Marketing Пятница, 26.04.2024, 08:38
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

İqtisadi həyatın fəlsəfi səpkisi
[ ] 20.02.2009, 09:43
                         M. Talışlı. 
 
            İqtisadi həyatın fəlsəfi səpkisi

 

Plan:

1.İctimai həyatın sferaları

2.İqtisadi həyatın sosial səpkisi

 

 

     1hərəkəti istehsal-bölgü-mübadilə-istehsal sxemi üzrə gedir Sözvn genis mənasinda cəmiyyətin iqtisadi həyatı bu tərəflərin hamısını əhatə edir.Onun məzmununa müxtəlif maddi və mənəvi nemətlərin və xidmət sahələrinin yaradılması,bölgüsü,mübadiləsi və istehlakıdaxil olur.Başqa sözlə madii məhsullar(ərzaq,geyim,mənzil)xidmət sahələri(nəqliyyat,rabitə,ssəhiyyə,təhsil və sairə)ilə yanaşımənəvi nemətlər(incəsənət,elm,təhsil predmetləri )də buraya aiddir.Mənəvi dəyərlərin iqtisadi sferaya aid edilməsi buna əsaslanır ki, onların istehsalına müəyyən fiziki və intelektual əmək,müəyyən alət və avadanlıqlar sərf olunur.digər tərəfdən mənvi dəyərlər müəyyən mənada iqtisadi məzmun kəsb edir, onlar cox vaxt əmtə formasında çıxış edir.

    Bilavasitə əmək adlanan birinci pillədə cəmiyyət ücün faydalı olan məhsullar yaradılır.Bu prosesdə insanlar təbiyyətin əşyalarını və qüvvətlərini öz ictimai tələbatlarının ödənilməsinə uyğun laşdırırlar.Artıq burada istehsalın ictimai xarakteri özünü ğöstərir Belə ki,onunməzmununu insanların qarşılıqlı təsiri,onların təbiətə birgə təsiri,təbiət materiallarının insanların insanların müxtəlif təlabatlarının ödəyəcək dərəcədə dəyişdirilməsi təşkil edir.İstehsal prosesində insanlar təbii və sosial qüvvə kimi təbiət materiallarına qarşı dururlar.Buna görə də istehsal həm də sosial məzmun kəsb edir.

    Bölgü cəmiyyətin hər bir üzvünün yaradılmış ictimai sərvətdə olan payını müəyyənləşdirir. O iqtisadi həyatda mühüm rol oynayır.Belə ki, predmetlərin və xidmətin bölgüsü üsulu ilə və səviyyəsi istehsala əhəmiyyətli təsir göstərir ki, əməyin kəmiyyətinə görə bölgü prinsipinin tətbiqi əhalidə maddi marağı inkişafetdirir.Əksinə, burada yol yol verilən əsassız bərabərləşdirmələr mənfi rəsir göstərir,yaradıcılıq motivlərini zəyiflədir.Çünki gəlir əldə etmək,əhalinin müxtəlif təbəqələrinin və birinci növbədə sahibkarların istehsal fəaliyyətinin əsas motividir

      İstehlak insanlar tərəfindən maddi nemətlərin və xidmət növlərinin öz təlabatlarini ödəmək ücün  istifadə etmələri deməkdir. İstehlak istehsalın inkişafında mühüm rol oynayır. Söhbət həm istehsal məqsədiləedilən istehlakdan (neft, qaz,enerji və sairədən istifadə edilməsi), həm də şəxsi istehsaldan ( ərzaq, geyim, və sair) gedir.

  İqtisadi sferanın mahiyyətinin acılmasında təlabatların izahı xüsusilə zəruridir Çünki əmək fəaliyyətində  və deməli iqtisadi münasibətlərdə tələbatların ödənilməsi əsas yeri tutur. Hər bir dövürdə cəmiyyət coxsaylı tələbatlar və onların yerinə yetirilməsi üsullarının şəbəkəsi ilə əhatə olunur.

