Azərbaycan qədim dövrdə Lullubi Kutilər Manna dövləti Atropatena dövləti Alban dövləti Azərbaycan Sasanilər dövründə Azərbaycan Ərəb xilafətinin tərkibində Azərbaycan dövlətçiliyinin bərpası • Şirvanşahlar dövləti • Sacilər dövləti • Salarilər dövləti • Rəvvadilər dövləti • Şəddadilər dövləti • Atabəylər dövləti Monqolların Azərbaycana yürüşü Qaraqoyunlu dövləti Ağqoyunlu dövləti Səfəvilər dövləti Azərbaycan xanlıqları • Təbriz xanlığı • Urmiya xanlığı • Xoy xanlığı • Qaradağ xanlığı • Ərdəbil xanlığı • Şəki xanlığı • Şamaxı xanlığı • Quba xanlığı • Qarabağ xanlığı • İrəvan xanlığı • Naxçıvan xanlığı • Lənkəran xanlığı • Bakı xanlığı • Gəncə xanlığı Azərbaycanın şimal-camaatlığı, sultanlıqlar və məlikliklər. • Car-Balakən sultanlıqları • Qazax və Şəmşəddil sultanlıqları • Ərəş sultanlığı • İlisu sultanlığı Ağaməhəmməd şah Qacarın Azərbaycana yürüşü Azərbaycanın bölüşdürülməsi Azərbaycan Cümhuriyyəti Azərbaycan Sovet hakimiyyəti dövründə Müstəqil Azərbaycan Respublikası Azərbaycan torpaqlarının ermənilər tərəfində işğalı
Azərbaycan qədim dövrdə
Dünyada isə ilk insanlar 2,5-3 milyon il əvvəl, yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Dünyada ilk dövlət isə Misirdə yaranmışdır. Misir dövləti Dünyada ilk dövlət Misir dövlətidir. Yuxarı Misir və aşağı Misir hökmdarları arasındakı müharibə yuxarı Misirlilərin qələbəsi ilə başa çatır və b.e.ə. IV əsrin sonu Misir dövləti yaranır. Dövlətin rəhbəri Firon adlanırdı. Fironlar Misir dövlətində ehramlar tikdirirdilər. Ən böyük ehram Xeops adlanırdı. Ehramın qarşısında 20 m hündürlüyündə sfinks (bədəni aslan, başı insan) heykəli qoyulmuşdur. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür: 1. Daş dövrü 2. Tunc dövrü. 3. Dəmir dövrü. Daş dövrünün özü 3 mərhələyə ayrılır. 1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il-12-ci minillik. 2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12-8-ci minilliklər. 3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7-6-cı minilliklər. Paleolit öz növbəsində 3 mərhələyə bölünür: 1. Alt paleolit – 1,5 mln. II-100 min il əvvəl. Azərbaycanda alt paleolit dövrünə Azıx mağarası (350-400 min il bundan qabaq) təsadüf edir. Qarabağda (Tağlar), Naxçıvanda (Qazma), Qazaxda (Daşsalahlı, Damcılı). 2. Orta paleolit – b.e.ə. 100 min il bundan əvvəl-b.e.ə. 40-cı minillik. (Qarabağ, Naxçıvan, Qazax.) 3. Üst paleolit – b.e.ə. 40 min il bundan əvvəl-b.e.ə. 12 minillik. (Qarabağ, Naxçıvan, Qazax.) Daş dövrünün sonu-metal əsrinin başlanğıcı Eneolit (Mis-daş dövrü) dövrü adlanır. B.e.ə. VI-IV minillikləri əhatə etmişdir. Eneolitin sonu Tunc dövrünə keçid dövrüdür. Tunc dövrünə aid Xaçmazda-Sərkərtəpə, Qazaxda-Babadərviş, Naxçıvanda-Kültəpə yaşayış məskənləri aşkarlanmışdır. Tunc dövrü özü 3 mərhələyə bölünür: 1. Erkən Tunc dövrü – b.e.ə. 4-cü minillik-b.e.ə.3-cü minilliyin sonu. 2. Orta Tunc dövrü – b.e.ə. 3 minilliyin axırı – b.e.ə. 2-ci minilliyin ortaları. 3. Tunc dövrünün sonu – b.e.ə. XIV-XII əsrlər. Dəmir dövrü isə - b.e.ə. 9-8-ci əsrləri əhatə etmişdir. Qədim dövrdə Azərbaycan ərazisində Lullubi, Kuti dövlət ququrmları, Manna, Atropatena, Albaniya dövlətləri mövcud olmuşdur.
