Ağqoyunlu dövləti 1370-ci ildə Ağqoyunlu tayfa ittifaqının başçısı Oğuz türkü Bayandır tayfasından olan Pəhləvan bəy idi. Sonra Qara Yuluq Osman bəy 1394-cü ildə Mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoyur. 1453-cü ildə Uzun Həsən bəyliyə başçılıq etməyə başlayır. 1467-ci ildə o, Qaraqoyunlu dövlətini məğlub edib, 1468-ci ildə Ağqoyunlu dövlətinin əsasını qoydu. Bunu eşidən Teymuri Əbu Səid Ağqoyunlular üzərinə yürüş etdi. 1468-1469-cu ilin qışında bu döyüşdə Uzun Həsən qələbə çaldı. Ağqoyunluların ərazisi Kürdən cənubda Azərbaycan torpaqlarını, Şərqi Gürcüstanı, Qərbi İranı, İraqı və s. əhatə edirdi. 1472-ci ildə Ağqoyunlular Venesiya Respublikası ilə ittifaqa girərək Osmanlıları məğlub etdilər. 1473-cü ildə isə Osmanlılar Ağqoyunluları məğlub etdilər. 1474-cü ildə Şirazda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd qiyam qaldırdı. Uzun Həsən qiyamı yatırtdı və oğlu Uğurlu Məhəmməd İstanbula qaçdı. Osmanlı imperatoru II Mehmet qızını ona ərə verdi və onu Sivaşa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. 1497-ci ildə həmin Gödək Əhməd Ağqoyunlu hökmdarı Rüstəm padşahı taxtdan saldı və taxta sahib oldu. Sonra isə Əhmədin siyasətindən narazı qalan əyanlar onu taxtdan saldırlar. Taxt uğrunda iki əmioğlu Əlivənd və Murad mübarizə aparırlar. Sonda saziş bağlanır və Ağqoyunlu ərazisi onların arasında bölüşdürülür.
Səfəvilər dövləti Sufi təriqətindən olan səfəvi-dərviş ordeni XIII əsrin ortalarında Şeyx Səfiəddinin başçılığı ilə Ərdəbildə yaranmışdır. Rəvayətə görə Şeyx Səfiəddin İmam Əlinin və Fatimənin nəslindən olmuşdur. Səfəvilər sünnülərin qeyri-qanuni hakimiyyətindən şikayətlənirdilər. Səfəvilərin Ərdəbil hakimiyyəti 1501-ci ilədək, bütün Azərbaycandakı hakimiyyətə isə 1501-1736-cı illəri əhatə etmişdir. XV əsrdə Səfəvi təriqətinə Şeyx Cüneyd rəhbərlik edirdi. Cüneydin oğlu Şeyx Heydər dayısı Uzun Həsənin (Ağqoyunlu hökmdarı) qızı Aləmşah bəyimlə evləndi. 1470-ci ildə Uzun Həsən Təbrizdən Ərdəbilə gəlib, Şeyx Heydəri Səfəvi təriqətinin başçısı təyin etdi. 1488-ci ildə Şeyx Heydər öldürüldü və Uzun Həsənin oğlu Sultan Yaqub Şeyx Heydərin oğlanları Sultaəlini, İbrahimi və İsmayılı anaları ilə birlikdə Şiraz yaxınlığında qalada dustaq etdi. 1492-ci ildə Baysunqura qarşı mübarizədə Qızılbaşlardan istifadə etmək üçün Ağqoyunlu Rüstəm onları azad etdi. 1493-cü ildə Sultanəlinin başçılıq etdiyi Qızılbaşlılar və Rüstəm Mirzənin qoşunları Bayzunquru məğlub etdilər. Səfəvilərin güclənməsindən qorxan Rüstəm Mirzə 1494-cü ildə Ərdəbil yaxınlığında Sultanəlini məğlub etdi və onu öldürdü. Lakin bu döyüşdən əvvəl Sultanəli qardaş İsmayılı Səfəvi Ordenin başçısı təyin etmişdir. Şeyx İsmayıl (Şeyx Heydərin III oğlu) 1499-cu ildə Azərbaycan torpaqlarını birləşdirmək məqsədilə əvvəlcə Ərdəbilə, sonra isə Ərzincana gəlib çıxmışdır. 1500-cü ildə Şamaxını, 1501-ci ildə Bakını ələ keçirən İsmayıl, 1501-ci ilin payızında Təbrizə gələrək özünü şah elan edir və Səfəvilər dövlətinin əsasını qoyur. Təbriz şəhəri dövlətin paytaxtı olur. Dövlətin əsas əraziləri Azərbaycan torpaqları, əhalisinin çoxunu isə Azərbaycan türkləri əhatə edir. Ağqoyunlu dövlətinin digər qolunun başçısı Sultan Murad Səfəvilər dövləti üçün təhlükəli olaraq qalırdı. 