F Ə L S Ə F Ə - Hüquq - Kitablar - Kitabxana - Marketing
Marketing Четверг, 08.12.2016, 12:46
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1290

Главная » Файлы » Kitablar » Hüquq

F Ə L S Ə F Ə
[ ] 20.02.2009, 11:40

Sosial fəlsəfənin predmeti və cəmiyyətin öyrənilməsində rolu

 1. Sosial həqiqətin anlayışı. Sosial həqiqətin  başqa bir xüsusiyyəti burada obyektiv biliyi əldə etməyin çox çətin olması ilə bağlıdır. Belə ki, sosial biliyin inkişafı bir-birinə əks baxışların, nəzəriyyələrin mübarizəsi və yeniləşməsi yolu ilə gedir. Buna görə də nəzərdə tutulmalıdır ki, burada həqiqətin meyarı kimi fərdi təcrübə, birdəfəlik yoxlama aktı deyil, tarixi ölçüdə götürülən ictimai praktika çıxış edir. Lakin praktika sosial həqiqətin nisbi meyarıdır, bu mənada ki, o  biliyin yalnız müəyyən şərait üçün həqiqət olduğunu göstərir. Odur ki, burada praktika meyarı bir tərəfdə kifayət qədər həqiqi xarakter daşıyırsa, digər tərəfdən xeyli dərəcədə qeyri-müəyyəndir.

Sosial biliyə dəyərlərlə əlaqə səpkisindən yanaşdıqda burada həqiqət ilə idealın spesifik qarşılıqlı münasibətləri aşkara çıxır. Belə ki, sosial idrak təkcə ictimai reallığı təsvir etmək və izah etməklə məhdudlaşmır. Onun mühüm bir vəzifəsi həm də real mövcud olan ilə normativ, ideal planda olmalı olan arasında əlaqə yaratmaqdadır. Bu mənada sosial həqiqət həm də cəmiyyətin idealını ifadə etməyə yönəlir. Onun mühüm bir keyfiyyəini sosial ədalətə doğru istiqamətlənməsi təşkil edir. 

Sosial həqiqətin səciyyəvi cəhətlərindən biri də onda şərtilik əlamətinin nisbətən güclü olmasıdır. Aydındır ki, ünsürlərinin (ideallaşdırma, gerçəkliyin təxmini kobud formada əks etdirilməsi, real həyatdan fərqli modellərdən  istifadə olunması və s.) tətbiqi öyrənilən obyekti mütabiq əks etdirməyin spesifik qnoseoloji üsullarıdır. Bu yol ilə insan sosial reallığı dərindən və hər tərəfli əks etdirir, ona inkişaf və dəyişilmədə yanaşa bilir. Qeyd olunmalıdır ki, sosial həyati öyrənərkən belə ideallaşdirma daha çox zəruridir.bu öyrənilənin son dərəcə mürəkkəb olmasından irəli gəlir.İdeallaşdırma öyrənilən hadisə və prosesləri sadələşmiş şəklə salmağa, onları təsadüflərdən və ikinci dərəcəli əhəmiyyət kəsb edən amillərdən təmizləməyə imkan verir. Beləliklə də onların mahiyyətini və inkişaf istiqamətlərini, meyllərini aşkar etmək asanlaşır.

Bununla birlikdə göstərilməlidir ki,sosial idrakda şərti üsullarin tətbiqi ziddiyyətli xarakter daşıyır: onlar bir tərəfdən reallığı yaradıcı surətdə, obyektiv – həqiqi əks etdirmək üçün zəruridir, digər tərəfdən isə şərtiliyin rolu cüzi olaraq şişirdildikdə sosial biliyin idraki əhəmiyyəti azalır və heçe enir.

Deyilənlər sübut edir ki, sosial həyat son dərəcə mürəkkəb və çox pilləli xarakterə malik olduğu üçün onun öyrənilməsi də müəyyən çətinliklər yaradır.

