Cəmiyyət və təbiət (ardı) - Hüquq - Kitablar - Kitabxana - Marketing
Marketing Воскресенье, 11.12.2016, 12:52
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Hüquq

Cəmiyyət və təbiət (ardı)
[ ] 20.02.2009, 11:06

Başqa bir nöqsan bu idi ki,coğrafi determinizm nümayəndələri təbii və ictimai qanunlar arasında fərqi unudur,tarixdə dəyişiləni,inkişaf edəni yox,daimi və vaxtaşırı, eyni formada təkrarlananı axtarırdılar.Tarix onlar üçün bir növ təbiətşünaslığa çevrilmişdi.Belə ki,Bokl Ketlenin əxlaqi statistikasını,geniş şəkildə tarixi qanunların  mümkünlüyünü sübut etmək üçün istifadə edirdi.O, az qala tarixi qanunauyğunluğu,ətraf mühitin hadisələrinə uyğun şəkildə müntəzəm təkrarlanan tarixi hadisələrdə axtarırdı.

         Sonra coğrafi cərəyanın nümayəndələri tarixi qanunlara –sosiologiya,antropologiya və hətta psixologiyanın qanunlarını da daxil edirdilər.Belə halda inkişaf prinsipi tarix fəlsəfəsindən uzaqlaşdırılır.

         Ümumiyyətlə təbii mühiti, iqlimi, sabit və dəyşilməz hesab etmək olmaz.Burada dəyişikliklər bir qədər ləng olduğu üçün açıq müşahidə edilə bilməsə də,təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi tarixi onu sübut edir ki, tarixdə coğrafi amilin rolu çox böyükdür.Təbii mühit cəmiyyətin inkişafının zəruri əsasını,müqəddəm şərtini təşkil edir.Tarixi prosesin baş verə bilməsi üçün əhali ilə yanaşı təbii mühitin də olması çox vacibdir. Qeyd edək ki, K.Marks ”Kapital” əsərində coğrafi şəraiti tarixi hərəkatın “imkanı” adlandırmışdır.Bu o deməkdir ki, yalnız fəal tarixi amil (insan) həmin imkanı tarixi gerçəkliyə çevirir.Coğrafi mühitin cəmiyyətin inkişafına passiv təsir göstərməsinə baxmayaraq,  bu təsir, heç də, Boklun hesab etdiyi kimi, yalnız müəyyən dövrlər və ya Avropa və Amerikanın qabaqcıl xalqlarında və həm də onların yaşadıqları müəyyən mədəniyyət pillələrində baş vermir.

Əslində bu təsir fasiləsiz və əbədidir.Bir çox minilliklər bundan əvvəldə olduğu kimi indi də qızmar günəş, şimalın soyuğu insanlara böyük təsir göstərir.

         3.Təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsində insan amili.Təsərüffat, iqtisadi baxımdan Yer kürəsinin insan tərəfindən mənimsənilməsi artdıqca cəmiyyət ilə təbiətin qarşılıqlı əlaqəsi və asılılığı daha da güclənir.Buna görə də bəşəriyyətin gələcəyi naminə təbii mühitin qorunması zəruri olur.

         Müasir şəraitdə sosial-ekoloji mühitin vəziyyəti  əvvəlki dövrlərdə olduğundan daha çox narahatlıq doğurur.Ətraf mühitin qorunmasına qayğı göstərmək hazırda ən mühüm siyasi və sosial problemlərdən birinə çevrilmiş, qlobal xarakter almışdır.İndi ekoloji böhran digər qlobal problemlər ilə vəhdətdə çıxış edərək, beynəlxalq həyata əhəmiyyətli dərəcədə təsir göstərir, bəşəriyyətin gələcək mövcudluğunu ciddi təhlükə altına alır.Bu təhlükə haradan irəli gəlir?

         Hər şeydən əvvəl göstərilməlidir ki,hazırda insan fəaliyyəti öz miqyasına görə planetar hadisəyə çevrilmişdir. Bu fəaliyyətin hüdudları durmadan artır və getdikcə qeyri-məhdud xarakter alır.İnsan fəaliyyəti təkcə biosferanı əhatə etməklə məhdudlaşmır, o tədricən kosmik fəzanı da qavramaqdadır.Digər  tərəfdən bizi əhatə edən biosferanın indiki məhsuldarlıq imkanları ilə ictimai inkişafın artan təlabatı arasında ziddiyyətlər durmadan kəskinləşir.Onların həll edilməsi üçün isə cəmiyyətin malik olduğu elmi-texniki potensalı, habelə insanların təsərrüfat iqtisadi fəaliyyətini məqsədyönlü surətdə istiqamətləndirmək tələb olunur.

