Marketing Четверг, 26.12.2024, 17:48
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Strateji planlaşdırma

Kiçik və orta sahibkarlıqda biznes – planların işlənib hazırlanması
[ ] 05.10.2008, 12:49
                                                           AZƏRBAYCAN RESPUBLİKASI
                                                               İQTİSADİ İNKİŞAF NAZİRLİYİ
                                                           SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDU

                                                             Kiçik və orta sahibkarlıq subyektləri üçün
                                                                               Ə Y A N İ V Ə S A İ T
                                                                                    Bakı – 2002
                                                   
                                               Kiçik və orta sahibkarlıqda
                                                biznes – planların işlənib
                                                      hazırlanması üzrə
                                                     M E T O D İ K İ
                                                  T Ö V S İ Y Y Ə L Ə R

Mündəricat
Giriş
1 Sahibkarlıq fəaliyyəti
2 Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın
rolu
3 Biznes-planların tərtib edilməsi
4 Biznes-planın strukturu, onun əsas bölmələri
4.1 Biznes-plan haqqında qısa xülasə
4.2 Layihəni həyata keçirəcək sahibkarlıq
subyekti haqqında məlumat
4.3 Təşkilati plan
4.4 İstehsal planı
4.5 Marketinq planı
4.6 Maliyyə planı
4.7 Gözlənilən risklər
4.8 Kreditin ödənilmə mərhələləri
4.9 Kreditin girov təminatı
Bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərmək üçün onun tələblərini bilmək və bu tələblərə əməl etmək lazımdır 
     
                                                                            G İ R İ Ş
Bu metodik tövsiyyələrin başlıca məramı kredit alınması məqsədilə investisiya layihələrinin hazırlanmasının beynəlxalq standartlara uyğun müasir qaydalarını sahibkarlara çatdırmaqdır. Burada əsasən investisiyaya dair nəzəri mülahizələr verilmiş, investisiya ayırmalarının iqtisadi
inkişafda yeri və rolu izah edilməklə, onun xarakterik əlamətləri, stimullaşdırılması və qorunması xüsusiyyətləri şərh edilmişdir. Eləcə də investisiya layihələrinin məzmununu əhatə edən göstəricilərin izahı verilməklə, investisiya layihələrinin qiymətləndirilməsi metodları qısaca xarakterizə olunmuş, investisiyanın bəzi hüquqi aspektlərinə və investisiya təkliflərinin hazırlanması məsələlərinə nəzəri cəhətdən toxunulmuşdur. Bununla yanaşı investisiya layihələrinin həyata keçirilməsi ilə bağlı biznes-plan hazırlanması metodlarının şərhi və biznes-planın əsas bölmələrinin məzmunu verilmişdir. Tövsiyyələrin giriş hissəsində investisiya ilə bağlı bəzi anlayışların qısa izahının verilməsini
məqsədəuyğun hesab edirik. İnvestisiya (latınca "invest" - "sərmayə qoyuluşu" mənasını verir) - gəlir götürmək məqsədilə, iqtısadiyyatın müxtəlif sahələrinə müddətli sərmayə qoyuluşudur. İnvestisiya tələbi - əlavə gəlir (qazanc) əldə etmək məqsədilə sərmayə qoymaq üçün lazım olan vəsaitlərin həcmi başa düşülür. İnvestisiya tələbinin ödənilməsi üçün vəsaitlərin mənbəyi sahibkarın öz vəsaiti, kredit təşkilatlarından götürülən kreditlər və qiymətli kağızların satışından əldə edilən gəlirlər ola bilər. İnvestisiya fəaliyyəti - dövlətin, hüquqi və fiziki şəxslərin investisiyanı reallaşdırmaq üçün praktik fəaliyyətlərinin məcmusudur. İnvestisiya fəaliyyətinin xarakterik cəhətləri aşağıdakılardır:
- yeni müəssisə yaradılması;
- mövcud müəssisənin genişləndirilməsi;
- mövcud müəssisənin rekonstruksiya olunaraq
texniki cəhətdən yenidən qurulması.
İnvestisiyanın yönəldilməsinin əsas istiqamətləri:
- elmi-tədqiqat, təcrübi-konstruktor və maliyyə
işlərinin görülməsi;
- lisenziya və "nou-hau" alınması;
- yeni texnoloji avadanlıqların alınması;
- xammal və materialların alınması;
- kadrların hazırlanması.
Müəssisə öz qarşısında:
- xalis mənfəətin həcmini artırmaq;
- məhsulun keyfiyyətini artırmaq;
- servis xidmətinin xüsusi çəkisini artırmaq
və s. məqsədlər də qoya bilər.
İnvestisiyanın obyektləri və subyektləri aşağıdakılardan ibarətdir.
İnvestisiyanın obyektləri:
- qiymətli kağızlar;
- əsas fondlar və dövriyyə vəsaitləri;
- məqsədli pul yatırımları;
- elmi-texniki məhsullar;
- əmlak hüququ və intellektual mülkiyyət hüquqları;
- digər mülkiyyət obyektləri.
