Marketing Четверг, 21.11.2024, 20:39
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Marketing

Menecmentin marketing funksiyası
[ ] 08.10.2008, 23:22
Marketinq funksiyası

Marketinq idarəetmənin funksiyası olmaqla tələb-təklif müna-sibətlərini araşdırmaq və bu münasibətdən doğan zəruri istehsalı aydınlaşdırmaq, istehsalın həyata keçirilməsini təmin etmək, hazır məhsulun satışını həyata keçirtmək fəaliyyətidir.
Marketinq “market” sözündəndir, hərfi tərcüməsi bazar deməkdir. Marketinqə aşağıdakı tərifləri vermək olar:
- Marketinq əmtəələrin istehsalçılardan istehlakçılara çatdırılması ilə əlaqədar fəaliyyəti əhatə edir; 
- Marketinq bazarın təlabatının öyrənilməsinə və onun aktiv fəaliyyətinə yönəldilmiş idarəetmənin alt sistemidir;
- Marketinq ehtiyacların və tələbatın tədavül vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyətinin növüdür;
- Marketinq bazarın idarə edilməsinin konsepsiyasıdır; 
Göründüyü kimi, verilən təriflər marketinqin müxtəlif cəhətlərini ifadə edir. 
 Marketinq insan ehtiyaclarının və tələbatının ödənilməsi məqsədi ilə mübadilənin baş verməsi üçün bazarda aparılan işdir. Mübadilə prosesi zəhmət tələb edir. Satmaq istəyən hər bir kəs alıcıları axtarmalı, onların ehtiyaclarını aşkar etməli, müvafiq malları layihələşdirməli, onları bazara cəlb etməli, anbarlaşdırmalı, qiymətləri razılaşdırmalı-dırlar. Marketinq fəaliyyətinin əsasında əmtəənin işlənib hazırlanması, tədqiqatların aparılması, əlaqələrin yaradılması, bölgünün təşkili, reklam və servis xidmətinin inkişaf etdirilməsi kimi məşğuliyyət durur.
Marketinq konsepsiyası müəssisənin bazarla əlaqədar fəaliyyətinin bütün mərhələlərinin məcmusudur. Marketinq konsepsiyası müəssisələrin satış fəaliyyətinin təşkilinə olan baxışı əks etdirir. Konsepsiyanın əsasını daha mütərəqqi keyfiyyətli məhsulların istehsalı və bazara çıxarılması təşkil edir. Marketinq konsepsiyası aşağıdakı konsepsiyaların məcmusundan ibarətdir:
1) İstehsalın təkmilləşdirilməsi konsepsiyası. 
2) Əmtəənin mükəmməlləşdirilməsi konsepsiyası.
3) Kommersiya fəaliyyətinin gücləndirilməsi konsepsiyası.
4) Sosial-etik marketinq. 
5) Bazar konsepsiyası. 
Birinci konsepsiya olduqca əhəmiyyət kəsb edir. Rəqabətin geniş vüsət aldığı bir dövrdə, elmi texniki tərəqqinin (ETT) hazırkı dövründə istehsal daim təkmilləşir, bazara yeni məhsullar daxil olur. Buna görə də müəssisə rəqabətə davam gətirmək üçün öz istehsalını təkmilləşdirməlidir. Yəni bu konsepsiya ETT-nin istehsala tətbiqini, yeni texnalogiyalardan istifadə olunmasını tələb edir. İstehsalın təkmilləşdirilməsi ilə müəssisə və təşkilatlar aşağıdakılara nail olurlar.
1. Yeni texnika və texnalogiyaları tətbiq edirlər.
2. Əl əməyinin daha da yüngülləşdirilməsinə nail olurlar.
3. Əmtəənin maya dəyərinin aşağı salınmasına nail olurlar.
4. Məhsulun kəmiyyətinə təsir göstərirlər.
