A Z Ə R B A YC A N R E SP U B L İ K A S I N I N Q A N U N U
Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında
Maddə 1. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirləri 7 392 500,0 min manat, xərcləri 8 518 900,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 7 134 500,7 min manat, yerli gəlirləri 257 999,3 min manat və mərkəzləşdirilmiş xərcləri 7 605 576,1 min manat, yerli xərcləri 913 323,9 min manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulur:
(min manatla) 2.1. Fiziki şəxslərin gəlir vergisi 750 000,0 2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 280 000,0 2.3. Əlavə dəyər vergisi 1 725 000,0 2.3.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 745 000,0 2.4. Aksiz 450 000,0 2.4.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksiz 85 000,0 - 6 - 2.5. Hüquqi şəxslərin əmlak vergisi 110 000,0 2.6. Hüquqi şəxslərin torpaq vergisi 30 000,0 2.7. Yol vergisi 29 500,0 2.7.1. xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 3 500,0 2.8. Mədən vergisi 137 000,0 2.9. Sadələşdirilmiş vergi 63 000,0 2.10. Gömrük rüsumları 266 500,0 2.11. Dövlət rüsumu 52 000,0 2.12. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən icarə haqqı 4 000,0 2.13. Vergi olmayan sair gəlirlər 203 000,0 2.14. Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar 3 500,0 2.15. Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar 448,0 2.16. Səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər 26 496,0 2.17. Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar 1 615,4 2.18. Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər 4 000,0 2.19. Dövlət Neft Fondundan daxilolmalar 1 100 000,0 2.20. Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar 5 007,6 2.21. Təkrar borc sazişləri üzrə daxilolmalar 3 333,0 2.22. Aksiz markalarının satışından daxilolmalar 1 900,0 - 7 - 2.23. Ciddi hesabat blanklarının satışından daxilolmalar 200,0 2.24. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 136 000,0 2.25. Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar 10 000,0
Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli
Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır: 3.1. Yol vergisi 29 500,0 3.2. Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi 11 500,0 3.3. İdxal olunan minik avtomobillərinə tətbiq edilən aksizlər 50 000,0 3.4. İdxal olunan avtonəqliyyat vasitələrinə tətbiq edilən gömrük rüsumu 30 000,0 3.5. Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün tutulan dövlət rüsumu 3 500,0 3.6. Nəqliyyat vasitələrinin, o cümlədən motonəqliyyat vasitələrinin, qoşquların və yarımqoşquların illik texniki baxışdan keçirilməsi üçün tutulan dövlət rüsumu 5 500,0
Maddə 4. Azərbaycan Respublikasının 2008-ci il dövlət
büdcəsinə vergi daxilolmaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
Maddə 5. Azərbaycan Respublikasında istehsal edilən və
qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən 30 faiz həcmində yığım müəyyən olunur. - 8 -
Maddə 6. Xam neftin bir barelinin ixrac qiymətinin 50 ABŞ
dollarından çox olan hissəsinə 75 faiz həcmində yığım müəyyən edilir.
Maddə 7. Bu Qanunun 5-ci maddəsi ilə müəyyən olunmuş yığım
dövlət büdcəsinə, 6-cı maddəsi ilə müəyyən olunmuş yığım isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.
Maddə 8. Azərbaycan Respublikasının 2008-ci il dövlət
büdcəsinin mərkəzləşdirilmiş gəlirləri aşağıdakı mənbələrdən göstərilən normativlər üzrə ayırmalar hesabına formalaşır:
8.1. Bakı şəhəri üzrə gəlirlərdən («Avtomobil Yolları»
Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) 98,39 faiz
8.2. Aşağıdakı mənbələr üzrə daxilolmalardan:
Gömrük rüsumları, Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi və aksiz (Naxçıvan Muxtar Respublikasının gömrük orqanları tərəfindən toplanılanlardan başqa), dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalar, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar, səhmlərində dövlətin payı olan banklardan və digər kredit təşkilatlarından alınan dividendlər, Azərbaycan Respublikasının dövlət zəmanəti ilə kredit təşkilatlarından alınmış kreditlər üzrə daxilolmalar, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər, Dövlət Neft Fondundan daxilolmalar, aksiz markalarının satışından daxilolmalar, ciddi hesabat blanklarının satışından daxilolmalar, dövlət büdcəsindən verilmiş kreditlər üzrə daxilolmalar, təkrar borc sazişləri üzrə daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, Vahid xəzinə hesabının qalığının (sərbəst qalığın) idarəetməyə verilməsindən daxilolmalar, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri
Maddə 9. Şəhər və rayonların yerli gəlirlərinə aşağıdakılar
verilir: 9.1. Bakı şəhəri üzrə “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən və yerli xərclərdən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmalarından başqa gəlirlərin 1,61 faizi; 9.2. Digər şəhər və rayonlar üzrə (“Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid edilənlərdən başqa) gəlirlərin 100 faizi. Maddə 10. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir.
