Azərbaycanda iş adamları üçün yeni İnternet layihəyə həyata keçirilir
Azərbaycanın İnternet məkanında yeni layihəyə start verilir. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, layihənin əsas məqsədi iş adamlarını bir yerə toplamaq, onlar arasında keyfiyyətli rabitə əlaqəsi yaratmaqdır. «Bunect» vasitəsilə şirkətlər öz bizneslərini genişləndirə, başqa şirkətlərlə həm iş, həm də dostluq əlaqələri qura biləcək. Bundan başqa, şirkətlər müxtəlif ixtisaslı təcrübəli mütəxəssislər, iş axtaranlar isə özlərinə müvafiq iş tapa bilər. Platforma hələlik üç dildə - Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək. Layihənin əsas funksiyalarından biri qeydiyyatın müxtəlif variantlarda olması və istifadəçiyə seçim imkanının verilməsidir. Hər bir variantın özünə uyğun qeydiyyat forması olur, istifadəçi isə istədiyi zaman öz qeydiyyat tipini dəyişə bilər. APA-ECONOMICS.
|