Sosial idrakın obyektiv çətinliklərin ilə yanaşı müəyyən subyektiv xarakterli çətinliklər də vardır. Burada idrakın subyekti olan insan müxtəlif ictimai əlaqələrə cəlb olunmuş halda çıxış etsə də, özünün fərdi təcrübəsinə və intellektinə, tələbat və mənafelərinə dəyərlərinə malikdir. Buradan aydın olur ki. Sosial idrakı səciyyələndirərkən onda şəxsiyyət amilinin mühüm rolu göstərilməlidir.

Sosial həyat, burada gedən proseslər və onların qanunauyğunluqları sosial fəlsəfə tərəfindən öyrənilir. Bu elm ümumi fəlsəfənin ayrılmaz və eyni zamanda, spesifik tərkib  hissəsidir.

Qeyd edək ki, sosial anlayışı sözün geniş və məhdud mənasında işlənilir. Birinci halda o, “ictimai” anlayışının sinonimi kimi götürülür. Geniş mənada işləndikdə sosial anlayışı təbiətlə münqayisədə ictimainin spesifik və fərqli cəhətlərini ifadə edir. Digər tərəfdə geniş mənada yanaşdıqda sosial ayrıca bir fərddən, şəxsiyyətdən fərqliliyi bildirir. Başqa sözlə o, ayrıca bir fərdin indevidual keyfiyyətlərini deyil, sosial birlik formalarına və bütövlükdə cəmiyyətə aid olan keyfiyyətləri ifadə edir.

Sözün məhdud mənasında sosial dedik də isə ictimai həyatın xüsusi bir sferası başa düşülür. Bu sfera insanların sosial vəziyyəti, ictimai əmək bölgüsündə yeri, həyat səviyyəsi, təhsili və s. məsələləri əhatə edir. Beləliklə, sosial fəlsəfə sosial hadisələrin qarşılıqlı təsirinin ən ümumi qanunauyğunluqları və meylləri haqqında, sosial həyatı bütöv proses kimi ifadə edən, cəmiyyətin mövcdluğu və inkişafı haqqında nəzəri biliklər sistemidir. Bu elm sabit və böyük insan quruplarını, onlar arasındakı münasibətləri, onların əlaqələri və cəmiyyətdə rolunu ifadə edən qanunları öyrənir. Sosial fəlsəfənin problemləri geniş əhatə dairəsinə malikdir. O, ictimai münasibətlər sistemini, cəmiyyət həyatının bütün tərəflərini araşdırır. Sosial həyatın dəyişilməsi və sosial sistemin inkişafını bütöv bir tam kimi təhlil edir.

Cəmiyyətin sosial həyatı insanların birgə varlığını ifadə edir. Buraya onların madii və mənəvi həyatı, habelə digər hadisə və proseslər daxildir. Onun məzmununu insanlar arasındakı çoxtərəfli qarşılıqlı təsir növləri ifadə edir. Insanların sosial hərəkətləri müxtəlif ictimai amillərin təsiri ilə şərtlənir. Sosial hərəkətin və sosial münasibətlərin əsas subyekti kimi sosial birlik forması və ya bütünlükdə cəmiyyət çıxış edir. Bütövlükdə sosial həyat özünün mütəşəkkilliyi və strukturuluğu ilə səciyyələnir. Sosial sistem müxtəlif yarımsistemlərin və elementlərin səhmanlı düzülüşü deməkdir.

Sosial fəlsəfənin predmetinə cəmiyyət həyatının əyani təsvir olunan və emprik yol ilə qavranılan tərəfləri deyil, xeyli dərəcədə ümumi və mücərrəd xarakter daşıyan xassələr, formalar və əlaqələr daxildir. Sosial fəlsəfə insanların başqaları ilə birgə fəaliyyətində yaratdığı fərdidən kənar və ondan yüksəkdə duran formaların, əlaqələrin və münasibətlərin sistemi kimi götürülən cəmiyyət haqqında düşüncələr deməkdir.