Nəhayət, müasir dövrdə bəşəriyyəti əhatə edən təbii mühitdə mənfi istiqamətdə baş verən dəyşikliklər insan ilə ətraf mühit arasında tarixən qərarlaşmış olan müvazinəti getdikcə daha çox pozur.Nəticədə dünyanın hər yerində dərin ekoloji böhran təhlükəsi yaranır.

Müasir elmi-texniki inqilab da cəmiyyət ilə təbiət arasındakı münasibətlərdə ciddi dəyişikliklər yaradır.Belə ki, müasir elmi-texniki inqilab şəraitində sürətlə genişlənməkdə olan istehsal fəaliyyəti biosferaya , bütövlükdə təbii mühitə mənfi planda təsir göstərən qüdrətli amilə çevrilir. Elm,texnika inkişaf etdikcə texnosfera ilə biosfera arasındakı ziddiyyətlər kəskinləşir.Müasir texniki vasitələr və intensiv texnologiya şəraitində, insanların təbiətə müdaxiləsi durmadan artır, təbiətin sərvət mənbələrindən ölçüyə gəlməz dərəcədə istifadə etmək imkanı yaranır. Lakin təbiətin  “istismar” edilməsi gücləndikcə bir tərəfdən cəmiyyət inkişaf edirsə, digər tərəfdən gələcək nəsillərin həyat fəaliyyətinin təbii əsaslarının məhv edilməsi üçün təhlükə yaranır.

         Ekoloji böran təhlükəsi bizim respublikamızdan da yan keçmir. Azərbaycan keçmiş SSRİ  miqyasında kimyalaşmanın mənfi təsirinə ən çox məruz qalan regiondur.Uzun illər ərzində torpağa verilən gübrələrin miqdarı müəyyən olunmuş normalardan çox-çox artıq olmuşdur. Bu torpağın korlanması, ətraf mühitin və suyun çirklənməsi ilə nəticələnmişdir. Bir çox iri kimya obyektlərin fəaliyyət göstərdiyi Sumqayıtın ekoloji böhranın göstəriləri yolverilməz həddi aşıb keçmişdi. Qəbələ RLS-nın fəaliyyəti respublikamızın şimal-qərb zonası rayonları üçün əsl təhlükə mənbəyinə çevrilmişdir. Uzun müddət ərzində Ermənistanın ərazi iddiaları; uydurma Dağlıq Qarabağ problemi, ölkəmizin ərazisinin beşdən birindən çoxunun işğal olunması burada ekoloji vəziyyətə ağır zərbə vurmuşdur.Müstəqillik əldə etdikdən sonra Azərbaycanda ekoloji təhlükənin aradan qaldırılması və ətraf mühitin tənzimlənməsinə dair uzunmüddətli proqram həyata keçirilir.

         Görkəmli rus alimi V. İ. Vernadski     təbiət və cəmiyyətin qarşılıqlı fəaliyyəti nəticəsində yaranmış, biosferin davamı olan noosferdən bəhs edərək yazırdı: insan öz fəaliyyəti nəticəsində biosferin yeni, geoloji vəziyyətini, yeni, mədəni, biokimyəvi enerjini, yəni noosferi yaradıb. Biosfer və onun obyektləri haqqında olan elmlər (təbii, humanitar, texniki) –milyonlarla yeni-yeni faktları tapıb sistemləşdirir. Bu vəziyyət 15-17-ci əsrlərdə yaranaraq, indiyə qədər sürətlə davam edir.Nəticədə biosferdə yeni vəziyyət – noosfer(ağıl sferi, sahəsi), baş verir.

         Vernadski qeyd edirdi ki, biosferin əsası – canlı təbiətdir. Canlı maddələr və cansız materiya arasında bir uçurum var. Canlı maddə sərbəst enerjinin daşıyıcısı və yaradıcısıdır; bu enerji –biokimyəvi xarakter daşıyır, bütün biosferi əhatə edir və demək olar ki, onun tarixini müəyən edir. O, kimyəvi elementlərin miqrasiyasını yaradır, onun həcmini, geoloji əhəmiyyətini göstərir.

         Canlı maddələri əhatə edən hüdudlar daxilində son 10 min ildə bu enerjinin yeni forması yaranmış  və sürətlə artmaqdadır. Homo-sapiens nəslinin fəaliyyəti, adi, canlı maddənin biokimyəvi enerjisinin təsirindən çox-çox kənarlara çıxaraq, kimyəvi elementlərin yeni miqrasiyasına səbəb olmuşdur.Vernadski bunu insan mədəniyyətinin enerjisi adlandırırdı; məhz bu enerji noosferi yaradır, o, orqanizmlərin psixiki fəaliyyəti ilə bağlıdır.Beynin inkişafı nəticəsində yaranan ağıl biosferin noosferə keçməsinə səbəb olmuşdur. Bunun üçün bir neçə yüz milyon il vaxt lazım gəlmişdir.