     İnsanın öz tələbatlarını ödəməsi sırf bialoji xarakter daşımır .Buna görə də o heyvanların öz tələbatların ödəməsindən prinsipcə fərqlənir. Belə ki, insanın məqsədi hər necə olursa olsun  tələbat ödəmək deyildir. Obu işdə öz zövqünə görə hərəkət edir, faydalılıq baxımından şeyləri qiymətləndirir,mədəniyyəti və nəyin dəbdə olmasını nəzərə alır.

     İnsanınöz tələbat və mənafelərini ödəməyə yönölən fəaliyyəti müəyyən mənada  həm də başqalarının tələbatlarını və mənafelərini ödəməyə xidmət edir. Digər tərəfdən o özünün tələbatlarının ödənilməsinə yalnız başqalarının əməyi sayəsində  nail ola bilər.

    İnsanın iqtisadi fəaliyyəti əslində onların öz həyatlarını yaxşılaşdırmağa  olan tələbatı ödəmək uğrunda apardıqları mübarizədir.Hər bir dövürdə həyat səviyyəsini yaxşılaşdırmaq, təsərufat ehtiyaclarını ödəmək həyatı zərurət  kimi cıxış edir. Tələbatlar istehlak  ilə istehsalı əlaqələndirici vəsilədir.

     Tələbat ayrılıqda götürülmüşbir insanın ,müəyyən sosial qrupun və bvtövlüklə cəmiyyətin öz həyat fəaliyyətini davam etdirməsi ücün zəruri olan məhsullara ehtiyacını ifadə edir.

     İstehsal ilə tələbat bir-biri ilə sıx qarşılıqlı təsirdə cıxış edir. İstehsal tələbata aşağıdakı üc istiqamət üzrə bilavasitə təsir ğöstətir ,Bİr istehsal nəticəsində yaradılan konkret nemətlər insanların t6ələbatlarını ödəməyə xidmət edir .....istehsalın texniki cəhətdən yeniləşməsi baş verdikcə insanları ukladi ciddi surətdə dəyişilir,kefiyyətcə yeni istehsal və tələbatlar yaranır .....istehsal təkcə tələbatı ödəmək ücün material  verməklə kifayətlənmir, həmdə istehsal üsullarına  dəyişdirici təsir edir, bütövllükdə istehlak mədəniyyətini formalaşdırır.

    Öz növbəsində tələbatlar da istehsala fəal təsir edir. O aşağıdakı iki xətt üzrə həyata kecirir:1)tələbatların ödənilməsi insanların yaradıcı fəaliyyətinin daxili sövq edici səbəbləri və konkret oriyentirləri rolunu oynayır. 2) insanların tələbətləri həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətlə dəyişmə xassəsinə malikdir. Bu mütəhərriklik istehsalda da müvafiq surətdə əks olunur. Tələbatlarhəmişə elə yeni yaradıcı məqsədləri əhatə edir ki, bu məqsədlərə müvafiq olan nemətlər hələdə yaradılmamışdır. Qeyd olunan təbiəti üzündən inasanların tələbatı çox vaxt istehsalı qzbaqlayır və onun irəliyə getməsinə təkan verir.

    İstehsal ilə tələbatın dərin daxili əlaqəsi tələbatların artması qanunda ifadə olunur. Həmin qanun tarixi prosesin bütün gedişində özünü göstərir. Bu mənada cəmiyyətin tarixini hərtərəfli i9nkşaf etmiş insanın tələbatlarının formalaşması tarixi kimi təsəvvür etmək olar. Cəmiyyətin müasir inkişaf səviyyəsində aşağıdakı çoxsaylı tələbat növləri əsas yeri tutur: a) fizioloji tələbatlar (qidaya, suya, geyimə, mənzilə və nəsalin davam etdirilməsinə olan tələbatlar); b) təhlükəsizliyə olan tələbatlar ( xarici düşmənlərdən və cinayətkarlıqdan qorunmağın zəruriliyi, xəstələnərkən köməyə olan tələbat, yoxsulluqdan müdafiə olunmağa və s); s) sosial təmasa olan tələbatlar ( insanlarla ünsiyyət tələbatı, dostluq, yoldaşlıq etmək tələbatı və sevgiyə olan tələbat); d) özünə başqalarının hörmətini qazandırmağa olan tələbat ( başqa adamların hörmətinə ehtiyac öz-özünə hörmət etməyə olan tələbat, müəyyən ictimai mövqe əldə etməyə olan tələbat ( insanın bütün qabiliyyət və imkanlarının təkmilləşdirilməsinə olan).