İnvestisiyanın subyektləri:
- investorlar;
- işlərin icraçıları (podratçılar);
- investisiya fəaliyyəti obyektlərindən istifadə edənlər;
- əmtəə-mal, avadanlıq və layihə
məhsullarını təqdim edənlər;
- kredit təşkilatları, banklar, sığorta şirkətləri və vasitəçi təşkilatlar.
1. Sahibkarlıq fəaliyyəti
Sahibkarlıq fəaliyyəti - mülkiyyət formasından asılı olmayaraq fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər
göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir. Sahibkalıq fəaliyyəti təşkilati-hüquqi formalarına, mülkiyyət mənsubiyyətinə, miqyasına, fəaliyyət istiqamətlərinə görə fərqləndirilir. Məsələn, fəaliyyət istiqamətlərinə görə sahibkarlığın aşağıdakı əsas növləri vardır:
- istehsal sahibkarlığı;
- ticarət sahibkarlığı;
- maliyyə sahibkarlığı;
- məsləhət sahibkarlığı.
Azərbaycan Republikasının mövcud qanunvericiliyinə görə sahibkarlıq fəaliyyətinin subyektləri respublikamızın və xarici ölkələrin vətəndaşları, vətəndaşlığı olmayan şəxslər, habelə mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi şəxsləri ola bilər.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlıq fəaliyyətinin mövcud qanunvericiliyə zidd olmayan bütün formalarına icazə verilir və onlar bərabər hüquqludur. Sahibkarlıq fəaliyyəti dövlət tərəfindən müdafiə edilir və bu fəaliyyəti tənzimləyən qanunvericilik bazası vardır.
2. Sahibkarlıq fəaliyyətinin təşkilində biznes-planın rolu Biznes-plan - müəyyən bir istehlak bazarında və sosial-iqtisadi mühitdə fəaliyyət göstərən müəssisənin texniki-iqtisadi və təşkilati fəaliyyətinin öyrənilməsi və təhlili nəticəsində hazırlanan, hər hansı bir işi görməyə
başlamazdan əvvəl həmin işin nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirmək üçün tərtib edilən və müəssisənin inkişaf layihəsinin həyata keçirilmə proqramını özündə birləşdirən sənəddir. Biznes-planda müəssisənin strateji inkişaf perspektivlərinin iqtisadi və maliyyə cəhətləri, eləcədə ondan irəli gələn konkret tədbirlərin texniki-iqtisadi əsaslandırılması öz əksini tapır. Biznes-planda sahibkarlıq subyekti tərəfindən
nəzərdə tutulan işlərin hansı mərhələlər üzrə və hansı maliyyə mənbələri hesabına həyata keçiriləcəyi, məqsədə çatmaq üçün nə qədər xərc çəkiləcəyi və xərclərin nə dərəcədə səmərə verəcəyi açıqlanır. İqtisadi cəhətdən əsaslandırılıb işlənmiş biznesplan, müəssisəyə perspektivli inkişaf istiqamətlərinin, yeni satış bazarlarının, fəaliyyət növlərinin və onların həyata keçirilməsi ardıcıllığının seçilməsində köməklik
göstərir.
Biznes-plan sahibkarlıq subyektinin ümumi inkişaf konsepsiyasına əsaslanaraq hazırlanır. Ona görə də, müəssisənin fəaliyyət göstərdiyi iqtisadi şərait mütəmadi tədqiq edilməli, fəaliyyət göstərdiyi istehlak bazarında gedən proseslərdən və müəssisənin fəaliyyətinə təsir edə biləcək digər amillərdən asılı olaraq biznes-planın məzmununda dəyişikliklər aparılmalıdır. Biznes-planda müvafiq dəyişikliklərin aparılması müəssisə qarşısında qoyulan vəzifələrin vaxtında, uğurla yerinə yetirilməsini əks etdirir.
Biznes-plan təkcə müəssisədaxili sənəd kimi deyil, həm də potensial investorların müəyyən layihələrin həyata keçirilməsində iştiraka cəlb olunması işində də böyük rolu olan sənəddir. Hər bir kreditor, potensial investor müəyyən bir layihənin həyata keçirilməsi haqqında qərar qəbul etməzdən əvvəl:
- biznes-planla yaxından tanış olur;
- təklif edilən layihənin nə dərəcədə riskli və eləcə də, perspektivli olmasını müəyyənləşdirir;
- biznes-planın məzmununu təşkil edən texnikiiqtisadi göstəricilərin nə dərəcədə düzgün əsaslandırıldığını dəqiqləşdirir;
- layihənin həyata keçirilməsindən əldə ediləcək maliyyə nəticələrinin mənfəət götürmək üçün qənaətbəxş və reallığa yaxın olmasını müəyyən edir.
Biznes-plan hazırlanan zaman potensial kreditorların və investorların tələbləri nöqteyinəzərindən maraq doğuran bölmələrin məzmunu
dolğun, konkret və inandırıcı şəkildə verilməlidir.