Sosial həyatdakı forma və əlaqələrin mahiyyəti açıq-aydın görünmür, bir növ gizli xarakter daşıyır. Buna görə də hər bir insanın bunlar haqqında təsəvvürləri doğru olmaya da bilir. Deməli sosial həyatı öyrənərkən bu və ya digər fərdin təsəvvürləri deyil, onların bütöv bir tam kimi əhatə olunduğu birliklərin fikirləri əsas götürülməlidir. Sosial fəlsəfənin öyrəndiyi məsələlərin əyani surətdə görünməməsi heç də onları araşdırmağın qeyri-mümkünlüyü demək deyildir. Belə ki, həmin gizli sosial əlaqələr, münasibətlər və formalar dolayısı ilə, bilavasitə, müxtəlif yardımçı vasitələr şəklində (predmetlərdə, insaların hərəkətlərində, dilində, bədənində, onların yaratdıqları təşkilat və müəssisələrdə) ifadə olunur. Bu sonuncuları təhlil etməklə biz ümumi sosial əlaqə və münasibətlər haqqında dəqiq bilik əldə edə bilərik.

Hər bir insan həyatda heç də həmişə özü istədiyi kimi hərəkət etmir. O, öz hərəkətini ölçüb biçir. Buna görə də istədiyi kimi deyil, lazım olduğu kimi hərəkət edir. Çünki insanların həyatı bir - birindən ayrılmazdır. Məsələn, hər bir insan öz fikirlərini dil vasitəsilə ifadə edir, lakin bu dili o yaratmamışdır. Dil ümumiyyətlə, cəmiyyətin məhsuludur. Hətta insanın getdiyi küçə də o şəxsin özünün deyil, ümuminindir. Bir sözlə hər bir insan özündən asılı olmadan ictimai əlaqələrin və münasibətlərin çoxsaylı şəbəkəsi ilə əhatə olunur. Bu sosial şəbəkə və formaların özü də insanların bir gə fəaliyyətinin məhsuludur. Məsələn, biz müəyyən hərəkəti edərkən onu mövcud normalara uyğunlaşırırıq. Çox vaxt fərqinə varmırıq ki. Bu normaları da insanlar yaratmışlar.

Yuxarıda dyeilənlər sübut edir ki, insan ilə cəmiyyət bir – birinə qırılmaz tellərlə bağlıdır. İlk nəzərdə aydın görünən bu münasibətlər nəzəri fikirdə birmənalı izah edilmir. Burada iki əsas yanaşma özünü göstərir. Birinci mövqenin tərəfdarları (M.Veber başda olmaqla) belə hesab edirlər ki, insan sosial münasibətlərin ansamblıdır. Hər bir cəmiyyət, məhz özünə lazım olan adamları yaradır. İnsanlar da cəmiyyətin onlardan gözlədiklərini arzu edirlər. Bu cür yanaşma özündə determinizmi ifadə etməsinə baxmayaraq məqbul hesab edilə bilməz. Çünki bu halda cəmiyyətin guya əvvəlcədən müəyyən olunmuş dəqiq proqram üzrə fəaliyyət göstərdiyi iddia olunur. Belə təsəvvür cəmiyyətin necə və hansı yollarla dəyişildiyini izah edə bilmir. İkinci baxışa görə (E.Dürkheym və başqaları) insan şüura və iradəyə malik olan müstəqil subyektdir. O, öz hərkətlərinin mənasını başa düşür və bu hərəkətləri şüurlu seçmək iqtidarındadır. Bu cür yanaşdıqda cəmiyyət sadəcə olaraq sosial atomların (fərdlərin) məcmusu, onların şüuru və iradəsinin məhsulu kimi təsəvvür olunur.

