətdə yaşaması üçün onların fərdi mənafeləri ümumiyə tabe edilməlidir; ikinci, öz növbəsində cəmiyyət də onuntərkib hissəsini təşkil edən vətəndaşlarının rifahı qayğısına qalmalıdır.
Hər bir dövlət inzibati-idarəetmə aparatına, qanunverici və icraedici orqanlara malikdir.Hakimiyyətə əsaslanan idaretmə sistemi xüsusi növlü fəaliyyət sahəsidir.Onun obyektini vətəndaşların fəaliyyətinin müxtəlif sahələri, onların əməyi,vərdiş və bilikləri,ünsiyyətin qanun və qaydaları təşkil edir.Bu idarəçiliyin vasitələri müxtəlif hüquqi qanunlar və normalar,siyasi ideologiya, mülki işləri və istehsal fəaliyyətini tənzimləyən aktlar,xüsusi silahlı dəstələrdir.İdarəetmənin subyekti bütünlükdə idarəetmə aparatıdır.
Hər bir dövlət özünün idarəçilik formaları,siyasi rejimi və dövlət quruluşu formalarına görə səciyyələnir.Dövlətin forması dedikdə birinci növbədə idarəçiliyin və siyasi hakimiyyət institutlarının necə qurulması başa düşülür.Bu məsələ həm də mərkəz ilə yerlər arasında qanunvericilik hakimiyyətininbölünməsi ilə bağlıdır.Belə ki, əgər qanunvericilik funksiyaları yalnız mərkəzin əlində cəmlənirsə,onda dövlət unitar hesab olunur (Fransa,İtaliya,Azərbaycan).Digər halda,yəni ölkədəki ərazi vahidləri özü üçün qanunlar qəbul etmək səlahiyyətinə malik olursa,onda bu federativ dövlət adlanır (məsələn, müasir Rusiya,ABŞ,Meksika və sair).
Federasiya çox mühim funksiya yerinə yetirir: o,bir tərəfdən mərkəzin ağalıq cəhdini aradan qaldırır, digər tərəfdən isə ərazi vahidlərinin seperatizminin qarşısını alır. Federasiyanın üzvləri dövlətin tərkib hissəsi kimi çıxış edirlər və onun ali orqanlarının qərarlarına tabedirlər.Bununla yanaşı onların özlərinin hakimiyyət və idarəçilik orqanları,öz qanunvericiliyi və məhkəmə sistemi vardır.Başqa sözlə deyilsə, federasiya subyektlərinin hər biri hüquqi baxımdan nisbi müstəqil dövlət kimi çıxış edirlər.
İdarəçilik dövlət hakimiyyətinin həyata keçirilməsi forması ilə də sıx əlaqəlidir.Bu münasibətdə monarxiya və yaxud respublika forması ola bilər.Monarxiya (təkbaşına hakimiyyət) bütün hakimiyyətin bir nəfərin əlində mərkəzləşməsi deməkdir.Həmin şəxs hakim sülaləni təşkil edir.Bu halda hakimiyyət irsən keçir.İdarəetmənin respublika forması isə bununla səciyyələnir ki, hakimiyyət xalqın seçmiş olduğu nümayəndəli orqanlar tərəfindən həyata keçirilir.Bu forma qanuna görə xalqın əksəriyyəti hakimiyyətin mənbəyini təşkil edir.O,hüquqi qaydalara riayət olunmasını,aşkarlığı,hakimiyyət bölgüsünü nəzərdə tutur.
Monarxiya,yoxsa respublika forması yaxşıdır?Bu suala birmənalı cavab vermək çətindir.Doörudur, müasir ictimai inkişaf,sivlizasiyalı ölkələrin təcrübəsi sübut edir ki,respublika daha səmərəli demokratik formadır.Bununla yanaşı unutmaq olmaz ki, monarxiya quruluşuna malik olandövlətlər arasında da xeyli dərəcədə inkişaf etmiş və siyasi cəhətdən sabit ölkələr vardır.(Məsələn Səudiyyə Ərəbistanı,Birləşmiş Ərəb Əmirlikləri və s.)
Monarxiya formasında dövlət başçısı vəzifəsinin irsən keçməsi hakimiyyətlə bağlı mübahisələri, vətəndaş müharibəsini bir növ aradan qaldırır.Çünki taxt-tac hakim sülalənin nümayəndəsinə irsi qaydada ötürülür.Monarx bütün hakimiyyət funksiyalarını apara bilmir,onların bir hissəsini öz yxınlarına həvalə edir.Quldarlıqda,xüsusən də feodalizmdə monarxiya idarəçilik forması qeyri-məhdud hökmranlığa malik despotizm kimi çıxış edir.Sonrakı dövrlərdə monarxiyanın bir qədər yumşaldılmış forması olan konstitusiyalı monarxiya özünü göstərir.Bu forma bəzi ölkələrdə (İspaniya,İsveç,Böyük Britaniya Krallığı) indiyə qədər qalmaqdadır.Onlarda monarxiya,konstitusiya ilə əlaqəlidir,yəni qanunvericilik funksiyasını parlament,icraedici funksiyanı isə hakimiyyət yerinə yetirir.
Ədəbiyyat
1.Z.Hacıyev “Fəlsəfə” Bakı 2001
2.Korkunov N.M İstoriya filasofiya prava.S.Peterburq, 1908
3.Kritika sovremennoy burjuaznoy teoretiçeskoy sosioloqii. M.,1977 s.19-43.
4.Motroşilova N.V. Rojdenie i razvitie filosovskix idey. M., 1991,s.232-248.
5.Çanışev A.N. Kurs leksiy po drevney filosofii. M.,1981.
6.Filosovskiy ensklopediçeskiy slovar.M.,1989.
|