AİM bütün dünyadan olan xırda,inkişaf etməkdə olan ölkələr üçün aparıcı dünya bazarıdır.1995-ci ildə yaradılışından başlayaraq şirkətlər arasına özünəməxsus yenilik gətirən və sahibkarlıq əlaqəsi yaradaraq 2100-dən artıq şirkəti seçərək özündə birləşdirmişdir.AİM-in əsas uğuru onun xüsusi olaraq xırda şirkətlərin tələbatını ödəmək üçün yaratdığı sadələşdirilmiş mexanizmin nizamlanması üzərində qurulmuşdur.
AIM-də gənc,riskli kapital ehtiyatı olan biznesdən genişlənməyə can atan yaradılmış biznesə qədər olan şirkətlər toplusuna rast gəlmək olar.
Bu şirkətlər müxtəlif səbəblərə görə AİM-ə cəlb edilmişdir. Onlar bunu pul ehtiyatlarının gələcək artımı üçün kapitalın yüksəldilməsi, effektiv qazanc yolu və ya tam siyahıya keçid vasitəsi kimi görə bilərlər.
AIM həmçinin bütün sahələr üzrə dünyanın hər bir yerindən olan qəbul edilmiş şirkətlərin fərqli bazarıdır.Biznes sahələrindən asılı olmayaraq şirkətlər AİM-ə qoşulurlar,çünki onu öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı yol kimi əsaslandırırlar.
Bu broşura sizə AİM və onun sizin şirkət üçün nəyə görə düzgün seçim ola biləcəyi haqqında daha çox məlumat verir.Əgər,siz bunu oxuyaraq,daha çox məlumat toplamaqda maraqlısınızsa,o zaman təfsilatıyla məlumat almaq üçün bizim əlaqə menecerlərimizdən biriylə əlaqə saxlaya bilərsiz.
Nə üçün ictimai bazara qoşulmaq lazımdır? İctimai bazara qoşulmaq qərarına gəlmək sizin şirkətin tarixində əsas təməl daşıdır.Düzgün seçim etmək çox vacibdir,çünki bu sizin təşkilatın gələcək uğuruna böyük təsir göstərə bilər.
Nə üçün London bazarlarını seçmək lazımdır? Şirkət London bazarına qoşulmağı seçə bilərki:
• Eyni zamanda yerləşdirmə və sonrakı buraxılışlar üçün sərmayə artımına giriş üçün
• Səhmdar özülünü genişləndirmək və mümkün olan dərəcədə daxil olan səhmdarlara çıxış imkanı verərək bazarı öz aksiyaları üçün yaratmaq üçün
• Öz biznesi üçün obyektiv bazar dəyəri əldə etmək üçün • Yeni xarici bazarlarda əməliyyatlarını genişləndirməklə nüfuzunu yüksəltmək üçün
• Aksiyalar şəklində valyutanı əldə etməklə qazanc əldə etmək üçün • Stimulverici layihə aksiyalarının təqdim edilməsi çərçivəsində işçilərin mükafatlandırılması və həvəsləndirilməsi üçün
Nə üçün AİM-ə daxil olmalı? AİM-in özünəməxsus üstünlüyü onun ictimai bazarda satışda olan dəyərləri təklif etməsidir,lakin o bunu xüsusi olaraq xırda şirkətlər üçün mexanizmini yaradaraq nizamlayır.
Burada şirkətlərin nə üçün AİM-ə daxil olmaq üçün seçim etməsinin bəzi səbəbləri var: Ümumi Giriş Bir çox bazarlardan fərqli olaraq,AİM şirkətin həcmi,nailiyyəti və ya ictimai əllərdə olan aksiyaların sayı kimi minimal meyarlara münasibətdə şərt qoymur.Əvəzində,bütün perspektivli şirkətlər bizim qeydiyyatçı tərəfindən bəyənilmiş “Nomad” təyin etməlidir ki, kim ki,şirkətin AİM-ə uyğun gəldiyinə və ictimai bazara qəbul olunmağa hazır olduğuna dair təminat verəcək.
Bu asan yaxınlaşma perspektivli AİM şirkətlərinin müvafiq keyfiyyətli idarəsinə,AİM-in xırda,inkişaf etməkdə olan şirkətlər üçün mümkün qədər açıq olmasına təminat verir.
