Marketing Среда, 27.11.2024, 07:10
Приветствую Вас Гость | RSS
Главная | Kitabxana | Регистрация | Вход
» Меню сайта

» Категории каталога
Menecment [11]
Marketing [10]
Strateji planlaşdırma [9]
Azərbaycan tarixi [9]
Pedaqogika [4]
Pedaqogika
iqtisadiyyat [20]
Riyaziyyat və informatika [7]
Xarici dil [2]
Hüquq [38]
Qanunlar və direktiv sənədlər [3]
Humanitar fənnlər [0]

» Наш опрос
Оцените мой сайт
Cavabların sayı: 1329

Главная » Файлы » Kitablar » Hüquq

Sosial fəlsəfədə insan amili (ardı)
[ ] 20.02.2009, 11:23

Beləliklə, Feyerbaxın təlimində insanın mənəvi fəaliyyətindən hissi-cismani tərəfə dönüş edilir. O belə hesab edir ki, Hegelin mütləq ruh ideyası insanın həqiqi mahiyyətinin mistikləşdirilmiş ifadəsidir. Feyerbaxın antropoloji materializmi bundadır ki, o insanın mahiyyətini ön plana çəkir. O göstərirdi ki, insanı öyrənmək bu fəlsəfənin yeganə, universal və ali predmetidir. Lakin Feyerbax insanın mahiyyətini mücərrəd fərd kimi anlayırdı. Ona xalis bioloji mövcudluq kimi yanaşırdı. Feyerbaxın fəlsəfəsində bir səciyyəvi cəhət də onun dinə münasibətidir: o dinə insanın xassələrinin özgələşməsi kimi baxırdı: guya insan ikiləşir və Allahın simasında öz mahiyyətini müşahidə edir. Bu cür ikiləşmənin səbəbini o insanın təbiətin və cəmiyyətin kortəbii qüvvələrindən asılı olmasında görürdü. Onun təlimində din insanın “qeyri-şüuri formada təzahür edən mənlik şüuru” kimi çıxış edir.

XIX əsrdəki qeyri-klassik fəlsəfi təlimləri insanın əsas keyfiyyətini iradə və hisslərdə görürdülər. Məsələn, alman filosofu Şopenhauerin (1788-1860) insan haqqında düşüncələri də diqqəti cəlb edir. İnsan müxtəlif qərarlar qəbul etmək imkanına malikdir. Bu imkan insanı motivlər arasında mübarizə meydanına çevirir. Hər bir insan öz xarakterinə uyğun olaraq bu motivlərə reaksiya verir. O insana pessimist baxışı təbliğ edirdi. Şopenhauerin fikrincə xoşbəxtlik həmişə inkari nəticə verir. Çünki o insanı yalnız müvəqqəti olaraq əzabdan xilas edir. Bundan sonra onu yeni əzablar gözləyir. Beləliklə əzab insan həyatından ayrılmazdır, ona daimi xasdır. Buna görə də optimizm cəfəng baxışdır. O bəşəriyyətin ifadə oluna bilməyən əzablarına istehza etməkdən başqa bir şey tapmırdı. F.Nitsşe də insanı həyat qüvvələri və həvəsləri oyununun iştirakçısı hesab edirdi. Onun fikrincə insanın davranışı hakimiyyətə can atmaq iradəsini ifadə edir.

Antropologiya məsələləri Azərbaycan ictimai və bədii fikri tarixində də geniş yer tutmuşdur. Uzaq keçmişdən - Dədə Qorquddan və Ə. Bəhmənyardan bu yana bir çox görkəmli mütəfəkkirlər insan, onu mahiyyəti haqqında qiymətli fikirlər irəli sürmüşlər. Məsələn, N. Gəncəvi göstərirdi ki, insan xilqətdən şərəfli yarandığı üçün zəngin mənəviyyatlı, böyük amallar yolçusu olmalıdır. İnsan öz bacarığı və qabiliyyətinə görə yer üzünün ağasıdır. Dünyada hər şey ona xidmət edir. İnsan həyatda ağıllı, bilikli, hünərli, zəhmətkeş, doğruçu və s. təqdirəlayiq keyfiyyətlərinə görə seçilir.

Bəhmənyar, Ə.Sührəvərdi, Nizami və başqaları insanın dərk etmək qabiliyyətinə yüksək qiymət vermişdilər. Nizami yazırdı: “Dostluğa layiq yalnız ağıldır, ağlın varsa, hər şeyin vardır”. O dövrün filosofları insanı teosentrizm və naturalizm mövqeyindən qiymətləndirirdilər. S.Ürməvi insanın təbiəti və mahiyyəti məsələsini dərindən araşdırmış, insan və cəmiyyətin qarşılıqlı təsirini və əlaqəsini qeyd etmişdir.

Ümumiyyətlə orta əsrlərdə müsəlman şərqində insan düşüncəli, nəfsə malik (şüurlu), bütün yaranmışlardan üstün varlıq, yer üzünün əşrəfi hesab olunurdu.

