CƏMİYYƏTİN SOSİAL SFERASI
Plan:
1.Sosial sfera və sosial struktur anlayışları
2.Sosial stratifikasiya təlimi
1.Sosial sfera və sosial struktur anlayışları. Cəmiyyətin sosial sferasınımüxtılif sosial birlik formaları (sosial quruplar və etniki birliklər) arasında qərərlaşmış olan nisbi sabit əlaqələr sistemi təşkil edir. Sosial sfera konkret – tarixi xarakter daşıyır. Bu o demıəkdir ki,cəmiyyətin hər bir inkişaf mərhələsində ona uyğun sosial sferada qərarlaşır Bir ictimai quruluş diğəri ilə əvəz olun duqda sosial sfera da dəyişilir və inkişaf edir. O, nisbi müstəqildir. Onun inkişafında varislik əlaqələri özünü göstərir. Bunun nəticəsidir kki, hər bir dövrün sosial sferası ondan əvvəlkilərin müəyyən elementlərini özündə saxlayırf. Eynilədə onda ğələəəcək sosial həjatın rüşeyimləri bu və ya digər dərəcədə mövcud olur.
Insanlar fəaiyyət prosesində öz sosial əlaqələrini daim istehsal və təkrar istehsal edirlər. Sosial fəaliyyətin özünəməxsus xarakteri və münasibətlərinin spesifik (sosial) növü əsasında sosial sfera yaranır. Bu sferanın vütün tərəflərinin mövcud vəziyyəti və inkişafda götürülməsi cəmiyyətin sosial həyatını təşkil edir.
Beləliklə sosial sferanın spesifikliyi aşağıdakı iki cəhətdə cıxış edir Hər şeydən əvvəl bu sferada insanların başqa fəaliyyət növlərindən fərqli sosial fəaliyyəti mövcud olur. Digər tərəfdən sosial əlaqələrin və münasibətlərin xarakteri sosial sferaya müəyyən özünə məxsusluq verir. Sosial fəaliyyət bununla səciyyələnir ki,ş burada insanlar təkbaşına, ayrıca bir fərd kimi deyil, sosial birlik formasının, sinif, sosial qurup, sosial təbəqənin, etniki birliyin nümayəndəsi kimi çıxış edir. Hər bir cəmiyyətdə sosial birlik formaları, kollektivlər və sosial özəklər arasında, habelə onların hər birinin daxili stuktur elementləri arasında obyektiv əlaqələr formalaşır.
Sosial stuktur dedikdə sözün əsl mənasında sosial sistem kimi götürülən cəmiyyətin ayrı –ayrı sosial qruplara, kollektivlərə, etniki birliklərə differensiyası, onlar arasında qarşılıqlı təsir və funksiyanal əlaqələr başa düşülür.
Beləliklə sosial struktur inkişafın müəyyən pilləsində duran cəmiyyətin sosial birlikləri arasında qarşılıqlı münasibətləri, onların qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsirinin tarixən qərarlaşan nisbi sabit sistemini ifadə edir.
Sosial stuktur cəmiyyətin iqtisadi, siyasi və mənəvi mədəniyyət sistemləri, məişət münasibətləri ilə ayrılmaz əlaqəlidir. O, bir tərəfdən özündə həmin tərəflərin güclü təsirini hiss edir, digər tərəfdən isə özü onlara fəal əks təsir göstərir.
Sosial struktur öz daxili tərkibinə görə cox geniş anlayış olub,aşağıdakı tərəfləri əhatə edir; 1)əhalinin sosial tərkibi (sosial birlik formalarının, qurupların və təbəqələrinin ümumi əhali icərisində xüsusi əkisi və bu münasibətdə bir-irilənisbəti): 2) ayrı-ayrı sosial birliklərin ümumi sosial struktur daxilində yerləşməsi və rolu; 3) cəmiyyəti təşkil edən sosial qrupların və birliklərin funksional baxımdan qarşılıqlı münasibətləri; ﻊ)sosial strukturun dəyişilməsi və inkişafın əsas meyilləri.