 Bu halda müəssisənin rəqabət qabiliyyəti yüksəlir və onlar bazara rəqabətə davamlı məhsullar çıxara bilirlər. Lakin müəssisə malların rəqabətə davamlılığını artırmaq üçün ikinci konsepsiyanı həyata keçirməlidir. İkinci konsepsiya əmtəənin mükəmməlləşdirilməsi konsepsiyasıdır. Bu konsepsiya isə yeni, mütərəqqi daha keyfiyyətli, yaxşı, texniki iqtisadi göstəricilərə malik əmtəələrin istehsalını tələb edir. İstehsalçılar bazarda yeni məhsullara, əlverişli və münasib qiymətə satılan mallara daha çox üstünlük verirlər. Çünki istehsalın təkmilləşdirilməsi çox vaxt əmtəələrin mükəmməlləşdirilməsinə gətirib çıxarır.
Marketinq bir əməliyyat kimi istehsala qədərki və istehsaldan sonrakı mərhələlərdə və proseslərdə də iştirak edir. Marketinqin əsas vəzifəsi tələb və təklifi öyrənməklə bazara məhsul çıxarılmasını və satışı təmin etməkdən ibarətdir. Bununla bağlı olaraq üçüncü konsepsiyanın (kommersiya səylərinin gücləndirilməsi) həyata keçirilməsi məqsədə uyğundur. Çünki satış sahəsində öz səylərini gücləndirməklə müəssisə və təşkilatlar satışdan əldə edilən gəlirin həcminin artırılmasına nail olurlar ki, bu da yüksək mənfəət əldə olunmasına və geniş təkrar istehsalın təmin olunmasına səbəb olur. 
Sosial-etik marketinqin əsas vəzifəsi məqsədli bazarların ehtiyaclarını, tələbatlarını müəyyənləşdirmək və ödənilmə səviyyəsini daha səmərəli və məhsuldar formada təmin etməkdir. Sosial-etik konsepsiya marketinq fəaliyyətinin sosial və etik tərəflərinin tətbiqini və inkişafını nəzərdə tutur. Sosial konsepsiya dedikdə, bazarlarda istehlakçıların tələbatının, onların istehlak qabiliyyətinin, ehtiyaclarının düzgün müəyyən olunması və bununla əlaqədar olaraq alıcıların mənafeyinə və təlabatına uyğun əmtəələrin istehsalının həyata keçirilməsi başa düşülür.
Bazar konsepsiyası bazarda tələb-təklifi öyrənmək və bunun əsasında bazar üçün məhsul istehsal olunmasını özündə əks etdirir.
Marketinqin funksiyaları müəssisələrin qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün marketinq sahəsində həyata keçirilən fəaliyyət növlərinin məcmusudur. Marketinqin funksiyaları aşağıdakılardan ibarətdir: 
1. Bazarın kompleks tədqiqi və bunun əsasında müəssisənin elmi-texniki siyasətinin işlənib hazırlanması;
2. Məhsulun çeşidinin planlaşdırılması. Yəni müəssisədə neçə çeşiddə, nə qədər məhsul istehsalı nəzərdə tutulur; 
3. Satışın intensivləşdirilməsi. Yəni reklamların, sərgilərin, yarmarkaların təşkili və satış sahəsində motivləşmənin həyata keçirilməsi;
4. Məhsulun bölüşdürülməsi və satışı. Yəni satışın planlaşdırılması və həyata keçirilməsi;
5. Satışdan sonrakı xidmətlərin təşkili. Yəni satışdan sonra malların daşınması, quraşdırılması, servislərin göstərilməsi, zəmanətlərin verilməsi və s;  
6. Yeni istehlakçıların formalaşdırılması. Yəni istehsalçılar elə məhsullar istehsal etməlidirlər ki, həmin məhsullar alıcıların tələbatına uyğun olmalıdır və insanlar həmin məhsulların istehlakçılarına çevrilməlidirlər. 