3. Biznes-planların tərtib edilməsi Biznes-plan obyektiv reallığı əks etdirən texnikiiqtisadi məlumatlar əsasında işlənib hazırlanmalıdır. Bazar iqtisadiyyatı amillərinə, elmi–texniki nailiyyətlərə, təşkilati–texnoloji reallıqlara əsaslanmayan biznes–planla həyata keçirilən sahibkarlıq fəaliyyətindən müvəffəqiyyət gözləməyə dəyməz. Ona görə də biznes-planın hazırlanmasına formal yanaşmaq olmaz. Bu cür yanaşma sahibkarlıq fəaliyyətinə tamamilə ziddir. Biznes-planların hazırlanması zamanı aşağıdakılara əsaslanmaq lazımdır:
- müəyyən bir məhsul istehsalı və yaxud xidmətin göstərilməsini nəzərdə tutan konkret təklifin (layihənin) olması;
- oxşar məhsul istehsalı və xidmət göstərilməsi ilə məşğul olan müəssisələrin istehsaltəsərrüfat və kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsi;
- idarəetmədə istifadə olunan texniki-iqtisadi, maliyyə-kredit və sosial-təşkilati mexanizmlərin öyrənilməsi.
Biznes-planın hazırlanması 2 mühüm mərhələni əhatə edir:
I mərhələdə təşkil ediləcək biznes, onun satış bazarı, cəlb ediləcək maliyyə mənbələri və s. haqqında zəruri informasiyalar toplanılır.
II mərhələdə toplanmış informasiyalar sistemləşdirilir.
Biznes-plan hazırlanan zaman nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi mərhələlərinə və ardıcıllığına diqqət yetirilməli, tələb olunan vəsaitin həcmi, xərclərin öz vəsaiti və ya cəlb edilmiş vəsaitlər hesabına ödənilməsi, gözlənilən nəticələr və sair göstəricilər hesablanmalı və uzlaşdırılmalıdır.
Qeyd etmək lazımdır ki, cəlb olunmuş vəsaitlərin çox olması, həmin layihənin həyata keçirilməsinin bir o qədər riskli olduğunu göstərir. Ona görə də, daxili maliyyələşdirmə mənbələrinin aşkar olunmasına xüsusi diqqət yetirilməlidir.
Biznes-plan əsasında aşağıdakı mühüm iqtisadi məsələlər həll edilir.
- müəssisənin strateji inkişaf konsepsiyasının məqsədəuyğunluğunun iqtisadi cəhətdən əsaslandırılması;
- müəssisənin fəaliyyətindən əldə ediləcək məhsul istehsalı və satışı həcminin, maliyyə nəticələrinin, mənfəətin və sair göstəricilərin
hesablanması;
- müəssisənin qarşısında qoyulan məsələlərin həlli üçün lazım olan maliyyə mənbələrinin müəyyənləşdirilməsi;
- strateji inkişaf xəttinin həyata keçirilməsi üçün texniki və təşkilati tədbirlərin müəyyənləşdirilməsi.
Biznes-plan hazırlanan zaman görüləcək konkret işlərin siyahısı dəqiqləşdirilir və lazım olan maddi və əmək ehtiyatları qiymətləndirilir. Görüləcək işlər üzrə fəaliyyət proqramı kimi, biznes-plan işgüzar təkliflərin hazırlanmasının və həyata keçirilməsinin əsasını təşkil edir.
4. Biznes-planın strukturu, onun əsas bölmələri Bütün biznes-planlar, adətən Titul vərəqindən başlayır. Titul vərəqində əsasən aşağıdakı göstəricilər əks olunur:
- layihənin təşəbbüskarı olan sahibkarlıq subyektinin adı,ünvanı və telefonları;
- mülkiyyət formasını və dövlət qeydiyyatını əks etdirən məlumatlar;
- vergi ödəyicisi kimi qeydə alınması;
- biznes-fəaliyyət üçün lisenziyasının olması (xüsusi icazə tələb olunduqda);
- müəssisənin bank rekvizitləri;
- layihənin hazırlanma yeri və vaxtı.
Biznes-planlar qarşıya qoyulmuş məqsədin açıqlanması, onun həyata keçirilməsi yolları və əldə olunacaq nəticələri özündə əks etdirən sənəd olduğu üçün quruluşuna görə bir-birlərindən az fərqlənirlər. Qarşıya qoyulmuş məqsəddən asılı olmayaraq biznes-planlar aşağıdakı bölmələrdən ibarət olur:
- Biznes-plan haqqında qısa xülasə
- Biznesi həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlumat
- Təşkilati-plan
- İstehsal planı
- Marketinq planı
- Maliyyə planı
- Risklər
- Kreditin qaytarilması mərhələləri
- Kreditin girov təminatı
4.1 Biznes-plan haqqında qısa xülasə Hər bir biznes-plan maliyyə vəsaitləri cəlb etmək məqsədilə investorlara, maliyyə-kredit təşkilatlarına
təqdim edilmək üçün hazırlandığından onları qarşıya qoyulmuş məqsədin reallığına inandırmalıdır. Bu  baxımdan investoru çox vaxt biznes-planın qısa məzmunu maraqlandırır. Xülasə 1-2 səhifədən artıq olmamaqla layihənin başlıca məqsədini və əsas məzmununu ifadə etməlidir. Xülasəni oxuyan maraqlı tərəflər, layihə barədə müfəssəl anlayış almaqla bərabər, həm də qərar qəbul etmək imkanı əldə etməlidirlər. Belə
ki, hər bir sahibkar öz biznesini təşkil etməkdə maraqlı olduğu kimi, investor da öz vəsaitlərini səmərəli yerləşdirməkdə maraqlıdır.