Yuxarıda qeyd olunan dörd stuktur bölgüsünün hər biri öz daxilində bir sıra tərəflərə ayrılır. Bu münasibətdə birinci bölgü-sosial tərkib, xüsusilə diqqəti cəlb edir. Onun məzmunu əhalinin bir-birindən keyfiyyətcə fərqlənən müxtəlif sosial qruplara və birlik formasına differensiyasını əks etdirir.
Sosial tərkibin daxilində aşağıdakı əsas tərəflər əhatə olunur: a) sosial-sinfi birliklər, sosial qruplar və təbəqələr. Bu bölgünün əsasında işçilərin əmək bölgüsündə tutduğu yerin müxtəlifliyi durur .
b)işləyən əhalinin peşə tərkibi və kollektivlərə bölünməsi. Bunun əsasında işcilərin əmək bölgüsündə yeri ilə yanaşı diğər amillər-peşə məşğuliyyəti, ixtisas dərəcəsi, mənsub olduğu kollektivlərin səciyyəsi durur .
v)əhalinin sosial ərazi tərkibi. Bu bölgü üzüvlərinin yaşayış məskənləri baxımından şəhərlərdə və yaxud kəndlərdə yerləşməsini ifadə rdir.
q)sinif və sosial qrupun öz daxilində mövcud olan daxili struktur bölgüsü elementləri vətəbəqələr.
s)işcilərin əməyinin xarakterinə və məzmununa ğörə bölgüsü (fiziki əmək işciləri və əqli əmək işciləri )
d) əhalinin sosial -etniki birlik formalarına bölgüsü (millət, xalq, tayfa, qəbilə,)
e)əhalinin sosial- demokratik bölgüsü (ailə, cinsə görə və nəslə görə bölgü ).
Yuxarıda deyilənlər göstərir ki, əhalinin sosial tərkibi son dərəcə geniş və rəngarəng elementləri əhatə edir. Onlar müxtəlif əsaslara görə bir-birindən fərqləndirilir və öz əhatə dairəsinə görə eyni deyildir. Əyər sonuncu qeyd olunan əlamətə görə (əhatə dairəsinə görə) onları sıraya düzsək onda aşağıdakı ardıcıllığı əldə edərik:ailə kollektiv peşə qrupu, sosial təbəqə, sosial qrup, sinif, şəhər və kənd əhalisi, fiziki və əqli əmk işciləri, nəsillər, xalq, millət və bütövlükdə cəmiyyət.
Əhalinin sosial tərkibində və bütövlükdə sosial strukturda başlıca yeri sosial qrup tutur. Bu anlayış ictimai həyat və ictima münasibətlər sistemində kefiyyətcə bir-birindən fərqli yer tutan insanlar birliyi ifadə edir. Məhz müəyyən sosial qrupa mənsub olması sayəsində insanlar cəmiyyətdə özlərinin cox tərəfli funksiyalarını daha dolğun yerinə yetirə bilirlər. sosial qrupa daxil olan insanlar bir necə ümumi sosial əlamət əsasında birləşirlər. O, bütövlükdə ictimai həyatın, xüsusən də sosial sistemin başlıca subyektlərindən biridir. Belə qruplar təkcə sırf sosial əlamətlərə görə deyil, həm də peşə, etniki, ərazi, demoqrafik, və dini göstəricilər üzrə təşgil olunurlar. Qeyd edək ki, sosial qrupların bu növləri bir-birindən əhaliddə deyildir, çox yaxındır. Buna görə də şəxsiyyət eyni zamanda bir necə sosial qrup əlamətlərini özündə daşıya bilir. Məsələn öz ictimai vəziyyətinə görə (əsas qrup yaradıcı əlamətə görə) fəhlə olan hər hansı bir insan həm də əlavə olaraq çilinğər, gənc, azərbaycanlı, müsəlman və sair əlamətlərə malik olmaqla müvafiq surətdə həhin əlamətlərə görə birləşən digər sosial qruplara da daxil olur.
