Marketing Воскресенье, 22.12.2024, 10:18
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Mədəniyyət və sivilizasiya
[ ] 20.02.2009, 10:02

Mədəniyyət və sivilizasiya

 

Plan:

 

 

1.     Mədəniyyətin fəlsəfi anlayışı

2.     Mədəniyyətin inkişah qanunauyğunluqları

3.     Mədəniyyət və sivilizasiyanın qarşılıqlı əlaqəsi

 

 

1.Mədəniyyətin fəlsəfi anlayışı.Sosial fəlsəfədə mədəniyyət mövzusu çox mühüm yer tutur. Bu təsadühi deyil. Ictimai inkişaf gedişində ölkə daxilində və beynəlxalq miqyasda mədəniyyətin rolu durmadan artır. Bununla əlaqədar olaraq mədəniyyətin nəzəri məsələlərinin təhlili də zəruri hal alır.

Mədəniyyəti müxtəlif elmlər – arxeologiya, etnoqrafiya, tarix, digər ictimai elmlər öyrənir. Fəlsəfə konkret elmlərdən fərqli olaraq mədəniyyətin bu və ya digər tərəfini deyil, onun dünyagörüşü ilə bağlı olan ümümi nəzəri səpgisini əsas götürür.

Mədəniyyətin fəlsəfi anlayışı ona insan və onun fəaliyyəti ilə ayrılmaz vəhdətdə yanaşır. Hətta mədəniyyət sözünün etimoloji mənşəyi də (kultura-latın sözü olub təbii dəyişiklikdən fərqli olaraq insan fəaliyyətinin təsiri ilə baş verən dəyişiklikləri nəzərdə tutur) onun əzəldən insanla bilavasitə bağlılığını sübut edir.

Mədəniyyət spesifik sosial hadisədir. Bu anlayış həcm etibarilə geniş olur, özündə müxtəlif ünsürləri ehtiva edir. Sonralar isə bu anlayış sintetik xarakter almış, bəşəriyyətin yaratdığı bütün sərvətlərin ümumiləşmiş ifadəsinə çevrilmişdir.

Sözün geniş mənasışda mədəniyyət dedikdə bəşəriyyətin yaratdığı maddi və mənəvi sərvətlərin məcmusu nəzərdə tutulur. Bununla yanaşı həmin anlayış yaradılmış sərvətlərin insanlar tərəfindən mənimsənilməsi formalarını, ondan istifadə olunmasının prinsip və üsullarını da əhatə edir.

Mədəniyyət insan fəaliyyətinin müxtəlif sahələrində, xüsusilə fiziki və əqli əmək sahəsində əldə edilən nailiyyətləri əks etdirir. Mədəniyyətdə habelə müəyyən tarixi dövrlərdə konkret cəmiyyət, millət və xalqın malik olduğu dəyərlər təcəssüm olunur. Beləliklə insanın yaradıcı əməyi mədəniyyətin mənbəyi təşkil edir.

Mədəniyyətə müxtəlif təriflər verilir. Hazırda onların sayı 600 gəlib çatır. Onlardan ən əsaslarını aşağıdakı kimi qruplaşdırmaq olar: 1) təsfiri tərif – mədəniyyəti fəaliyyət nəticələrinin məcmusu kimi səciyyələndiri; 2) tarixi tərif, mədəniyyətdə sosial irsin və ənənənin əsas rolunu qeyd edir; 3) normativ tərif -  qaydaların və normaların əhəmiyyətinə xüsusi diqqət yetiri; 4) dəyərlər mövqeyindən yanaşan təriflər – mədəniyyəti insan üşün əhəmiyyət kəsb edən ideal yükləmələrin reallaşması kimi səciyyələndirir; 5) psixoloji səpgili təriflər -  mədəniyyətə insanların təbiətə və sosiuma uyğunlaşması kimi yanaşır; 6) idealoji təriflər mədəniyyəti ideyalar axını kimi ifadə edir; 7) semiotik yanaşma mədəniyyəti işarələr sistemlərinin məcmusu hesab edir.