1503-cü ildə Sultan Muradı məğlub edən Şah İsmayıl Şiraz şəhərini tutdu. Byundan sonra Şah İsmayıl Qumu, Kaşanı, İsfahanı, Yəzdi və Kirmanı ələ keçirdi. 1508-1510-cu ildə isə (Xorasan istisna olmaqla) bütün İranı tutdu. Daha sonra Bağdad şəhəri daxil olmaqla Ərəb İraqını da dövlətin tərkibinə qatdı. Səfəvi dövləti şərqdə Özbək dövləti, qərbdə isə Osmanlı imperiyası ilə həmsərhəd oldu. 1510-cu ilin sonunda Herat, Mərv, Bəlx və Xorasan şəhərləri də Səfəvilərin əlinə keçdi. Beləliklə, Fərat çayından Amudərya çayınadək Şah İsmayılın hakimiyyəti bərqərar oldu və Səfəvi dövləti imperiyaya çevrildi. Şah İsmayıla qarşı vuruşmağa cəsarət etməyən Osmanlı sultanı II Bəzayid 1504-cü ildə Səfəvilər dövlətini tanıdı. Osmanlı imperatorluğu. Böyük Səlcuq imperatorluğu dağılmasından sonra Kiçik Asiyada qüdrətli türk dövləti-Osmanlı imperatorluğu yarandı. 1299-cu ildə Osman bəy (Səlcuqların qayı boyundan olmuşdur) Konya sultanlığına son qoymuş və Osmanlı dövləti yaranmışdır. 1329-cu ildə dövlətin paytaxtı Bursa şəhəri olur. 1359-cu ildə hakimiyyətə gələn I Murad özünə Sultan titulunu qəbul etdi. 1361-ci ildə o, Ədirnəni tutub paytaxt edir. 1370-ci ildə Bizans və Bolqarıstanı özündən asılı etdi. 1371-ci ildə serbləri ağır məğlubiyyətə uğratdı. Sultan I İldırım Bəyazid isə Dunay çayı sahillərinə qədər olan əraziləri ələ keçirdi. 1402-ci ildə Ankara düzənliyində Osmanlılar Teymur tərəfindən məğlub edildi və I İldırım Bəyazid alındı. Bununla əlaqədar olaraq Roma Papası sevincindən 3 gün kilsə zənglərinin sədası altında şükranlıq duası oxutdurdu. Bundan sonra II Murad Osmanlı dövlətinin qüdrətini bərpa etdi. Osmanlılar 1444-cü ildə macarları, çexləri, 1453-cü ildə Bizans imperiyasını məğlub etdilər. Bizansın paytaxtı Konstantinopolu İstanbul adlandırıldı və dövlətin paytaxtına çevrildi. II Mehmet Konstantinopol fəth etdiyi üçün Fateh adı aldı. Daha sonra Krım xanlığı, Albaniya, Moldova, Afina hersoqluğu və bəzi Yunan knyazlıqları da Osmanlı imperiyasından asılı vəziyyətə salındı XVII əsrin əvvəllərində Osmanlı imperiyası Yaxın Şərqdə xeyli əraziləri tutaraq rejiminin ən böyük dövlətinə çevrildi. I Sultan Səlim 1516-cı ildə Hələbi, Dəməşqi, Fələstini, 1518-ci ildə Misiri, sonra Əlcəzairi tutdu. I Sultan Səlimin dövründə dövlətin ərazisi 2,5 dəfə artdı. I Sultan Süleyman Qanuni 1521-ci ildə Belqradı ələ keçirdi. 1526-cı ildə Macarıstanın paytaxtı Buda şəhərini tutdu. Sonra isə Şimali Afrikanı ələ keçirdi və dövlətin ərazisi Avropa, Asiya və Afrikanı əhatə etdi. 1512-ci ildə Sultan I Səlim Şah İsmayıla qarşı müharibəyə başladı. Roma papası, Şah İsmayılı Osmanlılara qarşı “Allahın xristian dünyası üçün yaratdığı fürsət” hesab edirdi. 1514-cü ilin yazında I Sultan Səlim Səfəvilərin sərhəddini keçərək Ərzincana daxil oldu. Həmin ildə Maku yaxınlığında Çaldıran Döyüşü baş verdi. Bu döyüşdə Şah İsmayıl məğlub oldu və bir sıra ərazilər itirildi. 