M E D İ A V Ə R E K L A M
A R A Ş D I R M A L A R I
Media layihələr Azərbaycanda televiziya və radio kanallarının reytinq göstəricilərinin, həmçinin qəzet və jurnalların populyarlıq səviyyəsinin, eləcə də Media Reklam bazarının hərtərəfli öyrənilməsini təmin edir. Aşağıda təqdim edilmiş 6 Media layihəsi davamlı olaraq həyata keçirilməkdədir:
Televiziya Kanallarının Reytinqlərinin Ölçülməsi Layihəsi
Radio Stansiyaların Reytinqlərinin Ölçülməsi Layihəsi
Dövrü Mətbuatın Populyarlıq Səviyyəsinin Ölçülməsi Layihəsi
Televiziya Kanallarının Reklam və Proqram Monotorinqi
Radio Stansiyaların Reklam və Proqram Monitorinqi
Yazılı Mətbuatın Monitoriqi
Media araşdırmaları sahəsində biz bir sıra beynəlxalq və yerli şirkətlərlə, o cümlədən Procter and Gamble, The Coca-Cola Co., Colgate-Palmolive, Bakcell, Azersun, Mars Incorporated, British American Tobacco, D’Arcy, McCann Erickson, IP şirkətləri və s. ilə əməkdaşlıq edirik. Televiziya Kanallarının Reytinqlərinin Ölçülməsi Layihəsi Layihənin məqsədi və miqyası 1998-ci ilin avqust ayından etibarən SİAR tərəfindən davamlı olaraq həyata keçirilən bu layihə əsasında Azərbaycanda televiziya kanallarının reytinq göstəriciləri öyrənilir. Layihə Azərbaycanın 8 əsas şəhərini əhatə etməklə ölkədə yayımlanan televiziya kanallarının tamaşaçı auditoriyası haqqında ətraflı məlumat toplayır və təqdim edir: Televiziya Kanallarının Reytinqlərinin Ölçülməsi Layihəsi çərçivəsində aşağıda sadalanmış televiziya kanalları tədqiq edilir:
Yerli televiziya kanalları: AzTV1, AzTV2, ANS, Space, Lider, ATV, Kəpəz TV (Gəncə), Alternativ TV (Gəncə), Dünya TV (Sumgayıt), Qütb TV (Quba), Xəyal TV (Quba), Lənkəran TV (Lənkəran), Naxçıvan TV (Naxçıvan)
Xarici televiziya kanalları: ORT, RTR, STV, TRT 1, Kanal D, Iran TV
Digərləri: Kabel televiziyası Peyk televiziyası Video
Metodologiya Layihə şəhər əhalisi arasında sutka vaxtının 15 dəqiqəlik intervallar üzrə bölgüsünü və ölkə ərazisində yayımlanan televiziya kanallarının siyahısını əks etdirən gündəliklər əsasında həyata keçirilir.
Layihə panelini təşkil edən 1130 respondent İlkin Araşdırmanın nəticələri əsasında aşağıda qeyd olunmuş parametrlərə görə seçilmişdir:
• Ailə üzvlərinin sayı • Televiziya və video texnikaya sahiblik • Cins • Yaş • Təhsil • Aylıq gəlir
Respondentlər, izlədikləri televiziya kanalları haqqında informasiyanı qeyd etmək üçün hər həftə fərdi gündəliklərlə təchiz edilirlər.
Məlumatların Təhlili və Hesabatın Hazırlanması
Gündəliklərdən əldə edilən informasiya Böyuk Britaniyanın «SP Consultant» şirkəti tərəfindən xüsusi olaraq SİAR-ın həyata keçirdiyi Televiziya Kanallarının Reytinqlərinin Ölçülməsi Layihəsi üçün hazırlanmış peşəkar kompüter proqramı vasitəsilə işlənilir və təhlil edilir. Araşdırma hesabatları Sifarişçiyə hər panel həftəsi qurtardıqdan sonra 7 (yeddi) gün ərzində həftəlik əsasda təqdim edilir.
Sifarişçinin xüsusi xahişi olduqda ona hesabatın ixtisar olunmuş və sadələşdirilmiş versiyası təqdim edilə bilər. Hesabat bütövlükdə aşağıdakı məlumatları əks etdirir:
• Kanal Parametrləri – 15 dəqiqəlik vaxt intervalları üzrə kanalların reytinq göstəriciləri; • Demoqrafik Parametrlər – izləyicilərin demoqrafik göstəriciləri əsasında 15 dəqiqəlik intervallar üzrə kanalların reytinq göstəriciləri; • Ən yüksək reytinqli proqramlar – müxtəlif janrlı televiziya proqramlarının reytinq göstəriciləri; • Tak*Tik – reklam kampaniyalarının səmərəliliyinin ölçülməsi (kampaniyadan sonrakı təhlil); • X-Pert – reklam kampaniyalarının planlaşdırılması və optimallaşdırılması..