Bu bölmədə daha çox aşağıdakı əsas məsələlər haqqında qısa, yığcam və konkret məlumatların verilməsi məqsədəuyğun hesab edilir:
- sahibkarlıq subyekti haqqında qısa məlumat;
- həyata keçiriləcək biznesin əsas məqsədi;
- istehsalın təşkili və idarə edilməsi prinsipləri;
- maliyyələşmə mənbələri, həcmi və təyinatı;
- marketinq (satış bazarı, məhsulun üstünlükləri, mövcud bazarda rəqabət və onun əsas xüsusiyyətləri);
- gözlənilən nəticələr (gəlir və xərclər, rentabellik, investisiyanın öz xərcini ödəmə müddəti, yaradılacaq yeni iş yerləri və s.) ;
- risklər ;
Xülasə yığcam, səlist, dəqiq və inandırıcı tərtib olunmalıdır.
4.2 Layihəni həyata keçirəcək sahibkarlıq subyekti haqqında məlumat Maliyyə vəsaiti tələb edən tərəf haqqında investorun ətraflı məlumatlandırılması biznes-planın əsas şərtlərindən biridir. Bunu nəzərə alaraq investor üçün saibkarlıq subyektinin öz biznesinin təşkili
sahəsində hansı potensial üstünlüklərə və imkanlara malik olduğunu bilmək vacibdir. Bu baxımdan sahibkarlıq subyekti haqqında aşağıdakı zəruri məlumatların verilməsi mühüm əhəmiyyət kəsb edir. - Sahibkarlıq subyektinin yaranma tarixi, yerləşmə mövqeyi;
- Mövcud istehsal infrastrukturu, maddi- texniki təminatı, işçilərin sayı;
- Biznes fəaliyyətinin hazırki istiqaməti;
- İnvestisiyanın cəlb edilməsində əsas məqsəd;
- Biznesin həyata keçirilməsi üçün ilkin zəruri şərtlər.
4.3 Təşkilati plan Bu bölmədə biznesin təşkili üçün lazım olan bütün məsələlərə aydınlıq gətirilməlidir. İlk növbədə görüləcək işlər və onların həyata keçirilməsi qrafiki, işçi heyəti və digər mühüm təşkilati məsələlər haqqında məlumatlar verilməlidir. Bu baxımdan təşkilati planda
aşağıdakı məsələlərin ön plana çəkilməsi məqsədəuyğun hesab edilir:
- görüləcək əsas işlər və onların həyata keçirilməsi qrafiki;
- istehsalın təşkili və idarə edilməsi;
- tələb olunan işçi heyəti, onun tərkibi, təcrübəsi, ixtisaslı işçilərin cəlb olunma imkanları və seçilməsi;
- istehsalın təşkilati strukturu;
- xammal və materiallar, onların alınma mənbəyi;
- malgöndərənlər və onların əsas üstünlükləri;
- alınacaq maşın, texnika və avadanlıqlar, onların istehsal gücü, digər texniki- iqtisadi göstəriciləri;
4.4 İstehsal planı Bu bölmədə - istehsal və cari işlər planı verilir. Burada əsasən məhsul istehsalının mövcud həcminin saxlanması və onun genişləndirilməsi ilə bağlı təminatlar haqqında məlumatlar əks etdirilir. Bu bölmədə mövcud istehsal şəraiti, tələb olunan xidmət növləri, zəruri avadanlıq təminatının təşkili, işçı qüvvəsi, istehsalın maddi-texniki təchizatı, məhsulun keyfiyyətinə nəzarət, alış və satış proseslərinin təşkili,
istehsal prosesinin idarə olunması və sair məsələlərə baxılır. Bu bölmədə istehsal və onun maddi-texniki təchizat strategiyası, əlavə maliyyə vəsaitlərinə tələbat, qiymətqoyma məsələləri, işçılərin ixtisasının artırılması, istehsalın genişləndirilməsi və bununla bağlı digər problemlərin şərh edilməsi məqsədəuyğundur. Burada müəssisənin xammal və materiallarla, komplektləşdirici avadanlıqlarla, enerji və yanacaqla təmin edilməsi səviyyəsi aydın görünməlidir. Biznes planın mühüm bölmələrindən biri olan istehsal planında bilavasitə istehsalın həyata keçirilməsi
üçün lazım olan aşağıdakı məsələlər diqqətlə öyrənilir və araşdırılır:
- biznesin həyata keçiriləcəyi yer və onun üstün cəhətləri;
- mövcud istehsal, maliyyə vəziyyəti və ondan istifadə olunma imkanları;
- istehsal ediləcək məhsulun (xidmətin) qısa xarakteristikası, texniki-iqtisadi göstəriciləri;
- məhsulun keyfiyyəti və sertifikatlaşdırılması;
- istehsal texnologiyası;
- nəqliyyat, rabitə, elektrik və digər köməkçi sistemləri;
- istehsalın təhlükəsizliyi və ekoloji məsələlər;
- istehsalın proqnozlaşdırılan həcmi.
