Biznes-Plan Nədir, O Necə Tərtib Olunur? - Strateji planlaşdırma - Kitablar - Kitabxana - Marketing
Marketing Четверг, 08.12.2016, 12:50
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Strateji planlaşdırma

Biznes-Plan Nədir, O Necə Tərtib Olunur?
[ ] 05.10.2008, 13:07
                   
                                          Biznes-Plan Nədir, O Necə Tərtib Olunur?  


Son zamanlar ölkəmizin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq çox tez-tez «biznes» sözünü eşidir, müxtəlif yazılarda ona rast gəlirik. Biznesin planlaşdırılmasından, Biznes-Plandan da söhbət gedir. 
Bəs biznes nədir? Terminologiya lüğətlərində «biznes» - «gəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyət» kimi izah edilir, yəni bizneslə məşğul olmaq, gəlir əldə etmək deməkdir, biznesin məqsədi isə gəlir əldə etməkdir. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada adamlar əvvəlcədən özlərinin Biznes-Planlarını tərtib etmədən işə başlas-ınlar. Bu tamamilə aqrobizneslə, yəni kənd təsərrüfatı, emal sənayesi və onların xidmət sahələri ilə məşğul olan iş adamlarına da aiddir.
Biznes-Plan iki hissədən: görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa sözlə dedikdə Biznes-Planda nəzərdə tutulmuş bizne-sin, yəni gəlir əldə etmək əqsədinin qısa, dəqiq və aydın şərhi verilir və ona nail olmağın şərtləri, yolları aşkarlanır.
Biznes-Planın tərtib edilməsinin üç mühüm əhəmiyyəti vardır:
1. Biznes-Plan - biznesin, yəni gəlir əldə etməyin idarə olunmasının əsaslarını hazırlamaqda istifadə edilə bilər.
2. Biznes-Plan elə bir alətdir ki, iş adamı onun köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər.
3. Biznes-Plan - təsərrüfatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, «tapılmasının» vasitəsidir.
Qeyd olunanlar bir daha onu sübut edir ki, hər bir iş adamı üçün əvvəlcədən Biznes-Planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmaqa və tanı-madığın bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir . Elə buna görədir ki, ölkəmizdə sahibkar-lığın inkişafına kömək etmək istəyən xarici ölkə sərmayədarları və ya iş adamları burada olarkən ilk növbədə sahibkarlıqla məşğul olmaq istəyən adamların Biznes-Planlarının olub-olmaması ilə maraqlanırlar. Əgər bu plan yoxdursa onlar belə əməkdaşlıqdan imtina edirlər.
Biznes-Plan müqəddimədən, yəni girişdən və iki fəsildən ibarət tərtib edilir: Birinci fəsildə biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı verilir. Lakin bilmək lazımdır ki, bu fəsillər bir-biri ilə üzvü surətdə bağlıdır və biri - digərini tamamlayır. Yəni maliyyə planını hazırlayarkən hökmən biznesin təsviri fəsilindən müddəalara əsaslanmalıdır.
Müqəddimə
Burada müəssisə (təsərrüfat) haqqında ətraflı məlumat verilir, təhsilinizi, sənətinizi, nə vaxtdan in-diki işlə məşğul olmağınızı göstərirsiniz. Sonra aqrobiznesin hansı forması ilə (əkinçiliyin, heyvan-darlığın konkret sahələri, tədarük-ticarət, texniki xidmət, emal və s.) məşğul olmaq istədiyinizi göstərməli və bunu əsaslandırmalısınız. Nə üçün siz bu bizneslə məşğul olmaq qərarına həlmişsiniz, bunun nə kimi əhəmiyyəti var? Siz öz bilik, bacarıq və həyat təcrübəniz, maddi imkanınız ilə bu biznesin inkişafına nail ola biləcəksinizmi? Sonra isə aşağıdakı fəsilləri və bölmələri yazmalısınız.