Radio Stansiyaların Reytinqlərinin Ölçülməsi Layihəsi Layihənin məqsədi və miqyası SİAR «Radio Stansiyaların Reytinqlərinin Ölçülməsi Layihəsi»ni 2002-ci ilin noyabr ayından etibarən davamlı olaraq həyata keçirməyə başladı. Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edən bu layihə ölkə ərazisində yayımlanan radio stansiyaların dinləyiciləri haqqında ətraflı məlumat əldə edir. Layihə çərçivəsində reytinq göstəriciləri araşdırılan radio stansiyaların adları aşağıda təqdim edilmişdir:
Yerli Özəl Radio Stansiyaları: ANS ÇM 102 FM, Antenn 101 FM, Bürc 100.5 FM, Europe Plus 107.7 FM, Azad Azərbaycan 106 FM, Radio Lider 107 FM, Space, Radio 104 FM. Yerli Dövlət Radio Stansiyaları: Azərbaycan Dövlət Radiosu, Araz Radio Stansiyası.
Xarici Radio Stansiyaları: Radio France International, Amerikanın Səsi, Türkiyənin Səsi, Azadlıq Radiosu, Rusiya Radiosu, Tehran Radiosu, Mayak, BBC
Metodologiya:
Layihə şəhər əhalisi arasında sutka vaxtının 15 dəqiqəlik intervallar üzrə bölgüsünü və ölkə ərazisində yayımlanan radio stansiyaların siyahısını əks etdirən gündəliklər əsasında həyata keçirilir.
Layihə panelini təşkil edən 613 respondent İlkin Araşdırmanın nəticələri əsasında aşağıda qeyd olunmuş parametrlərə görə seçilmişdir:
• Ailə üzvlərinin sayı • Radio və maqnitofon texnikasına sahiblik • Cins • Yaş • Təhsil • Aylıq gəlir
Respondentlər dinlədikləri radio stansiyalar haqqında informasiyanı qeyd etmək üçün hər həftə fərdi gündəliklərlə təchiz edilirlər. Məlumatların Təhlili və Hesabatın Hazırlanması
Gündəliklərdən əldə edilən informasiya Böyuk Britaniyanın «SP Consultant» şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış peşəkar kompüter proqramı vasitəsilə işlənilir və təhlil edilir. Araşdırma hesabatları Sifarişçiyə həftəlik əsasda təqdim edilir.
Sifarişçinin xüsusi xahişi olduqda ona hesabatın ixtisar olunmuş və sadələşdirilmiş versiyası təqdim edilə bilər. Hesabat bütövlükdə aşağıdakı məlumatları əks etdirir:
• Kanal Parametrləri – 15 dəqiqəlik vaxt intervalları üzrə stansiyaların reytinq göstəriciləri; • Demoqrafik Parametrlər – dinləyicilərin demoqrafik göstəriciləri əsasında 15 dəqiqəlik intervallar üzrə stansiyaların reytinq göstəriciləri; • Ən yüksək reytinqli radio proqramları – müxtəlif janrlı Radio paroqramlarının reytinq göstəriciləri; • Tak*Tik – reklam kampaniyalarının səmərəliliyinin ölçülməsi (kampaniyadan sonrakı təhlil); • X-Pert – reklam kampaniyalarının planlaşdırılması və op Televiziya Kanallarının Reklam və Proqram Monitorinqi Layihəsi Layihənin məqsədi və miqyası 2000-ci ilin may ayından etibarən SİAR «Televiziya Kanallarının Reklam və Proqram Monitorinqi Layihəsi»ni həyata keçirməyə başladı. Bu layihənin əsas məqsədi yerli televiziya reklamı bazarının araşdırılması, o cümlədən bu sahədə mövcud olan vəziyyətin qiymətləndirilməsinə istiqamətləndirilib.
Ölkə ərazisində daimi və ya vaxtaşırı yayımlanan televiziya kanalları arasından, daima yayımlanan və Sifarişçilərin maraq dairəsinə daxil olan 10 əsas televiziya kanalının efir vaxtının monoitorinqi aparılır.
Bu layihə çərçivəsində əhatə olunan televiziya kanalları aşağıdakılardır: Alternativ (Gəncə), ANS TV, ATV, AzTV1, AzTV2, Kəpəz TV (Gəncə), Lider TV, ORT, RTR, Space TV.
Metodologiya və Monitorinq Prosesi
Televiziya kanallarının monitorinqi aşağıda göstərilmiş üç əsas mərhələdə həyata keçirilir:
Birinci mərəhələ
Birinci mərhələdə yuxarıda qeyd olunmuş kanalların bütün proqramları 24 saat ərzində SİAR-ın Bakı və Gəncə ofislərində video kassetlərə yazılır. Bu mərhələdə yarana biləcək hər hansı problemi aradan qaldırmaq üçün hər iki ofis xüsusi avadanlıq dəsti ilə təchiz edilib. Bundan əlavə, videoyazılışda yarana biləcək hər hansı problemi həll etmək üçün operatorlar bu prosesi sutkaboyu (24 saatlıq) nəzarət altında saxlayırlar.