Aşağıdakı tərif nisbətən geniş yayılmışdır: Mədəniyyət insanların dünyanın mənimsəyə yönəlmiş yaradıcı fəaliyyətidir, bu prosesdə maddi və mənəvi dəyərlər yaradılır və istehlak olunur, insanın mədəni fəaliyyət subyekti kimi formalaşması kimi baş verir.

Mədəniyyət cəmiyyətdə çox mühüm funksiyalar yerinə yetiri. Onlardan aşağıdakıları xüsusi  qeyd olunmalıdır; 1) yaradici funksiya, bu o deməkdir ki, mədəniyyət insanların yaradıcı fəaliyyəti prosesində aşkara çıxır. Onların təbiət üzərində hökmranlığının və öz aralarındakı münasibətlərin göstəricisidir; 2) ünsiyyət funksiyası, onu göstərir ki, müəyyən ümumi əhəmiyyətli ünsiyyət vasitələri, təcrübəni və bilikləri ötürən vasitələr olmasaydı, insanların vahid cəmiyyətdə yaşamaları qeyri-mümkün olardı; 3) idrakı-evristik funksiya bundan təzahür edir ki, mədəniyyət dünyanın ümumi mənzərəsini verməklə məhdudlaşmır, o həmdə idrakın daha yaxşı effektiv formalarını axtarıb tapmağa kömək edir; 4) nəhayət mədəniyyət qiymətverici funksiya yerinə yetirir. Yəni onun köməyi ilə dünyanın dərki estetik, siyasi və əxlaqi normalarla əlaqəli şəkildə götürülür.

Beləliklə mədəniyyət ictimai varlıq olan insan fəaliyyətinin subyektiv – şəxsi tərəfinin inkişafında, cəmiyyətin sosial təşkilinin üsulları və normaların yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir. O həmdə bütövlükdə həyat fəaliyyəti proseslərinin tənzim olunmasında bəşəriyyətin malik olduğu təcrübə və biliklərin insan fəaliyyətinin digər maddiləşmiş nəticələrinin yayılmasında böyük rol oynayır. Göstərilməlidir ki bədii, elmi, texniki, sosial yaradıcılıq tarixi prosesə güclü təsir göstərən, onu zənginləşdirən amillər kimi çıxış edir. Bu müddəa mədəniyyətə və insan fəaliyyətinin digər maddiləşnmiş nəticələrinə, habelə hələ sosial gerçəklikdə öz praktiki təcəssümunu tapmayan, gələcəkdə həllinin gözləyən yeni ideyalara aiddir. Məsələn, atom enerjisinin kəşfi, onun elmi əsaslandırılmasından bir neçə on il keçdikdən sonra. Yəni praktiki istifadə olunan atom bombası yaradıldıqdan sonra ictimai həyata öz böyük təsirini göstərmişdir. Bu təsir indiki şəraitdə daha güclü hiss olunur, çünki nüvə fəlakəti bəşəriyyətin bu günü və gələcəyini təhlükə altına alır. Son illərin təcrübəsi sübut edir ki, atom enerjisindən dinc məqsədlər üçün istifadə olunması, təkcə elmi texniki məsələ olmayıb həmdə mühüm sosial məsələdir. Bunu atom elektrik satnsiyalarının fəaliyyəti, onların ətraf mühitə güclü pozucu təsiri də sübut edir. Deməli, hər bir dövrdə elmi texniki fikirlər kəşflərə çevrilərək reallaşır, sosial həyata cəmiyyətdə gedən iqtisadi, siyasi və mənəvi proseslərə qüdrətli təsir göstərir. Eyni fikri digər elmi-texniki nailiyyətlər (elektronika və informatika, kompüterləşdirmə, biotexnologiyanın tətbiqinin genışləndirilməsi və s.) haqqında da söyləmək olar. Insan dühasının yaratdığı bu nailiyyətlər praktikada istifadə olunduqca nəinki təkcə iqtisadiyyatın inkişafına təsir göstərir, istehsalın texnologiyasını əsaslı surətdə yeniləşdirir. Onlar həmdə insan fəaliyyətinin qüdrətli vasitələri kimi sosial məna alır və mədəni inkişafa xidmət edir.

