Məntiqi (maraqlı) suallar - Biliyinizi yoxlayin - Sual-Cavab - Kitabxana - Marketing
Marketing Пятница, 25.04.2014, 09:01
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Biliyinizi yoxlayin [8]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1148

Главная » Файлы » Sual-Cavab » Biliyinizi yoxlayin

Məntiqi (maraqlı) suallar
[ ] 06.11.2008, 17:32
                                           Balığı kim saxlayır?         

Bir sırada tikilən 5 müxtəlif rəngli evdə (hər evdə 1 nəfər yaşamaqla) 5 müxtəlif millətdən olan adamlar yaşayırlar. Onlar 5 müxtəlif heyvan saxlayır, 5 müxtəlif markalı siqaret çəkir, 5 müxtəlif içki içirlər. (Hər biri yalnız birini saxlayır, birini çəkir, birini içir)

 

Şərt belədir. -

  1. Norveçli birinci evdə yaşayır.
  2. İngilis qırmızı evdə yaşayır.
  3. Yaşıl ev ağ evdən solda yerləşir.
  4. Danimarkalı çay içir.
  5. “Rothmans” çəkənin ən yaxın qonşularından biri  pişik saxlayır.
  6. Alman “Marlboro” çəkir
  7. Sarı evdə yaşayan “Kent” çəkir.
  8. Göy evin sakini Norveçlinin ən yaxın qonşusudur.
  9. Ortada yerləşən evin sakini süd içir.
  10. “Rothmans” çəkənin ən yaxın qonşusu su içir.
  11. Pall Mall” çəkən quş saxlayır.
  12. İtalyan it saxlayır.
  13. Göy evin sakini at saxlayır.
  14. “Philip Morris” çəkən pivə içir.
  15. Yaşıl evin sakini kofe içir.

 

Sual belədir. – Bəs balığı kim saxlayır?

 
 
     Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin.  
      

                                                           1.1.Tərəzi

      Ekranda gördüyünüz doqquz ədəd şardan səkkizi eyni çəkiyə malik, yalnız biri isə onlardan ağırdır. Tərəzidən yalnız iki dəfə istifadə etməklə ağır daşı tapın. 

   
              º º º º º º º º º

     Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin.  

                                                                     


                                                         1.2.Şahzadə

   
     Iki şahzadə oğlan başqa əyalətin şahının qızına elçi gedirlər. Qız isə şahzadələrin heç birindən keçə bilmir və belə şərt irəli sürür ki, hər iki şahzadə qarşıda görünən ağacın yanından mənə tərəf atlarını çapsınlar. Kimin atı mənə ikinci çatarsa, mən ona ərə gedəcəm.  
     Şahzadələr həmin ağacın yanına gedirlər. Lakin onlardan heç biri atını qıza tərəf çapmır. Çünki onların hər biri istəyir ki, onun atı qızın yanına ikinci çatsın və qız ona gərə getsin. Onlar bir neçə saat belə gözləyirlər. Yoldan keçən bir çoban cavanların yolda xeyli dayandığını görüb, onlara yaxınlaşıb evinə dəvət edir. Bir stəkan çay içdikdən sonra çoban onlardan saatlarla ağacın yanında nə üçün gözlədiklərini soruşur. Şahzadələr hadisəni çobana danışırlar. 
     Çoban cavanlara bir cümlə deyir. Cavanlar o dəqiqə yerlərindən sıçrayıb atlara minib qıza tərəf çapırlar. 

     

     Çoban Cavanlara nə deyir?  


     Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 


                                                                             1.3.Su

     Bir ədəd beş litrlik, bir ədəd üç litrlik balon verilmişdir. Həmin balonlardan istifadə etməklə çəlləyə 4 litr su tökmək lazımdır.  
Necə etmək lazımdır ki, çəlləyə tökülən su 4 litrdən nə az, nə dəki çox olsun?
   
                             null           null                               

         

            Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin.  

   
   

                                                                1.4.Alma və yeddi oğul

     Ata bazara gedir, yeddi oğlu üçün yeddi dənə alma alır və atır zənbilə, gəlir evə. Hər oğluna bir dənə alma verir. 

Zənbildə neçə alma qalır?




    Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 


                                                         1.6.Pişik


      Otağın dörd küncü var. Hər küncdə bir pişik var. Hər pişiyin quyruğunun üstündə bir pişik oturub. 
Otaqda neçə pişik var? 




     Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 






                                                               1.7. Riyazi sual


     Kağız üzərində doqquz nöqtə qoyun. Qələımi kağız üzərindən çəkmədən elə dörd ədəd düz xətt çəkin ki, düz xətlər bütün nöqtələrdən keçsin.

                                                   •   •   •

                     •   •   •

                     •   •   •



   Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 

                                                              1.8.Ədədi sual

123456789 rəqəmlərinin arasına 7 ədəd  "+" işarəsini elə qoy ki, cavab 99 etsin.

 Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 


                                                       1.9.Pişik

    Otaqda 4 ədəd pişik var idi. Onlardan ikisi o biri otağa keçdi. Bu otaqda neçə pişik qaldı?

Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 


                                                                 

                                                         1.10.Kubik

      Gördüyünüz bu kubik dülgər tərəfindən taxtadan hazırlanmışdır. Lakin dülgər onu iki hissədən ibarət hazırlamış, sonra bir-birinə keçirmişdir. Həmin hissəcikləri bir-birindən ayırmaq da olur.

      Bəs dülgər bunu necə edir?

                                                     null

        Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 


                                                                                           1.11. Kibrit

   

        Altı ədəd kibrit çöpündən kvadrat düzəldin.

 

     Cavabı öyrənmək və ya dəqiqləşdirmək istəyirsinizsə, saytın “adminlərlə əlaqə” bölməsnə girin və istəyinizlə bağlı mesaj göndərin. 






Категория: Biliyinizi yoxlayin | Добавил: marketing
Просмотров: 40480 | Загрузок: 0 | Комментарии: 163 | Рейтинг: 4.1/36 |
Всего комментариев: 1631 2 3 ... 16 17 »
10.04.2014
163. shaxin_74 () [Материал]
mence otağın ağzı açıqdı onlar qayıdaccaqlar

10.04.2014
162. shaxin_74 () [Материал]
otaqda 4 eded pi.ik var idi.onlardan ikisi o biri ota]a keçdi bu otağda neçe pişik qaldı?

10.04.2014
161. qaqa () [Материал]
bilmedim

08.04.2014
160. guncicek () [Материал]
Sahdadeye aid sualin cavabi:coban onlara deyir ki,atlarinizi deyisdirin.

06.04.2014
159. Elnur () [Материал]
1+2+3+4+5+67+8+9=99 :)

06.04.2014
158. Elnur () [Материал]
5coban onlarin qulagina deyirki atlarinizi deyisin onda olarda deyisib qoyurlar uste

04.04.2014
157. aywem () [Материал]
4 pisik 0 alma

04.04.2014
156. aynur () [Материал]
kjh

04.04.2014
155. aynur () [Материал]
hmmmmmmmmmmmmmmmmmmmmm ola biler isa

04.04.2014
154. aynur () [Материал]
eyyyy men ne bilim nece alma qalir seyler

1-10 11-20 21-30 ... 151-160 161-163
Имя *:
Email:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 0
Гостей: 0
Пользователей: 0


Copyright MyCorp © 2014
Создать сайт бесплатно