Sosial qruplar bir-birindən çox müxtəlif göstəricilərə görə fərqlənirlər. Onlardan aşagıdakılar mühüm yer tutur: ictimai əməyin təşgilində yeri və rolu, həyat və məişət şəraiti, cəmiyyətin sosial-siyasi həyatında,idarəcilikdə iştirak etmə səviyyəsi,təhsil və mədəniyyət və şüurluluq dərəcəsi, ictimai psixalogiya səviyyəsi.
Cəmiyyətin sosial strukturu anlayışı öz məzmununa görə sosial tərkib anlayışından daha geniş və dolğun xarakter daşıyır. Belə ki, o təkcə əhalinin sosial birliklərinin müxtəlif nisbətlərində tərkibini göstərməklə kifayətlənmir. Onun məzmununa bundan əlavəsosial sistemə daxil olan yarım sistemlərin və elementlərin nisbi sabit düzülüş qaydası, bir-birilə qarşılıqlı münasibətləri, oynadıqları funksional rol da daxildir.
Əmək işciləri ziyalılar ictimai əmək bölgüsü sistemində və cəmiyyətin sosial strukturunda özünə məxsus yer tutur. Onun başlıca əlamətini profesional surətdə əqli əməklə məşğul olması və bir qayda olaraq ali və ya orta ixtisas təhsilinə malik olması təşkil edir. Ziyalılar katiqoryası daim öz tərkibini digər sosial qruplar hesabına tamamlayır. Omüxtəlif sosial qrupların mənafelərinə xidmət edir. Ziyalılar xüsusi müstəqil sosial təbəqə kimi məhz kapitalizmdə jaranmışdır (əlbəttə onun ayrı-ayrı nümayəndələri quldarlıq və fiodalizimdə də vardır). Ziyalı (latınca intelliqens sözündən olub başa düşən, düşünən, zəkalı deməkdir) təbəqəsi öz daxili məzmununa çox genişdir.
O əqli əməyin müxtəlif sahələrində fəaliyyət göstərən insanları əhatə edir. Onlardan maddi istehsalda (sənayedə və kənd təsərrüfatında )çalışanları mühəndis-texniki işciləri, nəqliyyat rabitə,və tikintiedə , siyasi sferada və idarəcilikdə əşğul olan əqli əmək işçilərini göstərmək olar. Ziyalıların bir çox dəstələri bütünlükdə cəmiyyətin mənafeyinə xidmət edən sahələrdə işləyirlər. Bunlara misal olaraq elmi işdə, təhsildə, təbabət və səhiyyədə, ölkənin müdafiəsində calışan əqli əmək işcilərini göstərmək olar. Nəhayət ziyalıların əhəmiyyətli tərkib hissəsini azad peşə sahibləri (incəsənəd işçiləri, yazıcılar, sənətkarlar, rəssamlar, artistlər, və sair) təşkil edirlər.
Ziyalılar yüksək peşəgöstəricilərinə və təhsil səviyyəsinə malik olan sosial təbəqədir. Buna görə də o cəmiyyətin əsas intellektual potensialını ifadə edir.
Qeyd edək ki, ziyalılar (diplomlu mütəxəsislər)əqli əmək işçilərinin əsas kütləsini təşkil edir. Lakin sonuncu daha genişməzmuna malikdir. Onun tərkibinə yüksək ixtisaslı ziyalılar ilə yanaşı əqli əməyin nisbətən sadə xarakter daşıyan sahələrində məşğul olan qulluqcçular da daxildir.