1516-cı ildə Osmanlılar Təbrizə daxil oldular və Şərqi Anadolunu, Şimali Mesopatomiyanı tutdular. Şah İsmayılın ölümündən sonra 1524-cü ildə I Təhmasib (1524-1576) taxta çıxdı. Onun dövründə Osmanlı sultanı I Süleyman Qanuni 1534-1535-ci illərdə Azərbaycana yürüş edərək Təbrizi tutsa da, burada möhkəmlənə bilmədi. Mövqeyini getdikcə gücləndirən I Təhmasib ölkənin vahid dövlətdə birləşdirilməsi prosesini davam etdiridi. 1538-ci ildə I Təhmasib Şirvanşahlar dövlətinin varlığına son qoydu və Şirvan bəylərbəyi kimi Səfəvi dövlətinə qatıldı. 1548-ci ildə Sultan Süleyman Azərbaycana II dəfə hücum etdi. Bu yürüşdə də uğur qazanmayan Osmanlılar Azərbaycanı tərk etdilər. 1551-ci ildə Şəki hakimliyi Səfəvilər dövlətinə birləşdirildi və beləliklə, bütün Azərbaycanın dövlətdə birləşdirilməsi başa çatdı. 1554-cü ildə Sultan Süleyman IV dəfə Azərbaycana yürüş etdi. O, Azərbaycanı tutmaq cəhdinin boşa çıxdığını görüb, 1555-ci il mayın 29-u Amasiya sülh müqaviləsini bağlamağa məcbur oldu. 1576-cı ildə I Təhmasibin ölümündən sonra II Şah İsmayıl taxta çıxsa da, 1577-ci ildə sui-qəsd nəticəsində öldürüldü. Bundan sonra Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəldi. Bu dövrdə Səfəvi dövləti zəiflədi. Çünki qızılbaşlar artıq hakimiyyətlə hesablaşmırdılar. Bundan istifadə edən Osmanlı sultan III Murad Səfəvilərə qarşı müharibəyə (1578-1590) başladı. Səfəvilərin daxilindəki çəkişmələrdən istifadə edərək, Osmanlılar demək olar ki, bütün Azərbaycanı ələ keçirdilər. 1590-cı ildə bağlanmış İstanbul sülh müqaviləsinə görə Xalxa, Ərdəbil, Qaracadağ və Talışı çıxmaqla qalan Azərbaycan ərazisi Osmanlı imperiyasına daxil oldu. 1587-ci ildə Məhəmməd Xudabəndənin 16 yaşlı oğlu (Qəzvin şəhərində) Abbas şah elan edildi. I şah Abbas paytaxtı Qəzvindən İsfahana köçürdü. Bu, farsların güclənməsinə böyük kömək oldu. Səfəvilərin tərkibində qalan Azərbaycan torpaqlarında 1599-cu ildə Ərdəbil mərkəz olmaqla Azərbaycan bəylərbəyliyi yaradıldı. 1599-cu ildə Şah Abbas Xorasanı geri qaytardı. 1603-cü ildə o, Təbrizi də geri aldı və Osmanlıların qüvvəsini darmadağın etdi. Həmin il Şah Abbas Cənubi Azərbaycanı azad edərək Ordubadı, Culfanı, Naxçıvanı da geri qaytardı. 1604-cü ildə İrəvanı, 1605-ci ildə isə Şirvanın çox hissəsini ələ keçirdi. Bundan sonra Şah Abbas Gəncəni (1606), Şamaxını (1607), Bakını və Dərbəndi (1607) geri aldı. 1603-1607-ci illərdə bütün Azərbaycan torpaqları Osmanlılardan alındı. Lakin müharibə hələ davam edirdi. 1612-ci ildə Sərab sülhü bağlandı. Bununla da 1555-ci ildəki Amasiya sülhünün şərtləri bərpa edildi. Osmanlılar Səfəvi-Rusiya ittifaqına mane olmaq istəyirdilər. 1613-cü ildə onlar Sərab sülhünü pozdular. 1618-ci ildə Amasiya sülhünü pozdular. 1618-ci ildə Amasiya sülhünün şərtləri yenidən bərpa edildi. 1622-1623-cü illərdə Bağdad, Kərbəla, Nəcəf, Kərkük və başqa şəhərlər də Azərbaycana qatıldı. Şah Abbasdan sonra I Şah Səfi hakimiyyətə gəldi. O, Bağdadı itirdikdən sonra 1639-cu ildə Qəsri Şirin sülhünü bağladı və Amasiya sülhünün şərtləri yenə də bərpa edildi. Qəsri-Şirin sülhü Səfəvi-Osmanlı münasibətlərini nizama saldı. XVII əsrin II yarısında Don Kazaklarının Xəzərsahili ərazilərə hücumları gücləndi. 