4.5 Marketinq planı
Marketinq – məhsul istehsalı və satışının təşkilinin elə kompleks sistemidir ki, burada bazarın tədqiqi və proqnozlaşdırılması əsasında istehlakçıların tələbatı təmin edilməklə maksimum mənfəət əldə edilməsi nəzərdə tutulur. Marketinqin əsas vəzifəsi – bazar konyukturasının
hərtərəfli təhlili, öyrənilməsi və proqnozlaşdırılması əsasında istehlakçıların tələbatının tam ödənilməsi üçün məhsul istehasalının təşkilidir. Başqa sözlə desək, marketinq istehlakçıların məhsul və xidmətlərə tələbinin öyrənilməsi və onların həvəsləndirilməsi, məhsulların satışı və istehlakçılar arasında bölüşdürülməsinin təmin edilməsidir. Marketinqin tədqiqi marketinq planı əasında həyata keçirilir. Marketinq planı - müəssisə və onun məhsulu, marketinq məqsədləri və strategiyası, eləcə də marketinq araşdırmalarının nəticələri haqqında məlumatları özündə əks etdirir. Marketinq planında aşağıdakı bölmələrə xüsusi diqqət verilir:
a) Marketinq strategiyası Marketinq strategiyası - fəaliyyət məqsədinin və bu məqsədə nail olmaq üçün marketinqin istiqamətlərinin
müəyyən edilməsidir. Marketinq strategiyası müəyyənləşdirilərkən əsasən aşağıdakılar tədqiq olunur:
- nə satılacaq?
- kimə satılacaq?
- nə qədər satılacaq?
- necə satılacaq?
- hansı qiymətə satılacaq?
- harada satılacaq?
b) Əmtəə siyasəti
Burada müəssisənin istehsal edəcəyi məhsulların xarakteristikası, üstünlükləri və çatışmayan cəhətləri, alıcıları cəlb edən xüsusiyyətləri və sairə göstərilir. Müəssisənin istehsal etdiyi məhsullar barədə aşağıdakı məlumatların verilməsi tövsiyyə olunur:
- məhsulun adı, növü, keyfiyyəti, ölcüləri, rəngi, çeşidi, qablaşdırması;
- məhsulun təyinatı və tətbiqi sahəsi;
- əsas texniki, estetik xüsusiyyətləri;
- universallıq göstəriciləri;
- standart və normativlərə uyğunluğu;
- dəyər göstəriciləri;
c) Satış taktikası
Bu bölmədə planlaşdırılmış həcmdə məhsul satışı təminatının məzmununu açıqlayan ticarət siyasəti inandırıcı şəkildə şərh olunur. Satış taktikasının düzgün seçilməsi bazarın və istehlakçıların təlabatının araşdırılmasından asılıdır. Hər bir bazar digər bazarlardan "seqmentasiya əlamətləri" adlanan bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Bu xüsusiyyətlərə aşağıdakılar aid edilir:
- demoqrafik;
- coğrafi;
- ictimai- iqtisadi təbəqə;
- sosial- psixoloji meyl;
- istifadə həddi (güclü, zəif, mütəmadi, təsadüfi);
Bazarın seqmentləşdirilməsi – istehlakçıların ehtiyaclarındakı, xarakterlərindəki və ya davranışlarındakı fərqlər əsasında qruplara bölgüsüdür.
Bu amilin köməkliyi ilə istehsal olunmuş məhsulun istehlakçıların təlabatına uyğun olaraq hansı qrup müştərilərin əhatə olunacağı müəyyənləşdirilir. Bundan başqa satış taktikası müəyyənləşdirildikdə əmtəələrin gətirilməsi və satışı üçün vacib olan anbarların, nəqliyyat vasitələrinin, mağazaların, ticarət nümayəndəlikləri şəbəkəsinin səmərəli şəkildə istifadəsinə diqqət yetirilir. 
d) Qiymət siyasəti
Bu bölmədə məhsulun qiyməti müəyyən edilir. Məqsədyönlü qiymət siyasətinin həyata keçirilməsi üçün aşağıdakılar dəqiqləşdirilməlidir:
- məhsul istehsalına çəkilən xərclər;
- istehlakçının qiymətə münasibəti;
- rəqiblərin qiymətinin səviyyəsi;
- qiymətə təsir edən xarici amillər.
Qiymət siyasətinin həyata keşirilməsi fasiləsiz və perspektivli olmalıdır. Belə yanaşma əsasında optimal qiymət siyasəti yürütmək mümkündür. Məhz belə siyasət əmtəə üçün alıcı dairəsini genişləndirməyə və yaxud əldə saxlamağa şərait yaradır. Bütün bunlar isə,
son nəticədə müəssisənin mənfəətli fəaliyyət göstərməsinə kömək edir.
e) Rəqabətin təhlili
Marketinq planındakı bu bölmənin əsas məqsədi müəssisənin üzləşə biləcəyi kənar təsirləri və ya imkanları tam təfsilatı ilə təhlil etməkdən ibarətdir. Müvəffəqiyyət qazanmaq üçün rəqiblərin kimliyi, onların bazarda mövqeyi və xüsusi çəkisi, nailiyyətlərinin hakim faktoru öyrənilməlidir. Bu baxımdan aşağıdakı məsələlərin tədqiqi ön plana çəkilir:
- müəssisənin rəqabət imkanları;
- istehlakçıların cəlb edilməsi yolları;
- cari problemlər və bazarda rəqiblərin təhlili.