Lullubi B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Azərbaycanın cənubunda Urmiya gölündən cənubda Lullubi tayfa ittifaqı yaranmışdır. B.e.ə XXIII əsrdə bu ittifaq dövlətə çevrildi.
Kutilər B.e.ə. III m.i.-b.e.ə. II m.i. yarısında Urmiya gölündən qərbdə və cənub qərbdə kuti dövlət qurumu yaranmışdır. B.e.ə. XXII əsrdə kutilər Mesopotomiyaya hücum edərək Akkad dövlətini və şumerləri məğlub etdilər. Şumer Şumer dövləti Mesopotomiyada (Mesopotomiya yunan dilində 2 çay arası deməkdir.) Dəclə, Fərat çaylarının kəsişməsində yerləşmişdir. Mesopotomiyanın cənubu Şumerlər ölkəsi adlanırdı. Şumer Türk dilli dövlət olmuşdur. Şumerlər b.e.ə. 6 minillikdə Altay dağlarından və Mərkəzi Asiyadan gəlmişlər. B.e.ə. III minilliyin I yarısında burada Ur, Uruk, Nippur, Laqaş şəhər dövlətləri meydana gəlmişdir. B.e.ə. XXI əsrdə Ur şəhərində Ay allahı məbədi şumerlərin memarlıq nümunəsidir. Aypara həmin dövrdən türkçülüyün rəmzi olaraq qalmışdır. Onun ərazisi Urmiya gölündən İran körfəzinədək uzandı. III minilliyin sonunda qiyamlar nəticəsində Kuti dövləti süquta uğradı. Kutilər süqutdan sonra Mesopotomiyada hakimiyyət şumerlərin əlinə keçdi və turukkilər Mesopotomiya üzərinə yürüş etməyə başladı. B.e.ə. XIV əsrdə Mesopotomiyada Assuriya dövləti güclənməyə başladı və Azərbaycan ərazisində yaşayan tayfaları özündən asılı vəziyyətə saldı. Aşşur (Assuriya) dövləti Aşşur dövləti-Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII əsrlərdə güclü dövlət olmuşdur. Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal olunmuşdur. B.e.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiya tərəfindən süquta yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.
Manna B.e.ə. IX əsrdə Manna dövləti meydana gəldi. Paytaxtı İzurtu şəhəri idi. Manna Assuriya ilə ittifaq yaratmışdır. Urartu b.e.ə. VII əsrdə Mannanın bir sıra torpaqlarını işğal etdi. Assuriya b.e.ə. VIII əsrin I yarısında Urartunun üzərində qələbə qazandı və bundan istifadə edən Manna öz torpaqlarını geri qaytardı. Mannanın hökmdarı İranzu bundan sonra mərkəzləşmə siyasətini həyata keçirdi. Urartu hökmdarı I Rusa yenidən Manna dövlətində işğalçılıq siyasətinə başlayır. B.e.ə. 719-cu ildə Mannada qiyam başlayır və Assuriya hökmdarı II Sarqonun köməkliyi ilə Manna dövləti qiyam yatırır. Irazunun ölümündən sonra onun oğulları hakimiyyət uğrunda mübarizə aparmağa başlayırlar. Lakin bundan sonra Assuriya Urartunu yenə məğlub edir və Urartu Mannanın işinə qarışmır. Bununla da Manna b.e.ə. VII əsrin əvvəllərində qüdrətli dövlətə çevrilir. Həmin dövr Manna hökmdarı Ulusunun Assuriya hökmdarı II Sarqona abidə qoydurur. B.e.ə. VII əsrin I rübü skif, sak və kimmer tayfaları Manna və Urartu arasında məskən salırlar. Bu ərəfədə Manna Assuriya ilə ittifaqı pozur. Manna hökmdarı Ahşeri (b.e.ə. 675-650-cı illərdə) müstəqil xarici siyasət yeritməyə başlayır. B.e.ə. 650-cı ildə Assuriya Mannaya hücum edir və onu işğal edir. Buna görə də Manna əhalisi üsyan edərək Ahşerini öldürürlər. Onun yerinə gələn oğlu Ualli Assuriya ilə ittifaqı (b.e.ə. 650-630-ci illərdə) bərpa edir. Hətta b.e.ə. 616-cı ildə yeni Babil və Midiyaya qarşı müharibədə o Assuriyanın müttəfiqi olur. Babilistan B.e.ə. II m.i. əvvələrində şəhər dövlətlərindən biri də Babil idi. Babilistan-Dəclə və Fəratın qovuşması yaxınlığında (Şumerlərdən şimalda) yerləşmişdir. Akkadlar (Mesopotomiyada şəhər dövlət) onu “Bab-ili” (Allahın qapısı) adlandırırdılar. Babil şəhər dövləti (b.e.ə. XIX əsrdə) Babilistan dövlətinə çevrildi.