1666-1667-ci illərdə Stepan Razinin Kazak dəstələri Dərbənd, Maştağa, Gilan və başqa yaşayış məntəqələrini talan etdilər. S.Razin hərəkatının yatırılmasında həm Səfəvilər, həm də Rusiya eyni dərəcədə maraqlı idi. 1712-ci ildə Stepan Razin rus çarı tərəfindən edam edildi. Lakin həmin dövrdə Dağıstanın hansı dövlətə mənsub olması məsələsi Səfəvi-Rusiya münasibətlərində gərginlik yaradırdı. Rus çarı I Pyotr Xəzəryanı ölkələri ələ keçirməyi qərara aldı. 1722-ci ildə Əfqanlar İsfahanı tutub Şah Hüseyni taxtadan saldılar. Bundan istifadə edən I Pyotr Azərbaycana yürüşə başladı. Həmin il Dərbənd şəhərinin naibi İmamqulu bəy qala açarlarını I Pyotr təqdim etdi. 1723-cü ildə Ruslar Bakını və Salyanı da işğal etdilər. 1723-cü ildə II Təhmasibin elçisi İsmayıl bəy Dərbənddən Gilana qədər Xəzəryanı bölgələri Rusiyaya verərək Peterburq müqaviləsini imzaladı. 1724-cü ildə Rusiya-Osmanlı müqaviləsi imzalandı. Bunun nəticəsində Dərbənd, Bakı, Salyan, Lənkəran, Rəşt və Ənzəlinin Rusiyaya keçməsini Osmanlı imperiyası təsdiq etdi. İstanbul müqaviləsini reallaşdırmağa başlayan Osmanlılar 1725-ci ildə Təbrizi, Gəncəni, Ərdəbili tutdular. Ruslar isə tutduğu ərazidə komendant idarə üsulu yaradırdılar. Əfqan tayfalarını İsfahandan qovan Nadir şah Əfşar 1730-cu ildə Osmanlılara qarşı hərbi əməliyyata başladı və Marağa, Ərdəbil və Təbrizi azad etdi. Bunu görən Ruslar Səfəvilərlə münasibətləri gərginləşdirməmək üçün 1732-ci ildə Rəşt şəhərində onlarla müqavilə imzaladı və Kürdən cənubdakı Xəzəryanı bölgələri Səfəvilərə qaytardı. 1732-ci ildə Naidr xan Səfəvi şahı II Təhmasibi taxtdan salaraq onun oğlu III Abbası şah elan etdi və onun qəyumu kimi hakimiyyəti demək olar ki, ələ keçirdi. 1734-cü ildə Şirvanı, 1735-ci ildə Gəncəni azad edərək Osmanlıları bütün Cənubi Qafqazdan çıxartdı. 1736-cı ilin martında Nadir xan şah elan edildi və Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu. O, Şirvan, Qarabağ, Çuxursənd və Təbriz bəylərbəyliklərini birləşdirərək ilk dəfə “Azərbaycan” adında vahid inzibati bölgə yaratdı. Azərbaycanın mərkəzi Təbriz, hakimi isə Naidr şahın qardaşı İbrahim oldu. Nadir şahın səhv idarə üsulundan boğaza yığılan əhali tez-tez üsyanlar qaldırmağa başladılar. 1743-cü ildə Hacı Çələbi Məlik Nəcəfi öldürərək Şəkini müstəqil xanlıq elan etdi. Bunula da Aəzrbaycanda xanlıqların yaranmasının əsası qoyuldu. 1747-ci ildə Nadir şah sui-qəsd nəticəsində öldürüldü.
Azərbaycan xanlıqları. Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi. Təbriz xanlığı. Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inziabti cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü. Urmiya xanlığı. Urmiya xanlığının XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən əsası qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur. Xoy xanlığı. XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu. Qaradağ xanlığı. XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur. Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür. Şəki xanlığı. 1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubadlı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi. Şamaxı xanlığı. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər. Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü. 1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xanın bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxzlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı. Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur. İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakiməyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir. Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu. Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür. Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü. Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur. Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir. Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər. Car Baləkən camaatlığı. Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər. Qazax və Şəmşəddil sultanlıqları. Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi. Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır. İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir. Ağaməhəmməd Şah Qacarın Azərbaycana yürüşü. Ağaməhəmməd Xan Qacar 1781-ci ildə İranda mərkəzi hakimiyyəti ələ alaraq 1785-ci ildə Tehranı paytaxt elan etdi. Onun Azərbaycana ilk yürüşü 1795- ci ildə oldu. II yürüş isə Ağaməhəmməd Xan Qacar Şah elan edildikdən sonra 1797-ci ildə baş verdi. Şuşanı ələ keçirən Qacar həmin il iyulun 4-də sui-qəsd nəticəsində öldürüldü və onun yerinə Fətəli şah Qacar hakimiyyətə gəldi. Azərbaycanın bölüşdürülməsi. 1801-ci ildə Rusiya imperatoru I Aleksandr Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest verdi. Bu zaman Azərbaycanın Qazax, Borçalı, Şəmşəddil və Pəmbək torpaqları da Rusiyaya qatıldı. Bununla da, Azərbaycanın torpaqlarının Rusiya tərəfindən işğalının əsası qoyuldu. 1803-cü ildə Balakən, 1804-cü ildə Car və Gəncə Rusiya tərəfindən işğal olundu. Gəncə xanı Cavad xan və oğlu Hüseyinqulu xan öldürüldü. Gəncənin adı dəyişdirilib Yelizavetpol qoyuldu. 1805-ci ildə Şamaxı, Qarabağ, 1806-ci ildə Bakı Quba, Şəki və Dərbənd Rusiyanın hakimiyyəti altına düşdü. 1806-07-ci illərdə Osmanlı və Rus ordusu arasındakı müharibə Rusların qələbəsi ilə başa çatdı. 1812-ci ildə Rusiya ilə İran arasında həlledici döyüş oldu. Bu müharibədə ruslar qələbə çaldı və bundan qorxuya düşən şah sülh bağlamağa razı oldu. 1813-cü il oktyabrın 13-də Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlandı. Müqaviləyə əsasən İrəvan və Naxçıvan xanlıqların başqa Azərbaycanın şimal xanlıqları, şərqi Gürcüstan və Dağıstan Rusiyanın ərazisinə keçdi. Azərbaycanın bölüşdürülməsinin I mərhələsi sona çatdı. Rusiyada 1825-ci ildə dekabristlər üsyanı baş verdi və bununla əlaqədar olaraq 1826-ci ildə II Rusiya-İran müharibəsi başladı. Bu müharibədə Ruslar Naxçıvanı, Xoyu, Mərəndi, Ərdəbili və Təbrizi tutdular.1828-ci ilin fevral ayının 10-da Türkmənçay müqaviləsi bağlandı. Müqaviləyə görə İrəvan və Naxçıvan Rusiyaya verildi. İranda yaşayan ermənilər İrəvana, Naxçıvana və Qarabağa köçürüldü Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edildi. Bundan sonra ermənilərin kütləvi sürətdə Azərbaycan ərazilərinə köçürülməsi başladı. Xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən 90 min erməni Azərbaycana köçürüldü.