Sadə giriş prosesi “Nomad”-ın rolunun bir hissəsi hüquqşünaslar və mühasiblər kimi şirkət və digər məsləhətçilərlə yanaşı qəbul edilmə prosesinin uyğunlaşdırılması məsuliyyətini öz üzərinə götürməkdir.
“Nomad” şirkətin AİM-ə uyğun gəldiyinə və şirkət haqqında lazımi məlumatın qəbul edilmə sənədinə daxil olduğuna dair təminat vermək üçün geniş lazımi yoxlamanı həyata keçirəcək.
AİM Birləşmiş Krallıqdan qıraqdakı işləriylə bir neçə şirkəti özünə cəlb etdi.2003-cü il mayında, biz AİM-in “Göstərilmiş Bazar İstiqaməti” kimi tanınmış kriteriyalarına uyğun gələn beynəlxalq şirkətlər üçün sadələşdirilmiş qəbul edilmə prosesini təqdim edik.
Kiçik şirkətlər üçün müvafiq göstəriş Bütün AİM şirkətlərndən bütöv ilin nəticələrini və siyahıya alınmış maliyyə fəaliyyətini aşkar etmək üçün təfsilat tələb olunur.Əlavə olaraq,şirkətlərdən öz aksiya qiymətlərinə və şirkətin gələcək fəaliyyətinə təsir edə biləcək davam edən digər əsas inkişaflar haqqında baş verənləri aşkar etmək üçün də tələb olunur.
Lakin,bir çox hallarda, AİM şirkətlərindən effektiv əldə etmə və yerləşdirmə zamanı əlavə sənədləşmənin istehsalı tələb olunmur,beləliklə şirkətə öz istiqamətini sürətlə dəyişməyə və effektiv qiymətləndirilməyə və ya genişlənməyə hüquq və imkan verirlər.
AİM-də olan şirkətlərin sərmayəçiləri üçün vergi təxirə salmaları AİM şirkətlərinin sərmayəçiləri üçün çox miqdarda vergi təxirə salmaları yararlıdır.Əlavə məlumat üçün Birjanın web səhifəsini ziyarət etməyiniz xahiş olunur.www.londonstockexchange.com/aim və ya məsləhətçinizlə danışın.
AİM-beynəlxalq diqqət mərkəzi 1995-ci ildə yaradılışından başlayaraq,AİM 22 müxtəlif ölkə və 33 biznes sektorunu təmsil edən,250-dən çox şirkəti özünə cəlb etmişdir.
Beynəlxalq şirkətlər üçün,AİM-ə qəbul edilmə geniş miqdarda həm əsas həm də xüsusi sərmayəçiləri və kapitalı təkcə girişlə təchiz etmir,o həmçinin xarici bazarlarda əməliyyatlarını genişləndirmək istəyən şirkətlərə öz nüfuzlarını artırmağa kömək edir.Beynəlxalq şirkətlər AİM-ə standart yolla və ya əgər mümkündürsə,AİM-in “Göstərilmiş Bazar İstiqaməti”ilə qoşula bilərlər.
AİM-in Göstərilmiş Bazar İstiqaməti Bizim Göstərilmiş Bazar Yolumuz beynəlxalq şirkətlər üçün bir çox xeyir təklif edir.Bu,göstərilmiş əsas bazarda ən azı 18 ay müddətində ticarət aparan şirkətlər üçün AİM-ə qəbul edilmə prosesini sadələşdirmək üçün yaradılıb. Bu şirkətlər AİM-də əlavə qiymət təyin etmənin əsası kimi mövcud illik hesabatını və mə`ruzəsini istifadə edə bilərlər.
Gələcəkdə digər birjalar da bu siyahıya əlavə oluna bilər.
Hal-hazırda AİM-in Müəyyən olunmuş Bazarları • Avstaliya Fond Birjası • Euronext • Alman Birjası • JSE Cənubi Afrikanın Təhlükəsizlik Birjası • NASDAQ • Nyu-York Fond Birjası • Stokholm Birjası • İsveç Birjası • Toronto Fond Birjası
AİM sizin üçün düzgündürmü? AİM-də qiymət təyin etmə sizin şirkətin artım və inkişafını davam etdirmək üçün inanılmaz güclü yol ola bilər.Lakin qəbul edilmək üçün qərar verməzdən əvvəl bəzi vacib məsələlər var ki,siz onları nəzərə almalısınız.