Mədəniyyətin, elmi-texniki nailiyyətlərin sosial fuknsiyalarından danışarkən qeyd olunmalıdır ki, insan yaradıcılığının bütün məhsulları heç də həmişə obyektiv tarixi prosesə daxil olmur, onun inkişaf momentinə  çevrilmir. Bu, obyektiv və subyektiv xarakterli bir çox səbəblərdən asılıdır. Tarixdə bir çox hallar olmuşdur ki, bu və ya digər ölkədə irəli sürülmüş ideya və kəşflər həmin ölkənin geriliyi və şəraiti üzündən burada deyil, digər ğlkədə reallaşmışdır. Demaəli, cəmiyyətin konkret ölkənin inkişaf səviyyəsi və şəraiti mədəni nailiyyətin tarixi prosesə qovuşması öz sosial funksiyasını reallaşdıra bilməsi işində çox mühüm şərtdir.

 Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyət öz sosial funksiyalarını o vaxt səmərəli yerinə yetirir ki, onda təcəssüm olunan fəal və yaradıcı əsaslar, onların cəmiyyət qarşısında açdığı yeni problemlər və inamlar ictimai inkişafın obyektiv şəraiti və qanunlarına uyğun gəlsin.

 

 

 

 

 

2.Mədəniyyətin inkişaf qanunauyğunluqları.Mədəniyyətin inkişafı mürəkkəb və ziddiyyətli prosesdir. O təkcə ümumsosioloji qanunlar üzrə deyil, həm də spesifik qanunlar üzrə baş verir.

Mədəniyyətin inkişafı varisliyə, köhnə mədəni irsin dialektik inkarına əsaslanır. Lakin bu proses müəyyən nisbi müstəqilliyə və spesifik qanunlara malikdir. Bəşər tarixində mədəni tərəqqinin mahiyyətini açmaq üçün bu qanunauyğunluqları öyrənməklazımdır. Hər bir dövrdə  mədəniyyətin inkişafı daxili və xarici səbəblər, amillər ilə şərtlənir. Odur ki, konkret tarixi mərhələdə götürülən mədəniyyət həmin dövrdəki iqtisadi, texniki, sosial və siyasi və mənəvi amillərin güclü təsiri altında formalaşır və inkişaf edir.

Mədəniyyətin həm tərəqqisi, həm də tənəzzülü mövcud tarixi şəraitdəki obyektiv və subyektiv dəyişikliklərlə müəyyən olunur. Lakin, onların mədəniyyətə təsiri bilavasitə deyil, nəticə etibarilə, bir sırz əlaqələndirici vasitələrdən keçərək baş verir. Məsələ bundadır ki, mədəniyyəti məhz insan yaradır. Bu prosesdə o həm də subyektiv kimi öz yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir. Bu yaradıcılıq prosesi insanın öz daxili motivləri üzrə baş verir. Lakin, bu proses bütövlükdə ictimai münasibətlər şəraitində həyata keçirilir və ictimai tələbatı ödəməyə yönəlir.