         Vernadski, 1-ci və 11-ci dünya müharibələrinin tarixi hadisələr ilə yanaşı, həm də geoloji hadisələr olduğunu subut etməyə çalışmışdır.O,qeyd edirdi ki, tarixçilər digər humanitar elmlərin nümayəndələri, bəzən də bioloqlar- biosferin qanunları ilə hesablaşmır, insanın sərbəst yaşayan, hərəkət edən, öz tarixini yaradan bir varlıq olduğunu göstərirlər. Əslində isə insan təbiətdən ayrılmazdır, qidalanmaq, nəfəs almaq zərurəti-bunu sübut edir.Nəzərdə tutaq ki, biosfer anlayışını ilk dəfə olaraq Lamark (19-cu əsr) istifadə etməyə başlamışdı.

         Həyat - kosmik  hadisədir. Yer üzündəki canlı həyat onun çəkisinin cüzi bir hissəsini təşkil edir;təkamül  prosesi       yalnız canlıya aiddir, özü də müəyyən istiqamət üzrə gedir, bunun antropogenezə doğru getməsini bir çox alimlər təsdiqləyirlər. Hal-hazırda tarixi proses insan fəaliyyəti ilə müəyyən olunur, bəşəriyyət, insan nəsli, qüdrətli geoloji amilə çevrilmişdir. Odur ki, biosferin də, insanın xeyrinə qurulması problemi artıq həll olunmaqdadır.

         Vernadski ilə yanaşı “noosfer” ideyasını qəbul və inkişaf etdirənlərin sırasında E.Le-Rua və T.De Şardene də göstərmək lazımdır.

         T.de.Şarden, antropoloji problemlərə toxunaraq, qeyd edirdi ki, insan təbiətdən ayrılandan sonra öz qarşısına təbiəti fəth etmək məqsədini qoyur.Fərdləşmə-istər ayrı bir şəxsiyyət, istər millət və ya irq səviyyəsində     -noosferin həqiqi miqyasını bizdən gizlədir, yer üzündə ruhun əmələ gəlmə

sinin   bioloji izahının yolunun qabağını kəsir.Məsələ bundadır ki, dünyanın bütün elementləri bir –birinə təsir göstərir, müdaxilə edərək, öz “radial qüvvələrini “ cəm edirlər. İnsanlarda belə təsir daha güclüdür (sosiallaşma). Buraya təşkilatın “tangensial enerjisini” də əlavə etmək lazım gəlir. Yer səthinin dairəvi, yumuru olması biosferinn inkişafı üçün çox əhəmiyyətli olmuşdur. İnsan nəsli dalğavari nşəkildə Yer üzündə yayılmağa, inkişaf etməyə başladı, ərazi məhdudluğu onu yığcam formada fəaliyyət aparmağa vadar edir. İnsanın şüuru oyanır. Genişlənir. Təsiretmə radiusu artır, əmək bölgüsü, Istehsal vasitələrinin inkişafı, nəqliyyat və rabitənin yaranması bu imkanları daha da artırır, eqosentrist idealları puç edir. “Hər kəs özü üçün” prinsipi yox, hamının bir istiqamətdə inkişafı və mənən yerləşməsi baş verir. Geniş üfüqlü gələcəkdə biz yalnız bəşəriyyəti, onun tərəqqisini görməliyik.

         Teyar de Şarden insan nəslinin bütövlüyündə kosmik kökləri də görür (məkan zaman baxımından).Onun fikrincə, bu birliyin fiziki əsası da var. Söhbət fərdi reallıqla yanaşı olan kollektiv reallıqdan gedir. İnsanın xüsusi əlaməti isə -onun ruhu, özünüdərki və fəaliyyətidir. Daha sonra burada elmi qeyd etmək lazımdır. Elm –insan ilə əkizdir. Düşünmək –dünyanı qeydə almaq yox, həm də ondakı bütövlülük əlamətini aşkarlamaq deməkdir. Şarden göstərdi ki, kollektiv təfəkkür, adamlara irəliyə doğru addımlamağa kömək edir, alimlərin ən böyük arzusu isə - təkamülün hərəkətverici qüvvəsi olan əsas enerjini tapmaqdır. Düşünən hissəciklər olan insanların canlı birləşməsi suprareallığı, meqasintez yaradır. Onu düşündürən belə bir universum, noosfer, fövqəl şüurdur. Burada iki proses gedir- bir-birindən uzaqlaşma və eyni zamanda kütləviləşmə;bunların qarşısını almaq üçün dünyanın dəyşilməz, universal mahiyyətini – yəni enerjini , yeni Allahı tapmaq lazımdır. Kollektivə, universuma doğru irəliləyərək, biz təkamülün kulminasiyasına (son həddinə) hansısa ali şüur səviyyəsində nail ola bilərik. Omeqa nöqtəsində qovuşan məkan və zaman insaniləşir, fövqəlinsaniləşir, burada universum  və fərdlər bir-birinə qovuşur. Noogenezin nəticəsində Omeqada şüurun sintezi, konverqensiyası gedir.