Atropatena dövləti. B.e.ə. 328-ildə Makedoniyalı İsgəndər Atropatı Midiya satrampı təyin edir. Atropat İsgəndərin hörmətini qazanır və onun ən nüfuzlu sərkərdəsi olan Perdikki ilə qohum olur. B.e.ə. 323-cü ildə İsgəndər ölür. B.e.ə. 321-ci ildə isə Perdikki öldükdən sonra, Atropat tam müstəqil olur və Atropatena dövlətinin əsasını qoyur. Bu dövlət Şimali Azərbaycanın bəzi cənub rayonlarını və Cənubi Azərbaycanı əhatə edirdi. Atropatena tayfaları bunlar olmuşdur: Azərilər, kaddusilər, maqlar, miqlər, kaspilər. Dövlətin paytaxtı Qazaka (Qazax) şəhəri idi. B.e.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Suriya (Selevkilər) dövləti meydana gəlmişdir. B.e.ə. 223-cü ildə Suriya hökmdarı Antiox Aatropatenanı özündən asılı edir. B.e.ə. 190-cı ildə Romalılar Suriyanı məğlub etdikdən sonra Atropatena müstəqil olur. Bundan sonra isə Roma Parfiya dövləti üzərinə hücum edir. Atropatena Roma dövləti ilə yaxınlaşmağa başlayır. Həmçinin onu da qeyd edək ki, b.e.ə. 20-ci ildə Atropatenada hakimiyyətə gələn II Ariobarzan 10 ilə yaxın Romada yaşamışdır. O, Romanın köməkliyi ilə bir müddət Ermənistan hökmdarı olmuşdur. B.e.ə. 20-ci ildə Atropatena Parfiya dövlətinin tərkibinə qatıldı. Atropatenada Zərdüşt dini hakim olmuşdur. (Zərdüşt peyğəmbərin adı ilə bağlıdır). Zərdüşt peyğəmbər b.e.ə. VII əsrin II yarısında yaşamışdır. Zərdüştlüyün müqəddəs kitabı “Avesta”dır. Makedoniyalı İsgəndər Əhəmənilərin Persopoldakı sarayını b.e.ə. 330-cu ildə yandıranda avestanın ilkin variantı məhv olub. Lakin kitabın sasanilər dövründə yığılan hissəsi bizə gəlib çatmışdır. Avropanı “Avesta” əsəri ilə 1771-ci ildə fransız alimi Anketil Düperron tanış etmişdir. Alban dövləti İsgəndər b.e.ə. 331-ci ildə III Daranı məğlub etdikdən sonra b.e.ə. IV əsrin sonu-III əsrin əvvəllərində Alban dövləti yarandı. Dövlət İberiya ilə Xəzər dənizi arasında yerləşirdi. Dövlətin tərkibinə indiki Azərbaycan Respublikası, Dağıstanın cənub rayonları, Gürcüstanın Alazan vadisi daxil idi. Alban dövlətinin tərkibində 26 müxtəlif dildə danışan tayfalar yaşayırdılar: Leqlər, kaddusilər, amardlar, utilər, udinlər (nic kəndində), xınalıqlar (Quba), buduqlar (Quba) və s. Albaniya dövlətinin paytaxtı Kabalaka (Qəbələ) olmuşdur. B.e.ə. I əsrdə Roma sərkərdəsi Pompey şərqə yürüş etmiş, Xəzər dənizindən Hindistana keçmək üçün Albaniyaya hücum etmişdir. B.e.ə. 66-cı ildə Kür çayı sahilində döyüşdə Pompey qalib gəlir və bundan sonra İberiyaya doğru yürüş edir. Lakin Albanlar onları təqib etməyə başlayırlar. B.e.ə. 66-cı ildə Qanız çayı sahilində yenidən döyüş baş verir. Bu dəfə də Pompey qalib gəlir. Lakin albanlar yenə də təqibi davam etdirirlər. Romalılar işin çətin olduğunu görüb Albaniyadan və İberiyadan əl çəkirlər. B.e.