İkinci mərhələ
Bu mərhələdə SİAR-ın xüsusi təlimat keçmiş əməkdaşları ixtisaslaşdırılmış avadanlıq vasitəsilə video kassetləri izləyir və məlumatları kompüter proqramına daxil edirlər.
Üçüncü mərhələ
Axırıncı mərhələdə həm proqram, həm də reklam faylı büsbütün yoxlanılır.
Sonda, toplanmış məlumatlar əsasında reklam məlumatlarını özündə əks etdirən hesabatlar (Excel və Tak*Tik formatlarında) Sifarişçiyə təqdim edilir.
Hesabatın hazırlanması
Ümumiyyətlə, «Televiziya Kanallarının Reklam və Proqram Monitorinqi Layihəsi»nin nəticələri əsasında hazırlanan tam hesabatlar aşağıdakı məlumatları özündə ehtiva edir:
• Kanal (monitorinqi keçirilmiş televiziya kanallarının adları) • Videoyazılışın aparılma tarixi (gün/ay/il) • Videoyazılışın aparıldığı həftə günü • Reklamın başlanma vaxtı • Reklamın qurtarma vaxtı • Reklamın davamiyyəti • Reklam olunan markanın adı • Verilən reklamın qiyməti • Reklam çarxının proqramda yeri (proqramdan əvvəl və sonra, proqramın içində) • Reklam çarxının ümumi reklam blokunda yeri • Blokda sonuncu reklam • Verilən reklam çarxının aid olduğu proqramın adı • Verilən reklam çarxının aid olduğu proqramın növü • Şirkət (məhsulun istehsalçısı) • Yayımlanan reklam çarxının növü (yerli/xarici).
Nəticələrin Təqdimatı
Monitorinqin nəticələri əsasında hazırlanan hesabatların məzmunu Sifarişçinin istəyilə müəyyən olunur:
• hesabatda hansı parametlər əks etdirilməlidir; • hesabat hansı formada təqdim edilməlidir; • hesabat hansı periodu əhatə etməlidir və s.
Nəticələr həftədə bir dəfə, ayda bir və ya iki dəfə təqdim edilə bilər. Sifarişçinin istəyindən asılı olaraq SİAR Monitorinq hesabatlarının təqdimatını həm çap, həm də elektron versiyalarda gerçəkləşdirə bilər.
Dövrü Mətbuatın Populyarlıq Səviyyəsinin Ölçülməsi Layihəsi SİAR şirkətinin media araşdırmaları sferasında həyata keçirdiyi bu layihə 1999-cu ildən etibarən əhali arasında 3 ayda bir dəfə olmaqla, ildə dörd dəfə həyata keçirilir. Layihənin başlıca məqsədi əhali arasında qəzet və jurnalların populyarlıq səviyyəsini qimətləndirmək, həmçinin qəzet / jurnal oxuma vərdişlərini tədqiq etməkdən ibarətdir. Respondentlərin demoqrafik xüsusiyyətlərindən başqa, layihə çərçivəsində aşağıdakı məsələlər də araşdırılır:
• Qəzet və jurnalların populyarlığı, • Daha tez-tez oxunan yerli və xarici qəzetlər, jurnallar, • Oxumaq üçün üstün tutulan qəzet və jurnal mövzuları, • Müxtəlif məsələlərə dair əhalinin əsas informasiya mənbələri və s.
Layihə Azərbaycan Respublikasının bütün regionlarını təmsil edən əsas şəhərləri – Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran, Mingəçevir, Quba və Şamaxı şəhərlərini – əhatə etməklə xüsusi məqsədlə hazırlanmış strukturlu anketlər vasitəsilə həyata keçirilir. Araşdırma təsadüfi seçmə metodunun tətbiqi nəticəsində seçilən 15-65 yaş kateqoriyasına mənsub 1200 respondentin sorğu edilməsi yolu ilə keçirilir.
Demoqrafik parametrlərə əsasən respondentlərin qəzet / jurnal oxuma vərdişləri təhlil olunur və Sifarişçiyə onun istədiyi şəkildə təqdim edilir.
S O S İ A L V Ə S İ Y A S İ
A R A Ş D I R M A L A R
SIAR həm ümummilli, həm də regional əhəmiyyət kəsb edən və müxtəlif sosial-siyasi problemlərin araşdırılmasına həsr edilmiş çoxsaylı layihələr həyata keçirmişdir. Qaçqın və məcburi köçkünlər də daxil olmaqla əhalinin müxtəlif kateqoriyalarının səhiyyə problemləri və həyat səviyyəs, münaqişələrin həlli (Qarabağ müharibəsi, digər ökələrə münasibət), ətraf mühit (təbii sərvətlər və ekologiya), hüquq və azadlıqlar, seçkilər, sosial təsirin qiymətləndirilməsi, şəhər infrastrukturu və s. mövzular bu istiqamətdə həyata keçirilmiş layihələrin tədqiqat predmetini təşkil etmişdir. Həmin araşdırmaların nəticələrindən müxtəlif sosial məzmunlu strategiyaların işlənib hazırlanması zamanı istifadə edilmişdir.