Odur ki, həmin amillər maddi münasibətləri mədəniyyətə təsir mexanizmini ifadə edir. Həm də göstərilməlidir ki, mədəniyyətin müxtəlif tərəflərinin ictimai həyat hadisələri ilə əlaqəsi eyni deyildir. Belə ki, əgər mədəniyyətin təbiət, texniki, iqtisadi elmlər kimi ünsürləri  iqtisadi həyatla bağlıdırsa, onun fəlsəfə, əxlaq, incəsənət kimi ünsürlərinə münasibətdə bu əlaqə birbaşa olmayıb dolayı xarakter daşıyır. Buna görə də mədəniyyətin inkişafı prosesi qeyri-bərabər və ziddiyyətli şəkildə baş verir. Məsələn, müəyyən dövrlərdə bu və ya digər ölkədə ola bilər ki, texkina yüksək dərəcədə inkişaf etsin, ancaq əxlaq və bədii mədəniyyət isə tənəzzül keçirsin. Digər tərəfdən isə iqtisadi cəhətdən geridə qalmış ölkələr bəzən incəsənətin çiçəklənməsi özünü göstərə bilir. Lakin bütövlükdə götürdükdə ictimai həyatın inkişafına uyğun olaraq mədəniyyətdə inkişaf edir. Mədəniyyətin inkişafı iki formada baş verir. Bir tərəfdən tərbiyyə prosesində insanların bacarıq və qabiliyyətləri, vərdişləri inkişaf edir. əvvəlki nəsildən keçən dəyərlər mənimsənilir və yeni dəyərlər yaradılır. Digər tərəfdən isə, maddiləşmiş dəyərlər nəsildən nəsilə keçirilir.

Qeyd olunmalıdır ki, cəmiyyətin inkişafı gedişində insanların madii həyat şəraiti ilə mədəniyyəti arasında əlaqələrin xarakteri dəyişir, daha mürəkkəb şəkil alır. Cəmiyyətin iqtisadi həyatı və ictimai strukturları mədəniyyətin əsas göstəricilərinə və ümumi istiqamətinə güclü təsir edir. Bu təsir öz xarakterinə görə pozitiv və ya neqativ ola bilir. Əgər iqtisadiyyat istehsal fəaliyyəti üçün obyektiv nəzmunlu bilikləri tələb edirsə, bu təsir müsbət olur. Bunun əksi olduğu halda isə iqtisadiyyatın mədəniyyətə təsiri mənfi xarakter daşıyır. Mədəni həyatda müxtəlif miflərin, ideoloji illüziyaların genişlənməsinə şərait yaradır.

Cəmiyyətdə gedən mədəniyyət proseslərinə həmdə əhalinin həyat səviyyəsi, maddi rifah halı, həyat vasitələri və mədəni inkişaf vasitələrilə təchiz edilmə səviyyəsi də əhəmiyyətli təsir göstərir. Lakin bu o demək deyildir ki, əhalinin maddi rifah halının yaxçılaşması avtomatik surətdə mədəniyyətin yüksəlməsinə gətirib çıxardır. əslində bu iki tərəf arasında əlaqələr birbaşa olmayıb, sosial münasibətlər vasitəsilə özünü göstərir. Daha dəqiq desək, əhalinin maddi təminatının yüksəlişi, mədəniyyətin inkişafı vasitələri ilə təchiz edilməsinin yaxşılaşması, mədəniyyətin mənimsənilməsi və insanın özünün inkişafı üçün əlverişli şərait yaradır. Lakin cəmiyyətin və ayrı-ayrı sosial təbəqələrin maddi vəziyyətinin yaxşılaşması həmdə mədəniyyətin durğunluğuna və hattə tənəzzülünə də gətirib çıxara bilər. Deyilənlər göstərir ki, mədəni inkişafın sosial amillərlə şərtlənməsi düzxətli əlaqə olmayıb, mürəkkəb və çoxtərəfli xarakter daşıyır.

Mədəniyyətin inkişafında mühüm qanunauyğunluqlardan biri onun müxtəlif ünsürlərinin bir-birilə qarşılıqlı təsir və qarşılıqlı əlaqədə olmasıdır. Bu qarşılıqlı təsir qısa müddətli və ya uzun müddətli, bilavasitə və dolayısı ilə ola bilir. Məsələn, elmi nailiyyətlər gec tez texniki tərəqqiyə səbəb olur, o isə öz növbəsində mədəniyyətin digər formalarında, məişətdə təzahür edir. Elm və texnikanın özləridə bir-birinə təir edir. Incəsənətdə öz növbəsində elmlə qarşılıqlı təsirdədir.  Belə ki, incəsənət insanların tərbiyə edilməsində mühüm əhəmiyyətə malikdir. Təhsil və tərbiyənin təşkili isə elmin və incəsənətin inkişafina müəyyən təsir edir.