Biznesin təsviri

1) Ehtiyatlar
Bu bölmədə biznesi aparmaq üçün mövcud ehtiyatlarınızı göstərməlisiniz. Yəni nə qədər torpaq sahəniz, bina, maşın, avadanlıq və işçi qüvvəniz vardır? Avadanlığınız nə vəziyyətdədir, onu qay-daya salmaq üçün nə etmək lazımdır? Əlavə istehsal vasitələrinə ehtiyac varmı və onlar necə və har-dan alınacaqdır və ya icarəyə götürüləcəkdir?
2) Məqsəd
Bu bölmədə aşağıdakı suallara cavab verilməlidir:
Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür edirsiniz?
Siz onun inkişafını necə təmin edəcəksiniz: əqlinizlə, fiziki əməyinizlə, maliyyə vəsaitinizlə?
Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq istəyirsiniz?
Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın (müəssisənin) inkişafına sərf etmək fikriniz varmı və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?
3) Təsərrüfatın (müəssisənin) yerləşəcəyi yer
Siz öz bisnesinizlə harada məşğul olacaqsınız?
Təsərrüfatın (müəssisənin) yerləşdiyi sahə biznesin inkişafına təminat verirmi? Təsərrüfatın yerləş-diyi sahənin infrastrukturu (su, elektrik enerjisi və nəqliyyatla təminatı) müştərinizlə əlaqə yarat-mağa imkan verirmi?
4) Məhsul və ya xidmət
İstehsal etdiyiniz və ya edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın. Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı şərh edin. Bu maddəni yazmağa başlayarkən özünüzə aşağıdakı sualları verin:
Mən insanları necə inandıra bilərəm ki, onlar mənim istehsal etdiyim məhsulu alsınlar və ya mənim xidmətimdən istifadə etsinlər?
Bu məhsul və ya xidmət istənilən olacaqmı?
Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən istifadə edəcəklərmi?
Mənim müştərilərim üçün bu məhsul zəruridirmi, yoxsa bundan bir zövq, ləzzət və ya şöhrət üçün istifadə edəcəklər?
İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir edəcəkdir?
Bu məhsula və ya xidmətə olan ehtiyac davam edəcəkmi?
Yeni texnologiyanın inkişafı bu məhsulu və ya xidməti köhnəldə bilərmi?

5) Rəqabət
Sizin seçdiyiniz fəaliyyət sahəsi nə dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu adam məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi necə hamıdan yaxşı edəcəksiniz? Siz məhsulunuzun qi-ymətində, nadirliyində, keyfiyyətində rəqabət edəcəksinizmi?
6) Bazar
Sizin alıcılarınız kimlərdir? Onların gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir? Sizin məhsula bənzər məhsulları onlar necə (tez-tezmi, gecmi) alırlar? Sizin daimi müştəriləriniz barədə ətraflı məlumatınızın olması, bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.
7) Qanunlar və qaydalar
Sizin işinizi və sahənizi tənzimləyən hansı qanunlar və qaydalar vardır? Siz təsərrüfatınızın, müəs-sisənizin, ümumiyyətlə biznesinizin inkişafında və müdafiəsində bu qanun və qaydalara necə əməl edəcək və onlardan necə istifadə edəcəksiniz?
8) Marketinq planı
Bu bölmənin şərhindən əvvəl marketinq anlayışını izah etmək lazımdır. Marketinq bizneslə məşğul olanların, biznesmenlərin istehsal və satış prosesinə fəal təsirlərini əks etdirən bir anlayışdır. Bazarın kompleks təhlilinə əsaslanaraq məhsulu, xidmətə təlabatı məqsədyönlü formalaşdırmaq vasitəsilə, məhsul satışı probleminin həllinə yönəldilmiş, istehsal və satışın idarə edilməsi sisteminə marketinq deyilir.
Belə bir misal: Bir nəfər əla məhsul istehsal edirdi, lakin hələ təkcə əla məhsul istehsal etmək ona heç bir müvəffəqiyyət vermirdi. Nə qədər ki, adamlar onun əla məhsul istehsal etməsindən xəbərsiz idilər o, məhsulunu nə sata və nə də ondan mənfəət götürə bilirdi. Bu adam çıxış yolu tapdı. O öz məhsulunu təbliğ etməyə, tanıtmağa başladı: adamlara öz məhsulu barədə məlumat verdi, qəzetlərdə elanlar dərc etdi, dükanlarda və bazarda məhsulunu əks etdirən plakatlar asdı və s. Bir müddətdən sonra onu hamı tanıdı və bu məhsulun satışı artdı. İstehsalın və satışın artması onun gəlirini də artırdı
.



Категория: Strateji planlaşdırma | Добавил: marketing
Просмотров: 8897 | Загрузок: 0 | Комментарии: 9 | Рейтинг: 4.2/13 |
Всего комментариев: 7
22.04.2013 Спам
7. ibrahim () [Материал]
Комментарий

17.11.2012 Спам
6. lale () [Материал]
tesekkur edirem

02.10.2012 Спам
5. Elmar () [Материал]
salam mənə biznes planın maliyyə bölməsi haqqında məlumat lazımdir xahiş edirem menede gonderesiniz.

02.10.2012 Спам
4. Elmar () [Материал]
Salam Sizdən çox xahiş edirem mənədə biznes planın maliyyə bölməsi haqqında məlumatı göndərəsiniz.

11.06.2012 Спам
3. mahir () [Материал]
salam mənə biznes planın maliyyə bölməsi haqqında məlumat lazımdir əgər sizdə varsa mənə göndərin xaiş edirəm

11.06.2012 Спам
2. mahir () [Материал]
eqiigpeg

16.08.2011 Спам
1. Anar () [Материал]
Xirdalan

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016