Ümumiyyətlə, bu istiqamətdə həyata keçirilmiş layihələrin mövzuları aşağıdakı şəkildə təsnifləşdirilə bilər (lakin bu cür təsnifat hər hansı sosial-siyasi araşdırma çərçivəsində tədqiq edilmiş məsələlərin əhatə dairəsini məhdudlaşdırmamalıdır):
• Səhiyyə və inkişaf problemləri; • Əhalinin ayrı-ayrı kateqoriyalarının sosial problemləri; • İnfrastruktura; • Əhalinin sosial və siyasi fəaliyyəti; • Ölkənin mədəniyyətlə əlaqədar problemləri; • İqtisadi və siyasi hadisələrin sosial təsiri; • Ayrı-ayrı bazar sektorlarının sosial aspektləri; • İctimai əhəmiyyət kəsb edən sosial məsələlər;
SİAR-ın indiyədək keçirdiyi sosial araşdırmalardan bəzilərinin xülasəsi aşağıda əks etdirilmişdir. Həmin layihələr haqqında təqdim olunan arayış xarakterli məlumat həyata keçirilmiş araşdırmaların müxtəlifliyini və miqyasını görməyə imkan verir:
1. Gənclərin Sağlamlıq və İnkişaf Problemlərinin Araşdırılması
2. Əhalinin Səhiyyə Tələbatı və Səhiyyə Xidmətlərindən İstifadənin Araşdırılması
3. Reproduktiv Sağlamlığın Araşdırılması / Təhlükəsiz Analıq
4. Azərbaycanda Fahişələrin və Homoseksualların Problemlərinin Araşdırılması
5. Bakı Şəhərində Nəqliyyat Vasitələrinin Təkmilləşdirilməsinə dair Araşdırma
6. Cənubi Qafqazda Ticarətə Dəstək və Ticarət Daşımalarına dair Araşdırma
7. Azərbaycanda Əhalinin QHT haqqında Məlumatlılıq Səviyyəsinin Araşdırılması
8. Əhalinin Beynəlxalq Təşkilatlar haqqında Məlumatlılıq Səviyyəsinin Araşdırılması
9. Şirvanşahlar və Şəki Xan Sarayı Kompleksləri ilə bağlı Araşdırma
10. Qarabağlar və Möminə Xatun Türbəsi ilə bağlı Araşdırma
11. Mədəni Həyatda İştirakın Araşdırılması
12. İlin Yekunlarına Dair Əhali Rəyinin Araşdırılması (İllik Araşdırma)
13. Məişət Avadanlıqları Bazarının Araşdırılması
14. Çap Məhsulları Bazarının Araşdırılması
15. Aqromarketinq Tədbirləri ilə bağlı İnformasiya Kampaniyası
16. Azərbaycanda Sərhəd Fəaliyyəti Göstəricilərinin Qiymətləndirilməsi
17. Azərbaycanda Həyat Tərzinin Araşdırılması
Sosial və siyasi araşdırmalar sahəsində Sİfarişçilərimiz arasında Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, ISAR Beynəlxalq Təşkilatlı, Beynəlxalq Tibb Korpusu və s. kimi beynəlxalq təşkilatlar vardır. Gənclərin Sağlamlıq və İnkişaf Problemlərinin Araşdırılması SİAR bu layihəni gənclərin sağlamlıq və inkişaf problemlərinin o cümlədən, cinsi yollarla keçən xəstəliklər, QİÇS xəstəliyinə yoluxma və müxtəlif maddələrdən (narkotik maddələr, spirtli içkilər, tütün, nəfəslə çəkilən toksik maddələrdən) sui istifadə hallarının, reproduktiv sağlamlıq və digər əlaqədar məsələlərin araşdırılması, eləcə də gənclərin sağlamlıq və inkişaf barədə düşüncələri, bilgi və praktikalarının qiymətləndirilməsi məqsədilə həyata keçirmişdir. Araşdırma nəticəsində əldə edilmiş məlumatlara əsaslanaraq ölkədə gənclərin səhiyyə və inkişaf problemlərinin mümkün həll yolları müəyyən edilmişdir. Əhalinin Səhiyyə Tələbatı və Səhiyyə Xidmətlərindən İstifadənin Araşdırılması Qaçqın və məcburi köçkünlərin səhiyyə və tibbi xidmətlərlə bağlı spesifik problemləri, ehtiyacları, tələbatları, gözləntiləri və imkanlarının araşdırılması araşdırmanın əsas məqsədlərini təşkil etmişdir. Bakı Şəhərində Nəqliyyat Vasitələrinin Təkmilləşdirilməsinə Dair Araşdırma Layihənin əsas məqsədi şəhər infrastrukturunun (nəqliyyat sahəsində) araşdırılması və Bakı şəhərində nəqliyyat sisteminin mövcud vəziyyətinin təkmilləşdirilməsindən ibarət olmuşdur. Layihənin gedişatı boyu keçirilmiş 13 araşdırma zamanı 100,000 respondent sorğuya cəlb edilmişdir.