Quldarlıq cəmiyyətində, xüsusən də fiodalizimdə sosial struktur özünün silki xarakteri ilə səciyyələnir. Silk dedikdə elə insan qrupları nəzərdə tutulur ki, onların cəmiyyətdə müxtəlif iqtisadi və hüquqi vəziyyəti yuridik qanunlar vasitəsilə təsbit olunur. MƏsələn quldarlıq dövründə azad vətəndaşlar arasında müxtəlif üstünlüklərə malik olan qrup secilirdi(Afinada tamhüquqlu vətəndaşlar, Romada patrisilər və sairə). Ffiodalizim cəmiyyətdə isə zadəganlar və dini kahinlər yüksək silklər hesab olunurdu. Üçüncü silkə isə heç bir imtiyaza malik olmayan qruplar (məsələn kəndlilər və sənətkarlar) daxil edilirdiVətəndaşların silki mənsubiyyəti irsən keçirdi. Bir silkdən digərinə keçməyə demək olar ki, yol verilmirdi . buna görə də silki quruluş qapalı xarakter daşıyırdı. Ən çox əlahiddəliyi və qapalılığı ilə kasta (portuqalya dilində- qəbilə, nəsil deməkdir) quruluşu seçilir. Qədim Hindisdanda bu geniş yayılmışdı (brəhmənlər, ksatrilər, veyşlər və sair) . İlk dövürlərdə hər bir kastanın peşəsi dəyişməz hesab olunurdu. Məsələn kahinlər (brəhmənlər) kastasi öz sirlərini başqa insanlardan çox möhkəm şəkildə gizlədirdilər. Onlar həm də böyük üstünlüklərə malik idilər.
Feodalizm cəmiyyətdə kastalar arasındakı fərqlərin saxlanılmasında dini adətlər, vərdişlər və ənənələr mühüm rol oynayırdı. Kapitalizm quruluşunun yaranması prosesində əhalinin silklərə və kastalara bölünməsi tədricən öz əhəmiyyətini itirməyə başladı. Bu cəmiyyət möhkəmləndikdən sonra sosial strukturun elementləri xeyli dərəcədə sadələşdi. Burada fəhlələr, kapitalistlər, kəndlilər (bunlar bütün ölkələr üçün o qədər də səciyyəvi deyildir) və ziyalılar təbəqəsi əsas yeri tutur.
Stratifikasiya təlimi.Yaxınvaxtlara qədər fəlsəfi ədəbiyyatda belə bir fikir hakim idi ki, sisial strukturda həlledici yeri sinfi bölgü tutur. Marksizim- leninizm təlimi öyrədirdi ki, sinif istehsal sferasında yaranır. Onun əsas əlamətlərini isatehsal vasitələrinə olan münasibət, ictimai əməyin təşkilində ki rol, ictimai sərvətdən pay almaq üsulu və bu payın miqdarı təşkil edir. Buradan belə nəticə çıxarılır ki, kapitalizmdə proletariat və burjuaziya, sosializmdə isə fəhləsinfi və kolxozçu kəndlilərəsas siniflərdir. SSRİ dağıldıqdan sonra bütün ictimai elmlərdə olduğu fəlsəfədə də köhnəlmiş ehkamçı müddəalar tədricən aradan qalxmaqdadır. Bu cür münasibət təbiidir ki, həm də sosial həyatda sinfin yeri və roluna aiddir. Odur ki sosial strukturda sinfin rolunu şişirdən marksist- leninçi müddəalar bu gün yaramır. Onun əsas nöqsanları aşağıdakılardır:
Əvvəla, onu qeyd edək ki, hələmarksizmin dəbdə olduğu dövrdə fəlsəfi fikirdə sinfin yeri və roluna dair bu təlimin müdəaları hamı tərəfindən qəbul olunmurdu. Bu məsələ barəsində mübahisələr gedirdi. Məsələn qərbin bir çox filosof və sosioloqları sinfiliyin müəyyən olunmasında istehsal vasitələrinə münasibətin, müllkiyyət formalarının əsas götürülməsinəqarşı çıxaraq qeyd edirdilər ki, burada başqa göstəricilər də nəzərə alınmalıdır. Bu baxımdan qərbin məşhur sosioloquE. Giddinsin fikirləri diqəti cəlb