İşğal olunmuşdur 1993 – cü il 23 iyul Ərazisi 1154 km2 Əhalinin sayı 158000 Şəhid olmuşdur 538. Əlil olmuşdur 587 Milli qəhramanlar 17 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 48 • Mədəni – məişət obyekti 598 • Qəsəbə və kənd 122 • Tarixi abidə 27 • Dövlət dram teatrı Ağdam rayonu Azərbaycan respublikasında inzibati rayondur .1930-cu ildə təşkil edilmişdir. Qarabağ silsiləsinin şimal- şərq ətəklərində , Kür - Araz ovalığının qərbindədir. Sahəsi 1094 km2, əhalisi 101.6 min nəfərdir. Rayonda 1 şəhər, 119 kənd və qəsəbə var. Mərkəzi Ağdam şəhəridir. Ağdam rayonunun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ və Mil düzləri cənub- qərbdən şimal-şərqə doğru tədricən alçalır.Rayonun cənub-qərbində Qarabağ silsiləsinin şimal burnunun maksimum hündürlüyü 1365 metrə çatır. Rayonun düzənlik hissəsində Antropogen və Neogen, dağlıq hissəsində isə Təbaşir və Yura çöküntüləri yayılmışdır.Əhəngdaşı və s. tikinti materialı (sement xammalı, çınqıl, qum) yataqları var. İqlimi, əsasən mülayim isti və quraq subtropikdir. Əhalisinin orta sıxlığı 1km2-də 92.9 nəfərdir. Ağdam şəhərində, Mərzili, Seyidli, Qiyaslı, Xıdırlı və Zəngişalı iri yaşayış məntəqələridir. Ağdam rayonu yeni yaradılmış olan ağır,yeyinti ,yüngül sənaye və inkişaf etmiş kənd təsərrüfatı rayonudur. Rayonun kənd təsərrüfatında pambıqçılıq, üzümçülük, heyvandarlıq və taxılçılıq mühüm yer tutur. Ağdam rayonu ərazisindən Yevlax - Laçın - Naxçıvan , Ağdərə - Füzuli magistral şose yolları keçir. Rayonda 34 uşaq bağçası və körpələr evi var idi. 89 ümumtəhsil məktəbində (16 ibtidai, 36 səkkizillik, 37 orta) 30 086; 4 fəhlə gənclər; 1 qiyabi orta; 2 kəndli gənclər məktəbində 1201 nəfər, 4 orta ixtisas təhsili məktəbində (k.t, k.t-nın mexanikləşdirmə və elektrikləşdirilməsi texnikumları, musiqi və tibb məktəbləri ) 1269 şagird təhsil alırdı. Dram teatrı, Ölkəşünaslıq muzeyi, 71 kitabxana, 13 mədəniyyət evi, 27 klub fəaliyyət göstərirdi. Xaçıntürbətli kəndindəki Qutlu Musa oğlu türbəsi (1314) və Kəngərli kəndindəki türbə (14 əsr ) rayonun ən qədim memarlıq abidələridir. Papravənd kəndində 18-ci əsrə aid 2 türbə , məscid və s. var.
Cəbrayıl
İşğal olunmuşdur 1993 – cü il 23 avqust Ərazisi 1050 km2 Əhalinin sayı 52049 Şəhid olmuşdur 347. Əlil olmuşdur 172 Milli qəhramanlar 4 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni – məişət obyekti 197 • Qəsəbə və kənd 90 Tarixi abidə 27 Azərbaycanda inzibati rayon, 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 km2, əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir. Səthi, əsasən, maili düzənlik, şimalda alçaq dağlıqdır. Dağlıq hissədə Tabaşir, düzənlik hissədə Neogen və qismən Antropogen çöküntüləri yayılmışdır. İqlimi ərazinin cənub hissəsində yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl, şimal hissəsində yayı quraq keçən mülayim-istidir. Orta temperatur yanvarda 0-2oS, iyulda 24-25oS-dir. İllik yağıntı 400-500 mm. Çayları qısa və müvəqqəti axarlıdır; r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Dağ-şabalıdı, şabalıdı və qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Yarımsəhra, dağ-kserofil bitki örtüyü üstündür. Meşələr var. Heyvanları canavar, tülkü, süleysin, çölsiçanı və s. Orta sıxlıq 1 km2-də 43,6 nəfərdir. İri yaşayış məntəqələri Cəbrayıl şəhəri, Böyük Mərcanlı, Soltanlı, Horovlu, Balyand kəndləridir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq və taxılçılıq əsas yer tutur. 14 kolxoz və 7 sovxoz var. Meyvə yetişdirilir. Heyvandarlıq inkişaf etdirilir. Kökəltmə birliyi yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Üzüm emalı və çörək zavodları, kənd təsərrüfatı texnikası tə_miri müəssisəsi, elektrik şəbəkəsi, xalça emalatxanası və s. var idi. Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi. Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr(19 əsr), Şıxlar kəndində dairəvi türbə(14 əsr), Xudafərin körpüsü və s. mühafizə olunmuşdur.