Əhalinin Beynəlxalq Təşkilatlar Haqqında Məlumatlılıq Səviyyəsinin Araşdırılması Layihə ayrı-ayrı beynəlxalq təşkilatlar, onların Azərbaycandakı fəaliyyətləri və ölkəyə iqtisadi təsirləri haqqında əhalinin məlumatlılıq səviyyəsinin öyrənilməsinə yönəldilmişdi. M Ə L U M A T L I L I Q Məlumatlılıq respondentin müəyyən bir obyekt və ya ideya haqqında biliklərinin ölçülməsidir. Məlumatlılığın iki əsas ölçmə vasitəsi vardır:
a) Yada salınan Məlumatlılıq («Yarımmexaniki Məlumatlılıq» da adlandırılır) bəzi stimullaşdırma vasitələrinin göstərilməsindən sonra bir şeyi (məs; məhsul markası və ya reklamı) gördüklərini iddia edən respondentlərin faizini əks etdirir.
b) Spontan Məlumatlılıq («Yada salınmayan Məlumatlılıq» da adlandırılır) anketçi tərəfindən heç bir köməklik göstərilmədən marka adını yada sala bilən respondentlərin sayıdır. Mədəni Həyatda İştirakın Araşdırılması Bu layihə zamanı SİAR əhalinin ölkənin mədəni həyatında iştirakı haqqında ictimai rəy sorğusunu keçirmişdir. Azərbaycan əhalisinin əsas mədəniyyət mərkəzlərinə qarşı münasibəti , o cümlədən bu mərkəzlərdən istifadəsinin durumu layihə nəticəsində əldə edilmiş məlumatlar əsasında qiymətləndirilmişdir. Azərbaycanda Həyat Tərzinin Araşdırılması Bu araşdırma Azərbaycanda həyat tərzinin müxtəlif aspektlərini öyrənir və insan həyatının müxtəlif sahələrini əhatə edir: Demoqrafiya (cins, təhsil, yaş, gəlir səviyyəsi, ailə vəziyyəti və s.); Fərdi parametrlər (saçın rəngi, gözlərin rəngi və boyun hündürlüyü); Qidalanma vərdişləri (müxtəlif ərzaq növləri, üstünlüklər və s.); Ailə həyatı (ailənin xüsusiyyətləri, gündəlik həyatı, nigah dəyərləri); Mədəniyyət, İş həyatı və Dəyərlər; İstirahət Vərdişləri (səyahət etmə yolları, vaxtın planlaşdırılması, turizm agentliklərindən istifadə və s.); Mülkiyyət (elektrik cihazları, rabitə vasitələri, isitmə avadanlıqları və s.); İstehlak vərdişləri (kosmetik vasitələr, içkilər, bazarlıq vərdişləri və s.); Media Vərdişləri (televiziya izləmə, radio dinləmə, qəzet/jurnal oxuma vərdişləri və s.).
3.İqtisadi və marketinq tədqiqatları
İqtisadi və marketinq tədqiqatlarının keçirilməsi SİAR-ın əsas fəaliyyət istiqamətlərindən biridir. Bu istiqamət Sifarişçilərə müxtəlif iqtisadi və işgüzar məsələlər, o cümlədən aşağıda təqdim edilən bəndlər üzrə ətraflı məlumat verməklə onların göstərdiyi xidmətlərin təkmilləşdirilməsi məqsədini güdür:
• Marka Adının Formalaşdırılması və Test Edilməsi • Reklamın Səmərəliliyi • Müəssisədaxili Heyət • Qablaşdırma Dizaynı / Tərtibatı • Bazar Payının Təhlili • Məhsuldan Məmnunluq • Bazarlıq Davranışı • Markaya Münasibət • Pərakəndə Satışın Ölçülməsi
Kommersiya və qeyri-kommersiya təşkilatlarının sifarişi ilə biz bir çox sahələri tədqiq etmişik:
Yeyinti Sənayesi: Qazlaşdırılmış alkoqolsuz içkilər, spirtli içkilər, qəhvə, saqqız, yağ, süd məhsulları; Kənd Təsərrüfatı: Heyvandarlıq, istehsal; Xidmət Sahəsi: Restoran/qəlyanaltı, mehmanxanalar; Rabitə: Lokal rabitə, internet, mobil rabitə; Ağır Sənaye: Ağır maşınqayırma, neft emalı sənayesi, maşın və avadanlıq sənayesi; Təmizləyici Vasitələr: Kosmetik vasitələr, yuyucu və təmizləyici vasitələr.