    Yuxarıda deyılənlərdən aydın olur ki, insan və onun həyat fəaliyyəti çoxsaylı qırılmaz tellərlə iqtisadiyyatla bağlıdır. Özündə bioloji və sosial tərəflərin mürəkkəb vəhdətini ifadə edən insan maddi və mənəvi fəaliyyətin subyektidir. Başqa sözlə insan bütövlükdə cəmiyyət həyat üçün lazım oln nemətləri istehsal edir. İqtisadi sferanın bütünlükdə cəmiyyət üçün əhəmiyyəti bununla müəyyən olunur.

              İnsan öz əməyinə ürəyinin qəlbinin bir hissəsini hopdurur.O əməyə böyük məna verir, əməyinin nəticələrinə etinasız qalmır. Onun yaxşı nəticələrindən sevinc hissi, mənfi ( pis) nəticələrindən isə həya hissi, utancaqlıq keçirir. Hər bir normal insan əməklə məşğul olmaq və daim nə isə yeni bir şey yaratmaq arzusunda olur.Lakin əmək vastəsilə insan öz həyatı varlığını yalnız o vaxt doğrulda bilir ki, onun müəyyən məhariti vardır. Vaxtilə  Hegel  yazırdı ki, qabiliyyəti olmayan insan həmişə öz fəaliyyətinin əsl ağası deyildir. Qabiliyyətli insan isə predmeti necə olmalıdırsa o cür yaradır və onun subyektiv  fəaliyyəti məqsədinə zidd  olmur.

          Bütün cəmiyyətlərdə əmək fəaliyəti bir sıra amillər ilə müəyyən olur. Onların içərisində birinci yeri insan amili tutur. Bu o deməkdir ki istehtal etmək üçün hər şeydən əvvəl müəyyən biliklərə və əmək vərdişlərinə malik olan insanlar lazımdır. İkinci amil(maddi amil) əmək vasitələri adlanır. Buraya elə maddi əşyalar  daxildir ki, onların köməyilə insanlar nemətlər yaradırlar əmək vasitələri öz daxili tərkibinə görə müxtəlifdir. Buraya birinci növbədə əməyin təbii sərvətləri ( təsərrüfat məqsədləri üçün istifadə olunan su şəlalələri, su hövzələrində balıq ehtiyatı və s.) aid edilir. Əmək vasitələri içərisində başlıca yeri texnika tutur. Texnika dedikdə insanın özünün yaratdığı əmək vasitələri, qurğu və avadanlıqlar başa düşülür deyilənlərdən əlavə əmək vasitələri həm də əməyin ümumi maddi şəraitini (istehsal binaları, kanallar, yollar və s.) əhatə edir.

     Əməyin fəlsəfi təhlilində texnikanın nəzəri planda işıqlandırılması çox mühümdür. Onların hər ikisi bir-biri ilə vəhdətdir. Məhz əmək və texnika iqtisadi həyatın bünövrəsini təşkil edir. 

    Texnika ( yunanca məharət, qabiliyyət deməkdir) insanların yaratdığı istehsal vasitələri və alətləri sistemini, habelə əmək prosesinin həyata keçırılməsini təmin edən priom və əməliyyatların, qabiliyyət və məharətlərin möcüzəsidir.