AİM-ə qəbul edilmə şirkətdən və onun idarəçilərindən öhdəlik tələb edir. Lakin,əgər siz AİM-in təchiz etdiyi fürsətlərin hamısının üstünlüyündən istifadə etmək istəyirsinizsə,siz dünyanın ən uğurlu inkişaf bazarında çox isti qarşılanacaqsız.
Faydalar • Əsas artım və qazancı ehtiyat kapital üçün artırmağa imkan verir. • Mövcud olan sahibkarlar üçün çıxış strategiyası və öz sərmayələrini həyata keçirmək üçün imkan təklif edir. • Sizin görünüşünüzü artırır və bütün dünya üzrə alıcı və təchizatçılarınız ilə birlikdə ictimai statusunuzu yüksəldir. • Sizin səhmdar bazanızı genişləndirməyə imkan verir. • Sizin biznes üçün obyektiv bazar dəyərini təmin edir. • Mülkiyyət aksiyasının planını yaratmaqla sizə işçilərin həvəsini qaldırmağa imkan verir. • Sizə öz aksiyalarınızı valyuta kimi istifadə etməklə qazanc əldə etməyə imkan verir. • Yüksək keyfiyyətlə və geniş miqdarda investorlarla birlikdə sizin düzgünlüyünüzü artırır.
Mülahizələr • İdarə heyətinin üzvləri və digər işçilər aksiyaların ictimai ticarətdə olması qaydalarını qəbul etməli və şirkətin və onun fəaliyyətinin diqqətlə nəzərdən keçirilməsinə hazır olmalıdır. • İdarəçilər əsas idarə qaydalarının və fəaliyyətinin hesabatının artırılmasına qarşı məsul olmalı və şirkətin sahibkarların maraqları daxilində fəaliyyət göstərməsinə dair təminat verməlidir. • İctimai bazarda qiymət təyin etmə bazar şəraitinə qeyri-müəyyənlik və digər faktorlar gətirirki, hansılarki sizin aksiyanın qiymətinə təsir göstərə bilər,misal olaraq eyni sektorda olan ümumi bazar proqnozu və ya inkişafı kimi • Şirkətin maliyyə mövqeyinin aşkarlanması və korporativ fəaliyyət kimi digər inkişaflar halında,idarə heyəti böyük aşkarlığa hazır olmalıdır. • Bir çox hallarda,AİM-ə qəbul edilmə şirkətin yeni investorlarla əlaqələrinin yaranmasını göstərəcək və fəaliyyətləri haqqında aktiv proqramlar hazırlayacaq və bu da sərmayəçilərin şirkətin gələcək inkişaf və planlarından xəbərdar olmağı üçün əhəmiyyətli olacaq.
AİM-də siz kimi tapacaqsınız? AİM-in rahatlığı böyük miqdarda dinamik şirkətləri-yeni yaranmış,riskli kapital ehtiyatı olan biznesdən genişlənməyə meyl edən daha da inkişaf etmiş biznesə qədər cəlb edir.Aşağıda dünya üzrə geniş ərazini və sektorları əhatə edən və AİM-ə seçilən bir neçə şirkət göstərilib.