Bu istiqamətdə həyata keçirilmiş bəzi layihələrin siyahısı aşağıda verilmişdir:
GSM Tədqiqatı
Yeni Rabitə Xidmətlərinə Münasibətin Araşdırılması
Qablaşdırılmış Qazsız Su Dadlarının Test Edilməsi
Süd Məhsulları üzrə İstehlak Vərdişlərinin Araşdırılması
Pərakəndə Satışın Ölçülməsi
İstehlakçı Məmnunluğunun Araşdırılması
Yeni Xidmət Tələbatlarının Araşdırılması
Maqna Siqaret Markası haqqında Məlumatlılıq Səviyyəsinin Araşdırılması
Reklam Kampaniyası ilə bağlı Testlərin Keçirilməsi
Azərbaycanda Maşınqayırma Sənayesinin Araşdırılması
Elektrik Cihazları Bazarının Araşdırılması
CABI (İstehlakçı Münasibəti və Davranışı Göstəricilərinin) Araşdırması
CRR Araşdırması
Alkoqollu İçki Bazarının Araşdırılması
Təmizləyici və Yuyucu Vasitələr Bazarının Araşdırılması
Siqaret Məhsulları üzrə İstehlakçı Bazarının Araşdırılması
Markaya Münasibət Məsələlərinin Araşdırılması
Siqaret Çəkmək Vərdişlərinin Araşdırılması
Siqaret Satış Məntəqələrinin Siyahıya alınması
GSM Tədqiqatı GSM Tədqiqatının əsas məqsədi mobil telefonlardan istifadə reytinqi, müxtəlif mobil telefon markalarının populyarlıq səviyyəsi, istifadəçilərin demoqrafik xüsusiyyətləri, üstünlük verdikləri telefon markaları və əsas markalara qarşı münasibətləri və mobil telefon reklamları haqqında məlumatlılıq səviyyəsi kimi məsələlərin tədqiq edilməsindən ibarət olmuşdur. R E Y T İ N Q Reytinq hər hansı konsepsiyanın, məhsulun, reklamın və s. qiymətləndirilməsi üçün istifadə edilən prosesdir. Bu prosesə cəlb olunan respondentlər öz fikirlərinin ifadəsi olan qiyməti şkaladan bir rəqəm seçməklə işarə edirlər. Ü S T Ü N L Ü K L Ə R Üstünlük Testi zamanı araşdırma iştirakçılarına müqayisə üçün bir neçə məhsul və ya xidmət növləri təklif olunur və sonra iştirakçıların üstün tutduqları növlər aydınlaşdırılır
Ü S T Ü N L Ü K L Ə R Üstünlük Testi zamanı araşdırma iştirakçılarına müqayisə üçün bir neçə məhsul və ya xidmət növləri təklif olunur və sonra iştirakçıların üstün tutduqları növlər aydınlaşdırılır. Yeni Rabitə Xidmətlərinə Münasibətin Araşdırılması Bu tədqiqat müxtəlif qrup mobil rabitə istifadəçilərinin yeni xidmət təkliflərinə qarşı münasibəti haqqında ətraflı məlumatın əldə edilməsinə imkan vermişdir. Xidmətin dəyərləndirilməsi, gözləntilər və təklif olunan düzəlişlər layihə çərçivəsində düzənlənmiş müzakirənin əsas mövzularını təşkil etmişdir. M Ü N A S İ B Ə T Münasibət - fərdin hər hansı obyekt və ya ideyaya qarşı müəyyən edilmiş davranış meyliliyidir. Münasibətin üç komponenti mövcuddur: (i) İdrak komponenti- bilik və təsəvvürlər; (ii) Emosional komponent - hisslər və emosiyalar; (iii)Rəftar komponenti - davranış (adətən alış ehtimalı məsələlərinin ölçülməsi).