    Zaman keçdikcə texnika anlayışının məzmunu dəyişilir və təkmilləşir. O təkcə maddi istehsal sahəsindəki vasitələrlə məhtudlaşmır. Onun tərkibinə həm də mənəvi, məişət və digər qeyri-istehsal xarakterli tələbatlarını ödəmək üçün istifadə olunan vasitələr daxil edilir.

    Texnika ən qədim sosial hadisələrdən biridir. Texnika və texniki fəaliyyət haqqında ilk dəfə Aristotel bəhs etmışdir. Fəlsəfi biliyin spesifik sahəsi olan texnikanın fəlsəfəsi isə yalnız XIX əsrdə meydana gəlmışdir. Onun banisi E. Kapp göstərirdi ki, bütün bəşəriyyətin tarixinə diqqələ yanaşdıqda onun nəticə etibarı ilə ən yaxşı əmək alətlərinin kəşf edilməsi tarixinə müncər etmək olar.

    Texniki vasitələr insan bədəninin orqanlarının özünə məxsus şəkildə davamı və tamamlanması deməkdir. Onlar bəşəriyyətin təbiyyətə təsir sahəsində qazanılmış olduğu çoxillik təcrübə, idrak vasitələri və priomları təcəssüm etdirir. Başqa sözlə, texnika insanın təbiətə təsir göstərməsinin daim təkmilləşməkdə olan forma və üsullarını, mədəniyyətin nəaliyyətini əks etdirir.    

    Texnika bir tərəfdən insan əməyinin və biliyinin inkişaf nəticəsidir, digər tərəfdən isə onları həyata keçırməyin vasitəsidir. O, bəşəriyyəin mövcudluğu və inkişafının zəruri tərəfidir. Texnikanın başlıca funksiyası təbiəti və insanınn aləmini, onun tələbat və arzularından doğan məqsədlərinə uyğun şəkildə dəyişməkdən ibarətdir.

       Bütövlükdə götürdükdə cəmiyyətin iqtisadi inkişafı aşağıdakı iki biri-biriylə sıx əlaqəli tərəfləri əhatə edir: a) iqtisadi münasibətlərin( istehsalın iqtisadi üsulunun və yaxud sosial-iqtisadi tərəfin) təkmilləşməsi. b) elmi-texniki inkişaf gedişində yeni texniki vasitələrin və texnologiyaları tətbiqi( istehslın texnoloji üsulu və yaxud təşkilat-texniki tərəfi)

    Qeyd olunmalıdır ki, texnika özü özlüyündə məqsəd deyil, yajnız müəyyən məqsədi həyata keşırmək üçün vasitədir. Lakin texnika müəyyən nisbi müstəqilliyə malikdir. Bu aşağıdakılarda istifadə olunur: 1) hər cür texnikanın insan tərəfindən yaradılmasına baxmqyaraq o, insanlar üçün həm xeyrli, həm də zərərli nəticələr törədə bilir. 2) insanların istifadə etdiyi texniki vasitələr cəmiyyətə fəal əks təsir göstərmək iqtidarındadır. Məsələn avtomobil və televizor insanın sağlamlıq tələbatını ödəmək üçün yaradılmışdır. Lakin avtomobil sənayesinin genişlənməsi cəmiyyətin digər, daha vacub tələbatlarının ( ərzağa, mənzilə)ödənilməsini kölgədə qoyur.Digər tərəfdən onun inkişafı ekoloji mühiti korlanır. Nəhayət ondan hətta cinayətkar məqsədlər üçün istifadə olunur( avtomobil oğurluğu, yol nəqliyyat hadisələri, avtomobil sahibini öldürülməsi və s). Eyni ilə televizor informasiya almağın güclü vasitəsi olmaqla yanaşı həm də əhalinin şüurunu manipulyasiyası( mənfi istiqamətdə məqsəd yönlü dəyişdirilməsidir.) vasitəsidir. Bundan əlavə o insanlarş oxumaqdan ( mütaliədən) psixifiziki sağlamləqdan müəyyən qədər məhrum edir. 3) insanın çəx əsrlik yaradıcılığının nəticəsi olan texnosferanı optimallaşdırmaq üçün texnikanın inkişafini dayandırmaq deyil, texniki nəaliyyətlərin açdığı misilsiz imkanlarından bacarıqla istifadə etmək tələb olunur.