Yuxarıda gətirilən hər iki mövqe özü-özlüyündə əhəmiyyətli olsalar da, ayrı-ayrılıqda birtərəfli xarakter daşıyır. Buna görə də onlara əsaslanmaqla insan –  cəmiyyət münasibətlərini dəqiq izah etmək qeyri-mümkündür. Yalnız bu baxışların müsbət cəhətlərini əlaqələndirmək yolu ilə sosial həyatı dərində dərk etmək olar. Qeyd edək ki, yuxarıda izah olunan iki mövqeyi əlaqələndirmək o qədər də asan deyildi. Çünki, ayrılıqda götürülən insan təkbaşına yaratmamışdır, o, insanların birgə tarixinin məhsuludur. Digər tərəfdən isə hər bir insan öz həyatını yaşamaqla yanaşı, həm də insanların ümumi birgə tarixində müəyyən iz buraxır. İstənilən sosial hərəkət iki tərəfi əhatə edir. Birinci insandan kənar olan, yəni obyektivləşdirilmiş tarix hesab olunur. Bu tarix uzun illər ərzində insanların birgə yaratdığı əşyalarda, maşınlarda, binalarda, kitablarda, habelə adətlər, hüquq və əxlaq normalarında, çoxsaylı təşkilatlarda və insanların qarşılıqlı təsirinin həyata keçirdiyi digər formalarda təcəssüm olunur. İkinci tərəf isə bilavasitə həmin insanın özündə olaraq onunla bağlı tarixdir, yəni onun ümumi sosial prosesə verdiyi töhfədir. Hətta ilk nəzərdə daha çox təbiətin məhsulu kimi görünən insan bədəni də cəmiyyətin tarixindan kənarda mövcud ola bilməz. Çünki bədənin özü üzvi təbiətdə gedən proseslərlə sosial – tarixi və mədəni inkişafın vəhdətinin məhsuludur.

Bu amillər birlikdə (habelə kütləvi informasiya vasitələri və təhsil sistemi də daxil olmaqla) insanın həyat tərzini, düşüncə və fikirlərini müəyyən edir. Lakin insanın sosial keyfiyyətləri daim inkişaf edir. O, zaman keçdikcə yeni-yeni cəhətlər əldə edir, onun dili və davranış vərdişləri təkmilləşir. Bir sözlə insanın sosiallaşması deyilən ümumi proses özünü göstərir.

Deyilənlər sübut edir ki,insanın hərəkətləri və davranışı sosial determinantlarla şərtlənir. Lakin bu onun azadlğını əlindən almır. Belə ki, hər bir insan konkret şəraitin irəli sürdüyü mümkün variantlardan istədiyini seçə bilir. Bu iki tərəf arasındakı münasibətləri obrazlı şəkildə müəyyən bir oyun ilə buradakı iştirakçıların münasibətlərinə bənzətmək olar. Bəllidir ki. Hər bir oyunun öz qayda və qanunları vardır. Oyunda iştirak edənlərin hamısının onlara əməl etməsi tələb olunur. Digər tərəfdə oyun sonsuz sayda gedişlərə malikdir. Bu gedişlərin variantını seçməkdə hər bir iştirakçı sərbəst və azaddır.

İnsan gündəlik həyatda öz yaxınları və qohumlarını əhatə edən məhdud dairədə doğulur. Lakin zaman keçdikcə əhatə dairəsi genişlənir və onun mənşəyi ilə bağlı izlər tədricən silinir. Və o, başqaları tərəfindən sanki yad bir adam kimi qavranılmağa başlayır, beləliklə də o, hər bir konkret adama münasibətdə özgə kimi çıxış edir. Elə təəssürat yaranır ki, insandan kənar və hətta ondan yüksəkdə duran subyektdir. Nəticədə sosial qayda obyektiv forma alır, yəni insan elə bir reallığı yaradır ki, həmin reallıq onun özünü də inkar edə bilir. Bütün bu proseslər isə öz mahiyyətinə görə cəmiyyətin dəyişilməsi deməkdir. Dəyişilən cəmiyyət isə özünə uyğun adamları yəni bu cəmiyyəti təkrar istehsal etməyi bacaran insanları yaradır.