edir. O göstərirdi ki,siniflər ümumi iqtisadi imkanlara görə bir- birindən fərqlənirlər. Sinfi fərqlərin əsasını məşğuliyyət və sərvət göstəriciləritəşkil edir. Buradan çıxış edərək o müasir Qərb cəmiyyətlərində aşağıdakı əsas siniflərin olduğunuqeyd edirdi: 1) yüksək siniflər(istehsal ehtiyatlarınasahib olan, yaxud onlara bilavasitə nəzarət edən varlılar, iri sənayeçilər, rəhbərliyin yuxarı təbəqələri); 2) orta sinif (“ağ yaxalıqlı” işçilərin əksəriyyəti və peşəkalar): 3) fəhlə sinfi ( “göy yaxalıqlılar”və yaxud əl əməyi ilə məşğul olanlar) 4)əzi sənaye ölkələrində (məsələn, Fransada , Yaponyada ) mövcud olan kəndlilər sinfi (ənənəvi olaraq kənd təsərufatı istehsalında çalışan işcilər ). Başqa bir sosioloq O Raytin fikirincə müasir kapitalist istehsalında iqtisadi ehtiyatlar üzərində nəzarətin üç növünə uyğun olaraq əsas siniflər bunlardır; 1) investisiyalar və yaxud pul kapitalı üzərində nəzarət edənlər: 2)fiziki istehsal vasitələri üzərində (müəssisələr, torpaq, müxtəlif ofislər) nəzarət edənlər 3) əmək və hakimiyyət üzərində nəzarət edənlər.
Deyilənlərdən aydın olur ki, hələ 80-cı illərdə marksizmin sinif təliminin nöqsanlığı və siniflərin əlamətlərini hərtərəfli nəzərə almağın zəruriliyi qeyd olunurdu
Digər tərəfdən kapitalizimdə siniflər haqqında Marksın irəli sürdüyü fikirlərdən təxminən əsr yarım vaxt kecmişdir . Bu mqddət ərzində onun sinfi tərkibi əsaslı dəyişikliklərə məruz qalmışdır (ənənəvi olaraq fiziki əməklə məşğul olanların sayı azalmış., onların əvəzinə mürəkkəb texnika və texnalogiyanı idarə etməklə məşğul olan işcilərin və müxtəlif xidmət sahələrində çalışanların sayı çoxalmışdır)
Lakin bu fakt yox olması demək deyildir. Hərcənd son dövrlərin fəlsəfi ədəbiyyatında marksizmi tənqid etmək naminə “ sinif “ anlayışından yan keçmək hallarına tez -tez rast gəlinir. Ümumilikdə nəzərə alınmalıdır ki, ictimai sinif haqqında təlim marksizmə qədər yaranmışdır. Belə ki, hələ klassik siyasi iqtisadın nümayəndələri (A,Samit və D,Rikardo) siniflərin iqtisadi anatomiyasını açmış, bərpa dövrü fransız tarixçiləri isə (Minyo, Gizo, Tyerri) siniflərin cəmiyyətdə rolunu göstərməyə çalışmışlar. Odur ki, marksizmin siniflərin rolunu şişirtmək təşəbbüsü sol ifrat haqqı təşkil edirsə, həmin təlimin əsassızlığını gəstərmək naminə digər ifrat mövqe tutmaq –sinfiliyi tam inkar etmək də dogru olmazdı. Belə ki, siniflər əhəmiyyətli rol oynayır. Dogrudur kecmiş SSRİ məkanında yaranan müstəqil respublikalarda o cümlədən Azərbaycanda bu münasibətdə əsaslı dəyişikliklər baş vermişdir.Əvvəla, kolxozların ləğvi və torpağın özəﺘəşdirilməsi nəticəsində kolxozu kəndli sinfi sırada cıxmışdır. Sonra, dövlət mülkiyyətin özəﺘəşdirilməsi gedişində fəhlə sinifi köklü dəyişiklərə məruz qalmışdır. Bununla belə bizim cəmiyyətimizdə fəhlə sinfi hələdə qalmaqdadır . Digər tərəfdən nəzəri fikir təkcə bu və ya digər ölkənin həyatını ümumiyyətləşdirməklə məhdudlaşmır. O, həm də dünyadakı reallıqları nəzərə almalıdır. Bu münasibətdə müasir kapitalizim cəmiyyətində sinfin əhəmiyyətli yeri şəksizdir .