Hər bir dövrün mədəniyyəti tarixi inkişafın həmin pilləsində yaşayan bütün xalqlar və dövlətlər üçün ümumi olan əlamətlərə malikdir. Bununla yanaşı həmin mədəniyyətlər öz formasına və ifadə üsuluna görə eyni olmayıb, müəyyən milli fərqlər və xüsusiyyətlər şəklində ( dillərin müxtəlifliyi, milli məişət, psixiki həyat tərzinin rəngarəngliyi və s. ) çıxış edir. Lakin mədəniyyətin bu milli xüsusiyyətlərinin özü bir yerdə dayanıb durmur, fasiləsiz surətdə inkişaf edir. Odur ki, öz məzmununa görə mütərəqqi xarakter daşiyan mədəniyyət nümunələri həm də milli formalarda yaranır.

Mədəniyyətin inkişafında digər bir qanunauyğunluq burada sabitlik və dəyişkənliyin, ənənə və yaradıcılığın (novatorluğun) dialektiv vəhdətində ifadə olunur. Onun müxtəlif inkişaf dövrləri arasında dərin varislik əlaqələri mövcuddur. Beləki, hər bir dövrün mədəniyyəti boş yerdə yaranmır. əvvəlki mədəni inkışaf səviyyəsinin dialektik inkarı kimi, onun müsbət tərəflərinin mənimsənilməsi nəticəsi kimi çıxış edir. Tarixi prosesin inkışafı gedişində mədəniyyətdə ənənə və yaradıcılığın nisbətində ikinci tərəfin rolu artır.

Qeyd olunmalıdır ki, mədəniyyətdə ənənə çox vacibdir, onsuz mədəniyyət demək olar ki, yoxdur. Lakin mədəniyyətin inkışafı prosesində bir tərəfdən mütərəqqi ənənələrə, digər tərəfdən isə mürtəce meyillərə rast gəlmək olur. Mədəniyyətin varisliyi birinci tərəfi ilə daha sıx bağlıdır, amma ikinci tərəfdən özünü göstərə bilir. Bəzən mədəni irsə münasibətdə yenilik pərdəsi altında keçmiş mədəni irs ilə əlaqələri birdəfəlik kəsmək kimi zərərli mövqe təbliğ olunur. Bu cür vəziyyət şəxsiyyətə pərəstiş dövründə, xüsusilə XX əsrin 60-cı illərində Çində böyük mədəni inqilabın həyata keçirildiyi dövrdə kəskin şəkildə qarşıya çıxmışdı. Bütün bunlar sübut edir ki, keçmişin mədəni irsinə münasibət çox mühüm məsələdir və inkişafın müəyyən dönüş mərhələlərində ciddi siyasi məna alır.

Hər bir dövrdə xalq mədəniyyəti yaradarkən özündə əvvəlki nəslin yaratdığı mədəniyyəti tənqidi surətdə mənimsəyir və yenidən işləyir. Tarixi inkışafda mədəniyyətin varisliyi həm elmi-texniki nailiyyətlər sahəsində, həmdə incəsənətdə özünü göstərir. Mədəniyyətin inkişafında varislik əlaqələrinin nəhəng çevrilişlər, belə qira bilmir.

Bununla birlikdə yeni yaranan hər bir mədəniyyət köhnə mədəniyyətin, vaxtını keçirmiş ideoloji ünsürləri, məişətdə və insanlar arasındakı münasibətlərdə təzahür edən mürtəcə ənənələr, elm və incəsənətdə köhnəlmiş təsəvvürlərlə, köhnəlik qalıqları ilə əlaqəni qəti surətdə kəsir.

Digər canlılardan fərqli olaraq insanlar öz fəaliyyətində bioloji deyil. Sosial mexanizmlərə əsaslanırlar. Onlar özləri fəaliyyətində yaratdıqları əmək alətlərindən istifadə edirlər. Bu mənada mədəniyyət müxtəlif dövrlərdə yaşayan nəsillərin fəaliyyətləri arasında əlaqələri təmin edir.