İstənilən firma bazar imkanlarını aşkar etməyi bacarmalıdır. Heç bir firma əbədi olaraq özünün indiki əmtəələrinə və bazarlarına arxalana bilməz. Firmalar təsdiq edə bilər ki, onların satışının və mənfəətinin əksər hissəsi yeni məhsulların yaradılması hesabınadır. Yeni imkanların axtarışı ilə müəssisələr ya vaxtaşırı, ya da müntəzəm məşğul ola bilərlər. Bir çoxları yeni ideyaları sadəcə olaraq bazarda baş verən dəyişiklikləri diqqətlə izləməklə axtarıb tapırlar. Şirkət rəhbərləri qəzetləri oxuyur, ixtisaslaşdırılmış sərgilərə gedir, rəqiblərin əmtəələrini öyrənir, digər yollarla bazar informasiyalarını toplayırlar. İnformasiya yığılmasının qeyri-rəsmi metodlarından istifadə etməklə də çoxlu ideya əldə etmək mümkündür. 
 Marketinqin idarə edilməsi. Müəssisədə marketinq konsepsiyasını həyata keçirmək üçün marketinq xidmətini yaratmaq lazımdır. Bunun hansı səviyyədə həyata keçirilməsi isə müəssisədə işin həcmindən, istehsal olunan məhsulun çeşidindən, bazarların növündən asılıdır. Bundan ötrü müəssisədə marketinq şöbəsinin olması əhəmiyyət kəsb edir. Marketinq şöbəsi müəssisənin marketinq strategiyasını hazırlayır və marketinq planlarını tərtib edir. Marketinq planlarında məqsədlər müəyyənləşdirilir, məqsədə çatmağın yolları qoyulur və hansı nəticələrin əldə olunacağı nəzərdə tutulur. Marketinq strategiyası həmçinin müəssisənin ümümi strategiyasına daxil olmaqla onun tərkib hissəsi kimi çıxış edir. 
Marketinqin idarə olunması prosesi bazar imkanlarının təhlilindən, məqsədli bazarların seçilməsindən, marketinq tədbirlərinin həyata keçirilməsindən ibarətdir. Marketinqin idarə olunması marketinq sahəsində tədqiqatların aparılmasına və tərtib olunan planların yerinə yetirilməsinə nəzarəti əhatə edir. Bura istehsalın və satışın planlaşdırılması, qiymətin əmələ gəlməsi, reklam fəaliyyəti, satışın həyata keçirilməsi və s. daxildir. 
Marketinq fəaliyyətinin idarə olunması marketinq üzrə menecerlər tərəfindən həyata keçirilir. Marketinq fəaliyyətinin istiqamətləri üzrə müxtəlif menecerlər fəaliyyət göstərə bilərlər. Məsələn, satış üzrə menecer, reklam meneceri, servis və ya xidmət üzrə menecer və s. Özünün ən məşhur simasında marketinq üzrə menecer müəyyən anda firmanın istehsal etdiyi məhsulların satılması üçün lazımi sayda müştəri axtaran mütəxəssis kimi təsvir olunur. Marketinq üzrə menecerlər, nəzərdə tutulmuş planların icrası, yaxud nəzarət funksiyasını yerinə yetirən vəzifəli şəxsdir.
 Müəssisədə marketinq fəaliyyətini həyata keçirmək üçün marketinq şöbəsi yaradıla bilər. Şöbədə çalışan peşə sahibləri marketoloqlar, yəni marketinq üzrə mütəxəssislər adlanır. Marketoloqlar tələb, təklif, istehsal, əmtəə, xidmət, qiymət və s. iqtisadi-sosial kateqoriyaların mahiyyətini, məzmununu, vəzifələrini kamil bilən və elmi araşdırmalar, tədqiqatlar aparmağı bacaran, təkliflər və tövsiyyələr vermək qabiliyyətinə malik olan mütəxəssislərdir. Marketoloqlar dərin biliyə malik olmaqla bərabər yeniliklərə hazır olmalı, ziddiyətləri təmkinlə həll etməli, dəqiqlik, yüksək mədəniyyət göstərməlidirlər.