Azərbaycan Cümhuriyyəti Xüsusi Zaqafqaziya (Cənubi Qafqaz) Komitəsi Rusiyada 1917-ci il oktyabr çevrilişi nəticəsində yaranmış sovet rejimini tanımadığına görə devrildi. Cənubi Qafqazı idarə etmək üçün noyabrın15-də Cənubi Qafqazın hər üç millətinin iştirakı ilə TiflisdəY.P.eeçkorinin sədrlik etdiyi Zaqafqaziya Komissarlığı təşkil olundu. Həmin ilin noyabr ayının 26-28-də Ümumrusiya Müəssisələr Məclisinə keçirilən seçkilərdən sonra M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan Milli Fraksiyası yaradıldı. Mart ayının 3-də Sovet Rusiyası Almaniya ilə Brest-Litovsk şəhərində sülh bağladı. Müqavilənin şərtlərinə görə: 1) 1877-1878-ci illər rus-türk müharibəsinə qədərki sərhəd xətti bərpa edilməli idi; 2) Qars, Ərəhan və Batun vilayətləri Türkiyəyə verilməli idi; 3) Rus əsgərləri türk ərazilərində və sərhədlərində yerləşən erməni silahlı birləşmələrini tərk-silah etməli idilər; Bakı Sovetinin 1918-ci il martın 15-də keçirilən iclasında S.Şaumyan azərbaycanlılarının soyqrımına göstəriş verdi. Şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi milli qırğını başlamaq üçün bəhanə oldu. Müsəlmanlara ilk atəş 1918-ci il martın 30-da saat 16-00-da erməni kilsəsinin yanında açıldı. Müsəlmanların guya içərişəhərdə rusları qırması barədə ermənilərin fitvasına inanan rus motrosları da azərbaycanlılara qarşı çıxaraq onları atəşə tutdular. Martın 31-də “Kərpiçxana”, “Məmmədli” və s. azərbaycan məhəllələrinə bolşevik-erməni hərbi dəstələrinin hücumları başladı. Martın 31-də şəhərin dinc, silahsız, müsəlman əhalisinə divan tutdular. Mart soyqrımı nəticəsində Bakıda 12 min, Şamaxıda isə 7 mindən artıq adam qətlə yetirildi, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında azərbaycanlı əhaliyə divan tutuldu. 1918-ci il aprelin 25-də Bakı Xalq Komissarları Soveti (XKS) deyilən qurum yaradıldı. Qruma Stepan Şaumyan sədrlik edirdi. Bakı XKS Azərbaycanı Sovet Rusiyanısının tərkib hissəsi kimi hesab edirdi. Bakı XKS-nin əsgərlərinin sayı 18000 nəfərə çatırdı. Onların 13000 nəfəri ermənilərdən ibarət idi. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin son iclası oldu. Gürcüstan öz müstəqilliyini elan etdi, seym buraxıldı. Milli Şuranın 1918-ci il mayın 28-də Tiflisdə qəbul etdiyi “İstiqlaliyyət bəyannaməsi” ilə XIX əsrdə itirilmiş dövlətçiliyimiz Azərbaycan Xalq Cumhuriyyəti formasında bərpa edildi. Elə həmin gün müvəqqəti hökumət yarandı. F.Xoyski müvəqqəti hökumətin rəhbəri oldu. Türkiyə Azərbaycan Cumhuriyyətini müstəqil dövlət kimi tanıyan ilk xarici dövlət oldu. 1918-ci il dekabrın 7-də fəaliyyətə başlayan parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədrin birinci müavini Həsən bəy Ağayev seçildi. F.Xoyskinin rəhbərliyi ilə yeni hökumətin tərkibi elan edildi. Azərbaycan Cumhuriyyəti yarandıqdan və Gəncəyə köçürüldükdən sonra Azərbaycanda iki hakimiyyətlilik yarandı. 