    Hazırda texnika getdikcə daha çox insanın əqli qabiliyyətlərinə və intelektual funksiyalarına nüfuz edir. Bu isə mütərəqqi nəticələr ilə yanaşı, həm də böyük miqyaslı texniki yenilikləri tətbiq etməzdən əvvəl onları geniş və dərin ekspertizadan keçirməyi tələb edir. Məsələn insan komputer kimi kibernetik sistemi yaratmaqla sanki özünün fikri fəaliyyət növlərini həyata keçirə bilən müxtəlif məzmunlu informasiya ilə əməliyyat aparmağı bacaran analoqunu meydana gətirir. Doğrudur o insan beynini bütün funfsiyalarını onun  əlindən almır. Bununlu belə son dərəcə güclü EHM ilə insan arasında qarşılıqlı münasibətlərin yeni, hümanitar tərəfi özünü göstərir. Bu isə öz növbəsində bir çox problemlər doğurur. Çünki insan ilə maşının qarşılıqlı təsiri, fikirləşən hiss edən şüur və idarəyə malik mövcudat iləcansız, öz təbiətinə görəqeyri-bioloji xarakter daşıyan qurğu arasında qarşılıqlı təsir deməkdir. Bu münasibətdə müasir ekzistensiyalizmin gğrkəmli nümayəndəsi K. Yaspersin aşağıdakı fikri ibrətamizdir. O göstərir ki texnikada hüdudsuz şəkildə fayda verən imkanlar olduğu kimi, qeyri-məhtud şəkildə təhlükə də vardır. İnsan heç vaxt indiki qədər yaradıcı texniki nəaliyyətlər əldə etməmişdir. O, eyni ilə də heç vaxt bu dərəcədə dağıdıcı təsir göstərə biləcək vasitələrə malik olmamışdır. İnsanlar texniki vasitələri təkmilləşdirməyə aludə olmaqla və iqtisadi cəhətdən bazarın kəskin tələbləri ilə motivləşən ixtiraçı-yaradıcı fəaliyyətə uymaqla, nəticə etibarı ilə qarşısı alınmaz fəlakətə doğru irəliləyirlər. 

           Nəzərdə tutulmalıdır ki, insanların əmək fəaliyyəti insan şəxsiyyətinin reallaşmasının çox mühüm səciyyəsidir. O, ayrıca bir insanın və bütövlükdə cəmiyyətin həyat fəaliyyətinin müqəddəm şərtidir. İnsan hansı dövrdə yaşamasından asılı olmayaraq həyat şəraitini yaxşılaşdirmağa cəhd göstərir. Bu münasibətdə məhşur amerikan filosofu E. Fromun aşağıdakı fıkri səciyyəvidir. “.....zəkanın funksiyası yaşamaq məharətini artırmağaxidmət etməkdən ibarətdir. “ Bu fikrin doğru olduğunu cəmiyyətin tarixi sübüt edir. Belə ki, insanlar ərzaq məhsulları, geyim, mənzil və s xidmət sferasında özünü göstərən çatışmazlıqları yaşamaq məharətinin çox müxtəlif və hətta məqbul olmayan formaları hesabına tamamlamağa çalışır. Bu formalar siyahısında isə riskdən başlayaraq işbazlığa qədər, yalan danışmaqdan hiyləgərlik və mənəviyyatsılığa qədər hər şeyə rast gəlmək olar. 

   

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2573 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 5.0/1 |
Всего комментариев: 1
10.03.2024
1. Knywyl () [Материал]
purchase lipitor for sale <a href="https://lipiws.top/">lipitor 10mg usa</a> cost atorvastatin 80mg

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024