ə. I əsrin sonlarında da Romanın kiçik hərbi hissəsi yenə Albaniyaya gəlib çıxmışdır. Lakin bizim eranın I və II əsrlərində Roma və Albaniya arasında artıq diplomatik və ticarət əlaqələri yaranmışdır. Bunu Qobustanın daş kitabələri də sübut edir. Azərbaycan Sasanilər dövründə III-IV əsrlərdə Azərbaycanda feodal münasibətləri yarandı. Arşakilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan 226-cı ildə İranda Parfiya dövlətini süquta uğradaraq Sasanilər dövlətinin əsasını qoydu. Atropatena bu dövrdə də zərdüştlüyə sitayiş edirdi. Albaniya 226-cı ildə Sasanilərdən asılı vəziyyətə düşdü. Atropatena isə 227-ci ildə onun vilayəti oldu. 510-cu ildə Sasanilər dövlətində Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. I Xosrov Ənurşirəvanın dövründə Albaniya, Atropatena və İberiya sasani dövlətinin Şimal mərzbanlığına daxil edildi. Erkən orta əsrlərdə Albaniyada, Çola, Şəki, Uti, Arsax, Paytakaran və s. vilayətlər var idi. Uti vilayətində Bərdə şəhəri, Şəki və Çola arasında Qəbələ şəhəri yerləşirdi. Həmin dövrdə Dərbənd Hun qapıları və ya Dəmir qapı adlanırdı. Paytakaran Mil-Muğanı, Arsax isə Qarabağın dağlıq hissəsini əhatə edirdi. Arsaxın əhalisini türklər təşkil edirdi. III-V əsrlərdə Sasanilər Roma ilə müharibə edirdi. Sasani şahı I Şapur 260-cı ildə Roma imperatoru Vallerianı məğlub edərək əsir aldı. 359-cu ildə Sasanilər Albaniyanın köməkliyi ilə Romanı yenə də məğlubiyyətə uğratdılar. Bununla da Arsax, Marlar (Naxşıvan), Kaspiana geri qaytarıldı və Ermənistan Roma və Sasanilər arasında bölüşdürüldü.
Azərbaycan Ərəb xilafətinin tərkibində. Ərəb qoşunları 633-cü ildə Sasanilər dövlətinə hücum etdi. Ərəb xilafəti Ərəb xilafəti VI-VII əsrin əvvəllərində feodolizm quruluşuna keçdi. Onlar bütpərəst idilər. 610-cu ildən Məhəmməd Peyğəmbər islamı təbliğ etməyə başladı. O, 622-ci ildə Məkkədən Mədinəyə hicrət etdi. 630-cu ildə isə Məkkəyə qayıdaraq ərəb dövlətini yaratdı. “Quran” müsəlmanların müqəddəs kitabıdır. 114 surədən ibarətdir. Peyğəmbərdən sonra ölkəni xəlifələr (davamçılar) idarə edirdilər. Ərəb tarixi 3 dövrə bölünür. 1. 630-661-ci illərdə Məhəmməd Peyğəmbər və sonrakı 4 xəlifə dövrü. (Əbu Bəkr, Ömər, Osman, Əli) Paytaxt: Mədinə və Məkkə şəhərləri olmuşdur. 2. 661-750-ci illərdə Əməvilər dövrü. Müaviyyənin xəlifəliyi ilə başlamışdır. Paytaxt: Şam (Dəməşq) şəhəri olmuşdur. 3. Abbasilər dövrü: Paytaxt Bağdad şəhəri olmuşdur. Ərəb xilafəti VIII əsrin əvvəllərində Şimali Afrikanı tutdu. Sonra İspaniyanı, Qafqazı, Mərkəzi Asiyanı da ələ keçirdi. Ərazi Atlantik okenanından Çinə və Hind çayınadək uzanırdı. VII əsrin ortaları İspaniya xilafətdən ayrıldı. Burada müstəqil Ərəb dövləti (Kordova əmirliyi) yarandı. IX əsrdə Misir, Mərkəzi Asiya, İran Əfqanıstan da xilafətdən ayrıldı. XI əsrin ortaları Xilafətin mülklərini Səlçuqlar tutdular. Alban hökmdarı öz oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilərə kömək göstərdiyinə görə Cavanşir Sasani şahı III Yezdəgerd tərəfindən mükafatlandırıldı. 