Rəqiblərin təhlili zamanı aşağıdakı məlumatların dəqiqləşdirilməsi vacibdir:
- hər bir rəqib haqqında qısa məlumat;
- rəqiblərin güclü və zəif cəhətləri;
- rəqiblərin strategiyası və məqsədləri;
- rəqiblərin reklamları;
- rəqiblərin satış kanalları.
f) Reklam siyasəti
Burada istehsal olunan məhsullara istehlakçıların cəlb edilməsində istifadə olunacaq reklam və təbliğat formaları şərh olunmalıdır.
4.6 Maliyyə planı
Maliyyə - pul münasibətləri deməkdir. Sahibkarın sərəncamında olan bütün əsas və dövriyyə kapitalı yalnız pul ifadəsində əks etdirilə bilər. Biznesin ilk başlanğıcı pul, son nəticəsi isə yenə də puldur. Avans olunmuş kapital əvvəlcə istehsal vasitələrinin alınmasına sərf edilir, yəni pul formasından məhsuldar formaya keçir, istehsal prosesi baş verir, məhsul istehsal edilir, tədavül prosesinə çıxarılır, məhsul reallaşaraq
avans edilmiş kapital yenidən pul formasında sahibkara qayıdır. Maliyyə planı – yuxarıda qeyd olunan proseslərin tam əhatə edilməsidir. Başqa sözlə maliyyə planı kapitalın hərəkət istiqamətlərinin əks etdirilməsidir. Maliyyə planında investisiya layihəsinin tətbiq
ediləcəyi mühitin xüsusiyyətləri və şəraiti öz əksini tapmalıdır. Biznes-plan tərtib edilərkən bir neçə şərtlər nəzərə alınmalıdır.
İqtisadi qanunların nəzərə alınması
a) Vergi qanunvericiliyi tələblərinin nəzərə alınması. Sahibkar öz fəaliyyətində hansı öhdəlikləri yerinə yetirəcəyini bilməli və bütün vergiləri müfəssəl şərh etməlidir.
b) Sosial sferaya aid dövlət qanunvericiliyinin tələblərinin nəzərə alınması. Burada sosial və büdcədənkənar fondlara ayırmalar öz əksini
tapmalıdır.
c) Cəmiyyətin digər sferalarını tənzimləyən dövlət qanunları nəzərə alınmalıdır (əmək haqqı, əməyin mühafizəsi və s.).
d) Yerli özünüidarəetmə orqanlarının müəyyən etdiyi bəzi məcburi ödəmələrin nəzərə alınması.
e) İstehsalı tənzimləyən qərar və təlimatların nəzərə alınması. Buraya amortizasiya, təmir, reklam, ezamiyyə və s. xərclərin limitləşdirilməsi aiddir.
f) Cəmiyyətin istehlak tələbatına tam uyğun gələn normalaşdırılmış, sertifikatlaşdırilmış, müxtəlif tibbi sanitar müayinələrdən keçmiş məhsul istehsalı üzrə dövlət nəzarəti orqanları ilə hesablaşma xərclərinin nəzərə alınması. Hesablamaların tətbiq edilməsi:
a) Hesablmalar aylıq, rüblük və illik aparılmalıdır.
b) Hesablamalar dəqiq aparılmalı, hər bir göstəricinin hesablanması mənbəyi əks etdirilməli və iqtisadi cəhətdən  əsaslandırılmalıdır.
c) Göstəricilər qruplaşdırılaraq bölmələr yaradılmalıdır. Məsələn pul daxilolmaları üzrə göstəricilər, tədiyyələr üzrə göstəricilər.
d) Son maliyyə hesablamalarında göstəricilər ardıcıllıqla yerləşdirilməlidir (pul-əmtəəistehsal- əmtəə-pul).
Maliyyə planının sxematik quruluşu s/s Göstəricilər Maliyyə göstəricilərinin hesablanması qaydaları
