Dünyanın ən «sağlam» ölkəsi hansıdır?
Finlandiya, Danimarka, İsveç (məhz bu sıra ilə) ən yüksək sağlamlıq indeksinə malik ölkələr kimi tanınmışlar. Qeyd edək ki, burada əhalinin fizioloji vəziyyəti əsas götürülmüşdür. Çin Xalq Respublikası Elmlər Akademiyasının alimləri tərəfindən aparılan tədqiqata dünyanın 45 iri ölkəsində əhalinin fizioloji vəziyyəti haqqında məlumatlar daxil edilmişdir. Ümumdünya ÜDM-in 90%-i onların payına düşür və bu ölkələrdə Yer əhalisinin 77%-i yaşayır. Bu siyahıda Rusiya - 29, ABŞ - 11-ci yerdədir. İlk beşliyə həmçinin Norveç və Avstraliya daxildir. Çin alimləri əhalidə sinir sisteminin, immun sistemin vəziyyətini, psixoloji halı, maddələr mübadiləsinin vəziyyətini nəzərə almışlar. Bunlar əsasında orta göstəricilər Milli sağlamlıq indeksi kimi göstərilir. Bu siyahıda Çin 13-cü yeri tutur. İnkişaf etməkdə olan ölkələr arasında bu, birinci yerdir. İTAR-TASS verdiyi xəbərə görə, Nigeriya ən axırıncı yerdədir.
|