Mədəniyyətin bioloji amillərdən yüksəkdə durması və səsial xarakter daşıması onun çox mühüm xüsusiyyətdir. Lakin mədəniyyətin texnoloji rolunun şişirdilməsi doğru deyildir, çünki bu halda fəlsəfə üçün daha çox əhəmiyyət kəsb edən subyektiv- şəxsi səpgi kölgədə qalır.

Qeyd olunmalıdır ki, mədəniyyətdə novatorluq da öz təbiətinə görə mürəkkəb xarakterə malikdir. Bu mənada göstərilməlidir ki, hər cür novatorluq mədəniyyətə yaradıcı münasibət bəsləmək onu inkşaf etdirmək demək deyildir. Mədəniyyətdə edilən yeniliklər yalnız ümumi əhəmiyyət kəsb etdikdə, ictimaiyyət tərəfindən qəbul edildikdə, mədəni dəyərləri inkışaf etdirir. Buna görə də mədəni prosesə əlavə olunan hər cür yeniliyi mütərəqqi hesab etmək doğru deyildir.

Yuxarıda deyilənlər sübut edir ki, mədəniyyətin inkışafı spesifik qanunauyğunluqlara malik mürəkəb və ziddiyyətli prosesdir.

Müasir dövrdə mədəniyyətin inkişafı aşağıdakı cəhətlərlə səciyyələnir. Açıq cəmiyyətin formalaşması prosesində mədəni tərəqqi sürətlənir; bu inkişaf etmiş şəxsiyyətin formalaşması üçün lazım olan mədəni şəraitin yaradılmasını intensivləşdirir; milli mədəniyyətin yaxımlaşması əsasında mənəvi mədəniyyətin bütün tərəflərinin beynəlmiləlləşdirilməsi və inteqrasiyası özünü göstərir; mənəvi həyatda aparılan islahatlar prosesində insalnar arasında qarşılıqlı münasibətlərin mədəni səviyyəsi artır, əxlaqi və estetik mədəniyyətin yüksəlməsinə, əsl yaradıcılığa meydan açır.

Mənəvi mədəniyyətin inkişafı onun bütün tərəflərində (siyasi mədəniyyət, dünyagörüşü mədəniyyəti, əxlaqi mədəniyyət, elm, təhsil və maarif sahəsində və s.) istifadə olunur.

   Müasir cəmiyyətdə siyasi mədəniyyətin inkişaxı daha aydın görünür. O cəmiyyət üzvlərinin siyasi səviyyəsinin artmasında, onlar tərəfindən demokratiyanın öyrənilməsində, başqalarının rəyinə hörmətlə yanaşılmasında, yüksək hüquqi düşüncə, vətənpərvərlik və beynəlmiləlçilik şüurunun möhkəmlənməsində özünü göstərir. Dünyagörüşü mədəniyyəti isə elmi materislist dünyagörüşünün durmadan genişlənməsində, əhalinin müəyyən hissəsinin şüurundakı köhnəlik qalıqlarının silinməsində təzahür edir. Əxlaqi mədəniyyətin inkişafı cəmiyyətin hər bir üzvündə tədricən fəal həyat mövqeyinin formalaşmasında, ictimai borca şüurlu münasibət bəslənməsində, öz ölkəsinin və işlədiyi müəssisənin sahibi hissinin möhkəmlənməsində özünü göstərir. Estetik mədəniyyətin inkişafı şəxsiyyətin ahəngdarlığının artmasında, estetik zövqün inkişafında, əməkdə, başqaları ilə ünsiyyətin “gözəllik qanunları” əsasında aparılmasında təzahür edir.

