ALFRED BERNARD NOBEL
2008-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına ABŞ-ın Prinston Universitetinin professoru Paul Kruqman layiq görülüb. Mükafat laureata ticarət modellərinin analizi və iqtisadi aktivliyin paylanmasına dair apardığı araşdırmalara görə verilib. Bəs bu mükafatın maliyyə mənbəyi haradandır?
Nobel mükafatı 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. Onun ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapitalın əsas hissəsi Nobel qardaşları şirkətinin səhmindən ibarət olmuşdur. Bunun qısa tarixçəsi belədir.
Nobellər ailəsi İsveçdən idi. 1843-cü ildə Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdviq və Robertlə İsveçdən Rusiyaya gəlir, Krım müharibəsinə cəlb olunmuş çar ordusu üçün silah istehsal etməyə başlayırlar. Əvvəlcə Azərbaycana Robert gəlir. O, tüfəng qundağı üçün qoz ağaçı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlir və orada qaynayıb-qarışan bir şəhər görür. Robert Nobel Bakıda neftlə bağlı geniş biznes imkanları görür və qardaşlarını burada şirkət açmağa inandırir. 1875-cu ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" - Nobel Qardaşları şirkətini yaradırlar. Az müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, zavodlar alır və xeyli kapitala yiyələnirlər. Lakin Rusiyada proletar iqnilabından sonra bolşeviklər Bakı neftinə can atırdılar. 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olur və neft sənayesini milliləşdirirlər. Nobellərin milyonları, əlbəttə ki, batmır. Çünki pullar xarici banklara yatırılirdı. İndi həmin pullardır ki, "Nobel mükafatı" formasında müxtəlif sahədə mühüm kəşf və ixtiraları olan alımlərə təqdim olunur." Nobel mükafatının məbləği təxminən 1,3 mln. dollara bərabərdir.
Azərbaycanlı alim də Nobel mükafatına iddialıdır.
O, AİDS və xərçəngi müalicə edə biləcəyini deyir. Naxçıvan şəhərinin Qaraçux kəndində yaşayan alim, ixtisasca baytar olan 72 yaşlı Mirmurtuz Mirabbas oğlu Eminov "Tibb eliminin tacı" adlandırdığı dərman preparatı kəşf etmişdir. "İbn Sinanın axtardığı preparatı mən icad etmişəm",- deyən M.Eminov hazırladığı, "Emin" preparatları adlı 3 növ dərmanın AİDS və xərçəng xəstəliklərini belə sağaltdığını bildirdi. Onun sözlərinə görə, bütün xəstəliklərin dərmanı olan həmin preparat Moskvada heyvanların üzərində uğurla sınaqdan keçirilib. Dərmanın necə icad olunmasına gəlincə, M.Eminov bildirdi ki, onun ixtirasının kökündə də qəribəlik dayanır. M.Eminovun sözlərinə görə, o 1978-ci ildə bir neçə gün koma halında xəstəxanada yatarkən düşündüyü resept üzrə həmin preparatı icad edib. Üç il ərzində ixtirasını başa vuran M.Eminov "Emin" preparatının maz, yağ və suspenziya halında spirtli qarışığını hazırlayıb. Alim bildirdi ki, dərmanların tərkibi bitki və heyvan yağlarından, etil spirtindən ibarətdir. Preparatın hazırlanma qaydası isə hələlik bir ona, bir də Tanrıya məlumdur.
|