İslam dini insanın izahına geniş yer verir. Burada insan maddi cisim (bədən) və mənəvi (ruh) kimi təsəvvür olunur. Belə hesab edilir ki, maddi (cismani) müvəqqəti xarakter daşıyır, ruh isə əbədidir. İnsan öldükdən sonra onun ruhu ilahiyə qovuşur. Bununla yanaşı islam dini insanın özünü anlamasına və cəmiyyəti dərk etməsinə böyük əhəmiyyət verir.

XIII əsrin böyük mütəfəkkiri Nəsirəddin Tusi qeyd edirdi ki, insan yaşamaq üçün yeməyə möhtacdır. Lakin insanın yeməyi heyvanlardakı kimi ələf və sudan ibarət deyil, təbiət tərəfindən hazır şəkildə verilmir.

Tusi ictimai varlıq olan insanın ictimai həyatdan - cəmiyyətdən kənarda mövcudluğunu qeyri-mümkün saymışdır. O yazırdı: “Dünyanın intizamı, məişətin nizamı, əməklə hasilə gəldiyindən, insan növü isə köməksiz yaşaya bilmədiyindən əmək köməksiz, kömək də ictimai birliksiz ola bilməz. Deməli insan növü öz təbiəti etibarilə ictimai birliyə möhtacdır.”

Görkəmli Azərbaycan şairi İ.Nəsimi insan anlayışına təkcə ontoloji deyil, həm də humanist və etik məna vermişdir. O insanı “kiçik aləm” adlandırır və göstərirdi ki, o öz kamilliyinə görə maddi şeylərdən daha yüksəkdə durur. Nəsiminin fəlsəfəsində “Mən” anlayışı ən geniş həcmli anlayış olan “Haqq” (Allah) ilə eyniləşdirilir və bütün mövcudatın cəmi kimi götürülürdü.

İnsan, öz mahiyyəti və idrakı ilə bağlı məsələlər böyük Füzulinin yaradıcılığında da geniş yer tutmuşdur. O insanın mahiyyətini onun idraki qabiliyyəti və kamilliyi ilə əlaqələndirirdi. Füzuliyə görə aqil insan öz xilqəti barədə düşünməli, varlığının mahiyyətini araşdırmalı, özünün əvvəlini və sonunu dərk etməlidir.

Şərq fəlsəfi fikrinin materialist ənənələrini davam etdirən M.F.Axundov da insana böyük diqqət yetirirdi. O ömrünün son dövründə yazdığı əsərlərdə insan, onun həyatı, azadlığa nail olmağın yolları barədə maraqlı fikirlər irəli sürmüşdür.

XX əsrin tədqiqatçıları antropoloji ideyaları davam etdirərək, insanı, onun mahiyyətini, mənşəyini və davranışını bütöv sistemli şəkildə öyrənməyə çalışmışlar.

Marks Şeler “Kosmosda insanın yeri” adlı əsərində (1928) fəlsəfi antropologiyanın əsas məqsədini insanın mahiyyətinin, onun dünyada yerinin, yaşamağın mənasının öyrənilməsində olduğunu göstərirdi. İnsan varlığının başlıca prinsipləri – qüdrətli, lakin kor olan həyat “coşğunluğu” və hər şeyi qavrayan, lakin taqətsiz olan ruhdur. Şeler obyektiv dəyərlər sisteminin tarixi kateqoriya olduğunu hesab edərək, fərdin şüurunda müsbət əxlaqi hisslərin oyadılması yolu ilə insanın kamilliyinə nail olmağı arzulayırdı.

Müasir fəlsəfənin digər antropoloji cərəyanlarında da (freydizm, neofreydizm, ekzistensializm, H.Markuzenin insan fəlsəfəsi) konkret, real, həqiqi insan, onun təəssüratlanması, subyektiv mövcudluğu, azadlığı, davranışı və məsuliyyəti ilə bağlı problemlər geniş öyrənilir. İnsan qorxu, həyəcan, azadlıq kimi substansional hisslərlə yaşayır, özünü, öz mövcudluğunu başa düşmək üçün o, başqalarla ünsiyyətdə olmalı, onları sevməli və başa düşməlidir (ekzistensializm). Şəxsiyyət mən-fövqəl mən strukturu əsasında formalaşır (instinktlər – sosial qadağa və institutlar – şəxsiyyətdə formalaşmış əxlaqi norma və prinsiplər sistemi), bu prosesdə bioloji tərəf əsas rol oynayır (freydizm). Neofreydizmdə bu müddəa bir qədər yumşaldılır.

Категория: Hüquq | Добавил: marketing
Просмотров: 3086 | Загрузок: 0 | Комментарии: 2 | Рейтинг: 0.0/0 |
Всего комментариев: 2
07.03.2024
2. Esuara () [Материал]
order atorvastatin generic <a href="https://lipiws.top/">order lipitor generic</a> atorvastatin order online

19.06.2011
1. Akush () [Материал]
cox saq olun,cox iwime yaradi :))))

Имя *:
Email *:
Код *:
» Форма входа

» Поиск

» Друзья сайта
Gougle.Ru Рейтинг
Рейтинг коммерческих и информационных сайтов России
Google Pagerank Checker

» Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0


Copyright MyCorp © 2024