Cəmiyyətin inkişafı onun qarşısında duran sosial – siyasi və digər vəzifələrin müvəffəqiyyətli həlli kütlələrin mədəni səviyyəsindən çox asılıdır.  Buna görə mədəniyyətin inkişafı tarixi zərurətə və təlabata çevrilir. Indi getdikcə daha çox aydın olur ki, əmək mədəniyyətini yüksəltmədən istehsalı irəliyə aparmaq, kütlələrin hüquqi səlahiyyətini artırmadan, siyasi mədəniyyətini, diskussiya etmək mədəniyyətini yüksəltmədən, demokratiyanı inkişaf etdirmək, ünsiyyət və davranış mədəniyyətini yüksəltmədən isə sosial sferanı təkmilləşdirmək qeyri-mümkündür. əhalinin müxtəlif təbəqələrinin geniş miqyasda kompüter savadına yiyələnməsi, onların peşə mədəniyyəti və ümummədəni səviyyəsinin yüksəlişi, sosial vəzifələrin həlli mədəniyyətin inkişafl ilə dialektiv vəhdət təşkil edir.

Ölkədə gedən geniş və çoxtərəfli yaradıcılıq diskusiyalarında düzgün mövqe tutmaq, demokratiyada yaradıcılıq azadlığı üçün şərait yaradılması mədəniyyətin inkişafının çox mühüm şərtləridir. Əsaslı demokratikləşmə başqa sahələrdə olduğu kimi mədəniyyətdə də bürokratizmə qarşı barışmaz mübarizə aparır, yaradıcılıq üçün, mədəniyyətin inkişafı üçün şəraiti yaxşılaşdırır. Əlbəttdə, cəmiyyətimizin mədəni həyatının inkişafı mürəkkəb və çətin prosesdir.

Mədəniyyətin fəlsəfi təhlili onun son dərəcə müxtəlif məhəlli, regional milli, etniki xüsusiyyətlərə malik olduğunu nəzərdə tutur. Vahid dünya mədəniyyətinin bu rəngarəngliyi müxtəlif ölələrin və xalqların tarixi-mədəni inkişafındakı qeyri-bərəbərlik və fərqlilik ilə habelə digər səbəblərlə izzah olunur.

Hər bir mədəniyyət təkrar olunmaz, əvəzolunmaz cəhətlərə malikdir. Müxtəlif mədəniyyətlər arasında fərqlərin mühüm mənbəyi bunlardır.

Müasir dövrdə mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri baş verməkdədir. Bu proses mütərəqqi olub, vahid dünya mədəniyyətinin inkiçşafının çox mühüm amilidir. Mədəniyyətlərin qarşılıqlı təsiri prosesi xeyli dərəcədə nisbi müstəqil xarakterə malikdirş lakin bütövlükdə ümumi ictimai tarixi prosesin tərkib hisəsi kimi, ictimai münasibətlərdən asılıdır.

Mədəniyyətlərin müxtəlifliyi və rəngarəngliyi daxilində hər bir lokal və milli mədəniyyətdə həmdə bu və ya digər dərəcədə ümuminsani, ümumbəşəri məzmun vardır. Bu mövqedən çıxış edərkən müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri, qarşılıqlı zənginləşməsi, sintezi mümkün və zəruri hesab olunur.

Müasir dövrdə mədəniyyətlərin və bütövlükdə ictimai həyatın beynəlmiləlləşdirilməsi istiqamətində təsir göstərən amillər çoxdur. Onlardan istehsalı, nəqliyyat və rabitə vasitələrini əsaslı sürətdə dəyişdirən elmi-texniki tərəqqini, təhsilin inkişafında ümumi meylləri, dünya əhalisinin artmaqda olan mütəhərrikliyinin, dünya miqyasında əmək bölgüsünü, milli azadlıq hərəkatlarını və s. göstərmək olar. Əlbəttə beynəlmiləlləşməsi prosesi çox mürəkkəb və ziddiyətli xarakter daşıyır. Məsələn beynəlmiləlləşmə prosesi güclü mədəniyyətlər tərəfindən zəif mədəniyyətləri zorla assimilyasiya etdikdə sonuncular tərəfindən müqavimətə rast gəlir. Yaxud da müxtəlif regionlar arasında, xüsusilə də qərb və mədəniyyətləri arasında yaınlaşma ilə yanaçı, onların hər birinin öz varlığını və xüsusiyyətlərini qoruyub saxlamaq meylləri də özünü göstərir.