Категория: Marketing | Добавил: marketing
Просмотров: 10268 | Загрузок: 0 | Комментарии: 9 | Рейтинг: 4.4/5 |
Всего комментариев: 9
08.03.2024
9. Imqpns () [Материал]
atorvastatin 40mg cheap <a href="https://lipiws.top/">atorvastatin 20mg oral</a> order atorvastatin pills

12.04.2013
8. poppy () [Материал]
kitabin adini yazin ne olar cox xaus edirem

22.12.2010
7. Elvin () [Материал]
İndi nece biley ki kim duzgun yazib,?

03.11.2010
6. Pervin Axundov (pervin718) [Материал]
tebbiki var .. Marketing kimi basqa iqtsadi elmler menecment elminin esasinda heyata kecirilir

03.11.2010
5. Pervin Axundov (pervin718) [Материал]
marketing sobesinin meneceri var ya yox?

10.10.2010
4. samir54678 () [Материал]
bura ele shey yazmalisizki o yeni olsun bildiyimiz bir shey olmasin bunlari onsuzda bilirik

28.08.2010
3. Marketoloq () [Материал]
Salam. Bu məqalənin adını gördüm gülməyim gəldi. Marketinq nə vaxtdan menecmentin funksiyası olub? Nİyə millətə yanlış məlumat verirsiniz? Menecmentin 4 funksiyası vardır. Planlaşdırma, Təşkiletmə, Rəhbərlik və Nəzarət. Düzdü bəzi ədəbiyyatlarda Koordinasiyanıda daxil edirlər amma 1960-cı illərdən sonra Amerika və qərb ədəbiyyatlarında 4 funksiya kimi qeyd olunub. Burdan hər bir dəyərli oxucuya demək istəyirəmki, Azərbaycanın bir neçə menecment ədəbiyyatı istisna olmaqla heç bir ədəbiyyatı oxumayın, çalışın xarici ədəbiyyata üstünlük verin, ən azından rus vəya türk ədəbiyyatı oxuyun. Bizimkilər tərcümə edirlər ama yaxşı edə bilmirlər qatırlar aləmi bir birinə. Motivasiyanı və marketinqi menecmentin funksiyası kimi verirlər. Belə gülməli yazı olar? Nə vaxtdan motuvasiya və marketinq menecmentin funksiyası olub? Marketinq müəssisənin funksiyasıdır. motivasiya isə psixoloji idarəetmədə işçilərdə işə və müəssisəyə qarşı müsbət münasibət yaratmaq üçün istifadə olunur. Aldanmayın belə ədəbiyyatlara.
Marketinq bir dəryadır, oxu oxu bitməz. O bir funksiya deyildir. Hec bir yerli edebiyyat marketinq haqqında düzgün yazmır, ya reklam, ya satış, yada araşdırma kimi marketinq qələmə verilir. Marketinq bir dəryadırsa, reklam, satış və araşdırma bu dəryada bir damladır. Menecmentin funksiyası kimi marketinq ancaq araşdırma kimi təqdim edilib. Bəyəm Marketinq araşdırma demekdir? Əlbətdəki yox.
Marketinq- fərdi və təşkilatı hədəflərə çatmağı təmin edən mübadilələri gerçəkləşdirmək üçün mal vəya xidmətin istehsalı, qiymətləndirilməsi, bazarda tanıdılması və paylanması ilə əlaqəli planlama və tədbiq etmə prosesidir. Bu da o deməkdirki, Marketinq fəaliyyəti İstehsaldan əvvəl başlayıb satışdan sonra davam edən koordinasiyalı fəaliyyətlər toplusudur. Marketinq bazardan başlayır və müştəri məmnuniyyəti yolu ilə rentabelliyi təmin edir. Qısaca desək, marketinq satış üçün lüzumsuz çabaları azaltmaqdır.

Müəssisənin əsas 7 funksiyası vardır:
- Marketinq
- İstehsal
- Maliyyə
- Muhasibat
- PR
- Araşdırma və İnkişaf
- İnsan Resursları

Son zamanlar PR-ı Marketinq kompleksinin ünsürlərindən biri kimi də sayırlar.
AMA MARKETİNQ MENECMENTİN BİR FUNKSİYASI DEYİLDİR, BUNU UNUTMAYIN..!


10.04.2010
2. AYALA () [Материал]
COX SAG OLUNEEEEE COOOOOOOX SAG OLUN

06.06.2009
1. AVRORA () [Материал]
ELAAAAAAAAAAA

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024