Fizuli
İşğal olunmuşdur 1993 – cü il 23 avqust Ərazisi 1112 km2 Əhalinin sayı 95940 Şəhid olmuşdur 528 Əlil olmuşdur 1309 Milli qəhramanlar 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Mədəni – məişət obyekti 145 • Qəsəbə və kənd 54 • Tarixi abidə 15 Azərbaycan inzibati rayon 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 km2, əhalisi 80,2 min. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var. Mərkəzi Fizuli şəhəridir. Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı və s. Quşlardan turac, qırqovul, göyərçin və s. var. Orta sıxlıq 1 km2-də 58 nəfərdir. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir. Füzuli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Əsas sahələri üzümçülük, taxılçılıq və heyvandarlıqdır. 15 kolxoz, 26 sovxoz varidi. Rayonda su anbarları yaradılmış, suvarma kanalları yapadılmışdır. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmışdır. Quşçuluq və baramaçılıqla məşğul olunur. Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Əhmədalılar türbəsi, Babı türbəsi, Mirəli türbəsi, Şəhərdə Hacı Ələkbər məscidi (19 əsr), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi(1682), karvansara(1684), türbə(18 əsr) və s. qalmışdır.
Kəlbəcər
İşğal olunmuşdur 1993-cü il 2 aprel Ərazisi 1936 km2 Əhalisinin sayı 55000 Şəhid olmuşdur 217. Əlil olmuşdur 49 Milli qəhrəmanlar 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni – məişət obyekti 134 • Qəsəbə və kənd 132 • Tarixi abidə 87
Kəlbəcər rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1936 km2, əhalisi 40,3 min nəfər idi. Rayon ərazisini 1 şəhər, 1 şəhər tipli qəsəbə 122 kənd təşkil edirdi. Mərkəzi Kəlbəcər şəhəri idi. Rayonda 2 məktəbəqədər müəssisədə 70 uşaq tərbiyə olunur, 8 ibtidai, 43 səkkizillik, 26 orta məktəbdə 12 min, yeddiillik musiqi məktəbində 125 şagird təhsil almışdır. Rayonda 9 mədəniyyət evi, 27 klub,55 kitabxana, 17 kinoteatr fəaliyyət göstərirdi. Memarlıq abidələrindən Tərtər çayının başlanğıcındakı XIII-XVIII əsrlərin yadigarı olan Xotavəng məbədi qalmışdır. Səthi dağlıqdır, Murovdağ, Şahdağ, Şərqi Sevan, Mıxtökən, Qarabağ silsilələrinin və Qarabağ yaylasının bir hissəsini təşkil edir. Ən yüksək zirvələri hündürlüyü 3724 m olan Gamış dağları və 3616 m olan Dəlidağdır. Yura, Tabaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılmışdır. Faydalı qazıntıları: civə (Şorbulaq, Ağyataq), mineral sular (İstisu, Bağırsaq), tikinti materialları və s. ibarətdir. Ərazisinin çox hissəsində qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi tipləri hakimdir. Ən böyük çayı Tərtər və onun qolları - Lev çayı, Tutqunçay və s. dir. Bazarçay isə Kəlbəcər rayonunun ərazisindən başlanır. Ala göllər və Zalxa gölü də rayonun ərazisində yerləşir. Əsasən çimli dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. Rayonun mərkəzində və şimal hissəsində enliyarpaqlı meşələr (palıd,fısdıq, vələs), meşə çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tutur. Meşələrin ümumi sahəsi 28,2 min ha-dır. Təbiəti qayakeçisi, qonur ayı, çöldonuzu, daşlıq dələsi, ular, qartal kimi heyvan və quşlarla zəngindir. Azərbaycan Kəlbəcər Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı "Yenilik" qəzeti 1934 ildən çıxır (1965 ilədək "Qızıl maldar"adı ilə nəşir olunmuşdur). Yerli radio verilişləri redaksiyası 1965 ildən fəaliyət göstərir . Rayonda televiziya verilişlərinə baxırlar. Rayonda 300 çarpayılıq 7 xəstaxana 25 feldşer-mama məntəqəsi sanitariya epidemioloci ,49 həkim ,205 orta tibb işçisi var.