Ölkəmizdə həyata keçirilən demokratikləşmə prosesi mədəniyyətlərin təcrid olunmasına son qoyur. Onların qarşılıqlı təsirinin möhkəmləndirir. O sürətləndikcə, mədəniyyətlərin qarşılıqlı əlaqələri və mədəni dəyərlərin qarşılıqlı mübadiləsi daha da fəallaşır. Digər tərəfdən, müasir cəmiyyətimizin öz daxilində milli mədəniyyətlərin yaxınlaşması və qarşılıqlı surətdə bir-birini zənginləçdirməsi baç verir. Bu proses də ziddiyətlidir, millətlərarası münasibətlərdə baş verən ixtilaf və konfliktlər ona ləngidici təsir göstərir. Başqa sahələrdə olduğu kimi mədəni siyasətdə də totalitar rejimin qalıqlarını ardan qaldırmaq üçün görülən tədbirlər milli mədəniyyətlərin yaxınlaşması prosesinin normal getməsi baxımından böyük əhəmiyyət kəsb edir. Buraya idarəetmənin demokratikləşdirilməsi, mədəniyyətin inkişafı ilə əlaqədar məsələlərin həllində müxtəlif millətlərin və etnik qrupların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, milli dillərə, keçmişin adət və ənənələrinə artan diqqət, azlıqda qalan millətlərin mədəniyyətinin dirçəldilməsinə qayğı və başqaları daxildir.

Fəlsəfi metodologiya həm də mədəniyyətdə sinfi və ümumbəşəri tərəflərin nisbətini düzgün müəyyənləşdirməyi tələb edir. Marksist fəlsəfəni əldə rəhbər tutan sovet rejimi dövründə mədəniyyətdə sinfiliyin rolunu şişirdilməsi onun inkişafına güclü ziyan vurmuşdur. Buna misal olaraq şəxsiyyətə pərəstiş illərində ölkəmizdə genetika, kibernetika elmlərinə və kimya elmləri sahəsində bir sıra nəzəriyyələrə”mürtəce burjua” damğası vurulmasını göstərmək olar. Bu cür qondarma sinfi mövqe həmin elmlərin və bütövlükdə, mədəniyyətin inkişafına böyük zərbə vurdu.

Qeyd olunmalıdır ki, müxtəlif mədəniyyət hadisələrinin sinfi təsirə məruz qalma səviyyəsi eyni deyildir. Mədəniyyətin dil, elm, texnika kimi tərəflərində sinfilik demək olar ki, yox dərəcəsindədir. Digər qrup mədəniyyət hadisələri (incəsənət, əxlaq. Fəlsəfə, müxtəlif sosial nəormalar) özündə həm sinfi mənafeləri, həm də ümumbəşəri məzmunu əks etdirir. Nəhayət, elə mədəniyyət hadisələri vardır ki, onlar öz təbiətiə görə sırf sinfi xərəkter daşımasına baxmayaraq, müəyyən şəraitdə bilavasitə sinfi mənafelərin çərçivəsindən kənara çıxaraq geniş mədəni məzmun kəsb edir. Bu sonunculara misal olaraq siyasi mədəniyyəti, maarifçilik və humanizmi, ümumi demokratik prinsipləri göstərmək olar.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 7467 | Загрузок: 0 | Комментарии: 4 | Рейтинг: 4.7/10 |
Всего комментариев: 4
08.03.2024
4. Ixxuce () [Материал]
how to get atorvastatin without a prescription <a href="https://lipiws.top/">purchase lipitor pills</a> atorvastatin order online

30.11.2013
3. TB () [Материал]
Təşəkkürlər :)

19.05.2012
2. X () [Материал]
coooooox... tesekkur.. mene de cox komek oldu.. :)

09.11.2009
1. Sabina () [Материал]
tewekkurler meqale ucun.. cox komek etdi

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024