Bununla əlaqədar mövcud cəmiyyətdəki sosial strukturun hərtərəfli təhlil olunmasında qərbdə çoxdan dəbdə olan sosial statifikasiya təlimi mühüm rol oynayır. Strata latınca təbəqə deməkdir. Bu anlayış ictimai elmə geologiyadan kecmişdir.
Həmin təlimin yaradıcılarından olan P Sorokin yazırdı “Sosial” stratifikasiya mövcud insanlar məcmusunu (əhalini) öz iyerarxalı dərəcəliliyi ilə götürülən siniflərə parçalanmaq deməkdir onun əsasını və mahiyyətini hüquq və imtiyazların, məhsuliyyət və öhdəkilərin eyri-bərabər bölünməsi bu və ya digər cəmiyyətdə iinsanlar arasında sosial dəyərlərin. Hakimiyyətə və cəmiyyətə təsirin səviyyəsi təşkil edir”.
Əlbəttə Sorikin sinif sesikdə təbəqələri başa düşürdü. Bunula belə göstərilməlidir ki, sosial stratifikasiya hər bir cəmiyyətdə mövcud olur. Həm də cəmiyyət nə qədər çox mütəşəkküldürsə və normal fəaliyyət göstərirsə onun stratifikasiyası səciyyəsi də bir o qədər dolğun ifadə olunur.
Strtifikasiya təlimi müasir cəmiyyətin sosial strukturunda aşağıdakı alti meyar üzrə bir-birindən fərqlənən stratları ayırır.
Birincisi, peşə nüfuzu. Cəmiyyətdə müxtəlif peşələr və buna müvafiq olaraq həmin peşələrdə çalışan insan qrupları arasında nüfuza görə fərqlər vardır.
Hakimiyyət və əzəmət. Bu meyar cəmiyyətdə insanların hakimiyyətdən istifadə olunmasına və öz əzəmətlərinə görə olan müxtəlifliyi ifadə edir.
Gəlir və sərvət. Məludur ki, gəlir və sərvətin miqdarına görə insanlar eyni dayildir. Onların əldə oluması üsullarından( irsən miras qalan və yaxud peşə sahibinin özünün əldə etdiyi gəlir və sərvət) asılı olmayaraq həmin göstəriciyə görə insan bir-birndən fərqlənirlər.
Təhsil və bilik səviyyəsi. Tarixən insanlar öz təhsil və bilik səviyyəsinə görə eyni omamışlar. Bu əlamət onların sosial roluna və cəmiyyətdə yüksəlmə imkanlarına ciddi təsir göstərir. Səciyyəvi cəhət burasıdır ki, həmin əlamətin rolu getdikcə artmaqdadır.
Beşinci meyar dini məsuliyyət, dini mərasimlərin yerinə yetirilməsi dərəcəsidir.
Nəhayət, altıncı meyar insanların qohumluq əlamətlərinə görə fərqləndirilməsidir. Qeyd olunmalıdır ki, bu göstərici də cəmiyyətdə mühüm rol oynayır. Belə ki nəslin dvam etdirilməsində, uşaqların tərbiyəsində, qohumlar arasında münasibətlərin mənəvi, psixoloji və digər baxımdan tənzimlənməsində o əhəmiyyətli yer tutur.
|