Göstəricilər Məbləğ
(manatla)
10.1. Ümumi dövlət xidmətləri 748.264.354,0
10.1.1. qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri 258.300.651,0 10.1.2. beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri 9.608.224,0 10.1.3. elm xərcləri 64.624.829,0 10.1.4. başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri 24.743.817,0 10.1.5. dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 195.086.833,0 10.1.6. yerli (bələdiyyə) büdcələrə verilən dotasiya 3.500.000,0 10.1.7. Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya 192.400.000,0 10.2. Müdafiə 1.019.770.607,0 10.2.1. müdafiə qüvvələri 939.631.161,0 10.2.2. milli təhlükəsizlik 75.635.895,0 10.2.3. müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar 2.686.870,0 10.2.4. digər kateqoriyalara aid edilməyən xərclər 1.816.681,0 10.3. Məhkəmə hakimiyyəti, hüquqmühafizə və prokurorluq 501.722.216,0 10.3.1. məhkəmə hakimiyyəti 36.913.110,0 10.3.2. hüquq-mühafizə 427.045.790,0 10.3.3. prokurorluq 37.245.019,0 10.3.4. digər kateqoriyalara aid edilməyən xidmətlər 518.297,0 10.4. Təhsil 973.837.900,0 10.4.1. məktəbəqədər və ibtidai təhsil 71.536.355,0 10.4.2. natamam və orta təhsil 575.898.377,0 10.4.3. internat və xüsusi məktəblər 38.249.591,0 10.4.4. texniki-peşə məktəbləri və liseylər 50.696.870,0 10.4.5. ali təhsil 97.428.944,0 10.4.6. təhsil sahəsində tətbiqi tədqiqatlar 3.641.355,0 10.4.7. təhsil sahəsində digər xidmətlər 136.386.408,0 10.5. Səhiyyə 331.993.525,0 10.5.1. poliklinikalar və ambulatoriyalar 52.093.956,0 10.5.2. xəstəxanalar 184.611.188,0 10.5.3. səhiyyə sahəsində digər xidmətlər 6.585.464,0 10.5.4. səhiyyə sahəsində tətbiqi tədqiqatlar 2.562.835,0 10.5.5. səhiyyə sahəsinə aid edilən digər xidmətlər 86.140.082,0 10.6. Sosial müdafiə və sosial təminat 741.140.470,0 10.6.1. sosial müdafiə xərcləri 720.841.969,0 10.6.1.1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən ayırmalar (transfert) 350.000.000,0 10.6.2. sosial təminat xərcləri 20.298.501,0 10.7. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 130.190.859,0 10.7.1. mədəniyyət və incəsənət sahəsində fəaliyyət 68.848.872,0 10.7.2. radio, televiziya və nəşriyyat 37.078.899,0 10.7.3. bədən tərbiyəsi, gənclər siyasəti və turizm 22.002.794,0 10.7.4. digər kateqoriyalara aid edilməyən fəaliyyət 2.260.294,0 10.8. Mənzil və kommunal təsərrüfatı 120.398.128,0 10.8.1. mənzil təsərrüfatı 13.031.268,0 10.8.2. kommunal təsərrüfatı 103.961.597,0 10.8.3. su təsərrüfatı 3.054.066,0 10.8.4. mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər 351.197,0 10.9. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 267.401.695,0 10.9.1. kənd təsərrüfatı 251.150.049,0 10.9.2. meşə təsərrüfatı 7.969.556,0 10.9.3. balıqçılıq və ovçuluq 1.682.581,0 10.9.4. ətraf mühitin mühafizəsi 1.841.566,0 10.9.5. hidrometeorologiya tədbirləri 4.757.943,0 10.10. Sənaye, tikinti və faydalı qazıntılar 2.838.572.022,0 10.10.1. tikinti 2.833.851.724,0 10.10.1.1. dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) 2.822.000.000,0 10.10.2. faydalı qazıntılar 4.720.298,0 10.11. Nəqliyyat və rabitə 77.514.981,0 10.11.1. nəqliyyat 77.398.288,0 