638-ci ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu tutdular. Ərəblərə qarşı mübarizənin mənasız olduğunu görən Cavanşir 7 illik mübarizədən sonra geri qayıtdı. Cavanşir ərəblərə qarşı Bizansla birləşmək qərarına gəldi. Sonra Xəzərlər Albaniyaya hücum etdilər, 665-ci ildə qalib gəldilər və sülh bağlandı. Xəzər xaqanlığı (634-965) Xəzər xaqanlığı Türk dövləti olmuşdur. Dövlətin ərazisi İdil, yəni Volqanın aşağı hissəsini, Azov dənizinin sahillərini, Şimali Qafqazı və Krım yarımadasını əhatə edirdi. Paytaxt əvvəlcə Səməndər, sonra İdil (Volqa) şəhəri olmuşdur. Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra ordakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara islam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi iudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi. Oğuz (boylar, qəblələr) dövləti Dövlət 24 boydan ibarət olub, Xəzər dənizinin şərqindən Ceyhun (Amudərya) çayına qədər ərazidə yerləşmişdir. Mərkəzi Yenikənd şəhəri olmuşdur. Dövlətin ərazisində islam dini 950-ci ildən yayılmış, XII-əsrdən isə hakim din olmuşdur. X əsrdən oğuzlar türkmən adlandırılmışlar. 661-ci ildə Xilafətdə Əməvilər hakimiyyətə gəldilər. Cavanşir şəraiti nəzərə alaraq Şam şəhərinə gəldi və I Müaviyyə ilə sülh bağladı. Sülhə görə Cavanşir xərac verməli idi. Lakin xəlifə güzəştə getmədi, səbəbi Albaniyanın coğrafi mövqeyi və Cavanşirin şəxsi nüfuzu olmuşdur. Lakin Ərəblər Albaniyaya toxunmadan digər Azərbaycan ərazilərini tutdular. Bizanspərəst feodallar Cavanşirə sui-qəsd edib 681-ci ildə onu öldürdülər. Cavanşirdən sonra əvvəl xəzərlər, sonra 705-ci ildə ərəblər Albaniyanı tutdular və Cavanşirin varisi Varaz Trdatı Şam şəhərində edam etdilər. Azərbaycanın həm şimalında, həm də cənubunda islam dini yayıldı. 748-ci ildə Azərbaycan ərazisində ərəb soyğunçuluğuna və vergi siyasətinə qarşı üsyan başladı. Beyləqanda başlayan üsyan Bərdədə, Ərdəbildə yatırıldı. Üsyana yerli feodallar başçılıq edirdilər. Hərəkatların ən böyüyü Xürrəmilər (Pəhləvi dilində “əbədi od” deməkdir) hərakatı idi. Onlar tarixdə ilk dəfə qırmızı bayraq qaldırmışdılar. Xürrəmilərin ilk çıxışı 778-ci ildə, ikincisi isə 808-ci ildə olmuşdur. 816-cı ildə Cavidanla Əbu İmranın çəkişməsi onların ikisinin də ölümü ilə nəticələndi və Babək 18-yaşında Xürrəmilərin rəhbəri oldu. (Babək 798-ci ildə Ərdəbildə anadan olmuşdur). 819-cu ildə Babək ilk dəfə olaraq Ərəblər üzərində qələbə çaldı. Sonra Şəkini, Qarabağı, Bərdəni, Beyləqanı ərəblərdən azad etdi. 829-cu və 830-vu ildə Babək Ərəblər üzərində daha iki uğurlu qələbə qazandı. Sonra ərəblər məcbur olub Bizansla müharibəni dayandırdılar və diqqəti Babəkə yönəltdilər. Türk əsilli ərəb sərkərdəsi Afşin Babəkə ağır zərbələr vurdu və xürrəmilərə sülh təklif etdi. Babək bunu xəyanət hesab etdi və sülhü qəbul etmədi. 937-ci ildə Afşin Bəzz qalasını tutdu. Babək qaçıb Arana gəldi. Ərəblər onun başına 2 milyon dirhəm qoymuşdular. Babək Şəki qalasının sahibi Səhl İbn Sumbatın xəyanəti ilə ələ keçirildi. 