Münasibət Araşdırması - insanların konkret məhsullar, ideyalar və şirkətlər haqqında hansı düşüncələrə malik olduqlarını müəyyən edən tədqiqatdır F O K U S Q R O U P Fokus Qrup (həmçinin Fokus Qrup Sorğuları və ya Qrup Müzakirələr də adlandırılır) Keyfiyyət Araşdırma Texnologiyasının elə bir növüdür ki, burada konkret bir mövzu ətrafında az sayda seçilmiş (adətən 8-12 nəfər) iştirakçıların qeyri-formal müzakirələri həyata keçirilir. Müzakirə, nəticəyə heç bir təsiri olmayan təlimatlandırılmış moderator tərəfindən aparılır. Moderator tədqiqat predmeti olan bütün məsələlərin qrup tərəfindən müzakirə edildiyinə əmin olmalı və bütün iştirakçıların mövzu ilə bağlı ifadə etdikləri fikirlərin aydın olmasını təmin etməlidir. İştirakçıların ideal sayı müzakirə ediləcək mövzunun məzmunundan asılıdır, məsələn, mürəkkəb məzmunlu mövzuların müzakirəsi üçün iştirakçıların nisbətən az sayda (4-6 nəfər) olması daha məqsədəuyğundur. Bu tədqiqatın əsas məqsədi potensial alıcı rəylərini və Sifarişçi tərəfindən bazara çıxarılıcaq yeni su növlərinə qarşı ictimaiyyətin münasibətini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqat zamanı SİAR Hall Test metodunu tətbiq etməklə qablaşdırılmış qazsız su istehlakçıları arasında yeni su növlərinin dad testini keçirmişdir. Qablaşdırılmış Qazsız Su Dadlarının Test Edilməsi Bu tədqiqatın əsas məqsədi potensial alıcı rəylərini və Sifarişçi tərəfindən bazara çıxarılıcaq yeni su növlərinə qarşı ictimaiyyətin münasibətini öyrənməkdən ibarət olmuşdur. Bu tədqiqat zamanı SİAR Hall Test metodunu tətbiq etməklə qablaşdırılmış qazsız su istehlakçıları arasında yeni su növlərinin dad testini keçirmişdir. A R A Ş D I R M A L A R Araşdırmalar əvvəlcədən tərtib edilmiş anketlər vasitəsilə respondentlərlə çoxlu sayda sorğuların keçirilməsindən ibarətdir. H A L L T E S T «Hall Test» zamanı bəzi bazar tədqiqatlarında (əsasən kəmiyyət araşdırmalarında) iştirak etmək üçün iştirakçılar əvvəlcədən müəyyən edilmiş hər hansı mərkəzi məntəqəyə dəvət olunurlar. D A D I N T E S T E D İ L M Ə S İ Dad testi zamanı iştirakçılar məhsulun ya ayrıca olaraq, ya da digər məhsullarla müqayisədə dadını qiymətləndirirlər. Dadın test edilməsi zamanı adətən "Kor" metodu tətbiq edilir, yəni ticarət markası, qablaşdırma növü və məhsulu tanıda biləcək digər əlamətlər aradan götürülür. Dad Testi adətən əvvəlcədən kirayə edilmiş mərkəzi bir yerdə keçirilir, lakin testlər iştirakçıların evlərində də təşkil oluna bilər. Süd Məhsulları üzrə İstehlak Vərdişlərinin Araşdırılması Tədqiqat Bakı əhalisinin süd məhsulları ilə bağlı istehlak vərdişləri haqqında ətraflı informasiyanın toplanmasına və təqdim edilməsinə yönəldilmişdi. SİAR «Focus Group» metodundan istifadə etməklə qrup müzakirələr təşkil etmiş və həmin müzakirələrin nəticəsində əldə edilmiş məlumatların təhlilinə istinadən hesabat hazırlamışdır. F O K U S Q R O U P Fokus Qrup (həmçinin Fokus Qrup Sorğuları və ya Qrup Müzakirələr də adlandırılır) Keyfiyyət Araşdırma Texnologiyasının elə bir növüdür ki, burada konkret bir mövzu ətrafında az sayda seçilmiş (adətən 8-12 nəfər) iştirakçıların qeyri-formal müzakirələri həyata keçirilir. Müzakirə, nəticəyə heç bir təsiri olmayan təlimatlandırılmış moderator tərəfindən aparılır. Moderator tədqiqat predmeti olan bütün məsələlərin qrup tərəfindən müzakirə edildiyinə əmin olmalı və bütün iştirakçıların mövzu ilə bağlı ifadə etdikləri fikirlərin aydın olmasını təmin etməlidir. İştirakçıların ideal sayı müzakirə ediləcək mövzunun məzmunundan asılıdır, məsələn, mürəkkəb məzmunlu mövzuların müzakirəsi üçün iştirakçıların nisbətən az sayda (4-6 nəfər) olması daha məqsədəuyğundur
Pərakəndə Satışın Ölçülməsi Bu layihə HORECADI (mehmanxana, restoran, kafe-bar, diskotekalar) və pərakəndə satış məntəqələrində konkret məhsul növünün pərakəndə satışının ölçülməsinə istiqamətləndirilib. Pərakəndə Satışın Ölçülməsi istehsalçılara onların bazar strategiyası və satış siyasətinin formalaşdırılmasında vacib olan göstəricilərin təyin edilməsinə kömək edir. Bu göstəricilər aşağıdakılarla bağlı tendensiyaları əks etdirir:
• bazarda artım və geriləmə tendensiyaları; • satış həcmi; • məhsulun bazarda hərəkəti; • pərakəndə ticarətçilərin bazarlıq vərdişləri; • markanın istehlakçılar tərəfindən qəbulu; • istehlakçı seçimi.