1) Gəncədə milli hökumət; 2) Bakıda bolşevik və daşnakların Xalq Komissarları Soveti (XKS). Bakı XKS-ti milli hökumətə qarşı müharibə elan etdi. O, Gəncəyə hücum etmək üçün əvvəl 1918-ci ilin iyun ayının 6-da Kürdəmiri işğal etdi. İyun ayının 20-də Azərbaycan-Türk qüvvələri XKS-nin ordusunu geri çəkilməyə məcbur etdilər və Bakı ətrafınadək irəlilədilər. Sovet Rusiyasının köməyi onlara fayda vermədi və XKS süquta uğrayaraq iyulun 31-də səlahiyyətlərindən əl çəkdilər. Sentyabrın 15-də Azərbaycan-Türk qüvvələri Bakıya daxil oldu və sentyabrın 17-də Milli hökumət Bakıya köçürüldü. Türkiyə I Dünya müharibəsində məğlub olduğu üçün Naxçıvan ərazisini tərk etdi. Bundan sonra Naxçıvanda noyabr ayında Araz-Türk dövləti yarandı. Aprel istilası. RSFSR Xalq Xarici Işlər komissarı G.V.Çiçerin 1920-ci il yanvarın 2-də Azərbaycana nota göndərərək Denikinə qarşı müharibəyə qoşulmağı tələb etdi. Xarici işlər naziri Xoyski isə yanvarın 14-də cavab notası göndərərək bildirdi ki, vətəndaş müharibəsi Rusiyanın daxili işidir. Azərbaycan Milli hökuməti Rusiyaya tabe olmurdu. Bundan sonra Azərbaycanda Kommunist Partiyası yarandı. Bu da Rusiya siyasətinin daşıyıcısı idi. Rusiya Azərbaycanda milli hökuməti devirmək üçün bolşeviklərdən və ermənilərdən istifadə edirdi. Martın 22-də ermənilər Xankəndinə, Gəncə və Qazax qəzalaraına basqın etdilər. A.Mikoyan XI Qızıl Ordunu Azərbaycana dəvət etdi. Aprelin 26-na keçən gecə XI Qızıl Ordu Azərbaycan sərhəddini keçdi və 2 saatlıq döyüşdə Azərbaycan hərbçiləri məğlub oldu. Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Cumhuriyyəti süqut etdi.
Azərbaycan Sovet hakimiyyəti dövründə 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti yarandı və Azərbaycan SSRİ-nin tərkibinə daxil oldu. Azərbaycan SSRİ-nin rəhbəri N.Nərimanov oldu. 1920-ci ilin avqustun 17-də M.Ə.Rəsulzadə Şamaxı qəzasında həbs edilib Bakıya gətirildi. O.Noyabrda Stalin tərəfindən azad edilib Moskvaya aparıldı. M.Ə.Rəsulzadə 1922-ci ildə Finlandiyaya, sonra isə Türkiyəyə mühacirət etdi və orada vəfat etdi. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayəti, 1924-cü ildə Naxçıvan Muxtar SSR yaradıldı. 1945-ci ildə Ermənistan Respublikası Dağlıq qarabağı Azərbaycandan istədi. Mircəfər Bağırov bu şərtlə razı oldu ki, Ermənistana verilən bütün Azərbaycan torpaqları geri qaytarılsın. Ermənilər razı olmadılar. 1932-ci ildə 2000 hektar Azərbaycan torpağı Ermənistana verildi. 1969-cu ildə Heydə Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi və Sovet Azərbaycanında quruculuq işləri başladı.Heydər Əliyev hakimiyyəti dövründə Ermənilərin işğalçılıq siyasətini ürəklərində qoydu və Azərbaycanda quruculuq işlərini apardı. Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edildi. Lakin 1987-ci ildə ermənipərəst M.Qarbaçov tərəfindən vəzifəsaindən kənarlaşdırıldı. 1988-ci ildə Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdilər. 1988-ci ildə ermənilər Sumqayıtda təxribat törətdilər. Bu hadisələrə ilk etiraz mitinqi 1988-ci ildə fevralın 19-u Bakıda keçirildi. 1989-cu ildə Ə.Elçibəyin sədrliyi ilə AXC yaradıldı. 1991-ci ildə avqustun 8-də Ermənistanda sonuncu Azərbaycan kəndi Nüvədi boşaldıldı. Beləliklə, 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu, 255 nəfər öldürüldü, yandırıldı, diri-diri boruların içinə doldurulub qaynaqlandı. 1990-cı ildə yanvarın 20-si tarixində Ruslar Bakıda qanlı faciə törətdilər. Bakı və ətraf rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı.