837-ci ildə Afşin Babəki Samirə şəhərinə Xəlifə Mötəsimin yanına yola saldı. Babək 838-ci ildə martın 14-də edam edildi. Həmçinin VII-VIII əsrlərdə Dədə Qorqud dastanı yayılmağa başladı. “Kitabi-Dədə Qorqud” dastanının dili təmiz türk dilidir. Bu dastan 4530 sözdən ibarətdir ki, bunların da 4044-ü (90%-ə yaxını) türk sözüdür. Azərbaycan dövlətçiliyinin bərpası. IX əsrdə xilafət zəiflədi və xırda feodal əmirlikləri yarandı. Əmirlikləri ərəb canişinləri idarə edirdi. Belə bir şəraitdə Azərbaycan torpaqlarında Şirvanşahlar, Sacilər, Səlarilər, Şəddadilər və Rəvvadilər dövlətləri yarandı. Şirvanşahlar dövləti (861-1538). Ərəb xilafətindən sonra Azərbaycan torpaqlarında ilk olaraq bu dövlət yarandı. Şirvan bir vilayət kimi Dərbənddən Kür çayına qədər Xəzər sahili əraziləri əhatə edirdi. Dövlətin mərkəzi Şirvan şəhəri idi. 861-ci ildə ərəb mənşəli Məzyədilər sülaləsinin nümayəndəsi Heysam İbn Xalid Şirvanın müstəqilliyini elan etdi və Şirvanşah titulunu daşımağa başladı. 918-ci ildə Şirvanşah Əbu Tahir qədim Şamaxını bərpa etdirib, paytaxtı Şamaxıya köçürdü. X əsrin axırları Şirvanşahlar dövləti Qəbələni, Bərdəni, Dərbəndi ələ keçirdi. Şəki və Sənariyyə də Şirvanşahlardan asılı oldu. 1066-ci ildə isə Şirvanşahların Səlçuqlardan asılı vəziyyətə düşməsi ilə Azərbaycan Səlcuq imperiyasının tərkibinə qatıldı. Bu, türklərin Azərbaycana üçüncü axını idi. Səlcuq imperatorluğu (1038-1157) Səlcuqlar oğuz boyu olmuşdur. Səlcuq bəy dəstə başçısı olmuş, onun nəvəsi Toğrul Qəznəvilərlə mübarizə aparmışdır. O, Xorasana girərək Səlcuq dövlətini elan etdi. Ərazisi Mərkəzi Asiyadan Aralıq dənizinə, Dərbənd keçidindən İran körfəzinədək uzanırdı. Paytaxt Nişapur şəhəri idi. Səlcuqlar 1040-ci ildə Qəznəviləri məğlub etdilər və Toğrul sultan elan edildi. 1055-ci ildə o, Bağdadı tutdu. I Toğruldan sonra Alp Arslan (1063-1072) hakimiyyətə gəldi. Məqsədi Anadoluya girmək idi. Bizans qoşunlarını məğlub edərək Anadolunu türk torpağına çevirdi. Abbasi xəlifəsi Alp Arslanı dinin təməli adlandırırdı. Alp Arslandan sonra Məlik şah Konya, Ankara, Urfa, Qüds və Suriyanı (1072-1092) ələ keçirdi. XI əsrin sonunda Səlcuq imperiyası tənəzzülə uğramağa başladı. Sultan Səncərdən (1118-1157) sonra Səlcuq imperatorluğu dağıldı. Şirvanşahlar Səlcuq türkləri ilə əlaqəni pozub gürcülərlə yaxınlaşdı. XII əsrin 30-60-cı illərində Şirvanşah özünün qüdrətli dövrünü yaşadı. 1192-ci ildə Şamaxıda zəlzələ baş verdi və paytaxt Bakıya köçürüldü. Sacilər dövləti (879-941). Bu dövlətin əsasını türk nəslindən olan Sacilər qoymuşdur. Afşin bu nəslin nümayəndəsi olmuşdur. Ərəblər Azərbaycanın idarəsini Sacilərə həvalə etmişdilər. IX əsrin sonlarında Əbu Sac Divdadın oğlu Məhəmmədin adı ilə pul kəsilirdi. Məhəmmədin qardaşı Yusif 912-ci ildə Ərəblərə xərac ödəməkdən imtina etdi və X əsrin əvvəlləri Zəncandan Dərbəndə qədər, Xəzərdən qərbə-Ani və Dəbil şəhərlərinədək ərazicə Sacilər dövləti yarandı. Paytaxtı Marağa, sonra Ərdəbil oldu. Gilan hakimi Mərzban İbn Məhəmməd 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmi taxtdan saldı və Salarilər dövlətini yaratdı. Salarilər dövləti (941-981). Dövlətin