TeleUnit SPA İtaliya Tərpənməz-xətt telekomunikasiya xidmətləri 40.06 Solar İntegrated ABŞ Elektrik Ləvazimatı 54.38 Technologies inc First Calgary Kanada Neft və Qaz-Tədqiqat və İstehsalı 669.23 Petroleum Ltd BKN İnternational AG Almaniya Televiziya,Radio və Film Əyləncələri 30.52 Palandri Avstraliya İçkilər-Araq və Çaxır istehsalı 5.50 Peter Hambro Mining B.Britaniya Qızıl Sənayesi 588.49 Nelson Resources Bermuda Neft və Qaz-Tədqiqat və İstehsalı 844.71 Majestic Wine B.Britaniya Ərzaq və Dərmanın Pərakəndə Ticarəti 174.11 Domino`s Pizza B.Britaniya Restoran,Yeməkxana və Pivəxanalar 158.60 UK & IRL Clvica B.Britaniya Kompüter Proqramları 118.93 M&C Saatchi B.Britaniya İnformasiya Agentliyi 58.54 Titan Europe B.Britaniya Kommersiya Nəqliyyatı və Vasitələri 85.91 Sinclair Pharma B.Britaniya Əczaçılıq 77.50 Monstermob Group B.Britaniya Nəşr və Çap Etmə 183.63 Oakdene Homes B.Britaniya Şəxsi mülk sahibliyi və inkişafı 38.22 Coffee Republic B.Britaniya Ərzaq və Dərmanın Pərkəndə Ticarəti 4.13 CEPS B.Britaniya Geyim və Ayaqqabı 2.12 121Media İnc ABŞ İnformasiya Agentliyi 13.87 Galapagos Belçika Biotexnologiya 65.97 Jumpit ASA Norveç Elektrik Ləvazimatı 13.05 Orca İnteractive Ltd İsrail Kompüter Proqramları 21.52
ADI ÖLKƏ BİZNES SAHƏSİ SƏRMAYƏ(mln.funt)
AIM investorları və ikinci dərəcəli bazar AİM geniş miqdarda sərmayəçiləri cəlb edir,və AİM-də qiymət təyin etmənin bir hissəsi kimi aparıcı sahibkarlar qrupuyla əlaqələri inkişaf etdimək vacib olar.
İctimai qiyməti təyin edilmiş şirkət kimi,hal-hazırda olan tələblərin sayına davam gətirmək üçün öhdənizə götürürsünüz.Bunlar sərmayəçilərin sərmayə qərarlarını tam məlumatlandırılmış bazisdən götürə biləcəyinə təminat vermək üçün bazarda ilkin tələblərin müntəzəm yayılmasıdır.Sizin “Nomad” sizin bu tələbləri tam qavradığınızı və davam edən bazisdə sizə bələdçilik etməyi bacaracağına dair təminat verəcək.
Sizin aksiyalar qəbul edildikdən sonra,ticarət başlayacaq və sizin aksiyanızın qiyməti bütün dünya üzrə 90000 terminalın Birja məlumatı şəbəkəsinin içərisindən görünəcək.
İkinci dərəcəli bazarda satıla bilmə qabiliyyəti London Fond Birjasının üzvləri olan bazar yaradıcıları tərəfindən təmin olunur və onlar sizin aksiyanın qiymətini Qrinviç vaxtı ilə saat 8:00-dan 16:30-a qədər təyin etməyə məcburdurlar.Sərmayəçilər tərəfindən ticarət birbaşa Birja şəbəkəsinin üzvləri tərəfindən yerinə yetirilir.
Növbədə nədir? Əgər ictimai bazarda ticarətə daxil olan faydalılığı və cavabdehliyi qiymətləndirmisizsə,o zaman siz şirkətin AİM-ə uyğun gəldiyinə inanırsız,sonra ilk addımınız isə bizim əlaqə menecerlərimizdən biriylə danışmağınız olacaq.Onlar sizinlə bu proses haqqında təfsilatıyla danışacaq,lakin geniş söhbət üçün aşağıdakı əsas mərhələlər var: • Nomad və brokeri təyin etməklə yanaşı siz həmçinin idarə he`yətinə mühasib və hüquqşünas kimi məsləhətçiləri də gətirməlisiniz. • İctimai əlaqələr yoxsa İnvestor əlaqələri şirkəti ilə işləyəcəyinizə qərar verin.Onlar sizin qiymət təyin etmənin uğuruna şirkətin xəbərdar olması və biznesin artırılması ilə kömək edə bilərlər. • Öz Nomad və digər məsləhətçilərinizlə birlikdə AİM-ə keçid üçün bütün lazımi sənədləşməni hazırlayın. • Səfər danışıqlarında iştirak etməklə potensial sərmayəçilər ilə danışın.Bu sizin qiymət təyin etməyinizdə uğurlu olmaq üçün həlledici ola bilər və bu həmçinin sizin sahibkarlarla davamedən əlaqələrinizin başlanğıcıdır.
Giriş Qrafiki Girişdən əvvəlki həftələr
24 həftə >> 12 həftə >> >>
Məsləhətçiləri tə`yin edin * Problem olan sahələri və təlimatlandırın.Qrafiki təhlil edin. razılaşdırın. * Layihə şərtlərini təqdim edin. * İlkin layihədə olan digər sənədləri təqdim edin. * Qiymət buraxılışlarının ilkin təhlili * PR təqdimatlarını təhlil edin. * Analitik təqdimatlarına ev sahibliyi edin.