Layihə nəticəsində Sifarişçiyə 3 aylıq zaman müddəti üzrə aşağıdakı məlumatları özündə əks etdirən hesabat təqdim edilir:
• Bazar Payı • Rəf/piştaxta Payı • Satış (fiziki ölçü və dəyər ifadəsi ilə) • Çəki bölgüsü • Miqdar bölgüsü • Məhsulun çəki ehtiyatı • Məhsulun miqdar ehtiyatı • Məhsulun çəki satışı • Məhsulun miqdar satışı
Hesabat aşağıdakı parametrlərə uyğun olaraq təqdim edilir:
• Şəhər üzrə, pərakəndə satış məntəqələri və açıq bazar üzrə • Sektor üzrə, növ üzrə, şirkət üzrə, marka üzrə, qablaşdırma üzrə, dad üzrə. İstehlakçı Məmnunluğunun Araşdırılması Bu tədqiqatın başlıca məqsədi Azərbaycan bazarındakı mobil rabitə xidməti haqqında ətraflı məlumat toplamaq, bu sahədə göstərilən xidmətlərlə bağlı abunəçilərin rəylərini öyrənmək və onların məmnunluq səviyyələrini qiymətləndirməkdən ibarət olmuşdur. SİAR 1200 mobil telefon istifadəçisi arasında telefon sorğusu keçirmiş və Sifarişçiyə çarpaz təhlil hesabatını təqdim etmişdir. Yeni Xidmət Tələbatlarının Araşdırılması Bu tədqiqat Azərbaycanın mobil rabitə xidmətləri bazarında yeni xidmət növlərilə bağlı istehlakçı ehtiyaclarının aşkar edilməsi və yeni xidmətlərin istehlakçılar tərəfindən necə qəbul edildiyinin qiymətləndirilməsi məqsədini daşımışdır. SIAR bu tədqiqat üçün «Focus Group» metodunu tətbiq etməklə 6 ədəd qrup müzakirələr keçirmişdir. "Maqna" Siqaret Markası haqqında Məlumatlılıq Səviyyəsinin Araşdırılması Bu araşdırma əhalinin "Maqna" siqaret markası haqqında məlumatlılığını aşkar etmək üçün həyata keçirilmişdir. Araşdırma 500 nəfər siqaret çəkən şəxs arasında üz-üzə sorğular vasitəsilə gerçəkləşdirilmişdir. Sonda, əsas göstəricilərin təhlilini əks etdirən hesabat Sifarişçiyə təqdim edilmişdir. M Ə L U M A T L I L I Q Məlumatlılıq respondentin müəyyən bir obyekt və ya ideya haqqında biliklərinin ölçülməsidir. Məlumatlılığın iki əsas ölçmə vasitəsi vardır:
a) Yada salınan Məlumatlılıq («Yarımmexaniki Məlumatlılıq» da adlandırılır) bəzi stimullaşdırma vasitələrinin göstərilməsindən sonra bir şeyi (məs; məhsul markası və ya reklamı) gördüklərini iddia edən respondentlərin faizini əks etdirir.
b) Spontan Məlumatlılıq («Yada salınmayan Məlumatlılıq» da adlandırılır) anketçi tərəfindən heç bir köməklik göstərilmədən marka adını yada sala bilən respondentlərin sayıdır. S O R Ğ U Sorğu anketçi ilə respondent arasında informasiya mübadiləsidir. Anket bu mübadilənin həyata keçirilməsi üçün istifadə olunan alətdir. Anketçi sual və ya suallara verilən cavabları kağızda və ya kompüter proqramında qeyd edir. Reklam Kampaniyası ilə bağlı Testlərin Keçirilməsi Bakı şəhərində təşkil edilən bu araşdırma perspektivdə keçirilməsi nəzərdə tutulan reklam kampaniyaları ilə bağlı istehlakçı münasibəti və rəyinin qiymətləndirilməsi məqsədini güdmüşdür. Araşdırma 2 (iki) məntəqədə 280 (iki yüz səksən) respondent arasında «Hall Test» metodunu tətbiq etməklə həyata keçirilmişdir. Aparılmış test nəticələri əsasında analitik hesabat hazırlanmış və Sifarişçiyə təqdim edilmişdir. Azərbaycanda Maşınqayırma Sənayesinin Araşdırılması Azərbaycanda Maşınqayırma Sənayesinin Araşdırılması Layihəsi sahənin hərtərəfli tədqiq edilməsinə və mövcud problemlərin aşkarlanmasına yönəldilmişdi. Araşdırma məqsədlərinə çatmaq üçün Masaarxası Tədqiqat metodundan istifadə edilmişdir. Əldə olunmuş nəticələr əsasında analitik hesabat hazırlanmışdır.
M A S A A R X A S I T Ə D Q İ Q A T
Masaarxası Tədqiqat araşdırılan konkret problem kontekstində bütün mövcud təkrar (artıq toplanmış) informasiyanın sistematik olaraq nəzərdən keçirilməsi və təhlil edilməsidir.
Təkrar İnformasiya nə vaxtsa toplanmış və başqa bir tədqiqat layihəsi (hal-hazırki layihədən başqa) üçün dərc edilmiş informasiyadır. Təkrar informasiyanın iki növü vardır: daxili və xarici təkrar informasiya.
|