paytaxtı Ərdəbil şəhəri idi. Dövlətin Sərhəddi Dəclə və Fərat çayınadək uzanırdı. Mərzban İbn Məhəmməd öldükdən sonra dövlət süquta uğradı, Rəvvadilər və Şəddadilər dövləti yarandı. Paytaxt yenə Ərdəbil şəhəri idi. Rəvvadilər dövləti (981-1054). Təbriz, Marağa, Əhər hakimi Əbülhica Salari hökmdarı İbrahimi taxtdan saldı və Rəvvadilər dövlətinin əsasını qoydu. Bu sülalənin banisi Əl-Rəvvad Xəlifə Əlinin dövründə Bəsrə və Kufədən Azərbaycana köçürülmüşdür. Bu dövlət Azərbaycanın cənubunu əhatə edirdi. Sonra Muğan hakimliyini də ələ keçirdi. 1028-ci ildə Qəznəvi hökmdarı Sultan Mahmud Qəznəvi tərəfindən sıxışdırılan 2000 oğuz ailəsi Rəvvadilər dövlətinə köçürüldü. Qəznəvi dövləti (962-1187) Qəznəvi dövlətinin əsasını Alptəkin qoymuşdur. Dövlətin paytaxtı Qzənə şəhəri idi. Sultan Mahmud Qəznəvinin dövründə ərazilər artdı. Qərbi İran Qəznəvi dövlətinin tərkibinə keçdi. Hindistanın şimalı və şimal qərbi 1026-cı ildə işğal edildi. Dövlət Hindistandan Xəzərə qədər ərazini əhatə edirdi. Burada hökmdar sultan adlanırdı. XI əsrin I yarısında Sultan Məsudun dövründə dövlət zəiflədi. Verginin çoxluğuna görə daxili çəkişmələr artdı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar tərəfindən məğlub edilən Qəznəvilərin əlində yalnız Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. 1187-ci ildə Qəznəvi hökmdarı Xosrov Məliki əsir alan qurlular bu dövlətin varlığına son qoydu. Şəddadilər dövləti (971-1086). Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini yaratdı və 971-ci ildə Gəncəni tutaraq Şəddadilər dövlətinin əsasını qoydu. Paytaxtı Gəncə şəhəri idi. Fəzl İbn Məhəmməd 1027-ci ildə Xüdafərin körpüsünü saldı. Səlcuqların yürüşləri nəticəsində Şəddadilər onlardan asılı vəziyyətə düşdü. Bu dövrdə slavyanların da qarətçi yürüşləri olurdu. Kiyev knyazı İqorun dəstəsi bir sıra yürüşlər edirdi. Azərbaycanın vahid tam dövlət olmaması Slavyanlara qarşı mübarizəni çətinləşdirirdi. Atabəylər (Eldənizlər) dövləti. Böyük Səlcuq imperatorluğu parçalandıqdan sonra onun bir hissəsində İraq-Səlcuq Sultanlığı yarandı. Ərazilərində yeni yaranan dövlətlərdən biri də, Atabəylər dövləti oldu. Dövlətin banisi Şəmsəddin Eldəniz olmuşdur. O, II Toğrulun oğlu Arslan şahın “atabəyi” təyin edilmişdir. 1136-cı ildə aran hakimi təyin edilən Şəmsəddin Eldənizlər Atabəylər dövlətinin əsasını qoyur. Şəmsəddin Eldəniz II Toğrulun ölümündə sonra onun dul qadını Möminə xatunla evlənmişdir. O,1160-cı ildə oğulluğu Arslan şahı sultan elan etdirdi, özü də Səlcuq sarayında Böyük Atabəy titulunu aldı. Beləliklə, İraq Səlcuq sultanlığı Atabəylərin hakimiyyəti altına düşdü. Sonra Şirvanşahlar və Ermənistan da ondan asılı vəziyyətə düşdü. XII əsrin axırlarında dövlətin daxilində çəkişmələr baş verməyə başladı. Hakimiyyətə gələn (1210-1225) Özbəyin vaxtında Atabəylər dövləti zəifləməyə başladı. Monqolların Azərbaycana yürüşü Çingiz xanın başçılığı ilə Mərkəzi Asiyada 1206-ci ildə Monqol dövləti yarandı. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Azərbaycana yürüş etdi və Eldənizlər dövləti süqut etdi. 1231-ci ildə Monqollar Azərbaycana ikinci dəfə yürüş etdilər və Cəlaləddinin ağalığına son qoydular. Onlar Marağını, Gəncəni, Şəmkiri, Tovuzu və Bakını tutdular. Monqolların üçüncü yürüşü Hülaki xanın başçılığı ilə 1256-cı ildə baş verdi. Onlar Azərbaycanı və Bağdadı ələ keçirdilər. Işğal olunmuş ərazilərdə Hülakilər (Elxanilər) dövləti yarandı. Dövlətin Mərkəzi Azərbaycan oldu. Dövlət Təbrizdən idarə olunurdu. Sonra digər Monqol dövləti Qızıl Ordu Azərbaycan ərazisinə yürüş etdi. Qızıl Ordu dövləti Batı xanın dövründə (40-cı ildə) Cucinin ərazisində (Ulusu) Qızıl Ordu yarandı. Rus mənbələrində bu dövlət Qızıl Orda adlanırdı. Bura Qafqazın Dərbəndə qədər olan hissəsi, Şimali Xarəzm, Volqa bulqarlarınına, peçenqlərin, qıpçaqların əraziləri daxil idi. Dövlətin əhalisinin əksəriyyəti türk idi. Onu türk dövləti adlandırırdılar. XIV əsrdə fərmanlar türk dilində yazılırdı. Dövlətin paytaxtı Batı xan tərəfindən indiki Həştərxan yaxınlığında Saray Batı şəhəri idi. XIII əsrin sonu paytaxt Volqaqrad yaxınlığında Saray-Bəkrəyə köçürüldü. XIV əsrin 2-ci yarısında Qızıl Orduda 25-dən çox xan dəyişdi. Dövlətin zəifləməsindən istifadə edən Polşa və Litva Dnepr boyu əraziləri tutdu. 1380-ci ildə Moskva knyazı Donskoy Mamay xanı Kulikova döyüşündə məğlub etdi. Lakin Əmir Teymurun köməyi ilə hakimiyyətə gələn Toxtamış (1380-1395) 1382-ci ildə Moskvanı tutdu və yandırdı. Lakin onlar Teymurilərin ərazisinə də girdilər və 1395-ci ildə Teymur tərəfindən məğlub edildilər. Saray-Bəkrə tutuldu və Qızıl Ordunun şərq vilayətləri Teymurilərə keçdi. XIV əsrdə Qızıl Ordudan ayrılaraq Qazan, Həştərxan, Krım, Qərbi Sibir xanlıqları yarandı. 1472-ci ildə dövlət tam süqut etdi. Itaət etmək istəməyən Əhməd xan 1480-ci ildə məğlub oldu və Ruslar Monqollardan tam azad oldular. Həştərxan xanlığı
Qaraqoyunlu dövləti Qaraqoyunlu tayfa ittifaqının əsasını Qara Məhəmməd qoymuşdur. Qara Məhəmməd 1387-ci ildə Teymuru məğlub etdi. Dövlətin banisi isə Qara Yusif olmuşdur. 1392-ci ildə Yusifin dövründə Teymur Qaraqoyunluların paytaxtı Van şəhərini tutdu. Qara Yusif Cəlairlərlə birləşdi və 1394-cü ildə birliyin qoşunları Teymur tərəfindən məğlub edildi. Bundan sonra Qara Yusif 1406-ci və 1408-ci illərdə Teymurilər üzərində qələbə qazandı və Teymurilər Azərbaycandan qovuldular. 1410-ci ildə isə Qara Yusif ona xəyanət edən Sultan Əhmədi məğlub etdi və Cəlairlər dövlətinə son qoydu. Bununla da Qaraqoyunlu dövləti yarandı. Dövlətin paytaxtı Təbriz şəhəri oldu. Şimalda Şirvanşahlar dövləti istisna olmaqla bütün Azərbaycan, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil oldu. 1411-ci ildə Qara Yusif oğlu Pirbudağı taxta oturtdu. Bundan sonra Qaraqoyunlu dövləti müxtəlif vaxtlarda Teymurilərlə, Şirvanşahlarla müharibələr apardı. 1467-ci ildə Uzun Həsən (Ağqoyunlu dövlətinin banisi) Qaraqoyunlu dövlətini məğlub etdi və onun varlığına son qoydu.