         Təbiət və cəmiyyətin vəhdətini həm də müasir dövrdə yaranmış ekoloji böhranda görmək olar. Sivilizasiya insan  cəmiyyətini  hara  aparır? Bu suala A.Peççei “İnsani keyfiyyətlər” adlı məruzəsində cavab verməyə çalışır. “Roma klubunun” başçısı A.Peççi müasir dövrün ekoloji fəlakət qorxusundan yazaraq, qeyd edir ki, sənaye,elmi və texniki inqilablar sivilizasiyanın qarşısında bir sıra problemlər yaradır. Əhalinin sürətlə artması, fövləqdövlətlər və geridə qalmış ölkələr arasında uçurumun dərinləşməsi, elmi-texniki inqlabın gözlənilməz sosial nəticələri insan nəslini böyük bir seçim qarşısında qoyur: özünüməhvə doğru getməli və ya arzu və istəkləri ödəmək üçün tam şərait yaratmalı.

         Peççiyə görə sürətlə silahlanmanın artması, meşələrin qırılması və digər faktlar sübut edir ki, insan, dünyaya özünün gətirdiyi yeniliklərlə uzlaşa bilməsə, öz insani keyfiyyətlərini təkmilləşdirməsə sivilizasiyanın nəhəng potensialından faydalı şəkildə istifadə edə bilməz.O, uzun illər bu problem üzərində düşündüyünü qeyd edərək, yazır ki, mədəni təkamül, dəyşikliklər insan həyatını dəyişdirə bilər; bunun üçün insan qlobal məsuliyyət hiss etməli, öz hərəkətlərinin nəticələrini qiymətləndirməyi bacarmalıdır. İnsanlarda bu qabiliyyət və imkanları uzun illər boyu formalaşdırmaq lazımdır. Hazırda vəziyyət gərgindir, insan nəslinin gələcəyi böyük şübhə altındadır. İnsanı dəyişdirə biləcək yeni humanizim yaradılmalı, bu humanizm inqlabi xarakter daşımalı, yaradıcı və cazibədar olmalıdır. İnsan nəslinin keyfiyyət və qabiliyyətlərinin əsaslı şəkildə dəyişdirmək (yaxşılaşdırmaq! ) lazımdır. Yeni humanizmin başlıca  keyfiyyətləri- qloballıq hissi, ədalətliyə məhəbbət və zorakılığa qarşı dözümsüzlük olmalıdır.Bu məqsədlərin öhdəsindən gəlmək üçün insanı, onun bütün imkanlarını öyrənmək lazımdır, çünki həm problemlərin mənbəyi, həm də ümid və arzularımız – insanın özüdür. Nədənsə insan varlığının yalnız maddi, bioloji tərəfləri öyrənilir!

         Digər bir vacib məsələ - insan nəslinin bütövlüyü və dünyanın vahidliyi məsələsidir. Mədəni və siyasi rəngarənglik insan cəmiyyətini daha zənginləşdirir, inteqrasiya, qarşılıqlı asılılıq elə artıb ki, yaşamaq üçün yalnız birləşmək və inkişaf etmək lazımdır. Sistemlilik konsepsiyası – qloballığın ifadəsi və nəticəsidir. Qloballığın digər aspekti də vardır – öncəgörmə (qabağı görmə), lahiyələndirmə. İnsan , öz gələcək məqsədi və vəzifələrini çox aydın təsəvvür etməlidir, özü də bütöv kainat, məkan miqyasında olmalıdır. Hazırda beynəlxalq münasibətlər miqyasında xalqların qarşılıqlı asılılığı durmadan artır. Bu mənada təkcə milli maraqlara qapanmaq insanların xilası yolunda başlıca əngəldir. Hərbi xərclər, diplomatiya, kəşfiyyat və digər xidmətlərin bürokratik apparatatları – yerli hakimiyyətin in məhdud maraq və mənafelərinə xidmət edir. Peççei belə bir qənaətə gəlir ki, hər bir dövlətin, millətin, fərdin gələcəyi yeniləşməlidir. Bu yeniləşmə hər kəsin iştirakının dərəcəsindən asılıdır. Yalnız bu yolla ekoloji böhranı aradan qaldırmaq mümkündür.

 

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 1922 | Загрузок: 0 | Комментарии: 1 | Рейтинг: 4.0/1 |
Всего комментариев: 1
03.12.2016 Спам
1. sema () [Материал]
yaxwi

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016