Kəlbəjər -Qubadlı iqtisadi rayonu Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır.Jənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.
Qubadlı
İşğal olunmuşdur 1993-cü il 31 avqust Ərazisi 826 km2 Əhalinin sayı 33800 Şəhid olmuşdur 232 Əlil olmuşdur 146 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Mədəni-məişət obyekti 205 • Qəsəbə və kənd 94 • Tarixi abidə 12 Qubadlı rayonu 1933-cü ildə təşkil olunmuşdur. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayon uilə birləşdirilmişdir. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. 802 km2. ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. 33629 hektar kənd təsərrüfatına yararlı torpaqları vardı Qubadlının.13958 hektarı əkinə yararlı hesab olunurdu. 1365 hektar sahədə çoxillik bitkilər əkilirdi.18,6 min hektar otlaqların 0,6 hektarını biçənəklər təşkil edirdi. 4825 hektar sahədə suvarma işləri aparılırdı.850 hektar çoxillik əkmələr sahəsi mövcud idi ki, bunun da114 hektarını bağlar, 468 hektarını üzümlüklər təşkil edirdi. Tut bağlarının ümumi sahəsi 268 hektar idi. 543 hektar həyətyanı torpaq sahələrinin payına düşürdü. Rayonun 79812 hektar ümumi torpaq sahəsindən 32275 hektarı yol, tikinti və s. altında qalan torpaqlar idi.13,2 min hektar təbii meşə sahəsi var idi.1969-cu ildən həmin sahədə Dövlət yasaqlığı yaradılmışdı. Bakıdan 401 km-lik məsafədə yerləşən Qubadlı rayonunun Ermənistanla 120, Dağlıq Qarabağın Hadrut rayonu( hal-hazırda bu inzibati rayon ləğv olunub) ilə 42 km-lik sərhəd zolağı vardı. Eyni zamanda Laçın, Jəbrayıl və Zəngilan rayonları ilə həmsərhəd olan Qubadlının iqtisadiyyatının əsasını işğala qədər taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil etmişdir.31 süd-əmtəə ferması mövcud olmuşdur ki, onun da 27-si tam mexanikləşdirilmiş vəziyyətdə idi. Rayonda 2 üzümün ilkin emalı zavodu fəaliyyət göstərirdi. Süd-əmtəə fermalarının məhsulları Yağ-pendir zavodunda emal olunurdu. Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edirdi.İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi.Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Azərbaycan "Neftqazavtomat" təcrübə zavodunun rayonda yaradılmış filialında son tamamlama işləri gedirdi. Ümumiyyətlə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi. İşğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə bir əyani-qiyabi, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi.Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Onlardan 925 nəfəri ali təhsilli idi. 43 nəfər məktəbəqədər müəssisələrdə çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu. Qubadlıda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klab xalqa xidmət edirdi. 6 avtoklub fəaliyyət göstərirdi. 23 kino qurğusundan istifadə olunurdu. 125 ticarət , 96 iaşə obyekti qubadlılara mədəni xidmət göstərirdi. 25 məişət xidməti müəssisəsi tam gücüylə işləyirdi. Qubadlı rayonunda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansiyası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində idi. Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 aptek əhalinin sağlamlığı keşiyində dururdu. Rayon gigiyena-epidemologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı. Qubadlı rayon Tarix-diyarşünaslıq muzeyində 5 mindən çox nadir eksponat toplanmışdı. Bütün bunlardan əlavə, aşağıda göstərilənlər də erməni işğalçıları tərəfindən qarət olunmuşdur :
• Taxıl məhsulu -7352 ton • Tütün məhsulu - 1556 ton • Bostan məhsulu - 80 ton • Kartof - 104 ton • Çuğundur - 30 ton • Yem məhsulları - 6670 ton • İribuynuzlu mal-qara - 7160 baş • Xırda buynuzlu davar - 27231 baş • Traktorlar - 234 ədəd • Avtomaşınlar - 100 ədəd • Taxılyığan kombaynlar - 62 ədəd • Süfrə üzüm şərabı xammalı - 130 min dekalitr • Barama məhsulu - 14,4 ton Eyni zamanda binalar, qurğular, çoxillik əkmələr, texnikalar, inventar və ehtiyat hissələri, neft məhsulları da buraya daxildir. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrin yadigarları "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalmışdır.