Sosial fəlsəfədə də materializm və idealizm mövqeləri vardır. Birinci tərəf buna əsaslanır ki, ictimai həyatın əsas məzmunu təşkil edən fəaliyyətin motiv və məqsədləri insanların sosial varlığı ilə müəyyən olunur. İdealizm isə bunu əsas götürür ki. Fəaliyyət şüurlu prosesdir, insanlar əvvəlcədən öz fəalliyyətinin məqsəd və məzmununu təsəvvür edirlər. Bu baxışların hər ikisində həqiqət payı vardır. Təsadüfi deyildir ki, idealist sosial fəlsəfə zəminində cəmiyyətin və ayrıca bir insanın müxtəlif həyat fəaliyyəti sahələrinə aid çox maraqlı fikirlər irəli sürülmüşdür (məs. klassik alman fəlsəfəsi, Dürkheym, yenikantçılıq, müasir pazitivizm və s.).

Sosial fəlsəfənin spesifikliyi onun yerinə yetirdiyti funksiyalarda da üzə çıxır. Qeyd edək ki, sosial fəlsəfənin funksiyaları öz ifadə formalarına görə ümumilikdə fəlsəfənin yerinə yetirdiyi funksiyalar ilə çox yaxındır. Bununla belə onlar spesifik xüsusiyyətlərə malikdir. Sosial fəlsəfənin əsas funksiyaları aşağıdakılardır: dünyagörüşü, nəzəri, metodoloji və proqnostik funksiyalar. Birinci funksiya onda ifadə olunur ki, sosial fəlsəfə insanlarda sosial aləm haqqında, burada insanların maddi həyat şəraiti və şüuru haqqında, insanın cəmiyyətdə yeri və rolu, həyatın məqsədi və mənası haqqında bitkin elmi təsəvvürlər formalaşdırır.

Nəzəri funksiya o deməkdir ki, sosial fəlsəfə sosial hadisələrin və proseslərin dərinliklərini öyrənməyə imkan verir. Onların mahiyyətini nəzəriyyə səviyyəsində araşdırır. Metodoloji funksiya bunu göstərir ki, cəmiyyət həyatının bu və ya digər tərəflərini öyrənən ayrı-ayrı ictimai elmlər (tarix, hüquq, iqtisadiyyat, psixologiya və başqaları) öz tədqiqat obyektlərini təhlil edərkən sosial fələsəfənin ümumi müddəalarına arxalanırlar. Nəhayət sosial fəlsəfə proqnozlaşdırıcı funksiya yerinə yetirir. Belə ki, onun işləyib hazırladığı müddəalar cəmiyyətin gələcək inkişaf meyllərini, insanların fəaliyyətinin perspektiv nəticələrini irəlicədən görmək imkanı verir. Bu funksiyaya əsaslanmaqla ayrı-ayrı sosial hadisələrin və bütövlükdə cəmiyyətin gələcək inkişafını proqnozlaşdırmaq mümkün olur.

Yuxarıda göstərilən bütün funksiyalar bir-birilə sız qarşılıqlı təsirdə çıxış edir. Onların ayrılmaz vəhdəti sosial – fəlsəfi biliyin spesifikliyini və mahiyyətini bütöv şəkildə əks etdirir.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 2861 | Загрузок: 0 | Комментарии: 4 | Рейтинг: 4.5/2 |
Всего комментариев: 3
22.09.2013 Спам
3. Binne () [Материал]
Duzdur ki islamda telaq var amma islam pyxlosogiiasi bosanmaq isdeyen sexslere son ana qeder gozel meslehetler verir ki onlar ayrilmasinlar cunki bu qanunun islamda olmasina baxmaya Allahtalanin telaqdan xoslanmadigi da islamda var axi biz niye onu nezere olmiriq ki islam bize evlenmey ucun qarsi terefi tanimaq ucun azadliq vermis ve iki terefin biri biri ile gorusub sohbet etmesine cercive daxolinde icazeni ele ona gore vermisdir ki sonra bele bosanma meseleri ortaya cixmasin İnseallah muselman baci ve qardaslarimiz evlemmezden evvel qarsi terefi gozel taniyandan sonra evlenerler ta islam aleminde bosanmalar olmain

26.02.2011 Спам
2. elsen () [Материал]
ela saytdir

22.01.2011 Спам
1. Mirnamiq Bashirov () [Материал]
cox tesekkur edirem maraqli ve mezmunlu materiala gore

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2016