Müstəqil Azərbaycan Respublikası 1991-ci il avqustun 30-da çağırılmış ali sovetin növbədənkənar sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə” qəbul etdi. 1991-ci il sentyabrın 14-də Azərbaycan KP-nın XXXIII fövqəlada qurultayında bu təşkilat özünü buraxdı. Ali Soveti 1991-ci il oktyabrın 18-də çağırılmış sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Akt”nı qəbul etdi. Bununla da 1920-ci ilin aprel ayında itirilmiş Azərbaycan dövlətçiliyi bərpa olundu. Bundan sonra yenə Rusiyanın köməyi ilə Ermənistan və Dağlıq Qarabağ erməniləri Azərbaycana qarşı açıq müharibəyə başladı. Belə bir ağır şəraitdə respublikanın Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. 1992-ci il mayın 15-də Daşkənd müqaviləsinə əsasən SSRİ-nin hərbi əmlakı bölüşdürülərkən Azərbaycana müəyyən qədər silah və hərbi sursat verildi. Aviasiya polku yaradıldı. Xəzər donanmasının qüvvə vəsaitinin 25 faizi Azərbaycanın payına düşdü. Lakin respublikamıza verilən texnika qənaətbəxş vəziyyətdə deyildi.
Azərbaycan torpaqlarının ermənilər Tərəfindən işğalı 1992-ci ildə erməni quldurları tərəfindən Azərbaycanın bir sıra yaşayış məntəqələri işğal edildi: 1. Yanvarda Kərkicahan, fevralda Malıbəyli, Quşçular və Qaradağlı kəndləri ələ keçirildi. Təkcə Qaradağlı kəndində 150-yə yaxın döyüşçü və kənd sakini həlak oldu. 2. Fevralın 25-də axşam saat 9-da rusların 366-cı mexanikləşdirilmiş atıcı alayı və erməni quldurları Xocalıya hücum edib, 613 nəfəri öldürdülər, 487 nəfəri yaraladılar, 1275 nəfəri əsir götürdülər. Rusların 366-cı alayının texnika və əsgərlərinin köməyi ilə 6000 nəfər erməni 72 tankla hücum edib, mayın 8-də Şuşa şəhərini ələ keçirdi. 3. Mayın 14-də Laçın şəhəri işğal edildi. 1993-cü ildə Azərbaycanın aşağıdakı əraziləri işğal olundu: 1. 3-4 Aprel – Kəlbəcər. 2. 23 İyul – Ağdam. 3. 18 Avqust – Cəbrayıl. 4. 23 Avqust – Füsuli. 5. 31 Avqustda – Qubadlı. 6. 30 Oktyabr – Zəngilan. 1994-cü ildə itirilmiş Azərbaycan əraziləri: 1. Apreldə - Ağdam rayonunun 18 kəndi; 2. Ağdərənin bir neçə kəndi; 1993-cü ildə oktyabrın 3-də H.Əliyev Azərbaycan Rüspublikasının Prezidenti seçildi. 1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında gedən elan edilməmiş müharibədə atəşkəs əldə olundu. Heydər Əliyev Azərbaycanda ordu quruculuğunu genişləndirmək üçün bu addımı atdı. Onun əsas siyasəti Qarabağ probləminə din və sülh yoku ilə həl etmək olmuşdur. İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Respublikası güclü iqtisadi-sosial siyasi inkişaf mərhələlərinə qədəm qoydu. Ölkənin büdcəsi 10 dəfəyə yaxın artdı, ölkədə xalq təsərrüfatının ayrı-ayrı sahələri inkişaf etməyə başladı. Hazırda iqtisadiyyatın artım tempi dünyanın inkişaf etmiş dövlətlərin iqtisadi göstəriciləri ilə müqaisə olunur. 2003-cü ildə isə prezident seçilmiş İlham Əliyev Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qarabağ probleminin dinc yolla həll edilməsi sahəsində inamlı addımlar atır və bu sahədə bir sıra nailiyyətlərə nail olmuşdur.