I Daxilolmalar: 1+2+3+4
1. İstehsal fəaliyyətinin nəticələrinin reallaşmasından daxilolmalar
2. Maliyyələşmə mənbələrindən daxilolmalar
3. Başqa müəssisələrin fəaliyyətində iştirakdan daxilolmalar
4. Digər daxilolmalar (cərimələrin tətbiqi və s.)
II Tədiyyələr: 1+2+3+4+5+6+7+8
1. Məqsədli kapital qoyuluşu. (əsas və dövriyyə fondlarının alınması)
2. Sabit xərclər
3. Dəyişən xərclər
4. Əlavə dəyər vergisi
5. Digər vergilər (əmlak, torpaq və s.)
6. Kredit üçün faiz
7. Mənfəətdən vergi (I (1+3+4) – II (1+2+3+4+5+6)) x 27%
8. Kreditin qaytarılması
III Xalis pul gəliri I – II
IV Amortizasiya
V Cəmi pul axını III + IV
İnvestisiyanın səmərəliliyinin qiymətləndirilməsi Son illər investisiyanın səmərəliliyinin qiymətləndirilməsinə yeni bir yanaşma meydana
çıxmışdır. Bu yanaşma maliyyə nəticələrinin vaxt amili nöqteyi nəzərindən qiymətləndirilməsidir. İnvestisiyanın qiymətləndirilməsi zamanı vaxt amilinin nəzərə alınması diskontlaşdırma adlanır. Diskont amili tətbiq edilərkən aşağıdakı faiz dərəcələri tətbiq edilə bilər:
1. Milli Bankın mərkəzləşdirilmiş kreditlərə görə müəyyən etdiyi illik faiz dərəcəsi
2. Sahibkarın özü tərəfindən ən az gəlirlilik faizinin seçilməsi
3. Sahibkar tərəfindən avans edilmiş kapitalın rentabelliyi
4. İnflyasiyanın orta illik səviyyəsi Diskontlaşdırılmış gəlir (PV) 
Layihə üzrə proqnozlaşdırılan gəlirin zamana görə qiymətləndirilməsidir.
PV = ∑ Pk / (1+R)k
PV = P1 / (1+R)1 + P2 / (1+R)2 + P3 / (1+R)3
PV – investisiya dövrünün diskontlaşdırılmış gəliri
Pk – layihə üzrə planlaşdırılan gəlir məbləği
R – diskont norması
k – layihə üzrə nəzərdə tutulmuş il
Xalis gəlir (NPV)
Layihə üzrə proqnozlaşdırılan gəlirlə cəmi kapital qoyuluşu arasındakı fərqi göstərir.
NPV = PV – İC
İC – cəmi kapital qoyuluşu.
Layihənin rentabelliyi
Layihənin reallaşdırılmasından gözlənilən gəlirin, onun həyata keçirilməsinə çəkilən xərclərə olan nisbətinin faiz ifadəsi ilə əks etdirilməsidir
EF = ((S-C) / C)*100%
S – layihənin reallaşdırılmasından gözlənilən ümumi mədaxil
C – layihənin həyata keçirilməsinə çəkilən xərclər
İnvestisiyanın öz-özünü ödəmə müddəti (PBP) İnvestisiyaya çəkilən cəmi xərclərin gəlirlər hesabına ödənilməsi müddətidir.
PBP = İC / PV
Zərərsizlik nöqtəsinin tapılması (Q)
Məhsul istehsalı həcminin elə bir səviyyəsidir ki, həmin həcmdə sahibkarın əldə etdiyi gəlir çəkilən xərclərə bərabər olur.
Q = FC / (P – V)
FC – şərti sabit xərclər.
P – məhsul vahidinin satış qiyməti.
V – məhsul vahidinə düşən dəyişən xərclər.
Öz vəsaitinin xüsusi çəkisi
Müəssisənin öz kapitalının cəmi kapitalda olan payını əks etdirir.
K1 = Kö / Kc x 100%
Kö – öz kapitalı
Kc – müəssisənin cəmi kapitalı
Borc kapitalının xüsusi çəkisi Müəssisənin borc kapitalının cəmi kapitalda olan payını əks etdirir.
K2 = Kb / Kc x 100%
Kb – borc kapitalı
Xarici borcdan asılılıq əmsalı Müəssisənin borc kapitalının öz kapitalına olan nisbətini əks etdirir.
K3 = Kb / Kö x 100%
Maliyyə planında investisiya layihəsinin tətbiq ediləcəyi mühitin xüsusiyyətləri və şəraiti öz əksini tapmalıdır.
4.7 Gözlənilən risklər
Riskin təhlilinin əhəmiyyəti, layihədə qarşıya qoyulmuş məqsədlərin tamamilə və ya qismən yerinə yetirilməməsi səbəblərinin qiymətləndirilməsindən ibarətdir. Layihənin həyata keçirilməsi zamanı aşağıdakı itkilər ola bilər:
1. Material itkisi (qabaqcadan nəzərdə tutulmayan əlavə xərclər və itkilər, avadanlıqların, bina və qurğuların itkisi).
2. Maliyyə itkisi (pul vəsaitlərinin nəzərdə tutulandan çox xərclənməsi, qiymətli kağızların, pul vəsaitlərinin itkisi, qiymətlərin aşağı düşməsindən əmələ gələn, inflyasiya ilə əlaqədar, valyuta kurslarının dəyişməsi nəticəsində yaranan, gözlənilən mənbələrdən pul vəsaitlərinin tam və ya qismən ödənilməməsi və s. itkilər).
3. Vaxt itkisi (layihə üzrə nəzərdə tutulan işlərin həyata keçirilməsindəki gecikdirmələr nəticəsində layihənin reallaşdırılması mərhələlərinin pozulması).
Riskin dərəcələri Yol verilə bilən risk (itkilər hesablanmış mənfəətdən artıq deyil) – layihənin mənfəətliyini aşağı salır.
Böhranlı risk (ehtimal olunan itkilər mənfəətdən artıqdır) – nəzərə çarpacaq dərəcədə itkilərə gətirib çıxarır. 
Ağır (fəlakətli) risk (ehtimal olunan itkilər sahibkarın mülkiyyətindən çoxdur) – müflis olur.