Öz Nomadınızı Seçərkən Siz bütün vaxtlarda-qəbul edildikdən əvvəl və sonra Nomada malik olmalısız.Sizin şirkət AİM-ə qəbul olunduqdan sonra,Nomad sizə davamedici bazisdə AİM-in qaydaları haqqında məsləhət verməyə və bələdçilik etməyə davam edəcək.Qəbul edilmədə onlar: • Sizin şirkətin bazara uyğun olub-olmadığını müəyyən edəcək. • Sizin şirkətin idarə heyətinə AİM-in qaydalarını başa salacaq və idarəçilərin öz məsuliyyət və vəzifələrindən xəbərdar olduğuna tə`minat verəcək. • Sizin şirkətin bazara hazırlanmasında iştirak edən mühasib və hüquqşünaslar kimi digər peşəkarların işlərini də uyğunlaşdıracaq. • Sizin qəbul edilmə sənədlərinizi biryerdə yerləşdirməyə kömək edəcəklər. • Siz qəbul edilən kimi sizə AİM-in qaydaları haqqında davamedici rəhbərlik və məsləhət təqdim edəcəklər.
Brokerinizi seçərkən Brokerlər London Fond Birjasının üzvləri olub,həmçinin zəmanət kontorlarıdır.Onlar həmçinin Nomad kimi eyni təşkilatın üzvü ola bilər,bu da istənilən ehtiyat artımı zamanı onların birlikdə işlədiyinə görə onları maraq ziddiyətlərindən çəkindirmək üçün yerində olan prosedur olacaq.Xüsusilə,sizin broker əhəmiyyətli rol oynayacaq: • Sizin aksiyaların alıcı və satıcılarını birlikdə gətirməklə • Sizin payları sərmayəçilərə çatdırmaq üçün sizi təqdimat səfərlərinə hazırlamaq və müşayət etməkdə • Ikinci dərəcəli bazarda ticarət etməklə • Sizin şirkətdə tədqiqatı təmin etməklə
6 həftə >> 1 həftə >>
* Layihənin hazırlanması * Bütün sənədlər başa üçün görüşıəri davam etdirmək çatdırılıb və bəyənilib. * Lazımi yoxlanişları yerinə * Təklifin qiymətləndirilməsi yetirmək və bölüşdürülməsi * PR görüşləri və səfər * Qəbul edilmə sənədini təqdimatlarına yiyələnmə qeydiyyatdan keçirin * AİM-ə qoşulmaq üçün 10 günlük bildirişi Birjanın sərəncamına yoxlanış ücün təqdim etmək
Birjanın sizə olan fasiləsiz öhdəçiliyi Biz sizi yolun hər bir addımında dəstəkləməyə tapşırılmışıq-siz qəbul edildikdən əvvəl,ərzində və sonra.Bizim sizə hər bir sualınızda kömək edəcək əlaqə menecerlərindən ibarət komandamız var və onlar sizə əksər qiymət təyin etmələrinizdə kömək edəcək.Biz həmçinin Birjanın hər bir hissəsinindən olan ekspertiza və resurslara əsaslanaraq geniş miqdarda məhsul və xidmətləri inkişaf etdirmişik.Sizin əlaqə meneceriniz sizin biznes və məqsədinizin daha çox hansı həllərə uyğun gəldiyini sizə məsləhət görəcək.
Daha çox bilmək istəyirsiniz? Tə`lim xidmətləri üçün xahiş olunur ziyarət edəsiniz www.londonstockexchange.com/training Aşağıdakı sənədlərin nüsxəsini yükləyə bilərsiz www.londonstockexchange.com/aim
Nəşrlər • AİM-in qaydaları • AİM-in vergi faydalılığına bələdçi • AİM-in Göstərilmiş Bazar İstiqaməti • AİM-in üzvlük haqqı
Veb saytdakı digər lazımi məlumatlar • Nomad və brokerlərin qeydiyyatı • Şirkət və məsləhətçilər üçün bəyanat formaları • AİM və onun şirkətlərində statistika • AİM rəyləri