Qubadlı rayonunun təbiəti Rayonun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub- qərb (Topağac dağı-2010 m, Pirdağ-1316 m), Bərgüşad silsiləsinin şərq (Qartız dağı- 1277 m) və Qarabağyaylasının cənub-şərq (Qurbantəpə dağı - 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ( Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir .Yura-Antropogen çöküntüləri yayılmışdır. Əqiq yatağı var.İqlimi əsasən mülayim isti və quru subtropikdir. Orta tempratur yanvarda düzən yerlərdə 1 dərəcədən dağlıq yerlərdə - 4 dərəcəyə qədər, iyulda müvafiq olaraq 26 və 14 dərəcədir. İllik yağıntı 400-600 mm-dir. Çayları Bazarçay, Həkəri və onların qollarıdır( Kiçik Həkəri, Meydandərəsi və s ); bunlardan suvarmada istifadə edilir.Rayonda , əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir .Dağ meşələri (fıstıq, palıd, vələs və s ) var.Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir.Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var.Rayonda Qubadlı yasaqlığı təşkil edilib.
Kəlbəjər -Qubadlı iqtisadi rayonu Reliyefi əsəsən dağlıqdır. Ərəzisi şm.-q-də Şərqi Sevan, şm.-da Murov dağ, ş-də Qarabağ silsilələri ilə əhatələnir. Rayonun qalan hissəsini Qarabağ yaylası tutur. Mərkəzi hissədə Mıxtökən silsiləsi uzanır. Cənub .ş hissəsi Araz çayı dərəsinə tərəf alçalaraq düzənliklərə keçir.
Laçın
İşğal olunğuşdur 1992 – ci il 18 may Ərazisi 1875 km2 Əhalinin sayı 60000 Şəhid olmuşdur 259 Əlil olmuşdur 225 Milli qəhramanlar 6 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Mədəni – məişət obyekti 575 • Qəsəbə və kənd 26 • Şəhər, qəsəbə və kənd 10 • Tarixi abidə 12 Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir. Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda 10-220C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı dağ meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var. Əhali . Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir. Təsərrüfatı. İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir. Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me'marlıq abidələrindən Hocaz k-də mağara - mə'bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi var idi.
Şuşa
İşğal olunmuşdur 1992 - ci il 8 may Ərazisi 289 km2 Əhalinin sayı 24900 Şəhid olmuşdur 193 Əlil olmuşdur 102 Milli qəhramanlar 5 Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur: • Sənaye və tikinti obyekti 27 • Mədəni – məişət obyekti 103 • Şəhər, qəsəbə və kənd 31 • Tarixi abidə və muzeylər 249 • Tarixi abidə 17 Şuşa qəzası Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən Kaspi vil-nin tərkibində yaradılmışdır. (1841, 1 yanvar). Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları qəzaları ilə həmsərhəd idi. Mərkəzi Şuşa idi. 1846 ildən Bakı, 1867 ildən isə Yelizavetpol qub.-na daxil edilmişdi. Ş.q. Mığri, Kəbirli, Zəngəzur, Cavanşir, Cələbürd, Vərəndə məntəqələrinə bölünürdü. 1867 il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir məntəqələri Ş.q.-ndan ayrılıb müstəqil qəzalara çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, məntəqə iclasçıları və şəhər polisi idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Sah. 4911 km2 , əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərüfatında əkinçilik, maldarlıq, ipkçilik, üzümçülük, bağçılıq əsas yer tuturdu. Toxuculuq (xalça, ip, mahud və s.) geniş yayılmışdı. Şuşa rayonu 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil r-n olmuşdur. Sahəsi. 289 km2. Əhalisi 19,0 min (1987, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var. Təbiəti. Səthi dağlıqdır (Qarabağ silsiləsi). Ən yüksək zirvəsi Böyük Kirs d.-dir. (2725 m). Keçəldağ aşırımı Ş.r.