10.11.2. rabitə 116.693,0 10.12. İqtisadi fəaliyyət 165.465.713,0 10.12.1. iqtisadi və kommersiya fəaliyyəti 37.500.000,0 10.12.2. iqtisadi fəaliyyətin digər sahələri 36.101.423,0 10.12.3. çoxsahəli inkişaf layihələri 91.864.290,0 10.13. Əsas bölmələrə aid edilməyən xidmətlər 602.627.530,0 10.13.1 məqsədli büdcə fondları 180.000.000,0 10.13.1.1 “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu 130.000.000,0 10.13.1.2 “Dövlət zəmanəti ilə alınan borcların təminat fondu” 50.000.000,0 10.13.2. ehtiyat fondları 254.600.000,0 10.13.2.1. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu 154.000.000,0 10.13.2.2. Dövlət büdcəsinin Ehtiyat Fondu 100.600.000,0 10.13.3. əsas bölmələrə aid edilməyən sair xərclər 168.027.530,0
Maddə 11. Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsinin xərclərinin 4 761,2 mln. manatı cari xərclər, 3 673,8 mln.
manatı əsaslı xərclər, 83,9 mln. manatı kreditlərə xidmətlə bağlı xərclərdir.
Maddə 12. Azərbaycan Respublikasının 2008-ci il dövlət
büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
Maddə 13. Azərbaycan Respublikasının şəhər və rayonları üzrə
gəlirlər 5.000.000.000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 254.025.726,0 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 46.500.000,0 manat, yerli xərcləri 909.350.264,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 655.324.538,0 manat təsdiq edilsin. Həmin şəhər və rayonların yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirləri 3.973.618,0 manat, xərcləri
3.973.618,0 manat təsdiq edilsin.
Maddə 16. Azərbaycan Respublikasının 2008-ci ildə daxili dövlət borclanma limitinin yuxarı həddi 500 000,0 min manat, xarici dövlət borclanma limitinin yuxarı həddi 2 400 000,0 min manat təsdiq edilsin.
Maddə 17. Büdcə daxilolmalarının vəziyyətindən asılı
olmayaraq, əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunmuş xərc maddələridir.
Maddə 18. Əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa
sosial müavinətlər və ödənişlər, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər, dərman və ərzaq alınması xərc maddələri ilk növbədə, sonra isə gəlirlərin daxil olmasından asılı olaraq və kəsirin müəyyən olunmuş həddi nəzərə alınmaqla, digər xərc maddələri üzrə nəzərdə tutulmuş xərclər maliyyələşdirilir.
Maddə 19. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 126 400,0 min
manat məbləğində təsdiq edilsin. Onun maliyyələşdirilməsi 2007-ci il 31 dekabr tarixinə vahid xəzinə hesabının qalığının bütün məbləği (məqsədli təyinatlı maliyyələşmələr istisna olmaqla), özəlləşdirmədən və dövlət istiqrazlarının daxili və xarici bazarlarda satışından daxilolmalar hesabına həyata keçirilsin.
Maddə 20. Azərbaycan Respublikası Dövlət Neft Fondunun
gəlirləri nəzərə alınmadan, Azərbaycan Respublikasının 2008-ci il icmal büdcəsinin kəsiri 3 303 905,0 min manat məbləğində müəyyən edilsin.
Maddə 21. Azərbaycan Respublikasının 2008-ci il icmal
büdcəsinin xərclərinin yuxarı həddinin məbləği 10 192 055,6 min manat müəyyən edilsin.
Maddə 22. Bu Qanun 2008-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 30 noyabr 2007-ci il № 484-IIIQ
|