1. LAYİHƏNİN ADI: Layihənin adını tam şəkildə yazın.
2. PROBLEMİN QOYULUŞU: Həll etmək istədiyiniz problem haqqında
məlumat. Problemi necə müəyyən etdiyinizi göstərin. Nə üçün bu problemin həllini zəruri hesab edirsiniz?
4. LAYİHƏNİN ÜNVANLANDIĞI GƏNCLƏR QRUPU: Sizin təşkilat bu qrupu necə müəyyən etmişdir? Onlar neçə nəfərdir və harada yaşayırlar?
5. LAYİHƏNİN HƏYATA KEÇİRİLMƏ MÜDDƏTİ:
6. LAYİHƏNİN MƏQSƏDİ: Layihənin dəqiq məqsədini göstərin.
7. GÖZLƏNİLƏN NƏTİCƏLƏR: Layihənin həyata keçirilməsində iştirakçıların nə əldə edəcəklərini qeyd edin.
8. FƏALİYYƏT NÖVLƏRİ: Layihənin həyata keçirilməsində görüləcək işləri göstərin. Bundan başqa layihənin ünvanlandığı gənclər qrupunun layihənin həyata keçirilməsində rolunun nədən ibarət olduğunu göstərin.
9. İCRA PLANI: Xronoloji ardıcıllıqla cədvəldə layihənin həyata keçirilməsi üçün fəaliyyəti, onun icra vaxtını və icraçıları göstərin.
10. BÜDCƏ: Büdcəni aydın şəkildə, ayrı-ayrı bəndlərdə göstərin. Sizin təşkilat və ya başqa donorlar tərəfindən ödənilməsi nəzərdə tutulan xərcləri qeyd edin. Büdcədə aşağıda göstərilən maddələr Gənclər və İdman Nazirliyi tərəfindən ödənilmir:
- Ofisin icarəsi, mebel və texniki avadanlıqların alınması, layihə icraçılarına maaşın verilməsi.
11. LAYİHƏNİN DAVAMLILIĞI: Layihə başa çatdıqdan sonra layihənin ünvanlandığı gənclər qrupuna (benefisiantlara) təsirini qeyd edin. Layihənin davamlılığına təsir edən amilləri göstərin.
12. LAYİHƏNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATI: Layihə başa çatdıqdan sonra onun qiymətləndirilməsinin keçirilməsi vacibdir. Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinə layihənin nəticələri, Mühasibat uçotu sektoruna isə maliyyə hesabatı haqqında arayış təqdim edilməlidir.