-ndadır. Əsasən, Yura və Tabaşir çöküntüləri yayılmışdır. Müxtəlif nov tikinti materialı yataqları və mineral su bulaqları (Turşsu, Şirlan) var. Ərazisinin əksər hissəsi qışı quraq keçən mülayim -isti və qışı quraq keçən soyuq iqlim tiplərinə aiddir. Orta tempatur yanvarda - 4-dən -10 C-yə qədər, iyulda 16-190C-dir. İllik yağıntı 700-800 mm . Rayondan Qarqar çayı axır. Torpaqları, əsasən, qəhvəyi dağ-meşə, qonur dağ-meşə, çimli dağ-çəməndir. Ərazinin 20% -ə qədəri meşədir (fıstıq və s.). Yüksək dağlıq sahələr subalp və alp çəmənləri ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşəlirin yerində çəmənlər və kserofit kolluqlar var. Heyvanları: ayı, canavar, tülkü, boz dovşan, cüyür və s. Quşlardan kəklik, göyərçin var. Əhali. Orta sıxlığı 1 km2 -də 63,3 nəfərdir. İri yaşayış məntəqələri Şuşa ş. , Malıbəyli və Daşaltı kəndləridir. Təsərrüfat. Rayonun iqtisadiyyatında heyvəndarlıq əsas yer tutur. 5 s-z var. Kənd təsərrüfatına yararlı torpaqlar 20,9 min ha-dır (1986). Bunun 3,8 min ha-ı şum yeri, 0,1 min ha-ı çoxillik bitkilər, 0,3 min ha-ı biçənəklər, 16,7 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 0,1 ha dır. 3,4 min ha əkin mahəsinin 41% -ə dənli və dənli paxlalı bitkilər (buğda, arpa, qarğıdalı), 6 % -ində tərəvəz-bostan bitkiləri və kartof, 53%-ində yem bitkiləri əkilir. Meyvəçiliklə məşğul olunur. 5,2 min qara- mal, 15,2 min davar var (1986). Quşçuluqla məşğul olunur. Şərq musiqi alətləri f-ki, istehsalat kombinatı, çörəkbişirmə müəssisəsi, Bakı "Radioqayırma" birliyinin 1 ¹ - li istehsalı, Qarabağ ipək kombinatının sexi, elektrik şəbəkəsi, k.t. texnikası təmiri müəssisəsi və s. var. Kurort təsərüfatı inkişaf etmişdir.Yevlax-Naxcıvan avtomobil yolu və qaz kəməri Ş. r.-ndan keçir. Xocalı
İşğal olunmuşdur 1992-cü il 26 fevral Ərazisi 970 km2 Əhalinin sayı 11567 Şəhid olmuşdur 613. Əlil olmuşdur 657 Milli qəhrəmanlar 10 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Sənaye və tikinti obyekti 29 • Mədəni - məişət obyekti 80 Xoçalı faciyısi Azərbaycan xalqının öz torpaqları uğrunda ermıni işğalçılarına qarşı mübarizısində bir sox faciələr olmuşdur (1905, 1918-20 və 1988-1993- ci illərdə). Bunlardan ən qanlılarından biri də - Xocalıdır. Xocalı-azərbaycan kəndi olub Ağdam- Şuşa, Xankəndi- Əsgaran yollarındastrateci əhəmiyyətə malik idi həm də Qarabağda yeganə aeroport idi. Axır vaxtlar buraya Fərqanədən türk-məsxəti, ermənistandansa azərbaycanlı qaçqınları yerləşdirilmişdi. Bundan sonra o şəhər statusunu almışdı. 1992-ci ilin fevralında Xocalı 3 bir tərəfdən erməni terrorçuları, və keçmiş Sovet Ordusunun 366-cı motoatıcı dviziyası vasitəsilə mühasirəyə alınmışdı. 25 fevralın axşamında şəhərin artillerik silahlardan güllənməsi başlandı, şəhərə ağır texnika tanklar, BTR, BMP-lər yeridildi, şəşər büsbütün alov içərisində idi. Döyüşçülərimiz əhali ilə birlikdə gecə saat 2-yə kimi bacardıqları kimi döyüşmüş, sonra isə geri çəkilməyə məcbur olmuşlar. Şaxtalı gecədə əhali məcburən çayı keçmiş və sonradan böyük bir hissəsi donma nəticəsində həlak olmuşlar. Bundan sonra isə silahsız əhalini silahlı erməni terroristləri gözləyirdilər. Yollarda və meşədə çoxlu əhali qırılıb güllənir.Sağ qalanlar isə əsir götrülür. Bu cür, 1992-ci il Fevralın 25-dən 26-sına kesən gecə Xocalılar üçün əsil faciyə olmuşdur. Onlar böyük itkilər vermişlər: 613 adam vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər əsir götrülmüşdür. Öldürülənlər içərisində 106 qadın, 83 uşaq olmuşdur ki bu da erməni terroristlərinin nə qədər qan içən vəhşi olduqlarını göstərir. Qoy bütün dünya bunu bilsin ki,erməni terroristləri Xocalıda cörünməmiş soyqırım törətmişlər. Bu şəhəri yer üzündən silmişlər. Tarix bu qanları heç vaxt unutmayacaqdır. Gec-tez günahkarlar öz qanlı əməllərinə cavab verməlidirlər!