Maliyyə-iqtisadi risklər
- Qeyri-sabit tələbat
- Alternativ məhsulun yaranması
- Rəqiblər tərəfindən qiymətlərin aşağı salınması
- Rəqiblər tərəfindən məhsul istehsalının artımı
- Vergilərin artımı
- İstehlakçıların ödəmə qabiliyyəti
- Xammal, material və nəqliyyat xərclərinin artımı
- Təchizatçılardan asılılıq, alternativin olmaması
- Dövriyyə vəsaitlərinin çatışmamazlılığı
Sosial risklər
- İxtisaslı işçi qüvvəsinin yığılmasındakı çətinliklər
- Tətil təhlükəsi
- Əmək haqqı səviyyəsinin yetərli olmaması
- Kadrların ixtisaslaşdırılması
- Sosial infrastruktur
Texniki risklər
- Avadanlıqların köhnəlməsi
- Xammalın keyfiyyətinin qeyri-stabilliyi
- Texnologiyaların yeniliyi
- Avadanlıqların etibarlılığının azlığı
- Avadanlıqların ehtiyyat güclərinin olmaması
Ekoloji risklər
- Atmosferə və suya tullantılar
- Yaşayış məntəqəsinin yaxınlığı
- İstehsalın zərərliyi
“Fors – major” halları
“Fors – major” – sahibkardan asılı olmayan xarici amillərdir.
Məsələn :
- iqtisadi qanunvericiliyin və cari iqtisadi durumun, investisiya şəraitinin və mənfəətin istifadə olunmasının qeyri-stabil olması ilə əlaqədar risklər
- xarici–iqtisadi risk (ticarət və idxala ehtimal olunan məhdudiyyətlərin qoyulması, sərhədlərin bağlanması və s.)
- siyasi vəziyyətin qeyri-müəyyənliyi, ölkədə və ya bölgədə qeyri-qənaətbəxş sosial-siyasi dəyişikliklər riski
- təbii-iqlim şəraitinin qeyri-müəyyənliyi, təbii fəlakətlər ehtimalı
Yuxarıda qeyd edilmiş risklər və “fors-major” halları biznes-planlarda nəzərə alınmalı və bu kimi hallardan sığortalanmaq üçün tədbirlər planı
hazırlanmalıdır.
4.8 Kreditin ödənilmə mərhələləri Kreditlərin ödənilməsi və qaytarılması şərtləri tərəflər arasında bağlanmış kredit müqaviləsinə uyğun olaraq tənzimlənir. Bundan başqa kreditin ödənilməsi qrafiki sahibkar tərəfindən müstəqil şəkildə tərtib edilə bilər. Bir şərtlə ki, kreditorlar tərəfindən müəyyən edilmiş güzəşt müddətləri nəzərə alınmalıdır. Kreditlərin növlərindən asılı olaraq onların qaytarılma müddətinin uzadılması və ya vaxtından əvvəl ödənilməsi üçün şərtlər və səbəblər müəyyən olunmalıdır. 
4.9 Kreditin girov təminatı Girovla bağlı münasibətlər Azərbaycan Respublikasının “Mülki Məcəlləsi” və “Girov haqqında” qanunla tənzimlənir. Girov müqaviləsi notarial qaydada təsdiqlənməli, girov hüquqları isə dövlət qeydiyyatına alınmalıdır. Girovun dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı aparır. Girov verilən əmlakın qiymətləndirilməsində əsas faktor girovun likvidliyi, yəni girovun tez bir vaxtda satılaraq pula çevrilməsidir. Bu tövsiyyələrə əsaslanaraq sahibkarlara biznesplanların işlənilməsində əməli köməklik göstərmək məqsədilə "Taxıl məhsullarının emalı" yönümlü biznesplan nümunəsi hazırlanmış və tövsiyyələrə əlavə edilmişdir.
Verilmiş biznes-plan nümunəsi fərdi obyekt üçündür və göstəricilər şərtidir. Hesab edirik ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və ya yeni
istehsal təşkil etmək məqsədilə investisiya cəlb etmək istəyən işgüzar adamlar öz biznes–planlarınınhazırlanmasında bu tövsiyyələrdən faydalana biləcəklər.Təqdim olunan bu sənəd tövsiyyə xarakteridaşıyır və müzakirə üçün açıqdır.
Категория: Strateji planlaşdırma | Добавил: marketing
Просмотров: 12628 | Загрузок: 0 | Комментарии: 5 | Рейтинг: 4.5/11 |
Всего комментариев: 5
08.03.2024
5. Sachfc () [Материал]
atorvastatin generic <a href="https://lipiws.top/">atorvastatin canada</a> buy lipitor 40mg online cheap

24.01.2017
4. Uğur Mahmudov () [Материал]
http://www.sme.az/upload/File/Bplan.pdf

men tapdim buyurun burdan endirin...

18.08.2011
3. bahman () [Материал]
salam axsamnlz xeyir olsun uc qardaslar kendli fermer teserfatlna biznes planln hazrlanmasna kim komey ede biler

18.07.2011
2. alik () [Материал]
chox gozel kitabdi. oxumaq isterdim

04.11.2009
1. Orxan Mustafayev () [Материал]
Maraqli kitablar

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024