Zəngilan
İşğal olunmuşdur 1993-çü il 29 oktyabr Ərazisi 707 km2 Əhalinin sayı 35500 Şəhid olmuşdur 191 Əlil olmuşdur 110 Milli qəhrəmanlar 2 Erməni işğalçıları tərəfindən dağıdılmış, Yandırılmış və talan olunmuşdur: • Mədəni- məişət obyekti 138 • Qəsəbə və kənd 81 • Tarixi abidə 13 Zəngilan Rayonu - Azərbaycanda inzibati rayon. 1930-cu ildə təşkil edilmişdir. Qövə şm qərbdən Ermənistan,C.və C.-q.-dən İranla həmsərhəddir. Sahəsi 707 km2. Əşalisi-35 minə yaxındır. Mərkəzi Zəngilan şəhəridir. Rayonda 1şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var. Təbiəti. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşir. Mürəkkəb və parçalanmış səth qurluşuna malikdir. Şm.-q.-dən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı,1304m) alçalaraq Bazarçayla oxçu çayı arasında Ağoyuq maili düzünü (hündürlüyü 400-600m) əmələ gətirir. Şm.-ş.də Qarabağ silsiləsinin Araz və həkəri çaylarına tərəf açılan yamacları təpəli Gəyan (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin ş. kənarı (Bartaz dağı, 2270m) yerləşir. Yura, Tabaşir və Neogen çöküntüləri yayılmışdır. Faydalı qazıntıları: tikinti daşı, əhəngxammalı, susuzlaşdırılmış soda sohda istehsalı üçün əhəngdaşı. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir.Orta temreratur yanvarda 1oC, İyulda 25.3oC-dir. İllik yağıntı 400-500 ii. Çayları (Həkəri, Oxçu və s.) rayonun c.və ş. sərhəddindən axan Araz hövzəsinə aiddir. Düzən və dağ ətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq çahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəməntopaqları yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enli yarpaqlı meşələr (palıd,v ələs və s.). Bəsitçayın dərəsində nadir çinarmeşəsi (Bəsitçay qoruğu) var. Heyvanları: cüyür, çol donuzu, ayı, tülkü və s.var. Əhali. Orta sıxlıq 1 km2-də 40 nəfərdir (1979). İri yaşayış məntəqələri Zəngilan şəhəri, şəhər tirpli Mincivan qəsəbəsidir. Təsərüfat. Rayonun əsas təsərüfatı yzümçülük, tütünçülük, heyvandarlıq və taxılçılıqdır. Rayonda 5 kolxoz, 9 sovxoz var idi(1979). Kənd təsərüfatına yararlı torpaqları 33.0 min ha-dır (1978). Bunun 6.3 min ha-ı şum yeri ,4.4 min ha-ı çoxillik bitkilər,2.7 min ha--ı dincə qoyulmuş torpaqar,0.3min ha-ı biçənəklər,19.3 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 3.9 min ha -dır.5.4 min ha əkin sah.-ni n 46%-ində dənli və dənli paşlalı (əsasən buğda, arpa), 7%-ində texniki (tütün), 2%-ində tərəvəz-bostan bitkiləri və kartof, 45%-ində isə yem bitkiləri əkilirdi(1978). Tütünçülük və üzümçülük inkişaf etdirilirdi Rayonda şərabçılıq sənayesi istehsalat-aqrar birliyi yaradılmışdır. Kolxoz və sovxozlarda 9.9 min-ha üzümlük var idi. 1979 ildə 0.8 min t tütün, 6.6min t üzüm istehsal edilmişdir. Kolxoz və sovxozlarda 7.3 min qaramal (o cümlədən 1.7min inək və camış), 21,2 min davar var idi. (1979). Baramaçılıqlı məşğul olunurdu. Rayonda savxoz-istehsalat birliyi, Respublika dğvlət K.t.İstehsal-texniki Təminat komitəsinin şöbəsi var idi. Meşə təsərüfatı yaradılmışdır. Rayonun ərazisində Bakı-Yeravan dəmir yolu (Mincivan-Qafan qol ayrılır), İmişli -Laçın magistral şose yolu keçir.